BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN ƏKBƏR MƏHƏMMƏD OĞLU İSMAYILOV

14:31 / 07.04.2020
Baxılıb: 3574

Uca Yaradan canlı varlıqların fitrətində qidalanma, böyümə, çoxalma kimi nişanələr qoyub. Yer üzünün əşrəfi olan insan bundan əlavə gülmək, ağlamaq kimi hisslər içərisində mala-mülkə sahib olmaq istəyi ilə də yaşayır. Digər canlılarda da ağlamaq hissi var, amma insandan qeyri heç bir varlıq gülmək hissinə malik deyildir.

Qəhqəhə, adi gülmək, qımışmaq, istehza gülüşün zahiri əlamətlərdəndir. Batinində iç dünyada bir gülüş də var ki, onu hərənin özündən başqa heç kim duymur. O gülüş təəssüb hissindən yaranır. Təəssüb gülüşü insanın kamillik imtahanı qarşısında müvəffəqiyyət gülüşüdür, onun sədası insanın dünyalardan böyük olan mənəviyyat aləmini bürüyür. Zahiri gülüşün sədası yalnız özünün və ətrafındakıların eşidə bildiyi diapozon qədərdir. Mənəvi dünyamın sevinc fəvvarəsinin haraylı fışqırtısından gələn təbəssümlərim əsil-kökümün izindən, yolundan sızaraq axarlara qovuşur, şahə qalxan, yenilməz dalğaları ilə seçilən ümmanlar yaradır. Nəyin nəticəsinin necəliyinə baxmayaraq mənəvi rahatlığıma stimul olan hər şeyi təəssübümdən qaynaqlanan gülüşlə qarşılayıram! Təəssüb çəkmək qandan-gendən gələr! "Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya" - bu kəlamı və ovqatı Dədə Qorquddan eşidib, əslində soyunda olanların vəzninə köklənirsən. Yaddaşında olanları, eşitdiklərini saf -çürük edirsən, zatın kim olub, kim niyə belə olub, nəslinin ana xətində olan dəyərləri ən çox kimlər yaşadıb, kimin təəssübü kiminkindən böyük olub? Suallar çox, zaman yorucu!

Hər fikirdə axtardığın hikmət həqiqətin özüdür. Həqiqəti yaşadan yaddaş olmasa idi əsil, kök də itib gedərdi. Hər ağrı dözüləndir, yaddaş itsə millətin, əslin, soyun, tayfanın itməsi deməkdir, onun ağrısına dözmək olmur. Hansı ki, millətin, əslin, soyun, tayfanın hər birinin özünəməxsus tarixində vəhdət və bütövlük ağrısı, acısı yaşayır. Ağrısız, acısız həyatı zövqlə yaşayıb, nəsilin, kökün bütövlüyünü saxlamaq mümkün deyil. Yalnız yaddaşlarda yaşananlarda bütövləşmək olur, qərinələri bir -birinə bağlayıb, nəsillər arasında tərəfdarlıq yaratmaq mümükünləşir. Yaddaşlarda əsl həqiqəti yaşadan, təftiş və mühasibə ilə cəmləşdirən bir fəlsəfi kateqoriya tanıyıram - Təəssüb!( Göyçə leksikonunda təsif deyərdilər.)

“Təəssübü atırsan, it də yemir!” deyiblər ulu babalar, mənsə onu çəkməyi nə qədər bacardımsa əksəriyyətini ulu babam Bəndalı şəcərəsində Kalvayı Bağırdan törəyən, İsmayıl ocağında doğulmuş, Məhəmməd Bağırovun oğlu ƏKBƏR MÜƏLLİM İSMAYILOVDAN öyrəndim.Təəssüb çəkə bilməyin gendən-qandan gələn müqəddəs hiss olduğunu aşağıdakı mənalı şeirlə təsdiqləyək.

