Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

19:47 / 02.09.2021
Baxılıb: 3696

Döyüşlər zamanı, eləcə də müharibədən sonra  400 nəfərdən çox həmyerlimiz keçmiş SSRİ-nin orden və medalları ilə təltif olundular.

1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlayan və 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatan, İkinci Dünya müharibəsi, XX əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biridir. Dünya xəritəsindəki dövlətlərin böyük bir hissəsinin ictimai-siyasi həyatında baş verən qlobal dəyişikliklərin səbəbi, Avropa və dünya xalqları üçün ölçüyəgəlməz ağrı və iztirab gətirən, 60 milyondan çox insanın kütləvi ölümünə səbəb olan, minlərlə şəhərlərin və çoxsaylı ölkələrin dağıdılmasına gətirib çıxaran və məhz buna görə də heç zaman unudulmayan bu qanlı-qadalı müharibə olmuşdur.

  İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycan Xalqının da böyük payı var. Həmin illərdə müharibənin əsas ağırlığını öz üzərinə götürən xalqlardan biri də məhz Azərbaycan xalqı olmuşdur. Həm ön cəbhədə, həm də arxa cəbhədə gecə-gündüz yorulmadan çalışan oğul və qızlarımız qələbəyə böyük töhfələr vermişdir. Müharibənin ilk illərindən etibarən azərbaycanlılardan ibarət yüzlərlə özünümüdafiə batalyonları təşkil olundu. 600 mindən çox oğul və qızlarımızdan təşkil edilmiş Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Əsgər və zabitlərimiz Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Brest, Belarus, Pribaltika cəbhələrində cəsarət, igidlik  nümayiş etdirdilər. onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Arxa cəbhədə də xalqımız Qələbə üçün gecə-gündüz, yorulmadan çalışmış, bütün ölkəni yanacaqla təmin etmişdir. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycan zəhmətkeşləri tərəfindən istehsal olunmuşdir. Əgər bunlar olmasaydı, bu gün Qələbədən danışmaq sual altında ola bilərdi.

 Müharibənin başladığı ilk anlardan, bütün Azərbaycan xalqı kimi, yerli sakinləri əsasən azərbaycan türklərindən ibarət olan Göyçə mahalınln Basarkeçər rayonunda səfərbərlik elan edilərək, hərbi xidmətə yararlı olan hər kəs cəbhəyə çağrıldı. Qısa bir vaxtda 3500 nəfərdən artıq soydaşımız cəbhə bölgələrində azğın düşmənə qarşı vuruşmağa başladı.

 Müharibənin geniş coğrafiyasına uyğun olaraq, Şimali Qafqazdan tutmuş Avropanın dərinliklərinə qədər bütün ölkələrin ərazisində baş vermiş yüzlərlə, minlərlə böyük və kiçik döyüşlərdə iştirak edən həmyerlilərimiz qəhrəmanlıqla döyüşdülər. Vətən hesab etdikləri torpaqların qorunmasında heç nədən çəkinmədilər, qorxmadılar, özlərini əsil qəhrəman kimi təqdim etdilər.

 Onların bu igidlikləri diqqətdən yayılmadı. Hərbiçilərimiz müxtəlif orden və medallara layiq görüldülər. Döyüşlər zamanı, eləcə də müharibədən sonra  400 nəfərdən çox həmyerlimiz keçmiş SSRİ-nin orden və medalları ilə təltif olundular. Təltif olunanlar sırasında 56 nəfər “Qızıl Ulduz”, 4 nəfər “Qırmızı Bayraq”, 2 nəfər “Şərəf Nişanı”, 3 nəfər  I dərəcəli “Şöhrət”,  25 nəfər  III dərəcəli “Şöhrət”,  9 nəfər I dərəcəli “Vətən Müharibəsi”, 25 nəfər II dərəcəli “Vətən Müharibəsi” ordenləri ilə, 124 nəfər ”İgidliyə görə”, 69 nəfər “Döyüş xidmətlərinə görə”, 32 nəfər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, 18 nəfər “Qafqazın müdafiəsinə görə”, 8 nəfər “Berlinin alınmasına görə”, 3 nəfər “Varşavanın azad edilməsinə görə”, 11 nəfər “Stalinqradın müdafiəsinə görə”, 3 nəfər “Vyananın alınmasına görə”, 4 nəfər “Köniqsberqin alınmasına görə”, 7 nəfər “Belqradın azad edilməsinə görə”, 16 nəfər “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif edilmişlər.

