Onun həyatındakı qadınlar ya dəli oldu ya intihar etdi - Pikasso

15:47 / 14.08.2019
Baxılıb: 3324

Pablo Pikasso və onun qurbanları: Sevməyi bacarmayan rəssam
 

Geniş yayılmış təsəvvürə görə, qadınlar sənətkarlara ilhamdan ötrü lazımdılar: gözəllikləriylə, dəstəkləriylə, arxadaşlıqlarıyla onları ilhamlandırsınlar. Ancaq məşhur rəssam Pablo Pikasso ilhamı tamamilə fərqli nəsnələrdə arayırdı. Əgər bir qadın onun ilham pərisinə çevrilirdisə, o zaman əminliklə demək olardı ki, o qadının bəxti gətirməyib.

Budur, onun öz “muzalarına” göstərdiyi münasibəti və naturasına xas olan bəlli cəhətləri üzə çıxaran iki etirafı: “Mənə elə gəlir ki, kimisə sevmədən ölüb gedəcəyəm” deyə bir dəfə etiraf etmişdi, başqa vaxtsa “Həmişə bir qadını digəriylə dəyişəndə, gərək sonuncunu yandıram. Bu yolla onlardan qurtuluram. Beləcə, onlar artıq ətrafımda dolanıb həyatımı qəlizləşdirə bilmirlər. Bu, bəlkə də, gəncliyimi də mənə qaytarır. Bir qadını öldürmək, onunla təcəssümləşən keçmişi də öldürmək deməkdir”. Ancaq sonuncusu çox axarlı oldu. Söhbət, münasibətə son nöqtəni qoyan böyük bir mübahisədən getmir. Söhbət, illərlə sürən yavaş sürətli psixoloji “qətldən” gedir.

Pikasso gəncliyində yeni həyəcanlara, hisslərə ehtiyac duyanda qadınlarını dəyişirdi. Bu, növbəti yaradıcı impotensiya ilə mübarizədə onun istifadə etdiyi sevimli kələyi idi, bu hal isə gec-tez hər kəsi haqlaya bilər. Üstəlik, bu yol oxşar krizislərin öhdəsindən gəlməkdə ən məşhur üsul idi və əgər Pikasso yeni hisslər axtarışında fərqlilik göstərirdisə də, biz bunlar barədə nəsə bilmirik. Fəqət bircə xüsusi nüans var ki, rəssamın muzalarına göstərdiyi münasibəti fərqləndirir: rəssam, əlaqədə olduğu hər qadının, onu kifayət qədər sevmədiyini düşünürdü.

Pikasso otuz altı yaşında rus balerinası Olqa Xoxlova ilə evlənəndə, hər kəs düşünürdü ki, o daha sakitləşəcək. Ancaq rəssamın anası illuziyalara qapılmırdı: o, aşkarcasına söyləyirdi ki, heç bir qadın onun oğluyla xoşbəxt ola bilməz. Pablo Olqanı uzun və gərgin zəhmət sayəsində əldə etdi. Nigahdan bir oğlan uşağı dünyaya gəldi. Və bu mərhələdən sonra, gözlənildiyi kimi, rəssam bu muzasından da soyumağa başladı. Səhnə boyunca süzən zərif balerina və yorğun, yuxusuz ana onun nəzərinə bir-birindən tamamilə fərqlənən iki varlıq kimi çarpmağa başladı.

Olqanı, ərinə qarşı çox qısqanc davranmaqda təqsirləndirmək olardı, ancaq onun da, düzü, səbəbləri varıydı. Pablo rastgələ, nizamsız cinsi əlaqələrə aşırı can atırdı və tezliklə özünü, yeni qadın axtarırmış kimi sərgiləməyə başladı. Və həmin qadını tapdı.

Mari -Terezin on yeddi yaşı vardı. O, sadəcə küçədə özüyçün gəzişirdi, birdən orta yaşlı bir kişi onun qolundan tutub belə söylədi: “Mən Pikassoyam! Biz birlikdə böyük işlər ərsəyə gətirə bilərik!”. Mari-Terezin, Pikassonun kim olduğu barədə heç bir fikri yox idi, ancaq onun xarakteri qərarsızlığa meyilli, mülayimiydi. Və Pabloya təslim olmaqla, onu daha da qızışdırıb təhrikə cəlb elədi. Və bundan istifadə edən rəssam, qız üzərində getdikcə daha böyük hakimiyyət yaratmaqdan ləzzət alır, onu basıb əyərək, itələyib-çəkərək gənc qızın psixikasını sındırır və ondan, necə bir sözəbaxan oyuncaq düzəltdiyinə baxaraq xoşhallanırdı.