Hər tüstü çıxana öy demək olmaz,
Düz qibləsi, gen həyəti olmasa.
Ağız şirinliyi, könül xoşluğu,
O da bəsdir var-dövləti olmasa.

Heç yorulmaz gedən yolun düzü ilə,
Dost dostdan inciyər, şeytan sözü ilə,
İnanın ki, qurd otlayar quzu ilə,
Xain, paxıl, alaçatı olmasa.

Mərd igidə dağlar, daşlar yol olar,
Nütfədən halalın nanı bol olar,
Halal qatı dama- dama göl olar,
Heç kəsilməz haram qatı olmasa.

Kərimoğlu, yekəlik yaraşmaz ada,
Yekəlik insanı tez verər bada,
Təəssüb çəkə bilməz hər yetən gəda,
Əsli, nəsili, kökü, zatı olmasa.

Əvvəlki dövrlərdə kiməsə ithaf olunmuş hər hansı bir əsəri və yaxud məqaləni yazıb yaymaq üçün kifayət qədər imkan məhdudluğu var idi. Bəzən elə dərin mənalı əsərlər itib-batırdı ki, illər sonra görürdün müəllifin necə geniş istedadı, düşüncəsi, dərin təfəkkürü var imiş, lakin zamanında görülüb dəyərləndirilə bilməyib. Əgər bir şeydə dəyər varsa o yaşayacaq, nə zamansa üzə çıxacaq, seviləcək, haqqın sözünü deyəcək. Dəyərlər böyüklüyü və kiçikliyi ilə səciyyələnir. İnsan materiyanın ən dəyərli mövcudluqlarını əldə etməyə maraqlı olan varlıqdır. Əldə olunanlar sonra adiləşir, bəzən nəyin bahasına əldə olunması da unudulur. Əldən gedəndə isə daş da qiymətlənir!
İndiki dövrdə olan elmi-texniki inkişaf dəyərlərimizi yaşatmaqda, unutmamaqda, təbliğ etməkdə ən böyük dəstəkçimizdir desəm, səhv etmərəm yəqin. Bu yazımı əmim Əkbər müəllimə həsr etdiyim üçün fərqli təbdəyəm.

Axtardığım bütün dəyərlərin qayəsini onun insanlıq çərçivəsi daxilində görmüşəm. Həyat şilləsinin acısından qorunmaq üçün o dəyərlər daim imdadıma çatıb.
İnsan olaraq daim böyük dəyərləri axtarmaqdayıq, həmin böyüklük ki, onu uca dağların əzəmətində, vüqarında görüb köksümüzün xəzinəsinə çevirmişik. Ucalıq kişilikdir, əsil kişilik! İnsan çox vaxt özünü ucalıqlarda görməsinə rəğmən, yaradılmışın hər birinin öz tərzində ucalığı olmasını unudur. Arılar istənilən bir qəliz proyektli şəhərdə , meqapolisdə, çətin coğrafi mühitdə 8 kilometr uzağa sərbəst gedib, çətinliksiz qayıda bilirlər. İnsan tanımadığı şəhərdə ikicə küçəni keçdikdən sonra, hansı yol ilə qayıdacağını təyin etməkdə çox çətinliklər çəkir.

Arı yolu tapa bilir, insan tapa bilmir! Maraqlıdır deyilmi? Fil boyda nəhəng canlı qarışqadan qorxur, qarışqa onun qulağına girsə, ürəyi partlayıb ölür. Harda qarışqa yuvası varsa fillər qorxusundan ora yaxın getmir. Milçək “Bismillahla” hazırlanmış aşın, yaxud halvanın üzərinə qonmur. Natəmiz yerlərə qonur deyə halal nemətə pəhriz yanaşır. Balıqlar dəryada nə qədər sıx koloniyada üzsələr də bir-birinə toxunmurlar, bir- birinin yolunu gözləyirlər. Bir tükümüzün çəkisindən yüngül olan ağcaqanad insanda sarsıdıcı ağrı yarada bilir (Nəmudurn vaqiəsi).

