..İrəvan şəhəri təkcə şərq mənbələrində deyil, eyni zamanda orta əsr rus arxivlərində çox zaman “Rəvan” adlandırılırdı. Bu da təsadüf deyildi.
Şəhər XVI əsrin əvvəllərində dağlarla əhatə olunmuş rəvan yerdə-düzənlik salındığı üçün “Rəvan” adlandırılmışdır. Məlum olduğu kimi həmin bölgədə yaşayan azərbaycanlılar “r” hərfinin əvvəlinə “i” hərfi əlavə edirlər. Məsələn, Rza-İrza, rahat-irahat, “rəhmin gəlsin”-“irəhmin gəlsin” və s. “Rəvan” sözünün əvvəlinə “i” hərfi əlavə olunaraq “İrəvan” adı əmələ gəlmişdir. Sonralar ermənilər azərbaycanca səslənməsin deyə, bu adı “Yerevan” və “Erivan” çağırmışlar.
Yeri gəlmişkən onu da qeyd edək ki, erməni alimlərinin Şərq –müsəlman adlarını “erməniləşdirmələri” onlarda bir peşə olmuşdur. XVIII əsrin birinci yarısında İrəvan şəhəri Osmanlı əsgərləri tərəfindən zəbt edilmişdir. Osmanlılar 1723-cü ildən 1735-ci ilə qədər şəhəri öz əllərində saxlamışlar.
1735-ci ildə İrəvan qalası Nadir şahın sərbəzları tərəfindən zəbt olunarkən qarətı məruz qalmışdır. İran qoşunları ermənilərin “Məkkə” si sayılan “Üç kilsə” monastına katolikosdan “hədiyyə” almış Nadir şahın göstərişinə əsasən toxunmağa cürət etməmişdilər. İrəvan şəhəri 1795-ci ildə İrəvan hökmdarı Ağa Məhəmməd xanın qoşunlar, 1827-ci ildə rus qoşunları tərəfindən işğal olunmuşdur.
Xanlıq dövründə mərkəz şəhər olan İrəvan yaşıllıqlara qərq olunmuşdur. Qalanın ətrafında şərq üslubunda ucaldılmış dairəvi hasarın uzunluğu 28 verstə bərabər idi. Qala divarı Zəngişay körpüsü, Dəmirbulaq məhəlləsi, Abbasdarı, Köşəli, Abaqayat, Qarabağ, Zokalqala adlanan adlanan yerlıərdən keçərək Zəngfi çayı tərəfə dönüb bir dairə yaradırdı. Qala daxilindəki sahənin əsasən hissəsini bağlar təşkil edirdi. İrəvan qalası inzibatl cəhətdən üç məhəlləyə bölünürdü: Şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. Şəhər məhəlləsi ən geniş sahəni tuturdu. Topbaşı məhəlləsi qalanın qərb, Dəmirbulaq məhəlləsi isə qalanın cənub-qərb hissələrini əhatə edirdi. İrəvan su cəhətdən təminatına görə Azərbaycannın digər şəhərlərindən fərqlənirdi. Şirin sulu Qırxbulaq çayı Abbasdərə, Şəhər, Dəmir bulağı və Xosrovabad sahələrdəki bağları suvararaq Zəngi çayına xırdı.
İlk baxışda İrəvan qalası nəzərəçarpacaq heç bir təsir bağışlamırdı. Bu şəhərin xaraixi görünüşü adi şərq şəhərlərindən fərqlənmirdi. Burada da küçəlıər dar və əyri-üyrü idi. Qala daxilindəki evlər hasarlarla əhatə olunurdu. Şəhərin mərkəzlərində axan çaylardan həyətlərə su çəkilmişdi. Həyətlər əsasən, ev və ya həyətyanı bağlardan ibarət idi. Evlərin pəncərləri hündürdə tikilirdi ki, içəriyə baxan olmasın və həmçinin otaqdan keçəni, bayırı görə bilməsinlər, qonşuluq da evdə olmasın.
İrəvan şəhərində 8 məscid müsəlmanlara xidmət edirdi. Şəhərə ictimai müəssisələr az idi. Hər bir məscidin öz məktəbi var idi. Hüseyn Əli xan məscidində 200 şagird təhsil alırdı. İrəvanda Şəhər və Topbaşı məhəllərləri arasında bazar yerləşirdi. Burada karvansara, tacir və səntkar dükanları var idi. Ümumiyyətlə, qala daxilində yeddi karvansara mövcud idi.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan iqtisadi və siyası pərakəndəlik İrəvan şəhərinin də inkişafına öz mənfi təsirini göstərmişdir. Bu təsir o qədər böyek olmuşdur ki, şəhər rus qoşunları tərəfindən işğal edildikdən (1827) sonra da uzun müddət öz simasını dəyişdirə bilməmiş, feodal şəhəri olaraq qalmışdı. Öyrəndiyimiz dövrdə şəhər möhtəşəm bina və abidləri ilə fərqlənmirdi. “Xan sarayı”ndan başqa, demək olar ki, burada evlərin əksərittəi birmərtəbəli, damları isə yastı idi. Şəhər evlərinin çoxu daş və palıçıqla hörülmüş hündür hasarlarla əhatə olunmuşdur .
1795-ci ildə İran kökmdarı Ağa Məhəmməd xanın Azərbaycana birinci yürüşü zamanı irəvanlılar düşmənə ciddi müqavimət göstərə bilməmişdilər. Sərbazlar şəhəri dağıdaraq əhalinin bir qismini İrana köçürmüşdülər. Bu hadisəsədn dsonra İrəvan əhalisinin sayı kəskin şəkildə azalmışdı. Birinci və ikinci Rusiya-İran müharibələri dövründə şəhər güclü dağıntıya məəruz qalmışdı. Təkcə bunu qeyd etmək kifayətdir ki, XVII əsrin axırlarına nisbətən XIX əsrin əvvəllərində İrəvan şəhərinin cəmi bir neçə yüz evi var idi
İ. Şopen şəhərin xarici görünüşünü obrazlı şəkildə ifadə edərək yazmışdır: “Buranın görünşü qəddarlıqla zəbt edilmiş şəhəri xatırladır. Şəhərdəki dəhşətli dağıntılar nəticəsində uçurulmuş evlər, ensiz dar küçələr cəhənnəmi andırır. Bəzi yerlərdə palçıqdan hörülmüş divarların qalıqları üzrənidə quşlar yuva salmışdı”.
Başqa bir mənbələrdə də təxminən belə bir ifadələrə rast gəlirik: “İrəvanın xarici görünüşü İran şəhərlərini xatırladır. Bütün evlər birmərtəbəlidir. Hündür palçıq divarla əhatə olunmuşdur. Küçələr dar, əyri və natəmiz olduğundan şəhər həddindən artıq miskin görünür. Küçələri əyri olduğundan nə qədər gəzsən də, hündür divarlardan başqa heç nə görməzsən. Meşə olmadığndan evlərin hamısı palçıqdan hazırlanmış kərpiclərdən hörülmüşdür. Ümumiyyətlə, burada ağacdan tikilmiş evlərə rast gəlmək mümkün deyil”.
Şəhərin mərkəzində dördkünc şəkildə bazar var idi. Bu bazarda üç karvansara yerləşirdi. Dükanların hamısı demək olar ki, bazarda mərkəzləşmişdi. Burada adi və memarlıq baxımından sadə, Asiya üslubundan tikilmiş dörd məscid var idi. XIX əsrin başlanğıcına aid mənbələrin birində deyilir ki, Cənubi Qafqazda Rusiay tərəfindən işğal olunmazdan əvvəlki dövrdə ,demək olar ki, “bütün şəhərlərdə evlər tikilərkən onların gözəlliyinə, düzgünlüyünə, məqsədəuyğun şəkildə tikilməsinə diqqət verilmirdi”.
Sənətkarların evlərindəki otaqlardan biri emalatxana və ya dükan üçün ayırlırdı. Bu cür evlər Yaxın Şərqin başqa orta əsr evlərindəki evlərdən fərqlənmirdi…
F.Əliyev, Ü.Hüseynov “İrəvan xanlığı” (Bakı, 2007) kitabından
1905.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024