Bizim borcumuz, gələcək nəsillərin borcu tarixi keçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, onları qoruyub saxlamaqdan ibarətdir. – Heydər Əliyev
Azərbaycan xalçaları sadəcə xalça deyil, YUN KİTABƏLƏRDİR-
Lev Qumilyov, rus yazıçısı, tədqiqatçı- tarixçi.
Naxışlı bir xalıydı Göyçə ...Və o xalı Azərbaycan türk mədəniyyətinin qaymağı hesab olunan Ulu Göyçədə mənfur düşmən tərəfindən ilmə- ilmə sökülməyə başlamışdı. Artıq erməni məkri neçə yüz illər idi ki, davam edirdi. Bizlər isə daha bərk yuxuya gedir, “ erməni kirvəliyindən”, qardaş erməni xalqından, xalqlar dostluğundan mədhiyyələr söyləyirdik.
Hansı tərəfindən baxsan, daşında, torpağında, gözəl Göyçə gölünün hər bir halında min bir naxış, min- min ilmələr- ayrı bir dəsgah idin Göyçə.
Gözlərimi dünyaya gözəllər gözəli Göyçə mahalında açdım. Ətrafımızdan tutmuş həyatımız belə bəzək- naxışlar içərisində idi.
Bu mahalda nələr- nələr yox idi...Böyüklük, kiçiklik, ruzi- bərəkət, halallıq, maarif- təhsil, elm, biliklərə can atmaq bizlər üçün dünyanın paytaxtı hesab olunan Bakıya sonsuz sevgi və məhəbbət. Xüsusən də erməni kimi fitnəkarın içində yaşayarkən Azərbaycana - doğma məmləkətimizə olan sevginin sonsuzluğu heç nəylə müqayisə oluna bilməz.
Mənim qismətim onda gətirdi ki, gözümü dünyaya ziyalı bir mühitdə açmışdım. Lakin o mühitdəki KİŞİLƏR “dünən yaxud srağagün” dünyaya gəlməmişdilər. Köklü-köməcli bir dünya idi Göyçə. Min- min illərə uzanırdı türkün kökü-kötüyü. Uşaqlıq illərim Basarkeçər rayonu Güney- Sədanağac kəndində və Dərə kəndində-nənə, babamın yanında keçdi.Babam Abbas Əhmədov, nənəm Məsmə xanım və dayılı- xalalı, əmili, bibili- daha doğrusu Güney kəndində də qohum - əqrabalı bir dünya və bizim xalçalı- naxışlı dünyamız, bax ilkin müşahidəm oldu bunlar.
Lap neçə illər öncə belə tədqiqatçılar Göyçənin tarixinin uzaq-uzaq minilliklərdən boylandığını yazırlar. Son nəticəyə görə türkün dünyaya gəlişindən xəbər verir bu oba, bu mahal. Və bu tədqiqatların tarixi 7 min illiyə söykənir. Dünya imperatoru Böyük İsgəndərin öz qoşunu ilə Göyçə gölü sahillərindən gəlib keçdiyi tarixi məxəzlərdə əks olunub. Ən qədim mənbələrdə belə, o cümlədən “Kitabi – Dədə Qorqud”da adı gözəlliklər diyarı kimi, ulu türkün kökünün dərinlərə işləmiş kötüyü ilə rastlaşırsan. Türk qövmünün, türk millətinin dünyaya gəlişindən xəbər verir bu gözəl diyar.
Mənim atalı- analı və Göyçəli dünyam onsuz da naxışlı idi. Lap Göyçənin xalı- xalçaları, gəbə-kilimləri kimi. İlkin şahidi olduğum ana nənəm- Məsmə mamamın xalça, palazlar toxumaq üçün qız-gəlinlərə verdiyi məsləhət, boyaqlardan necə istifadə olunması qaydaları idi. İplərin boyanması işlərinə özü nəzarət edər, təbii yollarla rənglərin necə alındığını gözəl bilirdi. Göyçə evlərinin demək olar ki, hamısında xalça-palazlar, Göyçə ibarəsi ilə desək, “gəbə”, kilimlər toxunar və evlərdə döşənərdi. Var- dövlət belə hesab olunurdu xalça- palazlı evlər.