Bu qız yeniyetmə olduğundan rəssama qarşı dirəşə bilmirdi və Pablonun əvvəlki, yetkin qadınlarının razılaşmayacağı münasibətə, davranışlara belə razılıq göstərirdi. Pikasso Mari -Terezə fiziki əzablar yaşadır, onunla apardığı sadist eksperimentləri getdikcə lap çoxaldırdı. Qızın uşaqsayağı maneraları, çöhrəsi, gözyaşları və aralarındakı bu münasibətin sirr olaraq qalması, rəssamı xüsusən alovlandırıb coşdururdu.

Bu yerdə rəssamın qadınlara göstərdiyi münasibətdə növbəti açar qurğunu vurğulamaq lazım. Rəssam qadınları iki yerə - tanrıçalara və ayaqaltılara - ayırır və birinciləri götürüb ikincilərə çevirməyi böyük həzz hesab edirdi. Qadınla münasibəti prinsipcə insani əlaqə saymırdı. Əsərlərində təsvir etdiyi nəsnələri “kublara” çevirdiyi kimi, qadınlara da şəxsiyyət olaraq yanaşmır və onlara, maraqlı oyun vəd edəcək detal yığını kimi baxırdı.

Pikassonun arvadı, ya müasir incəsənətə qərəz və önyarğıyla yanaşdığına, ya da Pikassonun kubistik portretlərindəki psixopat ştrixləri sezdiyinə görə, rəssama, onu realistik tərzdən fərqli şəkildə təsvir etməyi qətiyyətlə qadağan etmişdi. Təbii ki, Mari-Terezi tapan rəssam o biri oyuncağı tullamağı düşünmədi. Hər iki qadına da əzab yaşatmaq və birini digərinə qarşı işgəncə aləti kimi istifadə etmək varkən, niyə boşanasan ki? Və o, bu həzzi yaşayırdı. Psixoloji sındırmayla məşğul olmaq ona, fiziki əzablarla məşğul olmaqdan daha çox ləzzət verirdi. Rəssam deyəndə ki, ona qadını öldürmək gərəkdi, zarafat etmirdi. Şəxsiyyət kimi öldürməkdən danışırdı. İnsan kimi məhv etməkdən danışırdı. Onu ilhamlandıran və onunçün sevgini əvəzləyən yaşantı, bax, buydu.

Mari -Terez hamilə qalanda (rəssam qorunmağı gərəksiz sayırdı), Pikasso onu evinə gətirib yerləşdirdi. Buna dözə bilməyən Olqa oğluyla birgə evdən çıxıb getdi. Boşanma barədə də kəkələmədi. O, ümumiyyətlə Pabloyla heç nə barədə söhbət etmək istəmirdi artıq.

Mariya-Terez qız uşağı doğdu. Bu hadisədən sonra ikinci dünya müharibəsi başladı. Pikasso yaşamağa İsveçrəyə köçdü. Müharibə qaydalarına əsasən onun evi işğal edildi və Mari-Terez özünə kirayə evi axtarmağa məcbur qaldı. Müharibədən sonra Pablo bu oyuncağına qayıtmaq barədə belə düşünmədi. Bu oyuncaq artıq xeyli sındırılıb korlanmışdı. Rəssam, qırıb-dağıtmaq üçün başqa oyuncağa gərək duyurdu.

Parisə qayıdan Pikasso, yanılmaz sezgisindən yenidən istifadə edərək, səbatsız psixikaya və zəif sinir sisteminə malik olan Dora Maarla tanış oldu. Dora Pikassoyla münasibətdə olarkən, uzunmüddətli depressiv tutulmalardan əziyyət çəkdi. Pablo bunun günahını qadının üzərinə yüklədi, ümumiyyətləsə, qurbanının psixikasını bu qədər asan, tez və maneəsiz sındırmağından məmnun qalmamışdı. Başqa qadın tapdı. Gənc rəssam Fransuaza Jilonu.

Rəssam hər qadını möhkəm bağlarla özündən asılı saxlamağı bacarırdı, elə ustalıqla davranırdı ki, qadın diqqətini rəssamdan çəkməyi bacarmır və bu qədər əzab çəkməyinə rəğmən öz həyatını onsuz təsəvvür edə bilmirdi. Pablo, Mari-Terezlə oynadığı kimi Fransuazayla oynaya bilmirdi, çünki o dönəmlə müqayisədə artıq yaşlanmışdı. Ona görə də qadını sırf psixoloji üsullarla incidirdi. Ona, hələ də qarmağından xilas ola bilməyən Doranın yenicə göndərdiyi sevgi məktublarını oxuyurdu.

Əlbəttə, gözlənildiyi kimi Fransuaza da hamilə qaldı. Fransuaza doğmaq mərhələsinə çatanda, Pablo söylədi ki, maşın gərək əvvəlcə onu işə aparsın və yalnız bundan sonra gəlib Fransuazanı xəstəxanaya aparsın. Fransuaza Pikassonun təkidiylə doğdu. Görünür, rəssam belə qərara gəlmişdi ki, əllərində balaca uşağını tutan qadın daha zəif, üzüyola olur. Qadınların zavallı, zəifləmiş halı və onlar üzərində qurduğu hakimiyyət hissi, onun çoxdan qocalmış qanını qızışdırırdı.

