05 dekabr 2019-cu il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında baş tutdu. ADPU-nun Şamaxı filialının və DGTYB-nin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə adıçəkilən universitetin rəhbərliyi, müəllimləri və tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, Filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova qonaqları salamlayaraq, "Nəsimi ili" çərçivəsində görülən işlərdən, təşkil olunan tədbirlərdən bəhs etdi. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihə çərçivəsində növbəti tədbirin universitetdə keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırdı. Təşkilat rəhbərliyinə və qonaqlara təşəkkür etdi. Bundan sonra tədbirin aparacılığını edən DGTYB-nin üzvü, gənc şair-publisist Yusif Nazim çıxış edərək, ölkə başçısının 2019-cu ilin "Nəsimi ili" elan olunması üçün imzaladığı sərəncamdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İmadəddin Nəsiminin əsərləri dövlət varidatı elan olunan müəliflər siyahısına daxil olunması haqqında 7 may 2019-cu il tarixli 211 N-li Qərarından, ölkədə Nəsimiylə bağlı önəmli silsilə tədbirlərin keçirilməsindən, Kiyevdə Nəsimi heykəlinin açılışından, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnistitunda Nəsiminin büstünün qoyulmasından, Beynəlxalq Astronomiya İttifaqının Yupiter və Mars planetləri arasındakı astroedlərdən birininin "Nəsimi" adlandırılmasından, eləcə də İmadəddin Nəsiminin Azərbaycan və Şərq ədəbiyyatında önəmli yerindən, yaradıcılıq nüanslarından danışdı. Daha sonra söz DGTYB başqanı, prezident təqaüdçüsü, şair-publisist İntiqam Yaşara verildi.
Təşkilat rəhbəri çıxışında vurğuladı ki, ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Nəsimi ili elan olunduqdan sonra çoxsaylı tədbirlər təşkil olundu, cəmiyyət bir daha böyük şairin irsinə qayıtdı. İstər ölkənin paytaxtında və bölgələrində, istərsə də ölkədən kənarda silsilə tədbirlər təşkil olundu, kitablar nəşr olundu və bu proses davam etməkdədir. Dünya Gənc Türk Yazarlar Birliyi də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə bu prosesə öz töhfəsini verməkdədir. Bu layihə çərçivəsində müsabiqələr və konfranslar təşkil edilib, gənc şairlərin şeirlərindən ibarət antologiya çap olunub. Ardınca söz digər iştirakçılara verildi. ADPU-nun Şamaxılı filialının Ədəbiyyat və dillər kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev Nəsiminin əsərlərindən nümunələr gətirərək, izahlar etdi. Universitetin tələbələrindən Məmişova Günay Nəsiminin "Üzünü məndən nihan etmək dilərsən, etməgil" qəzəlini səsləndirdi. Növbəti çıxış edən, Nəsimi yaradıcılığının heyranı, qəzəllərinin bir çoxunu əzbər bilən Fərəc Əliyev də Nəsimi qəzəllərindəki irfandan, eşqin mahiyyətindən danışaraq, dahi şairin bir neçə əsərini əzbər söylədi. Təhsil müəssisəsinin ədəbiyyat və dillər kafedrasının müəllimi Rima Quliyeva da Nəsimi yaradıcılığından təhlilləri, təfsirləri auditoriyaya çatdırdı. Ardınca tələbələrdən Teyfurova Aytac Nəsimidən qəzəl səsləndirdi, Əzizov Fuad "Nəsimi və Tanrı" mövzusunda öz mülahizələrini, fikirlərini söylədi. Daha sonra universitetin rəhbərliyinə və digər çıxış edən iştirakçılara DGTYB-nin diplomları təqdim edildi. Tədbirin sonunda DGTYB-nin rəhbəri İntiqam Yaşar universitetin rəhbərliyinə, müəllim kollektivinə, tələbələrə bir daha öz təşəkkürünü bildirdi. Tədbirin əsas hissəsi bitdikdən sonra DGTYB üzvüləri ayrıca olaraq tələbələrlə fikir mübadiləsi apardılar.Təşkilatın "Yeni nəfəs" adlı yenicə çapdan çıxmış şeir antologiyası tələbələrə paylanıldı. Tələbələr arasından yaradıcılıq qabiliyyəti olanlara təşkilata müraciət etmələri bildirildi. DGTYB-nin rəhbəri İntiqam Yaşar bildirdi ki, yazı qabiliyyəti olan, şeir yazan istedadlı gəncləri mətbuata çıxarmaq, ədəbi mühitə təqdim etmək, antologiyalarda dərc etdirmək təşkilat olaraq bizim prioritet məsələlərimizdəndir. Tələbələr bu görüşdən razı qaldıqlarını, məmnun olduqlarını ifadə etdilər. Görüş tələbələrlə kollektiv şəkil çəkdirməklə sona yetdi.
Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021Ermənilərin QARAGÖL sevdası: "Xəritə üzərində o ərazilər Azərbaycanındır" - İki müəllimin SSRİ-nin fərmanına ÜSYANI
25.05.2021Dəmir yumruğun memarı Heydər Əliyevdir
10.05.2021Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları
09.05.2021Nazilə Gültacın şeirləri - İlahi, göylərə bir yuxu göndər.
19.04.2021"Adım Ələsgərdir, Göyçə mahalım!" adlı online bədii konfrans keçirilmişdir.
19.04.2021Azərbaycan Silahlı Qüvvələrinin zabiti Orxan Məmmədovu Səlcuq Bayraktar mükafatlandırdı.
06.04.2021GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...
30.03.2021AŞIQ ƏLƏSGƏRİN “YÜKÜM” RƏDİFLİ DİVANİSİNİN AÇIQLAMASI
29.03.2021Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar
21.03.2021Aşıq Ələsgərin vəfatı
07.03.2021Xocalı soyqırımı haqqında məlumat
26.02.2021Onu anasının dolmuş gözlərində gördüm
25.02.2021Aşıq Ələsgərin kötücəsi "OSCAR"-a layiq görüldü.
23.02.2021“Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!-Zahid Oruc
23.02.2021Başın sağ olsun, Vətən!
20.02.2021Azərbaycanlı əməkdar jurnalist vəfat etmişdir.
20.02.2021Sahib Alıyev: Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm.
19.02.2021Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
19.02.2021Lirik etiraf və bədii özünüifadənin lakonik forması
18.02.2021 18.02.2021MİN BƏZƏKLİ XALIYDI GÖYÇƏ...
12.02.2021Erməni silahlıları Göyçənin Şorca kəndinin bütün kişilərini öldürürlər
09.02.2021Daun sindromlu müəllim Noelia
06.02.2021Qanun keşiyində dayanan idmançı
05.02.202140 min muzey sərvəti, 900-dən çox tarixi mədəniyyət abidəsi, 403 tarixi-dini məkan…
04.02.2021