Qədim Türk mədəniyyətinin öncüllərindən olan bu mahalda dəmirçilik, toxuculuq, taxılçılq, heyvandarlıq kimi məşğuliyyət və sənətlərlə yanaşı türk elatlarına məxsus xalçaçılıq sənəti uzun illər yerli əhalinin dolanışıq mənbəyi olmuşdur. Evlərdə xalçalar toxunar, kilim, palazlar salınardı, hətta yaxşı toxuyan qız- gəlinlərə sifarişlər belə verilərdi. Məsmə mamamın anası Gözəl xanım (əslən Ardanış kəndindən idilər) özü də gözəl xalça, gəbələr toxumuş, minbir naxışlı kilimlərin ustası olmuşdur. Ancaq günü bu günəcən evimizdə saxlanan, keçən əsrin 50-ci illərində Atam İsmayıl Əliyevin adına toxunan xovlu xalça öz qeyri- adı gözəlliyi, sıx toxunuşu, çeşnilərin məharətlə vurulması olduqca gözəl bir sənət nümunəsidir. Onu da qeyd edim ki, bu xalçanı Dərə kəndində yaşayan Baratəli kişinin qızları Zəhra və Məsmə xanımlar toxuyub başa gətirmişdilər. Xalçaçılıq sənətini olduqca mükəmməl bilirdilər. Bu gün bu gözəl, zəhmətkeş insanlar həyatda olmasalar da, qoyduqları iz bütöv bir xalqın yaddaşında və yaratdığı nümunələrdə yaşayır. Ruhları şad olsun.
Qədim türk xalçaçılıq sənətinə dayanan, kökləri ilə palaz- kilim, gəbə- xalçaların özünün də kökü-kötüyü naxışlar, ilmələr, butalar, çeşnilər, göllər, bütün bunların hamısının sorağı mililliklərdən gəlirdi. Naxışların, göllərin salınması, simvol və rəmzlərdən istifadə, əslində isə boyanın özü, onun hazırlanması xüsusi ustalıq tələb edirdi. Bəzən hətta xana başında hər hansı bir gölün, çeşninin salınması barədə xalçaçılar arasında mübahisələr gedərdi.Yəni bineyi- qədimdən bu sənət türk ellərinə məxsus olmuş, xalqın içərisindən çıxmış, getdikcə daha da cilalanmış, daha da mükəmməlləşmişdir. Necə deyərlər, xanalarda toxunan hər bir xalça, palazlar, kilim, gəbə və s.Türk- Azərbaycan qadınlarının ağır zəhməti, əməyi ilə başa gələn böyük sənət əsərləri idi. Xalqın yaddaşından, ruhunun minilliyindən süzülüb gəlirdi. Və getdikcə də cilalanır, daha da büllurlaşır, daha da durulurdu.
Lakin burada incə bir məsələni unutmamalıyıq, daha doğrusu, bu məsələni vurğulamalıyam, nədənsə dünyanın bütün nöqtələrinə getməyi bacaran Azərbaycan xalça ustaları, tədqiqatçıların yönü qədim türk eli olan bu mahala “düşmürdü”. Erməni kimi xəbis, məkrli bir düşmənin içərisində yaşamaq heç də asan məsələ deyildi. Erməni gədaları təkcə torpağımıza qəsb etmədi. Hələ neçə- neçə illər öncə qədim sənətlərimizə- musiqimizə, ədəbiyyatımıza, mətbəximizə əl uzadır, göz görəsi oğurlayırdılar. Keçən əsrin təqribən 60-cı illərindən etibarən ermənilər qapı-qapı Göyçənin kəndlərini gəzir, qədim, bəlkə də yaşı yüz illərlə olan xalça- palazları cüzi pul-para müqabilində alıb aparırdılar. Artıq 70-80-ci illərdə Göyçənin ziyalııları irəli durub əhalini bir qədər bu işdən çəkindirə bildilər. İsmayıl Əliyev, Məcnun İbrahimov, İbad İbrahimov, Hüseyn Qurbanov, Şamil Rüstəmov və s. kimi ziyalıların səyi nəticəsində insanlarla söhbətlər aparıldı. Bu məkrli siyasətin qarşısı bir qədər alınsa da, orda-burda bu qədim sənət nümunələrini çüzi pul müqabilində demək olar ki, “oğurlayıb” aparırdılar.
