Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı yeni kitabı çapdan çıxıb

18:23 / 22.10.2019
Baxılıb: 3508

Goyce.az xəbər verir ki, Kəngərli Aləm Qulu oğlunun “Qatarda 18 əhvalat” adlı yeni kitabı oxucuların ixtiyarına verilib.

Kitab “Qanun” nəşriyyatında çap olunub. Bu, “Naməlum adam”dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır.

Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cavanşir Yusiflidir.

Kitabın Ön sözündə professor Cavanşir Yusifli belə yazır: “İnsan yazmağa başladığı an həyatında yeni səhifə açılır. Bu ana qədər keçirdiyi həyəcan, çəkdiyi iztirab, tuş gəldiyi haqsızlıqlar, ürəyini riqqətə gətirən təbəssümlər başqa bir şəkildə ağ vərəqin köksündə tumurcuqlanmağa başlayır. Doğrudan çox maraqlıdır, sənə məlum olan, az qala hər cizgisini tanıdığın hislərin, duyğu və fikirlərin yazıda başqa, tam fərqli şəkildə görünməsi, şəkillənməsi içindən, bəzən də yanından keçdiyimiz həyatın qəribəliklərlə dolu olduğunu təsdiqləyir. Bu mənada hekayə janrı unikal keyfiyyətlərə malikdir, həyatın hansısa çox adi, bəzən nadir hallarda rastlanan məqamını tutub yazmaq özün də bilmədən onu və onunla birlikdə ömür mətninin gizlində qalan nöqtələrini kəşf etməyə gətirib çıxarır. Kimlərsə hekayəni kaleydoskopla müqayisə edir, çevrir, fərladır, içindəki rəngbərəng zərrəcikləri tanıyır və zənn edirsən ki, həyatın, gerçəklik və dünyanın dərinliklərinə enə bildin. Ancaq bu kimi hislər aldadıcı da ola bilər. Çünki nə həyat, nə də hekayə kaleydoskop deyildir, hekayə qəlbinə, ruhuna, yaddaşına köçən həyatın bir məqamının başqalaşması, çevrilməsidir. Kafkanın “Körpü” adında bir hekayəsi var – qoca, ixtiyar kişi uzun illər boyu üstünü ot basmış körpüdən keçir. Bu keçid bir andır, ancaq onun hər zərrəsi bölünərək özünü göstərir, əlindəki əsayla körpüyə astaca toxunan ixtiyar onun indicə uça biləcəyini xəyalından keçirir. Çünki körpü illər boyu bunun həsrətini çəkmişdi: kimsə ona toxunsun, üstündən keçsin... Körpü indicə uçacaq. İxtiyar kişi... elə o da yaşının, həyatının ölümlə təmas məqamındadır, qəlbi o qədər həsrətlə dolub ki, ani toxunuşdan uçub-dağıla bilər.

Hekayə bu mənada digər janrlardan fərqlənir, həcm anlayışını arxada buraxır, sənə həyatın elə tərəflərini, yaxud indiyə qədər gizli qalan cizgilərini göstərir ki, özünü kiminsə iztirab və sevincinə toxunmuş kimi hiss edirsən. Aləm Kəngərlinin hekayələri bu mənada həm ənənəvi, həm də orijinaldır. Bu mətnlərdən söz açmazdan qabaq bir ayrıntıya diqqətinizi cəlb edim.

Ümumi “hekayə anlayışı” var, ancaq bu anlayış müəllifdən müəllifə dəyişir, təkcə ona görə yox ki, hər bir hekayə müəllifi ora öz qəlbini, ruhundan hansısa riqqətli məqamları qoyur. Daha çox ona görə ki, yazı prosesində hər bir müəllif özünəməxsus yol seçir – nəyi təlqin etməli, açıq, yoxsa gizli yollarla addımlamalı? Bu fikir ilk baxışdan təəccüblü görünə bilər, ancaq yazı prosesi, mətləbi ifadə etmək, ötürmək üsulu bəlkə müəllif özü də bilmədən bir anın içində həll edilir. Demək, yazı prosesində müəllifin niyyəti mətnin poetik sistemini bəlləyən amillərdəndir.