Ağcaqanadlar öz belləri üzərində gəzdirdikləri neçə canlıları qidalandırırlar. Qarışqa öz çəkisindən 40 dəfə ağır olan yükü rahatlıqla daşıyır. İnsan bu misalda ola bilirmi? -Əlbəttə yox!
Yüzlərlə misallar gətirmək də olar, intəhası budur ki, böyüklük anlayışı mütləq və ancaq insana xas deyil. Əslində böyüklük içərisində bir kiçiklik, kiçiklikdə görməzdən gəldiyimiz, bəzən hiss etmədiyimiz böyükülüklər vardır.

Silsilə yazılarımı Böyük Nərimanlılar adı altında publikasıya etməyimə baxmayaraq, BÖYÜK olanın – QADİR olduğunu heç vaxt unutmuram! Sənin atan, mənim atam, sənin baban, mənim babam bəli, hamsı bü dünyada böyüklük mücəssiməsi qurublar elə eyni Əkbər müəllim İsmayılov kimi, fəqət böyüklüyün özü BÖYÜYÜN xəlq etdiyi kimidir.
Mən uşaqlığımdan zahir və batin aləmi çox zəngin olan Əkbər müəllimin könül ocağının hənirtisində ata- babadan gələn müqəddəslik, saflıq və qeyrət görüb bu ruhda yekəldim. Onun hikmətlərlə dolu bəlağətindən nə eşitmişəmsə daş üzərində yazı kimi qalıb xatirimdə.
Əkbər müəllim gənc yaşlarında ikən atası rəhmətlik Məhəmməd İsmayıl oğlu Bağırov ikinci dünya müharibəsinin amansız alovları içərisinə çağırılır. O, 1942 ci ildə hərbi əməliyyatlarda vəfat etmişdir. Onun qara kağızı gəldikdən sonra övladları ata kölgəsindən məhrum olsalar da, atalı kimi dolanışıqları vardı. Əkbər müəllimin rəhmətlik anası - kişi hünərli, erkək qeyrətli Kəklik nənəmin qüruru sayəsində hamıdan da ürəkli böyüyürlər. Əkbər müəllimin bütün xasiyyətinin özəl nümunələri Kəklik nənəmin qeyrətindən gələn təpərə bağlı idi.

Bir dəfə dağa, yaylağa köçmək zamanı idi. Əkbər müəllim də böyük təsərrüfata malik olduğundan mal-heyvanını dağa, yaylağa köçürmək qərarına gəldi. Ona görə dağ evi tikmək lazım idi. Eşitdim ki, əmim dağa ev tikmək üçün gedib. Mən hər zaman onun yanında olmağı xoşlayırdım. Ev tikəndə, kartof əkəndə, taxıl səpəndə, ot biçəndə, quyu qazanda nə bacarırdımsa gücüm çatandan köməklik də edirdim. Dağa yollandım gördüm Əkbər əmim evin himini bir yerdən qazır ki, bura köhnə evimizin yeridir evi öz əvvəlki yerində tikəcəm. Himini qazarkən evin arxa küncünün birindən Kəklik nənəmin təndiri çıxdı. Mən Əkbər müəllimi heç zaman ağlayan görməmişdim.Elə yanıqlı ağladı ki, vücudum keyidi...

Daha gəlməyəcək anamın səsi,
Mənə de, taleyin yumruğu dəydi.
Düzü acığıma gəlir: bəzisi
Soruşur mərhumun yaşı neçəydi?
Bilmirəm... düşmüşdü saçlarına dən.
... Dolaşır sualla cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ana yaşında.

Orada onun ağlayaraq hansı şəkilə düşdüyünyn şahidi olduqdan sonra tamam fərqli duyğular baş qaldırdı sinəmdə. Uzun illər o mənzərəni unuda bilmirəm elə dərin təsir qoyub ki, məndə.
Nəsildən gəlmə əlamətlərdən biri də güclü olmağındaydı. O, qoldan çox qüvvətli idi, atası rəhmətliyə də zoru çox olduğuna görə Kələ Məhəmməd deyirlərmiş.
Uşaqkən elə təsəvvür edirdik ki, saçı-saqqalı ağarmış adamlar qocalıblar, gücsüz olurlar. Amma pəhləvanların girişdiyi qüvvəli işlərə aslanlar kimi girişirdi Əkbər əmim, özü də işlərini necə mismil görərdi. Çox səliqəli geyinər, zövqlə bəzənərdi. Heç kimdə olmayan bir darağı var idi. Bir tərəfi saçını, bığını daramaq üçün, digər tərəfi isə qaşlarını daramaq üçün idi. Uzun görkəmli qaşlarını daraqla darayardı, sonra isə bığlarını darayar, səliqəli şəkildə qayçı ilə düzəldərdi. Darağına ad da qoymuşduq, ”Əkbər qağamın qaş darağı” deyərdik. Sifəti həmişə təmiz olurdu, hər gün ülgüclə qırxırdı, ülgücünü də kəmərinin iç tərəfinə sürətlə o üz- bu üzə sütməklə itiləyərdi. Kəmərinin iç üzü sürtülməkdən dəri görkəmindən çıxmışdı, par-par parıldayırdı.

Hər axşam iş dəftərini, mövzu tematik planı, gündəliyi, tədris proqramını yazdığı dəftərləri var idi. Bir dənə də olsun qara, yaxud ləkə olmazdı dəftərlərində. Yaxşı yeyirdi, yaxşı danışırdı, yaxşı işləyirdi, yaxşı da qazanırdı. Ehtiyatını əldən heç vaxt verməzdi.
Qonşuluqda əvəzsiz münasibət saxlamağı, ağsaqqallıqda övliya vəznəliyi var idi. Necə müdrik, aramlı və mənalı söhbətlər edərdi. O, öz ləyaqətini qorumaq üçün bütün müsbət xarakterləri mənəviyyatına cəmləmişdi. Bir ailə başçısı olaraq ortaya ən səhmanlı insani keyfiyyətlər qoyurdu. El ağsaqqallarımızdan biri kimi qəbul olunan fəxr etdiyim əmimdir Əkbər müəllim! Kimsə deyə bilməz ki, Əkbər müəllim mənə bədlik, yamanlıq göstərdi, kimsə deyə bilməz mənim hanısa bir işimin müşgüllüyünə bais olub. O, dünyaya böyük insan kimi gəldi, böyüklik içərisində də ləyaqətli şəkildə hər kəsin qarşısında ali insanlıq borcunu yerinə yetirərək nurani şəkildə dünyadan köçdü.
Bir ömür içərisində ömürlər yaşamış böyük ağsaqqal deyirəm Əkbər müəllimə. Qızlara, gəlinlərə daim bir misra deyərdi;

Səndə ki, var hüsn-camal,
Daim onu saxla halal,
Azalmasa ağıl-kamal,
Ucalacaq adın sənin!

Yaşamaq təkcə yuxarıda qeyd etiyim əlamətlərlə bitmir. Məsləki, amalı ilə yaşamağın mənasını idrak edib təfəkkürlərə yeridən Əkbər müəllim gözəl bilirdi hürriyyətlə dünyaya gəlmə içində Ulu Tanrı qarşısında nəfsinə ağa olmağı. Əkbər müəllimin kamillik dərəcəsini ötüb keçməsi ondan qaynaqlanırdı ki, təkcə evinin içərisində ailə yanında məsud yaşamağa üstünlük verməzdi, bayırı da düşünməyi həyatının məziyyətinə çevirmişdi. O, yaşayırdı, həm də yaşadırdı, qəlblərin qurumuş köklərini mənəviyyat bulağının suyu ilə suvararaq dirildə bilirdi. Elm öyrədirdi, Peygəmbərin sünnətini, Allahın əmrini yerinə yetiridi. Könüllərdə ümid işığı yandırmaqla imdad diləyən bütün qəlblərin acısını duyaraq təsəlli, arxa, mənəvi dayaq olurdu. Bununla öz həyatını yaşam zövqü ilə bəzəyər, heç kimə ağız açmaz, nadan yanında əyilməz, zalımın zülmünə göz yummazdı mənim əziz əmim Əkbər İsmayılov!