Erməni adlı bu mənfur düşmən hər zaman türk xalqına aid məxsusi sənət nümunələrini- müsiqini, mətbəxi- yeməklərimizi, musiqi alətlərimizi “özününküləşdirib” dünyaya çıxarmaqla məşhurdurlar. Unutmayaq, erməni adlı millət OĞRUdur, əslində isə bu mənfur millətdə heç bir zaman xalçaçılıq sənəti olmayıb. O zamanlar insanlarımızı bu işlərdən çəkindirmək üçün hətta onlara M. Cəlalın “Bir gəncin manifesti” əsərindən Sona Ananın dilindən olan hekayəni danışır və “itə ataram, yada satmaram” deyimi ilə qol-qanad vermişdilər. Doğurdan da ibrətamiz hekayədir: Göyçə mahalında yaşanıb bu hadisə. O da yadımdadır ki, xalçası olan, lakin dolanışıq ucbatından satmaq istəyənlər belə bu fikirdən birdəfəlik daşındılar. “Allah vurub ermənini – dedilər. Çürüdərəm, amma erməniyə satmaram”. Bax belə- belə işlər olurdu. Göründüyü kimi, İnsanlar yaşamış, yaratmış və mübarizə aparmışlar. Ləyaqətli bir mahalın halal insanları adınız tarixdə şərəf, qeyrət simvolu kimi yaşayacaqdır!
Elə məntiq də burdadır. Nələr, nələr baş vermədi... Yerli əhalidən alınan xalılar, gəbələr, kilimlər, qədim sənət nümunələri bu günlər artıq qədim erməni sənət nümunələri adı ilə Avropada, dünyanın digər ölkələrində təqdim olunur. Sonda isə torpağımza əl qoydular. Musiqi alətlərimiz, mahnılarımız, yeməklərimiz... nəhayətində isə Qarabağ – Qərbi Azərbaycanda daxil olmaqla 52%- dən çox torpaqlarımız, qədim yurdlarımız, zəhmət çəkib əziyyətlərlə özlərinə ev- eşik tikmiş insanlarımız qaçqın-köçkün adı ilə yollara düşdü.
1988-ci ildən başlanan, ürəyimizə, ruhumuza nisgildən damğa vuran Göyçə aşiqliyi qəlblərdən çıxmır ki, çıxmır! Artıq 32 ildir ki, yurdumuz erməni tapdağında inləyir.
Görəsən tarix bunu bizə bağışlayacaq? Bəs bizlər necə, özümüz-özümüzü bağışlayacağıq!?.
Bir haşiyə çıxım: Analarımız qızlarını gəlin köçürərkən mütləq əl xalçası cehiz qoyardılar. Çünki, sexlərdə toxunan xalça, gəbələrdən çox, yun əriş-arğaclı əl işləri- xanalarda toxunan əl xalça-palazları daha hörmətli və dəyərli hesab olunardı. Və göründüyü kimi, “el gözü tərəzidir”.
Göyçə mühitində landşaftın orjinallığı çox asanlıqla xalq təfəkküründə xalça sənətində palitranın rəngarəngliyinə gətirib çıxarmışdır. Yeri gələndə bu sənətdə folklor, milli ornamentlər, buta kimi rəmzlər öz əksini tapır. Harmoniya, ritmin və rənglərin estetikası əks olunurdu bu xalı-xalçalarda. Lakin bunlar az idi, estetik gözəllik, milli atributlar, əski türk inancları, milli ornamentlər, butalar öz əksini tapırdı bu sənət nümunələrində. Bəzən toxunan xalçalar, kilimlərə vurulan çeşnilər fəlsəfi məzmun belə daşıyırdı: gəlimli- gedimli dünyanın gedişatını, həyat fəlsəfəsinin danılmaz olduğunu, hardan gəlib hara getdiyini, ömrün fani olduğunu anladır və İnsanlığı bir daha düşünməyə səsləyirdi.
Göyçədə toxunan xalçaların simvolları əski türk inanclarına söykənirdi: tanrıçılıq, şamanizm, əyə inancı- Ocaq haqqı- Tanrı haqqı, Qaraçuxa isə tale- bəxt tanrısı idi. Və bütün bunlar Dədəm Qorquddan belə üzü o yana və bu yana simvollar kimi Göyçə xalçaçılıq məktəbinə təzahür etmiş, onun naxış- kompozisiyalarında yaxından əks olunmuşdur. Toxunan bu xalçalarda inanclara söykənən göllər- qurd ağzı, qurd ayağı və s. verilirdi. Əlbəttə bu Göyçə mühitinin özünün türk inanclarına, ocağına enmiş inamından irəli gəlirdi. Və sadə bir həqiqəti də qeyd etməliyəm ki, bizlərdə əski türk inanclarından irəli gələn Oçaqlara sitayiş- beyət çox güclü idi. Bunlar isə təbii yaranan sənət əsərlərində özünü göstərirdi.
Ağrı-acılarımız musiqimizə qonduğu kimi minbir naxışlı xalça və sənət nümunələrində İnsanlığın sonsuz kədəri, həyatın keçici nəşəsi tədricən bu sənət nümunələrində əks olunmuşdur.Ancaq bu xalçaların bir üstünlüyü onda idi ki, toxunuş, naxış və rənglər insanı yaşamağa səsləyirdi. Xalçalrın bu qədər həssaslıqla və zərif toxunmasına heyran qalır və həyatın fəlsəfəsini anlamağa çalışırsan. Yəni bunlar sadəcə bir sənət nümunəsi deyildi. Böyük bir elin yaradıcılıq dünyası idi. Bu gün artıq gözəllər gözəli Göyçək Göyçə erməni adlanan həşaratların ayaqları altında tapdalanır. Təəssüf, min yox, milyonlarca təəssüf...
Dədə Qorqud məskəni olan Göyçə mahalının xalça sənətkarliğı min illiklərə enir. “Kitabi- Dədə Qorqud” dastanını özündə xalı, xalça, gəbə, kilim adlarına dönə- dönə rast gəlinir.
“Azərbaycan həmişə Qafqaz xalçaçılığı üçün məktəb olmuşdur. Qafqz xalçaları kimi şöhrət qazanmış xalça kompazisiyalarının 90%-ni Azərbaycan ustalarının kompazisiyaları təşkil edir – Lətif Kərimov”.
Və göründüyü kimi xalçaçılıq və digər tətbiqi sənət nümunələrində istifadə edilən əriş, arğac, xalça, gəbə, kilim, palaz, keçə və s. kimi sözlər sırf türk mənşəlidir. Göyçə mahalını xarakterizə etmək üçün onun tarixi, təbiəti, yaşam tərzi, geyim mədəniyyəti min bir naxışlı xalıydı və bu naxışlar, bəzəklər, rənglər tədricən xalq sənətində özünə yer etmişdir.:
Sarı Nərdən, Qoca Dağdan əsən yellərdir Göyçə...
Çalınan saz, Miskin Abdal, Alı- Ələsgər ruhlu,
“Göyçə gözəlləməsi”, “Yanıq Kərəm”, “Göyçə gülü”,
Göy çəmən, gəbə, güllü xalı- xalçalardır Göyçə,
Bizim dənizimiz, uzun hörüklü Göyçək Göyçə.
Dünyanın Cənnət məkanı,
bağışlayın bizləri...