  Döyüşlərdə göstərdikləri şücaətə və qəhrəmanlılqlara görə onlarla həmyerlimiz dəfələrlə orden və meddalla təltif olunublar. Aşağı Şorcadan baş serjant Həmzəyev Mahmud Xanış oğlu iki “Qırmızı Ulduz” ordeni və  “Qafqazın müdafiəsinə görə” medalı ilə, Babacan kəndindən leytenant Əjdərov Məhəmməd Cəfər oğlu “Qırmızı Ulduz”, “II dərəcəli Vətən Müharibəsi” ordenləri ilə, Böyük Qaraqoyunludan sıravi əsgər İmanov Ədalət Əli oğlu “Qırmızı Ulduz”, “III dərəcəli Şöhrət” ordenləri ilə,  Böyük Məzrədən qvardiya leytenantı Cahangirov Pənah Hacı oğlu “Qırmızı Ulduz”, “II dərəcəli Vətən Müharibəsi” ordenləri ilə, Böyük Məzrədən yefreytor Şıxıyev Fərman Xəlil oğlu üç “İgidliyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Stalinqradın müdafiəsinə görə” medalları ilə, Daşkənddən sıravi  əsgər Əliyev Ənvər Oruc oğlu “Qırmızı Ulduz”, “II dərəcəli Vətən Müharibəsi” ordeni, “İgidliyə görə” və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”medalları ilə, Çaxırlı kəndindən kiçik serjant Cabbarov Yusif Əmican oğlu “Qırmızı Ulduz” və “III dərəcəli Şöhrət” ordeni ilə,  Çaxırlı kəndindən baş texnik-leytenant Çayxorskiy Böyükağa Abbasəli oğlu “Qırmızı Ulduz” ordeni, iki “Döyüş xidmətlərinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, “Qafqazın müdafiəsinə görə”, “Vyananın alınmasına görə”, “Belqradın azad edilməsinə görə” medalları ilə, Canəhməddən qvardiya baş serjantı Qəmbərov Abbas Qulu oğlu “II dərəcəli Vətən Müharibəsi” ordeni , “İgidliyə görə” medalı ilə, Qaraimandan  kiçik leytenant Aslanov Müzəffər Eyyub oğlu iki “Qırmızı Ulduz Ordeni”, “I dərəcəli Vətən Müharibəsi ordeni”, “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə, Qaraimandan sıravi əsgər Əliyev Qoşqar Əli oğlu iki dəfə “3-ci dərəcəli “Şöhrət” ordeni”, və “İgidliyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”və “Berlinin alınmasına görə” medalları ilə, Qaraimandan leytenant Kazımov Rüstəm Sadıx oğlu “Qırmızı Ulduz”, “Qırmızı Bayraq”, “II dərəcəli Vətən müharibəsi” ordenləri ilə, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Qafqazın müdafiəsinə görə” medalları ilə, Qızılvəng kəndindən Həsənov Ramazan Mədəd oğlu “Qırmızı Ulduz”, “II dərəcəli Vətən Müharibəsi” ordenləri , “Döyüş xidmətlərinə görə”, “Varşavanın azad edilməsinə görə” və “Berlinin alınmasına görə” meddalları ilə, Sədənağac kəndindən starşina Şərifov İslam Məhəmməd oğlu “Qırmızı Ulduz”ordeni, “İgidliyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və ”Döyüş xidmətlərinə görə” medalları ilə,  Şişqaya kəndindən Bayramov Şəki İsrafil oğlu “Qırmızı Ulduz” ordeni, “İgidliyə görə” medalı ilə, Zod kəndindən Əhmədov İbrahim Yusif oğlu “3-cü dərəcəli Şöhrət” ordeni ilə, “İgidliyə görə”,”Döyüş xidmətlərinə görə”,”Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə, Zod kəndindən Əhmədov Əhəd Vəli oğlu iki dəfə “İgidliyə görə”, ”Döyüş xidmətlərinə görə”, ”Stalinqradın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, “Vyananın alınmasına görə”, “Budapeştin alınmasına görə” və yüzlərlə adlarını bu yazıda çəkmədiyimiz soydaşlarımız çoxlu sayda orden və medallarla  təltif olunmuşlar.

