İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Azərbaycanda səfərdə olub. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə Bakıyə gələn Əmir Əli Sərdari İrəvani ilk öncə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunda İnstutun direktoru, professor Yaqub Mahmudov və şöbə müdirləri ilə görüşüb.
Y.Mahmudov İrəvan tarixi ilə bağlı aparılan araşdırmalar, nəşr olunan kitablar barədə qonağa ətraflı məlumat verib və bu kitablardan ona hədiyyə edib.
20 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan tarixini tədqiqatçıları, alimlər ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İrəvan xanlığının tarixinin Azərbaycan xalqının min illər ərzində yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz hissəsi olduğunu qeyd edib. Mayıl Əhmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, indiki Ermənistan dövlətinin ərazisi tarixi İrəvan xanlığının ərazisidir. Məhz dövlətimizin başçısının tapşırığı ilə Tarix İnstitunda bir sıra kitab, monoqrafiya və broşürlərin çap olunduğunu bildirib.
Daha sonra çıxış edən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə bu illər ərzində İrəvan xanlığının təbliği istiqamətində gördüyü işlərdən söz açıb. O, həmçinin Əmir Əli İrəvaniyə onun dəvətini qəbul edib Azərbaycana gəldiyinə görə təşəkkürünü bildirib və qonağa İrəvan xanlığının bayrağını hədiyyə edib.
Əmir Əli Sərdari İrəvani çıxış edərək, İrəvan xanları olan babaları Hüseynəli xan və Məhəmməd xanın hakimiyyətdə olduqları tarix haqqında geniş məlumat verib. Eyni zamanda Azərbaycanda İrəvan tarixinə bu cür yüksək qiymət verilməsini dəyərləndirib və bundan sonra da İrəvan xanlığının tarixinin araşdırılması, təbliği istiqamətində daha da məsuliyyətli olacağını bildirib.
Daha sonra Əmir Əli Sərdari İrəvani Heydər Əliyev Mərkəzində nümayiş olunan “Tarixin şah əsərləri” sərgisi ilə tanış olub. Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov qonağı salamlayaraq, sərgi barədə ətraflı məlumat verib. O bildirib ki, 5 ildən çox müddət ərzində sərginin Azərbaycana gətirilməsi və burada nümayişi üçün hazırlıqlar görülüb, Heydər Əliyev Fondunun dəstəyilə bir çox eksponatlar restavrasiya edilib. Əmir Əli İrəvani bu sərginin təşkilinə görə şəxsən Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. O bildirib ki, bu sərgidə olmaqla, o sanki qədim İrəvana qayıdıb: “Mən İrəvanda olsaydım bu hissləri keçirə bilməzdim. Çünki bilirsiniz İrəvanda heç bir tarixi abidə qalmayıb, yalnız mənim babam Hüseynəli xanın inşa etdirdiyi Göy Məsciddən başqa. Lakin mən burada, Bakıda olmaqla qədim İrəvanı hiss edə, ona toxuna bildim”.
Paytaxtla yanaşı, qonaq Şəki və Gəncə şəhərlərinə də səfər edib. Bu şəhərləri görmək istəyinin səbəbi isə babalarının İrəvanda hakimiyyətdə olduqları müddətdə bu xanlıqlar ilə yaxın münasibətdə olması, Xanlıq dövrünə aid olan Şəkidə Xan sarayının mövcudluğu idi.
Şəkidə Xan Sarayını və Şəki Xan evini ziyarət edən qonaq çox təsirlənmiş, sanki o dövrə qayıtdığını bildirmişdi: “Azərbaycanda xanlıqlar dövrünü araşdırdıqda yeganə Xan sarayının Şəkidə olduğu və bu sarayın İrəvandakı Xan sarayı ilə çox oxşarlıq təşkil etdiyi barədə məlumat əldə etdim. İndi isə bunun öz gözlərimlə şahidi oldum. Doğrudan şəkillərə baxsaq demək olar ki, çox oxşarlığı var, lakin İrəvan Xan sarayı bir neçə dəfə bu saraydan böyükdür. Lakin mən yenə də özümü İrəvanda Xan sarayındaлı kimi hiss edirəm”. Qonaq həmçinin Şəki və digər yaxın rayonların tarixi abidələrini, gözəl təbitəni görmək imkanı əldə edib.
Milli Məclisin deputatları Qənirə Paşayeva və Naqif Həmzəyevin dəvəti ilə növbəti səfər Gəncə şəhərinə olub. İlk öncə Cavad xanın qəbrini ziyarət edən Əmir Əli İrəvani, daha sonra Gəncə Tarix Muzeyi, Xan bağı və digər tarixi yerləri ziyarət edib. “Gəncəyə gəlmək istəyimin əsas səbəblərindən biri Gəncə xanı Cavad xanın mənim babam Məhəmməd xanla təxmini eyni dövrdə hakimiyyətdə olması və onların çox yaxşı münasibətdə olmasıdır”
Əmir Əli Sərdari İrəvani Azərbaycana gəldiyini görə çox xoşbəxt olduğunu və qarşılanmaya görə hər kəsə təşəkkürünü bildirib: “Açığı uzun müddətdir ki, Azərbaycana dəvət alıram, lakin bura gəlməklə bağlı fikirlərim çox qarışıq idi. Bilirsiniz İrəvanın mənim üçün böyük yeri var. Lakin burda bu məsələyə necə yanaşıldığını bilmirdim. Bu dəfə İradə Rizazadənin dəvətini qəbul edib bura gəldiyimə görə çox sevinirəm. Çünki bir daha şahid oldum ki, azərbaycanlılar öz tarixini sevir və bu istiqamətdə müəyyən işlər görürlər. Mən məsuliyyətimi bir daha hiss etdim və düşünürəm ki, azərbaycanlı dostlarımla birgə bu istiqamətdə hələ görüləcək çox işlərimiz var”.
Hazırladı: Nədimə Rəhimli
“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