1934-cü ildə, SSRİ Kommunist Partiyasının XVII qurultayında “xalqlar atası” İosif Stalin onu şəxsən görüşüb qucaqlamışdı.
Bir il sonra Sovet İttifaqının ən yüksək təltiflərindən birinə – “Lenin” ordeninə layiq görülmüşdü.
Üç il sonra isə elə həmin rejimin “düşmən” elan edildi güllələndi.
Söhbət Ruhulla Axundovdan gedir. Həmin R.Axundovdan ki, tərcümeyi-halı bir çox baxımdan ibrətamiz sayıla bilər?
Necə? Elə isə gəlin birlikdə oxuyaq.
O, 13 yanvar 1897-ci ildə Bakının Şüvəlan kəndində müəllim ailəsində anadan olmuş, öncə mədrəsədə, ardınca müasir tipli (“realni”) məktəbdə təhsil alımışdı.
1916-cı ildən Bakı mətbəələrində korrektor və tərcüməçi işləmişdi. 1917-ci ildən “sol” eser qrupunun üzvü olsa da, 1918-ci ildə bu qrupla bolşeviklərin münasibətlərinin kəskinləşməsi səbəbindən seçimini ikincilərdən yana etmişdi. Hadisələrin sonrakı gedişi həmin seçimin ona baha başa gələcəyini göstərəcəkdi.
Halbuki "sol" eser qrupla sonluğu da ona yaxşı heç nə vəd etmirdi...
1919-cu ilin mayından Kommunist Partiyası sıralarına keçdi və Azərbaycan Cümhuriyyətinə qarşı əks fəaliyyət göstərdi. Həm də qatı və amansız şəkildə! Məsələn, məqalələrindən birində yazırdı ki, "istiqlaliyyəti elan olunmuş Azərbaycana baxdıqda addmbaşı təcavüz, zülm, səfalət görmək olar, başqa da heç nə..."
Ruhulla Axundov Cümhuriyyətin legitimliyini rədd edərək bildirirdi ki, Azərbaycanın istiqlalı "fəhlə və kəndlilərin həyatında heç bir müsbət dəyişiklik yaratmayıb".
Halbuki canını qoyduğu, cani-dildən arzuladığı və xalqın yeganə xilası adlandırdığı sovetləşmənin ilk illərindəcə elə həmin Ruhulla Axundov Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanov və digərlərini ölkəni simasızlaşdırmaqda, onun mənafeyini satmaqda günahlandırmışdı. Səbəblər çox idi, lakin ən başlıca səbəb birincilik mübarizəsi idi. Bolşevik ideologiyası bunun üçün sadəcə alət idi, başqa heç nə!
Düzdür, R.Axundov rus-bolşevik işğalından sonra bir çox yüksək postlar tutdu. 1924-1930-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi, Azərbaycan SSR xalq maarif komissarı kimi vəzifələrdə çalışdı. 1932-ci ildə yaradılan SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinə (hazırkı Azərbaycan Milli Elmlər Akademiyasının – AMEA-nın sələfi) rəhbər təyin edildi. Bir sözlə, Ruhulla Axundov Sovet Azərbaycanında həm vəzifə, həm də ideoloji baxımdan mühüm simaya çevrildi. Lakin bunların heç biri onun “qırmızı terror” qurbanına çevrilməsinin qarşısını almaq üçün yetərli olmadı.
Necə ki Əliheudər Qarayevlər, Həmid Sultanovlar üçün yetrərli olmamışdı!
Mir Cəfər Bağırovun 1933-cü ilin oktyabrında Sovet Azərbaycanının rəhbərliyinə gətirilməsindən sonra R.Axundovun da qara günləri başladı.
Bağırov Axundovu özünün əsas rəqiblərindən biri hesab edir, odur ki onu aradan götürmək üçün fürsət axtraırdı.
1937-ci il iyunun 8-də “Pravda” qəzetində Rıklin imzası ilə “Düşmənin hiylələri” adlı məqalə dərc ediləndən sonra Axundovun sonu çatdığını təxmin eləmək çətin deyildi.
Həmin məqalədə o, təkcə Stalinin zəndeyo-zəhləsi gedən “trotskiçi” yox, həm də “müsavatçı” elan olunmuşdu!
Tragikomediyadır: Azərbaycan Cümhuriyyətinin zamanında onu topa tutan, bu Cümhuriyyətin rəhbərlərini “millətin bütün haqqını qəsb edən bir ovuc müftəxor, müstəbid” adlandıran, Cümhuriyyətin özünü isə “zavallı millətin boynuna yeni, açılmaz, qırılmaz zəncirlər taxmaqda” günahlandıran bir adam yaradılması üçün can qoyduğu Sovet Azərbaycanı tərəfindən “müsavatçı” elan edilir, bolşevik hökumətinin “bütün təşkilat və idarələrini öz adamları ilə, gizli və açıq düşmənlərlə “zibilləməkdə”” günahlandırılırdı...
“Pravda”dakı yazının üstündən cəmi 6 ay keçdikdən sonra, 1937-ci ilin soyuq bir dekabr səhəri Ruhulla Axundov evdən çıxıb işə gedərkən yaşadığı binanın qarşısında saxlanıldı. Elə həmin gün uğrunda can qoyduğu kommunist partiyasının sıralarından qovulduy.
Sonralar, 1954-cü ildə Mir Cəfər Bağırov öz dindirməsi zamanı Axundovun həbsinə Stalindən icazə istədiyini deyəcək, onun haqqında ittihalardan ibarət qovluğu Moskvaya göndərdiyini, həbsi barədə razılıq aldıqdan sonra bu addımın atılacağını söyləyəcəkdi.
R.Axundov həbs olunduqdan sonra “cinayətlərinin hədsiz ağır olması səbəbilə” Moskvaya aparıldı. Bir müddət burada saxlanıldı, həmin müddətdə təzyiqlərə dözə bilməyib “günahlarını boynuna aldı”.
Moskvaya aparılmamışdan əvvəl isə Bakıda, Azərbaycan SSR Daxili İşlər komissarı Sumbatov-Topuridzenin un otağında, bəzi iddialara görə, bir çox hallarda M.C.Bağırovun iştirakı ilə R.Axundov dəhşətli şəkildə döyülmüş, həmin otaqdan halsız, yarımcan vəziyyətdə, xərəkdə çıxarılmışdı. Bu işgəncələrdən ağlını itirmək dərəcəsinə çatan Axundov hətta tanımadığı adamları belə “rəhbəri olduğu təşkilatının fəal üzvü” adlandırmalı olurdu.
Sonda 1938-ci il aprelin 21-də Ruhulla Axundov haqqında güllələnmə hökmü yerinə yetirildi.
Ertəsi gün isə 20 ilə yaxın yolunda yorulmadan mübarizə apardığı, əsərlərini ilk dəfə dilimizə çevirdiyi, cəmi 11 il əvvəlki məqaləsində “bəşəriyyət naminə tarixdəki bütün alimlərin birlikdə gördüyü işdən daha çox iş gördüyünü” yazdığı dahi rəhbərin – Leninin doğum günü idi…
Ruhulla Axundov “Komsomol” jurnalının 1927-ci il sayında müsavatçıların Şura hökumətinin möhkəmliyini görüb “acığından ala köpəyə dönməsindən, zəncir çeynəməsindən”, onların “aclıqdan və rəzalətdən Avropa paytaxtlarının küçələrində sülənməsindən” yazarkən yəqin heç vaxt ağlına gəlməzdi ki, çox keçməyəcək onun “müsavatçı”lıqda ittiham elan edəcək, elə bu ittihamla da güllələyərək Moskvadakı siyasi terror qurbanlarının basdırıldığı “ölüm poliqonuna” – “Kommunapark” a basdıracaqlar.
Həyat həqiqətən çox qəribədir.
Təkcə qəribə yox, həm də ibrətamizdir - əlbəttə, onu anlayanlara!
Elçin ŞAHMURAD,
Azmarka.az
Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021