Hər görüşümüzdə
Əzizinəm əmim, gəl,
Yelkənim gəl, gəmim gəl,
Gəlişinə qurbanam,
Dağılsın dərd-qəmim, gəl!

deməklə onu sevəliyərdim, körpəliyimdən bəlkə də ən çox ehtiyaclarımdan olan özəl qoxusunu alardım. Onu çox sevirdim, indi də sevirəm, sevgini sevməyi ondan öyrəndim deyə. Hər şeyə bəsirət gözü ilə baxar vicdanının səsi ilə duymaqla yaşatmağı, becərməyi, böyütməyi bacarırdı. Hər şeyi öncədən ruhu ilə hiss edərək heç vaxt qəliz və bəyənilməz yola könül atını süvar etməzdi.
Lap körpə vaxtlarımız idi. Həmişə əmoğlum Məhəmmədi oturaq vəziyyətdə dizinin üstünə alıb oxşayar, nanay deyər, tumarlayardı. Mən də onun bu münasibətinə çox ehtiyaclı idim. Arabir mənim pisikdiyimi görüb, eyni münasibəti mənə də göstərirdi, amma qısa. Mən daim düşünürdüm ki, yəqin doğma qardaşı oğlu deyiləm deyə məni qucağında çox saxlamır. Qısqanırdım! Amma böyüyəndən sonra başa düşdüm ki, hamıdan çox Məhəmmədi ona görə əzizləyirdi ki, Məhəmməd atasının adını daşıyırdı. Yeri bilinməyən, qara kağızı gəlmiş nər atasının!

Əbləhə, gaya, lodura, yaltağa sinə açmazdı, babam oxucu olub deyə könlünü Qurana vermiş, iman içrə püxtələşmişdi. Duyarlıq işığına bürünməkdə, həyatının dəyəri hikmətlə bütövləşməkdə idi. Həcc ziyarətindən ilk gələndə gördüm onun bürünmüş olduğu tofiqat pərdəsinin nurunu. Bakıdan Gəncəyə çıxanda demişdim ki, Əkbər qağama çatdırın mənim gəlməyimi və öncə onunla görüşmək istəyimi nəzərə alsın. Mən Gəncəyə yetişəndə onunla eyni vaxtda yetişdik eyni ünvana yəqin ki, bu ilahi bir duyğu əsasında baş verdi, heç bir dəqiq hesablama bu qədər etalonluq təşkil edə bilməzdi. Çox tələsik gəlmiş olduğu bir qədər təngnəfəsliyindən bəlli idi. Bu görüşün içərisində, mehr-məhəbbət, kövrəklik, daxili dünyamızı öz səsi ilə bürüyən gülüş-təbəssüm, şadlıq, gözaydınlığı var idi. Duz kimi yaladıq bir-birimizi. Gəl yanımda otur deyərək əlimi ovcunun içərisində saxladı. Qürur hissi ən yüksək dərəcədəydi. Çox təəssübkeş adam idi. Ona görə də mən də özümü qanandan fikrimi ona salmışdım. Zühdə meylli olsa da, dünyanın işini bilmək olmaz deyə, qarşıda ola biləcək çətinlikləri unutmamağı tövsiyə edərdi. Özünə məslək etdiyi təvəzökarlığı sayəsində xoş münasibətlərini yalnız layiq olan yerə göstərərdi.
İnsan həyatının başlanğıc və bitiş anı içərisində nələri varsa insanın dəyər qədəri də odur. Mən çox maraq edirdim ki, O, nə istəyirdi olurdu, İlahidən rəhman əli ilə onun əlindən tutulurdu. Bu yol içərisində heç sovetin kafirlik dönəmində də haqq yolundan dönmədi. O, hardan başladığını bilirdi deyə, hər şeyin sonucu düşündüyündən kənar deyildi. Önəmli olan da başladığının mənasını mükəmməl bilməkdir. Haqq yolundan dönməyən birisi olduğu üçün həyatının bitiş anı da əsil haqq adamının həyatı kimi oldu. İnsan mənliyində kəşf edə bilmədiyin bəzi xasiyyətin onun həyatının bitiş anında şahidi olursan. Yaşadığı bütün yerlərin haqqını ödədi deyə ölüm anı da möcüzəl oldu.
Eşitdim nasazdır. Axşam zəng etdim danışdım. Söhbət əsnasında hiss etdim ki, beyin daxili əlaqələrində ləngimə prosesi var. Qardaşım Asəfə dedim ki, babamın (Baba görməmişdim deyə onu Baba kimi qəbul edirdim) halı məni açmır, sabah Gəncəyə gedəcəm. Bəli, sabahlarınız xeyirliyə açılsın , çıxdım Gəncəyə. Bacıma xahiş etdim ki, quşəppəyi kətəsi bişirsin, gəlim Əkbər qağama da aparım bir yerdə yeyərik. Çatdım ki, kətələr hazırdır, qağam Əli kişini də götürüb onlara getdim ki, kətələrimizi yeyək, görüşək. Kətələri yemək qismət olmadı!!! Mən çatanda onun ruhu bədənindən çıxmışdı. Yataqdan qalxıb, gedib bayırı hərlənib, gəlib uzanıb yerinə, uşaqlara deyib ki, ayaqlarım yığılır mən gedirəm, ayağımı düzəldin. Bu məqamda Kəlimeyi- şəhadətini deyib, iki dəfə Peyğəmbər s.ə.s. salavat göndərib, üçüncüdə əli mübarək sifətində qalıb! Onun həyatının son məqamına tək bəşər deyil, mələklər də şahidlik etdi. O möcüzəni unuda bilmirəm.
O şəxsiyyəti ilə ucalaraq mənəviyyat dünyasının insanlıq tacına sahib oldu. Əməli, ədəbi ilə yüksəliş məskənlərini qarış -qarış gəzərək, insanlığa xas təəssüb gülüşünü tərk etmədi. Bu yerdə Aşıq Qurbaninin bir misrası yadıma düşdü.
...Qurbani, qəm yemə kərəm, kanı var,
Ədalət hakimin haqq-divanı var,
Bu çərxi-fələyin nərdivanı var,
Enən ağlayarmış, qalxan gülərmiş.

Bu qalxış haqqın özünə tərəf idi, ona görə gülə- gülə də haqqa tərəf getdi, haqq güldürər insanı. Nahaqdan gələn gülüş ah-nalə, sonu saç yolub, şüvən qopartmaqdan başqa bir vəhşət deyildir. Əkbər müəllim kökü dərinliklərə işləmiş möhtəşəm bir palıd ağacı idi, bu dərinliyə onun kökləri, nəfsin zəncirlərini sındıraraq gedib çatmışdır. Minnət qoymadı, təvəzö ilə barlı-bərəkətli yaşadı, saleh adamlara meydan verdi, zalıma saleh kimi baxmadı. Ana bətnindən cahan bətninə gəlməyin mübarəkliyini seçdi. Anam kişi kimi qadınıydı deyib aslanlar kimi yaşamış atasının oğlu olmağı özünün qarşıya qoyduğu həyat aynası seçdi. Əkbər müəllim yaxşılq etməyi bacarırdı və yaxşılq etməyin ölçüsünü və mahiyyətini gözəl bilirdi. Yersiz heç bir sözü, söhbəti olmazdı deyə etdiyi yaxşılıq da nizamında görünürdü. Onun yaxşılığının mahiyyətini düşündükcə xatirimdə olan bu şeir canlanır.

Yaxşılıq neçə min ilməli hana,
Nəsildən-nəsilə qalan varımız.
Fəqət yaxşılığı başa qaxana
Kişi deməyibdir babalarımız.
Bəzən baş-başa gəl qarla, yağışla,
Birinə səadət həvəsində sən:
Əsl insanlara dünya bağışla,
Bir çürük qoz umma əvəzində sən.
Olma təmənnalı
yaxşılıq acı.
O, zəhər qatılmış
çörək kimidir.
Ya da bir kasıbın,
Bir naillacın
Könülsüz satdığı inək kimidir.
Ya gürşad aparar,
Ya həllənc vurar,
Ya da döşü yanar,
Südü quruyar...

Bu amalla edərdi yaxşılığını. Bu misalla müdrik soyunun, kökünün yolunu izini yaşadardı.
Əkbər müəllim sadiq, vəfalı, böyüyünü-kiçiyini yad etməyin tərzini anan, anladan dahi idi.

"Nə yanar kimsə mənə atəşi-dildən özgə
Nə açar kimsə qapım badi-səbadan qeyri" Füzuli

Ömrünün axır vaxtlarında həyat yoldaşını itirdi, fəqət o yaşda həyat yoldaşı omamağın nə qədər ağrılı və çətinliyinə baxmayaraq ədalət ölçüsünü itirmədi, haqqı danışmaq şərəfindən əl çəkmədi, sevgi silahından əlini üzmədi, hər bir nəsnəni istiqaməti üzrə yerinə qoymağı unutmadı. Torpaq əkinçiyə tabe olduğu kimi Uca Rəbbinə tabe oldu, səbri, zikri, hüzuru ilə özünə axirət azuqəsi topladı. Doğruları bilmək üçün Məcnun kimi çöllərə düşməyərək, səbrlə hədəfinə gecə- gündüz yeriyərək cəhənnəm odundan özünü tamamilə uzaqlaşdırdı. Böyük insan olmağı ona Böyüyü tanıtdırmışdı. Könül zəmilərində var olan mərhəmət toxumlarına öz qanından su verib ümid fidanına çevirməsi əsil insan kimi bütün duyğularının təcəllası olmuşdur.

Onun dəfn günü idi. Hacı Novruz əmim, Nemət, bir də mən dedik ki, gedək qəbr yerinə baxaq görək hazırdırmı? Bir çox hədislərdə gəlir ki, qəbr ilan çayanların evidir, onun əzabından qorunmaq üçün əməllərinizi saleh edin ki, Allahın iradəsi ilə o ev rahatlıq məskəninizə çevrilsin. Orada gördüyümüz daha bir möcüzə bu evin Əkbər müəllimə rahatlıq evi kimi bəxş edildiyinə aşkar dəlil idi. Həyatını dərk etdikcə bu misraları xatırlayıram.

Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün də qoynuna alacaq məni.

Qəbrimdən göyərən otları külək
Yayıb göyərdəcək dərədə, düzdə,
Bəlkə sinəm üstə bitən bir çiçək,
Gəzəcək nə qədər sinələr üstə.

Ömür də bir borcdur əlli il, yüz il,
Bədbəxtdir az yazıb, çox yaşayanlar.
Şair dost, ömrünü yaşında deyil,
Yazdığın nəğmənin ömründə axtar.(M.Araz)

Yaşını deyil, yaşadığı ömürün içərisində nələri bağışladığını, nələrə dözdüyünü, nələrə qalib gəldiyini düşündükcə həqiqətən də Allahın insana sonsuz iradə və dözüm verməsinin mahiyyətini sanki yenidən dərk edirəm!

HACI ABBAS ƏLİ OĞLU BAĞIROV
HƏKİM- PROVİZOR
TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU
QƏLƏBƏ TİBB MƏRKƏZİNİN DİREKTORU


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər