Bir qədər qabaq Vətəndən aldığım ağır xəbər məni sarsıtdı. Türk poetik dünyasının, çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi, xalqımızın sevimli şairi, əziz dostum, qardaşım Eldar İsmayılın vəfatı xalqımız üçün, el-obası üçün, xüsusilə öz doğma yurdundan didərgin salınmış Göyçə camaatı, insanları üçün çox ağır, böyük itkidir.
Sevimli şairimiz ürəyində Göyçə həsrətiylə tərk etdi bu dünyanı...
Allahdan ona rəhmət diləyirəm! O nurlu insanın o dünyası da nurlu, cənnətməkan olsun!
Bu ağır dəqiqələrdə Eldar müəllim haqqında bir neçə söz demək istərdim.
İlk növbədə demək istərdim ki, şair, jurnalist, yazıçı, dramaturq, publisist Eldar İsmayılın çoxşaxəli yaradıcılığı uzun illərdən bəri söz sərraflarının maraq dairəsində olmuşdur. Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Yaşar Qarayev, Teymur Bünyadov və bir çox başqaları onun bədii-sənədli əsərləri barədə dəyərli mülahizələr söyləmişlər.
Şeiri, ədəbiyyatı sevən bir oxucu kimi deyə bilərəm ki, Eldar İsmayıl həm poeziyasında, həm nəsr və publisistika əsərlərində Vətəninin, xalqının, millətinin – bütün Türk dünyasının çırpınan ürəyi, bugünkü taleyi ümman kimi dalğalanır.
Eldar İsmayıl çox duyğusal şair olaraq, bədii sözün gücüylə, poetik obrazlarla insanların qəlbində incə duyğular, hisslər yaradaraq oxucusunun beyninə, şüuruna, düşüncəsinə təsir etməyə qadir bir şair idi.
Onun sehrli qələmindən doğulmuş “Ulu Göyçə” epik poeması bunun parlaq timsalıdır. İstərdim bu poema haqqında bir qədər dayanım.
“Ulu Göyçə...” poeması Göyçə ədəbi irs ənənəsindən qidalanmış, onun bədii söz xiridarlarının məktəbindən süzülüb gələn, o məktəbdən doğulmuş yalnız ecazkar Eldar İsmayıl qələminə mənsub olan epik bir bədii yaradıcılıq zirvəsidir.
Göyçədə doğulub boy atmış bir insan kimi deyə bilərəm: Eldar İsmayıla qədər heç kəs bu mahalın təbiətini, ədəbi mühitini, tanınmış dövlət, elm, mədəniyyət xadimlərini, ərənlərini, kəndlərini, oylaqlarını bu qədər dəqiqliklə öyrənərək bənzərsiz bədiiliklə tərənnüm edə bilməmişdir.
Eldar İsmayılla tanışlığımızın ilk anlarından şairin öz yurduna-yuvasına, Vətəninə, türk dünyasına nə qədər bağlı bir insan olduğunu hiss etdim. Mənə bağışladığı kitablar içərisində “Ulu Göyçə” poemasını birnəfəsə oxudum, elə ilk sətirlərdən Göyçəyə yenidən səyahət elədim…
Cığır-cığır, bələn-bələn o dağları, düzləri dolandım... Göyçə təbiətinin ətrini duydum, süsənli, sünbüllü dağların havasını uddum, diş göynədən büllur bulaqlarından su içdim... Gəzə-gəzə doğma Göyçə ləhcəmizdə ağsaqqal və ağbirçəklərimizlə salamlaşıb görüşdüm...
Şair poemada qədim Göyçənin adət-ənənələrini, özünəməxsus mətbəxini, folklorunu, söz, sənət adamlarını, xadimlərini yada salaraq Göyçəni tərk etmişlərin yaddaşlarını təzələyir, yetişməkdə olan nəslə isə onları tanımağı, öyrənməyi tövsiyə etmişdir.
Onun canından əziz bildiyi Göyçəsinə, onun adi insanlarına sevgisi, məhəbbəti atəşli və sonsuzdur:
Ulu Göyçə, məlhəm olum yarana,
Canım qurban möhnət dağın yarana!
İnanma ki, Eldar bir də yarana,
Bir ömürü “Vətən” deyib əritdi,
Söz atını “millət” deyib səyritdi.
Bu gün qədim, ulu Göyçə yağı tapdağı altındadı. Bu gün Göyçənin üzünü görməmiş Göyçə soylu böyük bir nəsil yetişməkdədir. Onlar Göyçəni görməsələr də, Eldar İsmayılın "Ulu Göyçə"sini oxuyandan sonra necə füsunkar, bənzərsiz bir məkana mənsub olduqlarını tam dolğunluğu ilə hiss edib başa düşəcəklər!
Əminliklə deyə bilərəm, fikri, düşüncəsi, ruhu daim Göyçədə gəzən, yaşayan şair Eldar İsmayıl "Ulu Göyçə" poeması ilə, özünə başı onun əngin göylərinə ucalan əbədi bir heykəl qoymuşdur.
Tanışlığımız, eləcə də dost-tanışların Eldar İsmayıl haqqında söylədikləri onu xeyirxah, ədalətin tərəfdarı olan, fitnə-fəsada dözməyən, bir şair-vətəndaş kimi tanıdır. Özü dediyi kimi:
Mən insaf yolçusu, mən haqq buyruğu,
Ürəyim mərhəmət, mürvət qoruğu...
Şərin-şamatanın dəmir yumruğu
Haqqı yenə bilməz mən olan yerdə.
Yaradıcılığında türkçülük ideyasına sadiq olan, Vətəninə, el-obasına, xalqına sevgisini tərənnüm edən və bu yoldan dönməyən şair elə dəyərlərin təməlində nəyin durduğunu gözəl ifadə edir:
Məni yanlış yola çəkə bilməzsən,
Həmişə el qəhri çəkən olmuşam.
Zəhmətsiz bir loxma dadmamışam mən,
Torpağa tər töküb əkən olmuşam.
Eldar İsmayılın şəxsiyyəti və yaradıcılıq dünyası hələ sirrləri açılmamış, müəmmalı bir xəzinədir! Onun özünə məxsus poetik düşüncə, təfəkkür tərzini ifadə edən bu qiymətli sətirlər dediyimə sübutdur:
Çölüm kürə, Eldar, içim ayazdı,
Tanrı dedim, taleyimi o yazdı...
Məni məndə tapmısansa o azdı,
Məndən yana bir dünya var o mənəm!
Şairin bu sirli dünyasının möcüzələrini açmaq, anlamaq üçün bizlər, gələcək nəsillər onun yaradıcılığını diqqətlə, maraqla, minnətdarlıq hissi ilə araşdıracaq, o müəmmaları, hikmətləri kəşf etdikcə şairin ruhuna rəhmət oxuyacağıq!
Sevimli şairimiz, əziz dostum Eldar İsmayıl haqqında bu gün, bu anlarda bu sətirləri yazmaq çox ağır və sıxıntılıdır.
Xatirəsi daim yaddaşlarımızda, ürəyimizdə poeziya mücəssəməsi, vətənsevər, xeyirxah insan kimi yaşayacaq sevimli şairimizə, əziz dostum Eldar İsmayıla Allahdan rəhmət diləyir, doğma və yaxınlarına, hər birinizə dərin hüznlə başsağlığı verirəm!
Ələddin ALLAHVERDIYEV
professor
Moskva
Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021Ermənilərin QARAGÖL sevdası: "Xəritə üzərində o ərazilər Azərbaycanındır" - İki müəllimin SSRİ-nin fərmanına ÜSYANI
25.05.2021Dəmir yumruğun memarı Heydər Əliyevdir
10.05.2021Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları
09.05.2021Nazilə Gültacın şeirləri - İlahi, göylərə bir yuxu göndər.
19.04.2021"Adım Ələsgərdir, Göyçə mahalım!" adlı online bədii konfrans keçirilmişdir.
19.04.2021Azərbaycan Silahlı Qüvvələrinin zabiti Orxan Məmmədovu Səlcuq Bayraktar mükafatlandırdı.
06.04.2021GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...
30.03.2021AŞIQ ƏLƏSGƏRİN “YÜKÜM” RƏDİFLİ DİVANİSİNİN AÇIQLAMASI
29.03.2021Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar
21.03.2021Aşıq Ələsgərin vəfatı
07.03.2021Xocalı soyqırımı haqqında məlumat
26.02.2021Onu anasının dolmuş gözlərində gördüm
25.02.2021Aşıq Ələsgərin kötücəsi "OSCAR"-a layiq görüldü.
23.02.2021“Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!-Zahid Oruc
23.02.2021Başın sağ olsun, Vətən!
20.02.2021