Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun məzarı başında düşüncələrim:
Əziz eloğlum, Azad. Bu gün sənin doğum günündür. İlk dəfədir ki, əzizlərin doğum gününü sənsiz qeyd edirlər. Qarlı-şaxtalı yanvarın 24-də doğulub cəmi 24 bahar yaşadın. Etiraf edim ki, şəhid olana qədər Səni tanımamışam. Ancaq şəhadətə qovuşduğun gündən sonra nəinki mən, bütün xalqımız tərəfindən bir igid, qəhrəman kimi tanındın. Heç də təsadüfü deyil ki, sənin qəhrəmanlığını dövlətimiz də dəyərləndirdi, “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə ödülləndirdi. İndi mənə o qədər doğmasan, o qədər əzizsən ki, o sevgini sözlə ifadə etmək çox çətindir. Səni gec də olsa o qədər çox sevir, o qədər qəlbimə yaxın bilirəm, sanki, biz illərin tanışı-yaxını olmuşuq. Şəhidim, igidim Azad! Sənin müqəddəs ruhun hər bir Azərbaycanlının qanında, canındadır. Sən elə bir yüksəklikdə qərar tutmusan ki, o ucalıq hər bəşər övladına nəsib olmaz. Hamı özünə o ucalığı arzulaya bilər, amma yetə bilməz. Bu 24 illik qısa ömrünü Sən elə yaşadın ki, dünya durduqca nə doğmaların, nə də xalqın Səni unutmaz. Ulularımız demişlər ki, şəhidlər ölməz. Sən ölməmisən əzizim, cənnət mələklərinin qanadlarında göylərin ucalığından dövrə vurub bizi seyr etdiyinə əminəm. Sadəcə cismən aramızda deyilsən... Ruhun şad olsun, azad Qarabağın Azad oğlu.
Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində doğulub. Gözünü dünyaya açandan Göyçə mahalının Daşkənd kəndində doğulan atası Arifdən vətən nisgilli, yurd həsrətli söhbətlərə, xatirələrə hakim kəsilmişdi, Azad. Beləcə onda vətənpərvərlik hissləri lap uşaqlıqdan baş qaldırmış, xalqımızın düşmənlərinə qarşı intiqam hissi alovlanmağa başlamışdı. Azad Nərimanov rayonunda yerləşən “Bakı şəhəri 291 №-li ekologiya liseyi”ni əla qiymətlərlə bitirsə də respublikanın heç bir sıradan olan universitetində təhsilini davam etdirmək istəmir. O, hərb yolunu seçir. Fikirləşir ki, yalnız vətəni hərbçi olaraq düşmənlərdən xilas edə bilər. Beləliklə 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına qəbul olur. Seçdiyi ixtisası sevə-sevə oxuyur, öyrənir. Təlim-tədris zamanı Azad həmişə öncüllər arasında olur. 2017-ci ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirir. Təyinatı və istəyi üzrə elə həmin ildən də ön cəbhədə, Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayır. Azad Hümbətov peşəkarlığını daha da artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant hərbi rütbəsi alır. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyır. Bu tədbirdən sonra ona “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı Müdafiə nazirliyi tərəfindən təqdim olunur. Azad Hümbətovun 2020-ci ilin sentyabrında uşaqlıqdan boy verən arzuları – düşməndən qisas almaq, işğal altında olan torpaqları azad etmək xəyalları gerçəkləşir. O, Füzuli rayonundakı ermənilərin keçilməz sədd adlandırdığı cəbhə xəttinin yarılmasında qəhrəmanlıq göstərir. Tank tağımı komandiri olaraq öndə gedən Azadın döyüşçü yoldaşları da onunla bərabər düşmənə sarsıdıcı zərbələr endirirlər. O, tağım heyəti ilə bərabər düşmənin 5 tankını qənimət kimi ələ keçirmiş və öz mövqelərinə gətirib çıxarmışdı. Döyüşlərin birində etdiyi qəhrəmanlıq haqqında əmisi Bakir belə deyir: “Azad müharibənin ilk günlərində komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır. Buna baxmayaraq tank mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə onu yaralı halda belinə alaraq xilas etməyə çalışır. Düşmənə rast gəlməmək üçün meşəliklə təxminən 25 km yolu 2 günə öz döyüş postlarımıza gətirib çıxara bilir. Azadın özü də yaralı olduğu üçün onu Beyləqanda hospitala müalicə üçün göndərirlər. O isə müalicəsi qurtarmamış yenidən döyüş meydanına qayıdır.”
Baş leytenant Azad Hümbətov Füzuli, Xocavənd, Qubadlı, Laçın və digər cəbhələrdə düz bir ay yoruldum demədən, dincəlmədən sərasər döyüşür. Və son döyüşü... 27 oktyabr 2020-ci ildə Vətən müharibəsinin çox əhəmiyyətli və ən strateji mövqeyi olan Laçın dəhlizi uğrunda gedən döyüşlərdə son qəhrəmanlıqlarını göstərərək şəhid olur. Şəhid olmağıyla da Azad bir evin yox, bir elin övladı olur. İndi o təkcə Arif və Leyla xanımın oğlu yox, bütün Azərbaycanın oğludur. Baş leytenant Azad Hümbətov İkinci Fəxri Xiyabanda general-mayor Polad Həşimovla bir sırada dəfn olunub. 9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı ilə baş leytenant Hümbətov Azad Arif oğluna (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Bundan sonra Azad Hümbətov 15 dekabr 2020-ci ildə “Vətən uğrunda”, 25 dekabr 2020-ci ildə isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.
Araz YAQUBOĞLU
Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021Ermənilərin QARAGÖL sevdası: "Xəritə üzərində o ərazilər Azərbaycanındır" - İki müəllimin SSRİ-nin fərmanına ÜSYANI
25.05.2021Dəmir yumruğun memarı Heydər Əliyevdir
10.05.2021Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları
09.05.2021Nazilə Gültacın şeirləri - İlahi, göylərə bir yuxu göndər.
19.04.2021"Adım Ələsgərdir, Göyçə mahalım!" adlı online bədii konfrans keçirilmişdir.
19.04.2021Azərbaycan Silahlı Qüvvələrinin zabiti Orxan Məmmədovu Səlcuq Bayraktar mükafatlandırdı.
06.04.2021GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...
30.03.2021AŞIQ ƏLƏSGƏRİN “YÜKÜM” RƏDİFLİ DİVANİSİNİN AÇIQLAMASI
29.03.2021Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar
21.03.2021Aşıq Ələsgərin vəfatı
07.03.2021Xocalı soyqırımı haqqında məlumat
26.02.2021Onu anasının dolmuş gözlərində gördüm
25.02.2021Aşıq Ələsgərin kötücəsi "OSCAR"-a layiq görüldü.
23.02.2021“Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!-Zahid Oruc
23.02.2021Başın sağ olsun, Vətən!
20.02.2021Azərbaycanlı əməkdar jurnalist vəfat etmişdir.
20.02.2021Sahib Alıyev: Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm.
19.02.2021Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
19.02.2021Lirik etiraf və bədii özünüifadənin lakonik forması
18.02.2021 18.02.2021MİN BƏZƏKLİ XALIYDI GÖYÇƏ...
12.02.2021Erməni silahlıları Göyçənin Şorca kəndinin bütün kişilərini öldürürlər
09.02.2021Daun sindromlu müəllim Noelia
06.02.2021Qanun keşiyində dayanan idmançı
05.02.2021