Aləmin hekayələrinin (on səkkiz hekayə-!) hamısını oxudum. Bu hekayələrin hər birində əhvalatlar, müxtəlif insanların, ailələrin başına gələn vaqeələr sadə dillə nəql edilir. Burda bir məqamı da vurğulamaq lazımdır. Nəsrə çevrilən “hekayət” yuxarıda qeyd edilən müəlılif niyyətindən başqa, tam fərqli keyfiyyətləri də ifadə edir. Həyatda rastlaşdığımız hansısa hadisəni analiz edib ona “yalan”, yaxud “həqiqət” etiketlərindən birini yapışdıra bilərik. Ancaq qəribə görünsə də bədii mətndəki “hekayət” anlamı (yaxud hadisə...) eyni zamanda həm yalanı, həm də həqiqəti ifadə edə bilər. Yəni, oxucu bu hekayəni oxuduqca ona öz hislərini qatır, hekayə bir ərazi, bir qəlb dünyası kimi genişlənə, darala, başqa sözlə təbii ölçülərini dəyişə bilər. Bu mənada Avropada “yeni roman” cərəyanının nümayəndələrindən biri – Mişel Bütorun dediklkəri maraq doğurur: “Biz hər an hekayənin daxilində realla xəyali olan şeyin arasında fərq qoymağa məcburuq, bu son dərəcə kövrək, az qala “deşik-deşik” olan bir sərhəddir, həmişə dayanmadan “arxaya çəkilən” bir sərhəddir, çünki dünən həqiqət adına qəbul etdiklərimiz, əcdadlarımızdan bizə ötürülən “elm”, bir sözlə, dünən həqiqi görünənlər bu gün xəyali gerçəkliyə çevrilir. Bu fərqin, bu “mərz”in aradan götürülməsinə yol vermək mümkün deyildir. Təxəyyülə “qamçı” vurun, o dördnala çapacaq, həqiqəti deməyin yeganə üsulu elə həqiqət axtarışına çıxmaqdır, bu, metodik şəkildə gördüyümüz, rastlaşdığımız adamlarla, danışdığımız informasiyalarla üzləşib toqquşmağımızdır. Qısası, bu elə hekayə üzərində bir növ işləməkdir.”   

Aləm Kəngərli bu kitaba sığınan on səkkiz hekayəsində həqiqət axtarışına çıxır, bu mətnlərdə istənilən hadisəylə rastlaşa bilrəsiniz – sevgi tarixçələrindən, peşmançılıq ifadə edən hadisələrə, bu günün, dünənin ürək sıxan incəliklərindən gələcəyin robot texnikasına qədər. Yəni, Aləmin on səkkiz hekayəsi nə qədər fərqli məqamlardan bəhs etsə də, onları birləşdirən bağlar hər an göz önündə olur, insanların, deyək ahıl kişilərin sanatoriyada davranışları, min bir əziyyətlə böyütdüyü övladlarını bir yana çıxarmaq üçün tanrıdan ömür diləyən insanların sanatoriyada rüşvət kimi hallarla rastlaşması, cəmiyyətin, həyatın özünün nə dərəcə sağlam olmaması ilə rastlaşmaları... başqa bir hekayədə personajın qənaəti ilə kəsişir: ümid işığının düşdüyü yerlərə diqqətdə saxlamaq lazımdır. Yəni, hansısa məqam hekayələrdə təsadüfi seçilsə də onun anlatdığı cəhət, ümid, yaxud kədər aşıladığı cizgilər hekayə məkanında mütləq rastlaşır, müəyyən proyeksiyada bir-birlərini tamamlayırlar. “Missiya” hekayəsində Sevil müəllimənin təlaşı “Sanatoriyada” hekayəsindəki ahıl kişinin daxili gərginliyi ilə üzvi şəkildə qovuşur. Yaxud “Ehsan”, “Qonaq”, “Oğru” və sair hekayələri götürün. Sevil müəllimənin övladı yoxdur, körpə təbəssümünə həsrətdir. Ancaq o, sinifdə şagirdlərinə öz övladı kimi baxır, onların üstündə əsir, qayğısını əsirgəmir. Əlaçı şagirdlərin – ayrı-ayrı siniflərdə oxuyan qardaşla bacının birdən-birdən küskünləşməsi, dərslərə hazırlıqsız gəlmələri onu dərindən narahat edir. Astma xəstliyinə tutulan Sevil müəllimə övladı olmadığına görə evdəki gərginliyə rəğmən bu qardaş-bacının ailəsinə baş çəkmək qərarına gəlir. Məlum olur ki, ailə faciə içindədir. Valideynlər boşanır. Bu hekayə, müəllifin həyatdan seçib ayırdığı əhvalat “Dilənci”, “O olmasın, bu olsun”, “Kupedə”, “Oğru”, “Ehsan” və sair hekayələrdəki incə nüanslarla birləşir, yəni Aləm Kəngərlinin bu əhvalatlarının hamısını bir yerdə əvvəldən sona qədər oxumaq lazımdır . Bu kitabın ən önəmli cəhəti mətnlərin ayrı-ayrılıqda və bir yerdə - bütöv bir mətn kimi oxunma xüsusiyyətinin olmasıdır.  “Oğru” hekayəsindəki yeddi-səkkiz yaşlarındakı qız uşağı elə “Missiya” hekayəsindən bu mətn məkanına keçid edib. Ailəsi ehtiyac içində yaşadığından uşaq marketdən oğruluq edir. Marketdən şokolad oğurlayıb qoynuna qoyur, çıxanda nəzarətçi biləyindən yapışır. Onu dövrələyən müştərilən hərəsi bir söz deyir, qıza üərk yandırır, onu sərt nəzarətçinin və müdirin əlindən almağa çalışırlar. Ancaq müdirin təklifi onları pərən-pərən salır... “Ehsan” hekayəsində kənd həyatına məxsus adi əhvalat rəsm edilib. Hekayədə kənddəki mənzərə çox xəsisliklə verilir. Bunun əksinə, insanların xisləti, onların sükutla bu və ya digər davranışa rekasiyaları həmin təbiət mənzərəsinin yerini tam fərqli nüanslarla doldurur. Kənddə həyat, təbii landşaft ... elədir ki, hər kəs öz yerində görsənir, pis adamı, xeyrə-şərə qarışmayan, ya da dələduzu hamı dəqiq tanıyır, ancaq pozulmayan qanunlar da var, camaat bu prinsiplərə bilmərrə əməl edirlər, çünki əsas olan budur – həyat, ömür ibrət dərsidir, kimsə bunu vecinə almasa da. Özünün və atasının kənddə məlum səbəblərə görə sevilmədiyini bilən oğul tək qalmır, atası ağır xəstəliklə dünyasını dəyişdiyi gün  kənd əhli onu tək qoymur, onun sevinci bu dar məcalda çox həqiqətləri üzə çıxarır. Bu hekayələrdə insan xarakteri ən müxtəlif situasiyalarda və fərqli gərginlik dozalarında sınağa çəkilir. Bəzən gərginlik o həddə çatır ki, insan özünü dara çəkilmiş kimi hiss edir. Neyləməli, ölüm qapını kəsdirib, güc, taqət yox, cavanlıq enerjisi süstlüklə, xəstəliklərlə əvəz edilib. Bu hekayələrdən birində arvad-uşağını, ata-anasını kənddə buraxaraq Rusiyaya getmiş, orada təzə ailə qurmuş kişinin aqibəti bizi kədərləndirir. İnsan gücünün aşıb-daşdığı anlarda buraxdığı səhvləri saya saymır, qocalıb əldən düşəndə günahını anlayır və qəti addım atmaq qərarına gəlir. Ancaq bu qəti addımdan həyatı sına, ömrü çiliklənə bilər. Yuxarıdakı “Körpü” hekayəsini xatırlayın. Körpü adicə təmasa həsrətdir, bu həsrətin onun belini qırmasından xəbəri yoxdur, adi səs, qocanın nəfəs dərməsindən uçub-dağıla bilər...

Aləm Kəngərlinin hekayələrindəki məqamlar insan həyatının munis, görk olası məqamlarıdır”.

 

 
 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər