Bu gün Azərbaycan Respublikasının sabiq Prezidenti, Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin doğum günüdü. Yaşasaydı, 98 yaşı tamam olardı.
18 ildir ki, Azərbaycan xalqı onun qurub yaratdığı ölkədə onsuz yaşayır.
Özü isə 1-ci Fəxri Xiyabanda uyuyur, Azərbaycanın ürəyi olan Bakıda…
Heydər Əliyev 1993-cü ilin yayında isə xalqın tələbi ilə doğulub boya-başa çatdığı Naxçıvandan Bakıya gəlmişdi. Düzdür, əvvəllər də bu şəhərdə yaşayırdı, ona doğma idi. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində almışdı, 25 il Dövlət təhlükəsizliyi orqanlarında çalışmışdı, general-mayor rütbəsi almışdı, 13 il Azərbaycan SSR-yə rəhbərlik etmişdi, 5 il Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdi.
Harada işləməsindən asılı olmayaraq o, biliyini, gücünü xalqından əsirgəmir, onun iqtisadi inkişafına çalışır, hər məkandan siyasi dəstək verirdi.
Belə tarixi günlərdən biri 1990-cı ilin yanvarında Moskvada SSRİ rəhbərlərinin Bakıya qoşun yeritməsindən sonra baş verdi. Azərbaycan səfirliyinə gələrək bəyanat verdi və Qorbaçova kəskin etirazını bildirdi.
Həmin dövrlər Bakıda “yuva” quran və Moskvaya itaət edən “rəhbərlər”in ucbatından doğma şəhərində yaşaya bilmədi, Naxçıvana getdi.
Navçıvandan isə xalqın istəyi ilə 1993-cü ilin iyun ayında Bakıya gəldi, vətəndaş müharibəsinin qarşısını aldı, elə həmin ilin oktyabrında Azərbaycanın 3-cü prezidenti seçildi.
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsinin imzalanması mərasimində iştirak etdi və paralel olaraq milli ordu quruculuğuna başladı.
Heydər Əliyevin komandanlığı ilə düşmənə əks-zərbələr endirildikdən sonra bir sıra yaşayış məntəqələrimiz geri alındı və ancaq işğalda olan torpaqlarımızın geri alınması üçün bu güc yetərli olmadı və 1994-cü ilin mayında məcburən atəşkəs imzalandı. Çünki tam qələbə üçün Azərbaycan iqtisadi cəhətdən güclü olmalı, ordusunu möhkəmləndirməli və müasir silahlarla təchiz etməli idi.
O missiyasını İlham Əliyev həyata keçirdi. İndi çoxları bu qələbənin qazanılmasında məhz Heydər Əliyevin uzaqgörən siyasətini əsas tutur.
Çünki ölkəmiz bölgədə iqtisadi layihələri gerçəkləşdirməsəydi, Ermənistanı bu layihələrdən kənarda qoymasaydı, Ordumuz yeni texnologi silahlarla təzhiz edilməzdi. Çünki bütün bunların alınması üçün əsas amil pul idi.
Ermənistan KTMT-nin və Avrasiya İqtisadi Birliyinin üzvü olsa da 2020-ci il sentyabrın 27-dən sonra döyüş meydanında tək qaldı.
Bu uğurlarımızın əsas memarı Heydər Əliyev və Ermənistana dəmur yumruq göstərən İlham Əliyev idi.
SSRİ dövründə 33, müstəqilliyimiz zamanı isə 77 adda mükafat, təltif və fəxri ad alan Heydər Əliyev Şuşamızın və işğalda olan torpaqlarımızın geri alınacağına bir an belə şübhə etmirdi, hər çıxışında bu mövzuya toxunurdu.
Hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl o, Şuşada ilk dəfə 1967-ci ildə olmuşdu. O vaxt Xankəndində azərbaycanlılarla ermənilər arasında baş verən münaqişəni araşdırmaq üçün Heydər Əliyev 15 gün burada olmuş, Şuşaya da getmişdi. Şuşanı abadlaşdırmaq, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1996-cı il mayın 6-da Prezident sarayında qaçqınlarla görüşdə Şuşanın və Qarabağın Azərbaycan üçün əhəmiyyətli olduğu haqda dediklərini ölkəmizdə hər kəs bilir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Şuşanı isə İlham Əliyev dəmir yumruğu ilə geri aldı. Və o xoşbəxt anı xalqı ilə bölüşmək üçün ötən il noyabrın 8-də Ümummilli liderin qəbrini ziyarət etdi, Şəhidlər Xiyabanına gəldi və çıxışında atasının vəsiyyətini yerinə yetirdiyini dilə gətirdi.
Azərbaycan xalqının xilaskarı, Azərbaycanı qalib xalq kimi dünyaya tanıtdıran İlham Əliyev atasının anadan olmasının 98-ci ildönümü münasibətilə “İnstagram”dakı paylaşımında da Ulu öndərin Qarabağ haqqında dediyi fikirlərdən sitat gətirdi: “Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur”.
İndi Şuşaya görə Heydər Əliyevin ruhu rahatlıq tapıb. O rahatlığın memarı isə İlham Əliyevdir.
Ata vəsiyyətini yerinə yetirən oğul və igid ALİ BAŞ KOMANDAN!!!
İndi Heydər Əliyevin daha bir arzusu da çin olur, Şuşa yenidən qurulur, mədəniyyət mərkəzinə çevrilir.
Şuşanın may ayın 7-də mədəniyyət mərkəzi elan edilməsi ermənilərə əsl dəmir yumruq effekti verdi.
O yumruğun memarı isə Ulu öndərimiz Heydər Əliyevdir…
Şakir Göyüşov, “Qaraqoyunlu.com” xəbər portalının Baş direktoru
Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025