Qoruya bilmədik Sizləri!...
Mahalda, o cümlədən bizim Sədənağac- Güney kəndində kənd qadınlarının əsas məşğuliyyətlərindən birincisi, bəlkə də ən önəmlisi idi xalça- gəbə toxumaq, xana qurmaq. Sadə halında Göyçədə qışın oğlan çağında oraların Sibir soyuğu kimi kəskin şaxta- qarını düşünsən, isti yundan toxunmuş jaketlərin, corablar, əlcək və yun şallar və üstəgəl əski türk inanclarına söykənən, minilliklərə enən türk mifoloji təsvirləri bu sənət nümunələrində əks olunurdu. Təbii ki, burada bu sənətin – xalçaçılıq sənətinin heç də asan olmayan proseslərdən keçdiyini deməklə bu xanımların, ana- bacıların ağır əməyini bir daha gözlər önünə gətirmiş oluruq. Yunun qırxılmasından başlamış, onun yuyulması, təmizlənməsi, dəmir daraqlarla daranması, əyrilməsi- ip halına salınması, təbii otlardan hazırlanmış boyaqlarla boyanması və s. heç də asan olmayan ağır zəhmət, səbir tələb edən işlər idi. Bütün bunlarla yanaşı xalça toxumaq özü zövqverici bir sənət idi. İş prosesi başa çatdıqdan sonra kəndin bilici qadınları yığılar, həna- xana kəsilərdi. Məhz o zaman bu zəhmətkeş insanlar öz işlərinə baxar, təkcə zövq almaq deyil, məsuliyyətli bir peşənin öhdəsindən gəldikləri üçün qürur duyardılar. Sanki çiyinlərdən ağır yük götürülərdi... Ah, gözəlim Göyçə... yağı erməniyə Vətən oldun...
Xalçaçılıq sənətində iplərin boyanması işi özü də xüsusi ustalıq tələb edərdi. Adətən ipliklər xalq üsuli ilə, təbii yollarla bitki mənşəli boyaq tərkibləri ilə boyanırdı. Əslində bu iş sadə görünsə də boyaqçılardan xüsusi məharət tələb edirdi. Bu məharət Göyçə ana-bacılarının bu sənəti uzun zamanlardan bəri mənimsədiklərini göstərirdi. Belə ki, kənddə ayrıca boyaqçılar olmurdu. Kənd ərazisində, istərsə də mahalın özündə bitən müxtəlif bitkilərin yarpağı, çiçəyi, qabığı, kökü, oduncağı, meyvəsi, toxumu boyaq məhsullarının hazırlanmasında ən əla vasitə hesab olunurdu.
Bütövlükdə bu mahalda xovlu xalçalarla yanaşı xovsuz sənət nümunələridə məişətdə özünə yer eləmişdir: kilim, cejim, xurcun, ayaqaltı palazlar, zili məfrəş, taxtüstü, çarşaf, yəhərüstü, çömçədan və s. toxunurdu. Xovlu ya xovsuz- bu sənət əsərlərində əski türk elementləri- xalqın qan yaddaşından, genindən axıb gələn mifoloji süjetlər əks olunurdu. Göllərin salınması, naxış- bəzəklərin vurulması, simvol və atributların verilməsi və bütün bunların ornamentlərdə təsviri və əks olunması türk mənəviyyatından bəhrələnmişdi. Və bütün bunlar minilliklərə enən, qopmaz- qırılmaz tellərlə bağlı olduğumuz ocaqlarımıza, kökümüzün-kötüyümüzün nə qədər dərinlərə işləmiş olduğundan xəbər verir.
