Onun yaradıcılığından uzaq- uzaq dönəmlərin ətri – sorağı gəlirdi...
İlkin olaraq doğulduğu, dünyaya qədəm basdığı Ululardan Ulu Göyçə mahalı, sonralar möhtəşəm Bakı mühiti və erkən yaşlarında ali təhsil pillələri və gəncliyinin, həyatının gözəl illərini keçirdiyi- yaşadığı Riqa şəhəri, Arif müəllim burda xoşbəxt oldu, istər yaradıcı İnsan kimi, ailə xoşbəxtliyi və özünün söylədiyi kimi Riqada yüzlərlə sərgisi keçirildi. Bakıya artıq qonaq kimi gəlirdi hərdən. Doğulduğu torpaq, ətinə - qanına, ruhuna işləmiş kökünün- kötüyünün görünməz tellərlə bağlı olduğu Ocaqlar artıq erməni işğalında idi. Və özü də hiss etmədən Vətən həsrətini yaradıcılığına- çəkdiyi əsərlərə, öz dünyasının Öz Dünyasına köçürürdü.
Qədim türk elementləri, ornamentlər, naxışlar, butalar Göyçə mühitinə xas əski inanclardan gəlirdi Onun yaradıcı potensialı.
Təbii əskilərə uzanan minilliklər, dünyanı məhvərindən qoparan natarazlıqlar, yerindən oynamış daşlar, nədir bu, bir qədər Arif rəssamın həyat yoluna və yaradıcı dünyasına səyahət etmək istədim... Gözəllər gözəli Göyçə Mahalında dünyaya gələn, iki yaşında atasının Azərbaycan Ədliyyə orqanlarında işi ilə əlaqədar ailə əvvəl Şuşaya, Zaqatala, Lənkəran, Qubadlı və s. yaşamalı olur. Nəhayət Bakı mühiti və Ə. Əzimzadə adına Rəssamlıq Məktəbi və eyni zamanda Azərbaycan Politexnik institutu, 23 yaşında isə Ümumittifaq Dövlət Kinomatoqrafiya instutunun kino rəssamlığı ixtisasını bədii film və televiziya rəssamlığı üzrə bitirir. Və onu da qeyd edim ki, Arif harada oxumasından asılı olmayaraq həmişə oxuduğu məkanları fərqlənmə ilə bitirmişdir. Kinomatoqrafiya institunu fərqlənmə ilə və uğurla başa vuran Arifin diplom işi C. Oldricin “Diplomat “ əsəri olur. Və öz əsərləri ilə sərgilərdə iştirak etməyə başlayır. Məhz bu illərdə 1982- ci ildə Bakıda SSRİ Rəssamlar İttifaqının Azərbaycan Rİ- na üzvü qəbul edilir.
Və nə üçünsə Arif rəssamı bir qədər zərif xarakteri, hiss və duyğuları ilə Van Qoqa bənzətdim, isti- qovurucu yay və taxıl zəmiləri, bir də günəbaxan tarlaları, hər şeydə yayın gətirdiyi sarı bir rəng, istinin qovurduğu taxıl zəmiləri, səhərdən axşamacan işləyən İnsanlar və dünyanın fəlsəfi anlamı, belə olub, belə də olacaq. Əslində heç nə dəyişmir, dəyişən bir qisim insanların var- dövlət hərisliyi, digər qismin yoxsul həyatı... Rəssam bu təzadları görür, bu və ya digər şəkildə əks etdirir yaradıcılıq dünyasında.
Arifin mavi gözlərində həyat dolu dünya var, ağrılarımızı, acılarımızı gizlədə bilərik, lakin təki həyat eşqimiz ölməsin ! İlkin mərhələdə palitranın dili ilə, boyalarla hansı üslubdur onun təzadlı dünyası... Bir az sürrealist, bir az realist, hətta bir az impersionist- mən belə düşündüm, hətta bəzi hallarda imersionist baxışlar- ən çox da yağlı boya ilə olan rəngarlıqda. Lakin özünə isnadən mən realistəm dedi, olsun. Və arxa planda rəssam elə mövzulara əl atır ki, bir qədər abstrakt görünə bilər, ancaq azacıq da olsa bu dünyanın gəlim- gedimini bilən İnsan rəssamın nə demək istədiyini, hardan gəlib hara gedən bu insanın nələr- nələr düşünmədiyini anlayacaq, bəlkə elə möcüzələr var ki, bu yaradıcılıqda, insanlıq çox sonralar görəcək bunu... Bu elədir ki, var.
Onun realist və ya sürrealist olsun, doğulduğu Göyçə mühitinin mötivləri, əski türk inancları, kökünə bağlılıq ruhu insanı heyran edir. “Dərbənd qapısı”(1993) əsərində əskilərə- minilliklərə uzanan milli ornamentlər, yerindən oynamış daşlar, mavi fonda dəvələrin işlənməsi maraqlıdır mixi yazılara oxşatdım, müəllif özü də hiss etmədən kökdən gələn totemləri, elementləri əks etdirir. Əskilərə uzanan minilliklər və yerindən oynamış daşlar, nədir bu qalanın yükü ? Nədir bu dəvə karvanının axarı, haradadır sarvanı, hayanadır istiqaməti ?!.
... Və bəlkə də Allahdan gəlib Allaha gedən İnsanın nəhayəti - məkanı doğulduğu elə Göyçək Göyçədir...
Göyçək Göyçə təkcə sazın- sözün , Aşıq- Aşiqlərin Vətəni deyil, Azərbaycan Türk Mədəniyyətinin qaymağıdır. Sazlı- sözlü, şeiriyyətli və duyğusal olduğu qədər də zərif və səmimi idi bu qədim Türk yurdu. Dədə Ələsgər yurdu təkcə sazı- sözü ilə deyil, sənətin ən incəsinə məxsus xəttatları, nəqqaşları, rəssamları ilə də məşhurdur. Bu günlər bu qədim yurdlarımız əlimizdə olmasa da qanımızla, genimizlə Azərbaycana töhfələr verməkdədir. Respublikanın Əməkdar rəssamı Arif Əli oğlu Məhərrəmov, çox yəqin ki, bu ad çoxlarına tanışdır. İki Ali təhsil, rəssamlıq texnikumu və olduqca zəngin həyat yolu və zəngin mənəvi dunyasının zəngin yaradıcılıq yolu, hər kəsə müyəssər olmayan ömür yolu.
İlkin mərhələdə Arifin üç ədəd əsəri 1982- ci ildə Bakıda Mədəniyyət Nazirliyi tərəfindən muzeydə saxlanılmaq üçün alınmışdır. İkisi portret, digəri yağlı boya ilə rəssamın mənim Qüdrət nənəm deyə xitab etdiyi nənəsinin fonunda “Hər şey Qələbə üçün “ deyə adlandırdığ əsərdir. Əsərlərdən biri “Rəssamın həyat yoldaşı”, digəri isə Ana babası Abbas Yusif oğlu Əhmədova məxsus hərbi formada olan portretdir, ölçüləri 80 x 120 m. x. onu da qeyd edim ki, rəssamın Abbas babası uzun illər Qərbi Azərbaycanda yüksək vəzifələrdə çalışmış, Zaqafqaziya Federasiyasının üç üzvündən biri olmuşdur. Tiflisdə ikən Federasiyanın yığıncaqlarının birində N. Nərimanovla görüşmüş, erməni daşnaklarına qarşı mübarizədən söhbət açılmışdır. Əslində bu üç işin hər biri özlüyündə böyük bir əsərdir. Və Arif inamla yaradıcılıq dünyasına qədəm qoyurdu.
1984- cü ildə həyat onu soyuq şimala- Riqaya yönəldir, Arif yad məmləkətdə ilkin xoşbəxt bir həyata qədəm qoyur. 1985- ci ildə Latviya Rəssamlar İttifaqına üzv qəbul olunur. Həm bir yaradıcı insan kimi, həm də uzaq Latviyanın soyuq mühitində zəngin təbiət atmosferi bulur və çox keçmədən öz poetik yaradıcı dünyasına hopur bu soyuq gözəlliklər. Riqanın zəngin arxitekturası karandaşla cızdığı əsərlər o qədər möhtəşəm, o qədər canlı ki, sadəcə olaraq heyrətlənməmək mümkünsüz...Yaşadığı illərdə Riqa, Bauskas və Tesis şəhərlərindən bəhs edən qrafik əsərləri böyük silsilə təşkil edir. Rəssam retiş, sous, sanginə ilə yaratdığı Şimalın soyuq gözəlliklərini Şərq atəşi ilə canlandırıb təqdim edir : “İsveç qapısı”, Riqanın daş və taxta evləri, qədim qalaları, hasarları, kilsələr, məbədlər və s. qara karandaşlar rəssam əli ilə möcüzələr yaradır. Riqada olduğu kimi Tesis və Bauskasda da qədim şimal arxitekturası, məs. “ Bauskasda kilsə”, qədim küçələr, “Bauskasda Riqa küçəsi”, “ Bauskasda qala divarları” və s. bu işlər silsilə əsərlərdən ibarətdir, biri o birini təkrar etmədən yaranan işlər...Və bu əsərlərdə mənə tanış olan rus- slavyan arxitekturasının xarakteri inçəliklə işlənib. Arif müəllimin Riqada yaradılan əsərlərində al- əlvan qurumuş güllər fonunda şərq koloriti özünü tez- tez təzahür etdirir, təbii bu Onun doğulduğu, genində daşıdığı milli ruhdur. Və o ruh nə qədər sənlə gəzərsə, sən bir Qərbli ola bilməzsən!
Qərb dünyasında Şərq koloriti- bütün incəliklər və gözəlliklər də bunda idi. Təbiət lövhələri, qurumuş çöl çiçəklərindən ibarət peyzajlar, rənglər əlvanlığı və bu soyuq Şimal Şəhərlərinin zəngin arxitekturasının rəsmlərdə əks- sədası. “Qurumuş güllər” x. M. 90x 110, “ Pabajda bahar”x. m. 60x90, və saysız- hesabsız şimal şəhərlərinin- Moskva, Leninqrad, Kaluqa, Riqa, Bauskas, Tesis kimi şəhərlərin qədim arxitekturası, qalalar, qala hasarları, xramlar, məbədgahlar və s. sayıldıqca sayılır. Riqada “Petra məbədi” əsərinə baxıram, sanki capcanlı qarşında dayanıb, “Bauskasın qala divarları”, Riqa “Bulvar Kronvalda”, Tesisdə “Riqa küçəsi”... və s. seriya olan yaradıcı əsərlərində zaman sanki dayanmış, və bu gözəlliklər bir anlığa da olsa səni, məni boylanıb yaxın və uzaq keçmişimizə boylandırır...Və dünyanın, yaşamağın sevincini, yanğısını göstərir bizə! Bu seriyadan olan əsərlərin hərəsinin özünəməxsus əhval- ruhiyyəsi və zərif tonları var. Hətta rəssam bu seriyadan olan əsərləri yaradarkən Moskvada Ümumittifaq Dövlət kinomatoqrafiya institunda müəllimi Oleq Qrossa öz minnətdarlığını bildirir; nə yaxşı mən bu əsərlərlə dünyanı görə bildim. Onu da qeyd edim ki, 1998 –ci ildə Latviya Parlamenti Latviya incəsənətində göstərdiyi xidmətlərə görə rəssama vətəndaşlıq vermişdir.
Lakin mənim aləmimdə Onun Şah yaradıcılığı Qərblə Şərqin sintezini verməyə çalışdığı əsərləridir, xüsusən, xalçalar, kilim, butaların, dəvə karvanlarının əks olunması artıq Arifin dünyaya gəldiyi Ocağını qoyub uzun illər Avropanı, Pribaltika ölkələrini, Pusiyanı dolaşsada, sonda kökünün olduğu, ruhunun ilkin qida aldığı yerlərə dönür rəssam Özü də bilmədən !..
Məhz həmin illərdə - 1986- ci ildən etibarən 1987/88/89-cu illərdə rəssam bir- birinin ardınca palitranın dili ilə natrümort janrında rəngarlıq aləminin möhtəşəm sənət nümunələrini yaradır: və bu əsərlərin hər biri Azərbaycan- Göyçə xalçaları fonunda təzahür edir. “Natrümort xalça ilə” ölçüsü 70x90 x. m. Onu da qeyd edim ki, Arifin heyran qaldığım ən gözəl əsərlərindən hesab etdim bu əsəri, əslində isə Onun yaradıcılığı sanki möcüzənin özüdür, nağıllı, naxışlı, bəxtiyar bir dünyanın vəsfidir bu əsərlər, dünənki keçmişimizin və Atalı- Analı dünyamızın bəxtəvərliyi var bu rəngarəng, bu yaradıcı dünyada . Həmin illərdə yaranan işlərdən ikincisi isə “Xalça fonunda çöl çiçəkləri “ x. m. 80x100 adlanır. Bu əsər haqqında yalnız bir amili önə çəkəcəyəm, bilmirsən xalçanın gözəlliyinə tamaşa edəsən, yoxsa çöl çiçəklərinin vurğunu olan rəssamın barmaqlarının yaratdığı möcüzələrə !..
Bu illərdə Arifin işlədiyi daha bir Xalçalı dünyanın sirriərini açmağa çalışan sənət əsəri “ Xalçalı dünya “ adlanır. Asılan xalça, aşağıda isə pəncərə sanki açılır və dünyaya fərqli baxış, səhramı, karvan yolumu və nəhayətində sonsuzluq... Digər bir xalça isə “İşıqlanmış xalçalar “ – bir qədər sonra bu əsər Ulu Öndər Heydər Əliyevə hədiyyə olunacaqdır.
“Mənim Qüdrət Nənəm”x.m 200x120 (1989) adlı əsərində rəssam öz nənəsini Göyçə gölünün kənarında xalça toxuyarkən təsvir edir. Bu o zamanlar idi ki, ermənilər yenidən Azərbaycan əhalisini, dinc insanları yerindən- yurdundan perikdirməklə, zülm etməklə məşğuldu, erməni məkri yenidən baş qaldırırdı... Azərbaycan xalçaları və Göyçə xalçaçılıq məktəbində bu sənət layiq olduğu yeri Arif müəllimin “Mənim Qüdrət nənəm”əsərində obrazlı qaydada özünü tapmışdır. Əski türk inanclarına məxsus elementlər bu əsərlərdə özünü tez- tez göstərir. Hətta bəzən bu əsərlərdə təsvir olunan dəvələr, dəvə karvanını xatırlatsa da, bəlkə də Orxon- Yenisey abidələrindəki yazılara oxşayır. Müəllifdən soruşanda güldü, bilmirəm, bəlkədə, qanla, genlə daxil olub, bilmirəm, insanın özünə belə məlum olmayan yaddaş- gendir bu işlər, işarələr... Türk soyu, Türk qövmü deyilir bunun adına! İstər əsərdə işlənən Göyçə gölü, xalçalar tutqun fon- bunlar hamısı simvolik, rəmzi mənalar daşıyır. Gəlmişlər, gəlmişik, gələcəklər... Həyatın və yaşamın fəlsəfəsi deyilir buna.
“ Sən Türk olduğunu unutsanda düşmən əsla unutmaz “- Ə. Elçibəy.
Ruhən zərif olan rəssam öz güclü hissiyyatı ilə, intusiyası ilə gələcək bəlaları görürdü. Arif Göyçə xalçaçılıq məktəbinə mənsub olan xalçaları əslində sənətin obrazı kimi təqdim edir. Və mən inamla deyə bilərəm ki, Arif əsərlərində tez- tez rastlaşdığımız bu amil, obraz yaşamın fəlsəfəsidir. Rəssamın nənəsinə məxsus həmin xalça və kilimlər o qədər güclü koloritə, zərif işləmələr, xalçalara vurulan naxışlar, butalar, ornamentlər minilliyimizdən xəbər verən bu ululuq bu sənət əsərində ən möhtəşəm nöqtədədir. Və əsərdə xalçanın Göyçənin incisi olan Göyçə gölü sahillərində toxunması özü də bir işarətdir, rəssamın iç dünyasından xəbər verən yanğı- itirilən, zəbt edilən yurdlarımızın acı harayı, fəryadı... təəssüf, min təəssüf, bunlar həqiqətdir.
Xalqının ağrı-acılarını özündə daşıyan bir vətəndaş kimi 1990 – cı il “Qara Yanvar” hadisələrini minbir kədər- qüssə ilə işlədiyi “ Qüssə- kədər “x. m 80x 100 əsərini Yanvar Şəhidlərinə həsr etmişdir. Vətən sevgili bir İnsan kimi xalqımızın 90- il hadisələri zaman və bu hadisələr fonunda Ana- bacıların acı kədərində ustalıqla əks olunur. Ana obrazı və arxa fonda qədim Bakı və bəlkə də İçərişəhər... Və ornamentlərlə işlənmiş geyimlər, yaylıq özü belə naxışlardan ibarətdir və Ananın əlinin üzərində təsvir edilən Şahın isə, bu xalqın ayaq üstə olduğunu, yaşamaq iqtidarında olduğunun simvoludır. Çünki təsvir edilən Şahin özü güc, qüdrət, yenilməzlik deməkdir.
Arif müəllimə məxsus Göyçəli dünyanınmı, yoxsa bütün Azərbaycan- Türk dünyasının rəngarəng gözəlliyindən, zəngin dünyasından, tarixindən, kolorit aləmindən bəhs edən “Xalça natrümortla” x m. 70x90 (1989) əsərinə baxdıqca baxılır. Bu gözəl əsərlərin böyük əksəriyyəti dünyanın bir çox ölkələrində, Moskva, Kaluqa, Pribaltika ölkələri, İngiltərə, Finlandiya, İzrail, Amerikada, kanadıda və s şəxsi kolleksiyalarda, muzeylərdə saxlanılır. Rəssama məxsus bu əsərlər eyni zamanda Göyçə Xalçaçılıq məktəbinin qədim köklərə malik olduğunu söyləməklə bərabər, uzaq əsrlərdən soraq verdiyinin göstəricisidir.
1993 cü ildə Riqadan Bakıya gələn rəssam “Sanki baş- ayaq bir anarxiya ilə” qarşılaşdım deyir. Və deri dönərkən biixtiyar yaradıcılığında bölünmək üzrə olan Vətənin ağrı- acılarını əsərlərinə köçürməyə başlayır. “Dərbənd qapısı” əsəri və işğal olunmuş Azərbaycan torpaqları və parça- parça olan yurdlarımız ... Qərbi Azərbaycandan, Qarabağdan axan insan köçləri, insan fəryadları ürəyindən könlünə axmış və Arif rəssamın əsərlərində öz real əksini tapır. Məhz həmin zamanlar Ümummilli Lider Heydər Əliyevə sonsuz sevgisi və inamı, “ bilirdim ki, O Azərbaycanı bu müşgül durumdan çıxaracaq, xilas edəcək “. “Dərbənd qapısı” əsərində simvolik olaraq Şərq üslubunda- xalçalar fonunda açıq qapı və pis niyyətli, işğalçı niyyətli insanlar bu qapıdan girməsin... Düşünsək, böyük Azərbaycanın böyük də dərdləri və bu dərdləri Azərbaycan vətəndaşı hərəsi bir cürə çəkir, yaradıcı rəssam isə tamam ayrı bir cürə.
Palitranın - rənglərin dili ilə bizə nələr anlatmır Arif rəssam, dünyanın fəlsəfi gedişləri, Şərqlə Qərbin sintezi, daha doğrusu sintez edilmək istənməsi, lakin sonda bu mümükün deyil, Şərq Qərb ola bilmədiyi kimi, Qərbdə Şərqləşə bilməz!..
Bir haşiyə çıxmaq istərəm, Onun yaradıcılıq aləmini tədqiq və təqdim edərkən, anladığım daha bir amil o idi ki, olduqca zəngin yaradıcılığa malik Arif həm işləyir, sərgilər açır, sifarişlər qəbul edir, Avropanın böyük, tanınmış ölkələrində sərgiləri keçirilirdi; Almaniyada- Berlində, Kölndə, Finlandiyada dəfələrlə, İngiltərədə, Moskvada, Sankt- Peterburqda, Kanadada və s. Pribaltikada, o cümlədən Riqada, Bauskasda, Tesisdə yüzlərlə fərdi sərgiləri keçirilmişdir. Əlbəttə ki, doğma Bakı da unudulmurdu, rəssam tez- tez Vətənə gəlir həm yaradıçılıq işləri ilə əlaqədar, həm də sərgilər təşkil edilirdi. 1989, 1998, 2005, 2011- ci illərdə Bakıda saysız şəxsi yaradıcılıq sərgisi keçirilmişdir. 2000-ci ildə Arif Məhərrəmov Azərbaycanın əməkdar rəssamı adına layiq görülmüşdür. Təbii ki, bu adın arxasında gərgin zəhmət, yüksək talant və koloritli bir sənət dünyası dayanırdı.
2000- ci il və keşməkeşli, həyəcanlı, təlatümlü illər, müstəqilik yoluna qədəm qoymuş Azərbaycan, əsir alınmış yurdlarımız, itirilmiş insan ömürləri və sözsüz ki, baş verən hadisələr fonunda Arif artıq Türkiyəyədədir, İstanbulda qalareyada iş təklifi alır. Və Safranbolu şəhərində silsilə əsərlər yaradır, hətta özü deməsəydi bu qədim şəhəri İçərişəhərə bənzədəcəkdim... Çox keçmədən Bakıdan təklif alıb Vətənə dönür. Vətənsə elə Vətəndir. “Basat və Təpəgöz “ multilikasiya filminin çəkilişlərinə başlayır.
Arif rəssamın əsərləri sənətkarliqdan- mədəniyyətdən xəbər verir, Göyçəyə məxsus yaşı bəlkədə bir neçə yüz illərlə olan xalça nümunələrində rənglər o qədər zərif, canlı, xoş işlənib ki, sanki, əllərini uzadıb xalçanı sığallıya bilərsən... “İşıqlanmış xalça “ x.m. 70x90, “ Qurumuş çiçəklər” x. m. 90x110, ”Zamanın axarı”x. m.70x 90, “Göl fonunda çiçəklər”x.m.80x100, “ Qussə - kədər”x.m. 80x100, təqribən 90-cı illərə təsadüf edən bu sənət işlərində, natrümortlarda, təbiət peyzajlarında birdən- birə haradansa peyda olan Vətən sevgisi və bu sevginin içərisində qüssə, kədər və Şərqlə Qərb haçalanması özünü aydın şəkildə biruzə verir. Və “Qurumuş çiçəklər”in adını rəssam mənim üçün yenidən açır, sən demə əslində əsərin adı “Qərbin qurumuş çiçəkləri və Şərqin yaşayan Qəlbi” adlanır, nə deyim sadəcə herətlənmirəm, bu gözəl duyğulara heyran qalıram !
Arif rəssama nənəsi Qüdrət xanımdan, Məsmə xanımdan qalan kilimlərdən söhbət açmasam düzgün olmaz, bu kilim naxışları sanki möcüzədən yaranıb, kilimdəki naxışlar dəvə karvanlarını xatırlatsa da, dəvə qatarları qədim şərqin boz, sussuz səhralarında, uzaqlarda sanki sarvan qabaqda və dəvələrin zınqrov səsi uzaqlardan gəlir...Bu kilimlərdən əsasən yağlı boya ilə olan işlərdə xalçalarla bərabər həmahəng yaradan rəssam, bu əsərlərlə sanki Göyçəli- xoşbəxt dünyamızı, Nənə- Babalı, Ata- Analı, məsum, halal dünyamızı bizə yenidən yaşadırsan !
2005-ci ildən həmişəlik Bakıya qayıdan rəssam tezliklə şəxsi yaradıcılıq sərgisini açır. Və burada əks olunan əsərlərdən söhbət açmaq yerinə düşər, 1989- 90-cı illərdən etibarən Arifin yaradıcılığında 2000-ci illərdə Şərqin simvolu kimi Misir mühiti elə “Misir röyaları“ adı ilə də adlandırılır... və bir tərəfdə Kleopatra, digər qarşı tərəfdə milli geyimlərdən- xalçalardan ibarət geyim və Şərq qadını... üç nöqtə, çünki, görünən təzadlar o qədər güclüdür ki, artıq bu həqiqəti anlamaq lazımdır, Şərqlə Qərbin sintezi- qovuşması qeyri mümükündür, əlbəttə bu iqtisadiyyatda ola bilər, texnologiyalarda, informasiyalarda və s. mümkündür, lakin yaddaşa, genə, ruhumuza bu yaddır, biz nə qədər Avropa mədəniyyətindənəm desək də, sonda bu mümkün olmur. Baax, Arifin bir rəssam kimi böyüklüyü də bundadır, bizi bir daha Özünüzü sevin, yadları sevdiniz daha bəsdir, sonda torpağını, varını- dövlətini oğurlayıb apardılar, süfrənin başında oturtun, yaxşı yeməklərini onlara yedirtdin, daha bəsdir... Belə yerdə Məsma Mamam deyərdi, “ bala, qaradan artıq boyaq yoxdur “.
Ariflə söhbət edir, əsərlərindən ibarət filmə baxırıq. Qarşımda olduqca zəngin, yüksək mənəviyyat sahibi, mədəniyyətdən, ziyalılıqdan xəbər verən bir şəxs- bir gözəl İnsan dayanmışdır. Onun zəngin mənəvi aləmi, istər Avropada- onun ən böyük ölkələrində- şəhəhərlərində sərgiləri keçirilən, yaradıcı dünyasına heyran olan insanlarla ünsiyyət yaşayan yüksək mənəviyyat sahibi dayanmışdır. Onun əsərlərində zəngin koloritlə milli ruhlu təbiət, insan təsvirləri böyük məhəbbətlə təsvir olunur. Və bizlərə rəssamın iç dünyasının Vətən həsrətli fırtınasından xəbər verir, erməni məkri, Qərbi Azərbaycan, Qarabağ başda olmaqla qaçqına- köçkünə çevrilən insanların yurd həsrəti, başlarına gələn müsibət, sarsıntılar olduqca sərrast ifadə olunub.90-cı illərdə “Göyçəni tərk edərkən” --- əsərinə dəfələrlə baxdım, Şərq motivləri əsasında uçan xalçalarda öz gələcəyini- uşaqlarını, mədəniyyətini—Müqəddəs kitabını götürüb qaçan Azərbaycan Anası Göyçə gölünün üzərindən keçdiyi an təsvir olunur. Aşağıda, dumanlar içərisində ah- vayla, doğma yurdlarını qoyub qaçan insanlar əks olunub. Sanki erməni vəhşiliyindən təkcə insanlar deyil, Göyçə gölü də dumana bürünüb onların arxasınca ağlayır...
Bax elə bunlar da bizi mübarizəyə səsləyib, yurdlarınıza qayıdın deyir, Ocaqlarınıza sahiblənin deyir... Elə bax bu yerdə deməyə bilmirəm, “ Dünyanın quyruğu çox uzundur”, sabahların Azərbaycanı nura necə qərq edəcəyini bilmək olmaz ! Yaxud, “Sönməz əbədi, hər gecənin bir gündüzü vardır – T. Fikrət “. Unutmayaq qaranlıqdan sonra Allahdan- Tanrıdan Yerə ötürülən Nur İşıq selinə çevrilir.
Ona verəcəyim suallardan biridə “Arifin əsərləri hansı muzeylərdə saxlanılır, varmı belə muzey və sərgi salonları. Suala ehtiyac qalmır”, söhbət əsnasında suallar öz- özünə çözülür, “ Nəsrəddin Tusi” əsəri Bakıda, müzeydə saxlanmaq üçün alınıb. Maraqlıdır, o özü deməsəydi belə, baxan kimi istədim deyəm ki, yüksək sənətkarlıqla yaratdığın bu əsər Azərbaycan astrologiyasının banilərindən olan, alim, riyaziyyatçı N. Tusidir. Əsərlərdəki peşəkarlıq tək portret janrında deyil, bütün yaradıcılığında ruhunun içərisindəki gizli anları, duyğuları görmək heç də çətin deyil. Məs., portret janrında əslində xarakter yaradır, tanış simaların tərzləri, iç dünyaları açılır. Əslində bu elə də asan deyil, məs., “Anam” əsəri çox güclü iradə və güclü də Ana xarakteri yaradır, mükəmməl bir Ananın Ana adlı obrazı, rəssamın Anasına olan sonsuz məhəbbəti ... və burda doğurdan da uç nöqtə qoyulmalıdır !..
Onu da qeyd edim ki, Arif rəssam anası Şəhla xanıma çox bənzəyir. Allah cansağlığı versin !
Arifin əsərləri Bakıda 1982- ci ildə Mədəniyyət Nazirliyi tərəfindən üç ədəd işi- ikisi portret olmaqla alınıb. Bundan əlavə Latviya seymində Riqaya məxsus “Petra kilsəsi “ adlı əsərini Latviya Duması üçün almışlar. “Qız” əsəri isə yenə Riqada Nelliya Mədəniyyət mərkəzində saxlanılır.
“Ay işığı”, “ İşıqlanan xalçalar”- maraqlı metafizik nələrsə əks olunur, qədim arnamentlər, Azərbaycana aid qablar, çıraq- güldanlar, qaranlıqdan doğan işıq və bu nur- işıq selində xalçalar, kilimlər işıq və günəş simvolik mənalar daşıyır. “ Nar rəngi”(95-96) x. m 80x 100,- Vətən həsrəti hər birimizin içərisindədir,- bu şəkillərdən sonra gəldim Vətənə deyir Arif rəssam. Çiyinə atılan xalçalar, başa sancılan güllər, kilimlər, hətta qadın geyimləri belə milli ornamentli naxışlarla bəzənir və Şərqin güc- mübarizlik simvolu olan Şahin – artıq bunlar Vətən adlı qüdrətin həsrət adlı nəğmələri idi. :
Bütün həsrətlər bitər,
Bitməz Vətən həsrəti !
M. Araz
2001- ci ildə Dünya Azərbaycanlılarının birinci qrultayında Ümummilli Lider Heydər Əliyevə Latviya nümayəndə heyəti Arif rəssama məxsus milli ruhda- Göyçə ruhunda işlənmiş, palitranın gücü ilə minbir rənglərdən bəhrələnərək sonsuz eşqlə, sənət yanğısı ilə yaratdığı əsərini Ulu Öndərə hədiyyə olaraq verir. Yağlı boya ilə iki yüz ildən çox yaşı olan xalça, sırf Azərbaycana məxsus çıraq uslubunda işlənən tarixi qab əks olunmuşdur. Arxa fonda isə bizə Gözəllər Gözəli, Dədə Ələsgər yurdu, Göyçə Mahalının incisi Göyçə gölü boylanır, həzin, tutqun bir simada, ancaq İşıq selində görürük bütün bunları... ”İşıqlanmış xalçalar “ x. m 70x 90, həm xalça, həm də kilim o qədər ustalıqla işlənmişdir ki, rəssam barmaqları ilə naxışlar o qədər canlı ki, xalçanın və kilimin, ümumən isə əsər insanın ruhunu titrədir. Bu xalça və kilimlərdə, palazları ərsəyə gətirən naxışların dili ilə danışan, zəngin mənəviyyat aləmindən xəbər verən , bu gözəllikləri toxuyan Azərbaycan Analarına Eşq olsun, ruhları şad olsun. Azərbaycan Anasının obrazı bu əsərlərdə Arif tərəfindən olduqca yüksək məhəbbət, sevgi ilə, ustalıqla işlənmişdir. Və palitra, rənglər dili ilə bizlərə möhtəşəm əsər halında bunları təqdim edən, Arif müəllim, Sizə Cansağlığı diləyirəm.. Qoy nə enerjiniz tükənsin, nə də qəlbiniz yorulmasın.
... Və beləliklə də 2005- ci ildə Riqadan həmişəlik Vətənə dönür. Yurd həsrəti, Ocaq məhəbbəti, torpaq İnsanı çəkir, dünyaya gəldiyin, Ana Vətən dediyin Torpaq elə bir qüdrətə malikdir ki, onu sözlə ifadə mümkün deyil, Onu duyursan, Vətənin ab- havası, ruhu ayrı nemətdir, bülbül qəfəsdən azad olarkən bir qurumuş budağa qonur və cəh- cəh vurur : “Vətənə gəldim, dinə- imana gəldim” deyə oxuyur, bax budur Vətən, qurumuş budağı, boz torpağı, çayırı, quru tikanı belə sevilir, qoxlanır, ciyərlərə çəkilir ...
Saysız- hesabsız sərgiləri keçirilən Arifin yaradıcılıq dünyası və Avropanı başdan- ayağa gəzmiş, milli ornamentlərlə süslənmiş, Qərbin qurumuş gülləri, şərq üslübundan xəbər verən xalçalar, gəbə- kilimlər və əks olunan rənglər dünyası rəssamın könül dünyası kimi zəngindir. Natrümort- güllər, milli ornamentli xalça- palazlar və bir Göyçə- Azərbaycan, bəlkə də Vətən al- əlvanlığı və bunlardan doğan Vətən sevgisi əks olunub Onun yaradıcılıq dünyasında. Arifim yaradıcı dünyası rəngarəngdir, hikmətdir, xəzinədir, xalça- palazları isə dil açıb danışmaq istəyən şirin nağıllar kimidir...
Haşiyə: 1970- ci illərdə Ümumittifaq DKİ-nin tələbəsi olarkən Moskva, Leninqarad və Kaluqa şəhərlərinin küçə, arxitekturasından ibarət süjetlər 76 və 77- ci illərdə unudulmaz müəllimi O. İ. Qrossun rəhbərliyi altında , onun təkcə müəllim- rəssam kimi deyil, əsil pedaqoq kimi sənətin incəliklərini öyrədirdi bizlərə deyə rəssam qeyd edir. O. İ. Qross bizə öyrədirdi ki, həyatda necədirsə, incəsənətdə də elədir. O həyatdan tez getsədə, onun tələbələri onun sənət yolunu bu güənəcən davam etdirirlər. Həmin dövrə aid əsərlərdə Moskva, Leninqrad və Kaluqa şəhərlərinin gəzir və Moskva ətrafinda yoxsulların yaşadıqları köhnə kərpicdən ibarət olan susqun binaları, çirkli həyətləri kağızlara köçürür, qədim rus şəhəri Kaluqanın arxitekturası bizi heyran edir, Dostoevskinin Leninqradını olduğu kimi vəsf etməyə çalışırdıq. Sonralar təşkil olunan sərgi Qrossun xatirəsinə həsr olundu. Və bizə təsəlli verən isə illər sonra artıq çoxdan sökülmüş bu bina və küçələrin sakinlərinin bu sənət əsərlərində öz gəncliklərini tapacaq, azacıq da olsa o günlərə qaytaracağıq... Moskva, Leninqarad və Kaluqa adı ilə əks olunan sərgidə rəssamın saysız- hasabsız qravyura, retuş, sous, qara karandaşla çəkilən sənət nümunələri bizə yaşamış, yaratmış və mübarizə aparmış İnsan varlığından xəbər verir.Və yaxın keçmiş Arif kimi rəssamların əsərlərindən bizə boylanır. Onu da qeyd edim ki, həmin sərgi 2011- ci ildə Bakıda keçirilmişdir.
Bakıda Rusiya səfirliyinin dəstəyi ilə- - Rusiya Mədəniyyət mərkəzi tərəfindən 2011 ci ildə daha bir sərgisi keçirilən Arifin yaradıcılğında uzun illər yaşadığı Riqa şəhərinin rəssam gözü ilə özünəməxsus, ancaq olduqca yüksək səviyyədə qədim rus şəhərlərinin, Qərb dünyasının xarakterini verən memarlıq abidələrinin təsviri çox mükəmməldir. Onu da qeyd edim ki, Arifə məxsus yaradıcılıq sərgisi Bakıda dəfələrlə- 1989, 1998, 2000, 2005, 2011 –ci illərdə şəxsi yaradıcılıq sərgiləri dönə- dönə keçirilmişdir.
Riqa, Bauskas və Tesisdə silsilə əsərlər – qədim qala divarları, darvazalar, kilsələr – Şimalın soyuqluğunda cənub istisi verməyə çalışan, daha doğrusu bunlara nail olan Arif !
Rəssama məxsus kataloqdan maraqlı bir rəsm diqqətimi çəkir : “Zamanın axarı”( Reka vremeni), x. m 70x 90, nə demək istəyirsən qardaş, güldanda yenə qurumuş çöl çiçəkləri, naxışlı, minbir bəzəkli Azərbaycan Türk mədəniyyətinin simvolu olan xalçalar, digər tərəfdə isə qərbə məxsus məbəd və ... qarşıda nə edəcəyini bilməyən, hansı yana üz tutacağını təyin edə bilməyən İnsan...
Arif Xoş- bəxtdirmi- bəli ən azından Müqəddəs Göyçə mahalında, halal- halal Ocaqlardan birində dünyaya göz açdığına görə, Xoşbəxtdir; Əli Məhərrəmov və Şəhla xanım kimi Ata- Anaya sahib olduğuna görə, Xoşbəxtdir; dörd Oğul Atası olduğuna görə, gözəl davamçıları olan nəvələrinə görə, Xoşbəxtdir; zərif, səmimi, təvazökar İnsan kimi, və qeyri- adı təfəkkür, düşüncə tərzi ilə, lakin sonda realist Rəssam olaraq! Ömrü və taleni bizə Uca Yaradan bəxş edir, Ondan gələn isə başımız və gözümüz üstünə !
1975- 81- ci illərdə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitunun kino və televiziyada bədii filmlər üzrə mütəxəssis kimi yetişən rəssam 1981-ci ildə Bakıda “Azərbaycanfilm “ kinistudiyasında rejissor kimi – quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Animasiya filmlərindən ibarət silsilə filmiərin çəkilişində uğurlu çəkilişləri vardır, ”Münəccimin şagirdi”, “Yatmaq vaxtıdır”, Novruz bayramına həsr edilmiş “Gəldi Kosa “, “Qaravəlli”, “Basat və Təpəgöz” və s. ancaq ona ən çox uğur gətirən “Balaca Şahzadə “ animasiya filmi oldu. 2019- cu ildə çəkilən film 2020- ci ildə Cənubi Koreyada priz almış və birinci yerə layiq görülərək - “Parlaq gələcək” animasiya filmiərinin qalibi olmuşdur. Bundan əlavə Türkiyədə, İsveçdə animasiya film festivallarında filmləri nümayiş etdirilmişdir. Xüsusən Arifə məxsus “Balaca Şahzadə “ animasiya filmi o qədər canlı, o qədər təbiidir ki, sanki əlini atıb gülləri dərə bilərsən, balaca Şahzadənin məsum görünüşünü unutmaq mümkün deyil. Antuan Sent – Ekzüperini unuda bilmədiyimiz kimi Arifin “Balaca Şahzadə “ sini də unutmaq qeyri mümkündür.
Nədən ki, Arifin kino yaradıcılığı tamam ayrı bir mövzudur. Azərbaycanfilmin istehsalı olan iyirmi bir filmdə Arif bir rejissor kimi, bir rəssam kimi, senarist kimi iştirak etmişdir. Riqada isə daha bir “ Molla Nəsrəddin lətifələri” adlı animasiya filminin çəkilişində həm rəssam, həm senarist, həm də quruluşçu rəssam olmuşdur.
Arif müəllim, sənə uzun ömürlər və yenidən əlində fırça tutub molbert üzərinə reallıqları Rəssam gözü ilə Qüdrət nənənin sənə verdiyi xalçaları yenidən bir daha işləməyi ürəkdən arzu edirəm. Çünki, kökümüzün neçə- neçə minilliklərindən xəbər verən O xalçalarda bəşəriliyə xidmət edən nələrisə təkrar və təkrar görmək mümkündür. Tanrının bizlərə verdiyi ömrü və qisməti gülərək yaşıyaq. Dünyanın çox yerində Arif rəssama məxsus, onun zərif ruhundan, dünyaya gəldiyi Göyçə adlı mahalın, Azərbaycan adlı gözəl məmləkətin yüksək mənəviyyatından, qədim mədəniyyətindən xəbər verən əsərləri saxlanılır. Və “Dünya böyük, ömür yolu bir addım “- M. Araz, olsa da İnsan bəşəri varlıqdır və o nə möcüzələr yaratmağa qadir deyil..., öz qədim mədəniyyəti ilə və heç zaman solmayan zəngin mənəviyyatı ilə !
Arif müəllimin yüksək mədəniyyəti, zəngin mənəvi dünyası və ümmansız yaradıcılığı tək Azərbaycana deyil, Onun sənəti bəşəriliyə xidmət edir... Arif düşündürücü rəssamdır, fəlsəfi rəssamdır. İnsanlığın- yaşamın bəşəriliyinə, həyatın gəlim- gedimi fonunda dünyanın- həyatın fəlsəfəsinə çıraq tutmağa çalışır. Həyat və Ölüm hər ikisi bəşəridir, Tanrının fəlsəfəsidir. Doğruluğun və həqiqətin axtarışına çıxan İnsan Cənnəti nəhayətində öz doğulduğu Ocaqlarda – Atalı- Analı dünyasında, minilliklərlə kökünün tapdanmış cığırlarında tapır. Göyçə adlı İlahi dünyadan dünyaya baxan İnsan- Ucalıqlardan dünyaya baxan İnsan... xoşbəxt olurmu görən, bu sualın cavabını hərə özünəməxsus cavablandıra bilər. Mənim aləmimdə isə mənən zəngin olan insan bütün həyatını xoşbəxtlik adlı iksiri axtarmaqla keçirir. Çünki İnsan daim axtarışdadır...
Şərqlə - Qərbin sintezi, Arifin əsərlərində bu amil ana xətt kimi keçsə də, biixtiyar milli dəyərlər sanki hardansa göylərdən nazil olur və əslində yaşamaq yanğısıdır Onda təzahür edən. Şərqlə Qərbi birləşməyə qalxan Arif rəssam, əlbət ki, mədəniyyətlər bir- birinə qovuşub harmoniya yarada bilər, ancaq sintez ola bilmir, nədən ki, Qərbin qurumuş çiçəklərini Şərqin yandırıcı istisi qovurub məhv edə bilir...
Əlbəttə mənim aləmimdə Qərblə Şərq sintez olunmur, lakin O, bir rəssamdır yaradıcılığı ilə, bütün qəlbi ilə və səmimiyyəti ilə bəşəriliyə xidmət edir. Çünki, bir qisim insanlar var ki, onlar üçün İnsan amilidir öndə dayanan.
Və nəhayətində Göyçədən başlayan yollar neçə- neçə yolayrıcında kəsişsələrdə, yenidən öz Ocaqlarına dönür...
Sizə Uğurlar həm yaradıcılıq yollarında, həm də şəxsi həyatda cansağlığı. Mən tanıdığım Arif səmimidir, təvazokardır, sadədir və heç bir nailiyyəti ilə öyünmür, ancaq öyünməyə dəyər dörd öğul övladı ilə və zəngin möhtəşəm yaradıcılığı ilə, sonsuz, tükənməz mənəviyyatı ilə. Bu günlər Onun haqqı var deməyə, “Mən də yaşamışam”.
Bir daha uğurlar və cansağlığı !
R.S. Ürəyində böyük Azərbaycan sevgisi gəzdirən, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin pərəstişkarı olan, 44 günlük Vətən Müharibəsində Xalqımıza Qalibiyyət Zəfərini yaşadan Ali Baş Komandan – Sərkərdəmiz və Azərbaycan Ordusunun şanlı qələbələrini fəxrlə izləyən və Özü də fəxarət duyan Arif müəllim, Yollarımız açıq Olsun!
MƏLAHƏT İSMAYILQIZI
AYB- nın və AJB_ nın üzvü, “
“Qızıl Qələm “media mükafatı laureatı,
Tədqiqatçı- publisist, yazar.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024