Tipik ailə təcavüzkarı olan Pikasso sürəkli olaraq narazılıq edir və xüsusi tələblər irəli sürürdü. Jilo onunla münasibətində bir məqamı belə xatırlayır: “ Mən bu fikrə gəlmişdim ki, Pikasso qadınların mövcudluğuna dözə bilmir. Münasibətimizin əvvəlində, əlaqəmizin intellektual tərəflərinin və mənim bir azca oğlansayağı həyat tərzimin onu sıxdığını, darıxdırdığını hiss edirdim. Məndə qadınsayağı cəhətlərin azlığı onu acıqlandırırdı. O, uşaq doğmağımı tələb etməkdə israr edir, mənim bir qadın kimi çiçəklənməyimi istəyirdi. Ancaq, bizim uşaqlarımız dünyaya gələndə və mən xalis qadına, anaya çevriləndə, aydın oldu ki, bu dəyişim də onun ürəyincə deyil. Halbuki, bu metamorfozaya özü rəvac vermişdi. Sonra isə onu inkar etdi.” Ancaq Jilo, Pikassonun qadınları arasında ən güclüsü çıxdı və ikinci uşağı dünyaya gətirəndən sonra Pablonu tərk etdi…Tərk etdi ki, məşhur rəssama çevrilsin və normal kişiylə xoşbəxt ailə həyatı qursun.

Fransuazanın bəxti gətirdi, çünki Pikassonun digər qadınlarının çoxu başlarını itirmişdilər. Məsələn, onun ilk uzunmüddətli muzası Fernanda bunu yaşadı. Olqa Xoxlova da əriylə münasibət zamanı emosional baxımdan çox səbatsız davranırdı. Mari-Terez intihar etdi. Pikassodan ayrılan Dori Maar sonralar psixi klinikaya düşdü və elektroşok müalicəsi gördü (yeri gəlmişkən, o da rəssam idi). Ancaq deyəsən Pablo Jilonu seçməklə yanılmışdı. Jilo onun qurbanına çevrilmədi.

Rəssam növbəti qadınını - tənha-ana olan Jaklini kasıb ailədən seçdi. Pikasso, uşağı ondan olmayan qadınlardan iyrənirdi, ancaq bu qadının zahiri itəatkarlığı, yumşaqlığı rəssamı elə cəzb etdi ki, o, prinsiplərinə xilaf çıxası oldu. Fəqət bu qurban nədənsə möhkəm çıxdı. Qadın rəssamın əlini öpüb, onu elə böyük bir pərvərişlə əhatələdi ki, tezliklə Pablo özü ondan asılı vəziyyətə düşdü və Jaklini görməyəndə, səsini eşitməyəndə təlaş keçirməyə başladı.

Rəssam Jaklinsiz özünü çox köməksiz hiss edirdi və hətta, onu dünyəvi həyatdan ayırmaq üçün özüylə birgə bir qəsrə aparmışdı. Jaklin onun oyunlarına reaksiya vermək üçün çox sakit və sadəlövh idi, ancaq rəssam da tam asılılığın bu qədimi tələsinə necə düşdüyünü anlaya bilmirdi. Jaklin, rəssamın evlənmək istədiyi ikinci qadın oldu. Bu dönəmdə Pablo ümumiyyətlə Jaklindən başqa nəyinsə, kiminsə şəklini çəkmirdi.

Bu zaman Pablo Jiloyla oynamağa davam edirdi. Jilo çalışırdı ki, Pikasso onun uşaqlarının atası olduğunu etiraf etsin. Pikasso, əgər Jilo ərindən boşansa, uşaqlarına soyadını verməkdən ötrü rəsmi şəkildə qol çəkəcəyini ona söz verdi. Fransuaza boşandı…və Pablonun başqa qadınla ailə qurduğunu qəzetdən öyrəndi. Yəqin ki, Pikasso, Jilonun çöhrəsinin o xəbəri oxuyarkən nə hala düşdüyünü görmədiyi üçün çox təəssüflənib.

Bütün kişilər öldüyü kimi, Pikasso da sonda öldü getdi. Özündən sonra təkcə yaradıcı miras saxlamadı, həm də digər insanların həyatında, ləzzətlə və qəsdən törətdiyi çox saylı dağıntılar saxladı. Pikassoyla sıx bağlılığı olan insanlar arasında onun xatirəsinə xoş söz söyləyən insan çox az oldu. Bəlkə də Jaklindən başqa heç kim olmadı. Ancaq o da tezliklə intihar edib özünü öldürdü. Mari-Terez kimi. Pikasso qadını öldürmək istəyirdi. İstədiyini etdi, öldürdü də.(bilge.az)


Etiket:
Xəbərlər

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024
Bütün xəbərlər