İsayev M. D. Petrov V.Q.Puralov və s. kimi XIX- XX əsr rus tədqiqatçıları ümumən Azərbaycan xalçalarının boyanma üsullarının zənginliyi və onlara təkrarolunmaz gözəlliklər verən koloriti bitki mənşəli təbii boyalardan, heyvan və mineral mənşəli üsullardan istifadə olunduğunu göstərirdilər. Bu rus tədqiqatçıları Azərbaycanın Qərb, Şimal və Cənubuna , təbiətin spesifik xüsusiyyətlərinə yaxşı bələd olduqlarına görə bu xalçaların Azərbaycan mənşəli olması, köçəri türk tayfalarına xas sənət nümunəsi kimi verilən bu məlumatlar xüsusi elmi dəyərə malikdir. Xarici tədqiqatçıların əsas bilgisinə görə, Azərbaycan xalçasına marağı ilkin olaraq hələ çox-çox əsrlər öncə onlar oyatmış, Azərbaycan xalçaçılıq məktəbinə xas ecazkar xalçaçılıq sənətinin estetika və fəlsəfəsini onlar açıb bəyan etmişlər. Əlbəttə bu belə olsa da, ancaq gözəl sənət nümunələrini yaradan xalq idi və bu Azərbaycan xalqının təfəkkürü idi .Və bu sənət nümunələrini yaradan bu xalq əsərlərlə müdriklik dərsi vermişdir insanlığa.
Göyçə mahalı özlüyündə böyük bir ərazini əhatə etməklə orada yaranan sənət və sənətkarlıq nümunələrini, o cümlədən xalçaçılıq və digər toxuma sənətləri ilə öndə olmuş, Göyçə aşıq məktəbi- saz- söz sənətinin ilkin mənbəyi olduğu kimi, xalçaçılıq da ilkin mənbə olaraq qeyd olunmalı, tədqiqat işləri aparılmalıdır. “Qafqaz xalçalarının əksəriyyəti, onların naxışları və bədii ənənələri ilə köçəri türk tayfalarının sənəti ilə bağlıdır- Denini B. P”. Maraqlı bir məlumatı da qeyd etmək istədim, belə ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində Rusiya imperiyası ərazisində əhalinin siyahıya alınması nəticələrinə əsasən İrəvan quberniyasının 76 % -i Azərbaycan türklərindən ibarət olanlar idi. Və yerli istehsal xalçaçılıq olmuşdur. Əsasən kənd yerlərində xalçaçılıq sürətlə inkişaf edirdi. Bu məlumatlardan çıxardığım nəticə o oldu ki, İrəvan xalçaçılıq sənəti, o cümlədən Göyçə xalçaçılıq məktəbi - məhz Qərb bölgəsində mərkəz rolunu oynamışdır. Bunu danmaq heç bir vəchlə mümkün deyil.
Hər bir sənətin biliciləri olduğu kimi bu mahalda da bu sənətin biliciləri vardı. Məs., Sədanağac- Güney kəndində Qəndab Mama (Mənim bibim) deyə hamının xitab etdiyi Hüseyn qızı Qəndab xanım təqribən keçən əsrin 30 – cu illərindən etibarən xalçaların toxunmasında, kilim- palazların salınmasında, əriş- arğacın, xovlu xalçalar üçün hansı qoyun yununun üstün olması, ipliklərin boyanması, xanaların qurulmasınadək hər bir işə özü nəzarət edərdi. Bəzən Qəndab mamamı xana qurmaq üçün qonşu kəndlərə belə aparırdilar. “Demək olar ki, bütün xalçalar Azərbaycanlı ailələrində istehsal olunur. Ermənilər xalça toxumağı Azərbaycanlılardan öyrənməlidirlər” – Zergenidze, gürcü tədqiqatçısı. Böyük rus yazıçısı, tarixçi- tədqiqatçı Lev Qumilyov yazırdı: “Azərbaycan xalçaları sadəcə xalça deyil, YUN KİTABƏLƏRDİR”.
Xovlu xalçaların toxunması bütün zamanlar üçün Göyçə xalçaçılıq məktəbinin ən mükəmməl dövrü hesab olunur.Bu sənət nümunələrində xalça ustalarından xüsusi məharət tələb olunurdu. Göyçə xalçaçılıq məktəbi öz toxunma funksiyalarına görə özünəməxsusluğu ilə fərqlənir və bəlkədə Qərbi Azərbaycanda öz dəsti-xətti olan mərkəz rolunu oynamışdır.Çox təəssüflər Azərbaycan- Göyçə xalçaçılıq məktəbi adına heç yerdə rast gəlinmir, bu məktəbin fəaliyyəti Gəncə-Qazax xalçaçılıq məktəbi içərisində verilir. Ara- bir isə Göyçə adı handan-hana səslənir. Bu isə hər sahədə, saz-söz, şeiriyyət sənətində ilkin olduğu kimi, xalçaçılıq sənətində də ilkin olan bu gözəl diyar- qədim türk torpağı olan bir mahalın taleyini və orada yaşamış, minbir zəhmətlə, halallıqla ömür sürmüş insanlarımızın, xüsusən bu xalça-palazları ərsəyə gətirən Ana- bacılarımızın ruhuna daha bir laqeydliyin təzahürüdür.
Bəzi hallarda isə Qazax bölgəsi Qərb regionu kimi təqdim olunsa da, əslində Göyçə özü hər sahədə olduğu kimi xalça sənətində də bir məktəbdir. Və Göyçə Azərbaycan Türk mədəniyyətinin qaymağıdır və xalçaçılıq məktəbində də bir mərkəz rolunu oynamışdır. Bütün evlərində xalça-palaz, kilim, cejim, heybələr, zili və s. toxunan yaradıcı bir el, bir oba nədən unudulsun və digər bölgələrin içərisində “ əridilsin”?..Çünki, insanların haqqı olduğu kimi, məkanın- torpağın da haqqı var. O qədim yurda haqqı olanı gec də olsa verilməlidir. Çünki övliyalar, müqəddəslər məkanı olan, Dədəm Qorqud ruhu dolaşan böyük bir mahal yağı erməniyə Vətən olmayacaq. Sadəcə geci-tezi var. Tanrı böyük və ədalətlidir. Uca Yaradanın hikmətindən kim baş çıxara bilər!
Onsuz da bu günlər əlimizdə olmayan, yağı erməniyə tapdaq olan Göyçə və ona aid olan xalçaçılıq sənətini bir-iki sətirlərə yerləşdirmək mümkün də deyil. İnanın, Göyçədə böyüyən, o yerləri yaxşı tanıyan, hər daşına, çınqılına, cığırına bələd birisi kimi, bu gün düşmən tapdağında inləyən torpaqlarımızın, nənə- baba, dədələrimizin məzarları bizi o yerlərə səsləyir. Qan yaddaşımız, ruhumuzla, genimizlə axan halallıq, oralarda qoyub gəldiyimiz ocaqlarımız bizləri İNTİQAMA çağırır. Yurdumuza, torpağımıza sahib çıxın deyir. Bunlardan ağrılı daha nə ola bilər!?.
Bir Azərbaycan vətəndaşı olaraq, bir Göyçəli olaraq verəcəyim bir cavab var: “Ulu Göyçəmizə qayıdış olacaqdır. Bu qayıdış labüddür. Bu qayıdış olmalıdır- İsmayıl Əliyev”. (“Göyçə nisgili, Göyçə dərdi”, “Qarabağ” qəzet, 25. 07. 91.)
R. S. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində 2010 –cu ildə “Azərbaycan xalçaçılıq sənəti” YUNESKO- nun Bəşəriyyətin Qeyri- Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
25. 04. 2020. Bakı ş.
R. S. 27 sentyabr, 2020—Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənabları, Azərbaycan Ordusu və Azərbaycan xalqının birliyi, səyi nəticəsində işğal altındaki torpaqlarımız Azad olundu!
Və günün birində qüdrətli Ali Baş Komandanımızın dahiyanə Sərkərdəlik bacarığı sayəsində, qeyrəti sayəsində Ulu Göyçəmizə bir qayıdış Olacaqdır!
MƏLAHƏT İsmayılqızı
Publisist-tədqiqatçı
AYB-nin, AJB-nin üzvü
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024