Yuxarıda göstərilənlər sübut edir ki, Basarkeçərlilər döyüş  meydanlarında əsil qəhrəmanlıq, igidlik nümayiş etdiriblər, hər an, hər vəziyyətdə cəsarətli olduqlarını  tökülən qanları hesabına sübut ediblər. Rütbəsindən asılı olmayaraq, istər sıravi əsgər olsun, istərsə də yüksək rütbəli zabit olsun, əhəmiyyətli deyil, müharibədə, döyüş meydanlarında öhdələrinə düşən vəzifə borclarını layiqincə yerinə yetirmək üçün Vətən yolunda canlarından keçməyi belə əsirgəməmişləır.

  Arxiv fondlarında apardığımız araşdırmalar nəticəsində İkinci dünya müharibəsindən 1652 həmyerlimizin qayıtmadığı haqda məlumatlar əldə edə bildik. Onlardan bir çoxu döyüş meydanlarında, əsir düşərgələrində həlak oldular və ya itkin düşdülər. Müharibəyə yola düşənlərin əksəriyyəti 18-45 yaşlı gənc kişilər idi. Onlar qələbə naminə mümkün olanı etmişdilər, bir çoxu Qafqazın ətəklərindən Berlinə qədər şanlı döyüş yolu keçmiş, vətən uğrunda canlarını-qanlarını əsirgəməmişlər.

 Müxtəlif arxivdə saxlanılan, zamanın təsirindən, daşıdığı acı xəbərin ağırlığından, qat-qat, əzik-əzik olmuş, bəzən də cırılıb tökülmüş, sadə qələmlə yazılmış xırda kağız parçalarında Vətən yolunda Şəhid olan hər bir döyüşçümüz haqda az da olsa məlumat əldə edə bildik. Şəhidlərimizin hər birinin düşmən qarşısında necə igidliklə döyüşdüklərinin şahidi olduq. Fərqi yoxdur, nə qədər döyüşdü, neçə düşmən əsgərini öldürdü, ön cəbhədə yalnız bir sutka dayana bildi və ya bütün müharibəni birinci gündən son günə qədər keçdi. Əhəmiyyətlisi odur ki, yağış kimi yağan güllələr, ardı-arası kəsilməyən bomba, mərmi partlayışları altında, soyuğa, istiyə baxmadan, öz torpağını müdafiə etdi, onun üçün canını qurban verməkdən çəkinmədi. 

 Döyüşçülərimiz üçün bu müharibə dözülməz həyat təcrübəsinə çevrildi. Altı ildən çox davam edən həyat və ölüm arasında mübarizədə hər gün, hər saat sonun ola biləcəyi Zaman gözlənilirdi. Əslində, sonsuzluq həmişə uzun olur. Bu sonsuzluq da uzun idi. Qələbənin işıqlı gününə qədər yaşamaq hər kəsə qismət olmadı, çoxları həmişəlik döyüş meydanlarında qaldılar. Bir çoxları insanlığın qoyduğu qayda-qanunla dəfn də oluna bilmədi: cəsədləri döyüş meydanlarında qaldı, bomba partlayışından tikə-tikə oldular, suda boğuldular, tanklarda yanıb kül oldular, əsir düşərgələrində quduzlaşmış alman faşistləriniun təcrübə, sınaq obyektinə çevrildilər. Onların hər biri yaşamaq, Vətəni xilas etmək, qələbəni öz gözləri ilə görmək istəyirdi. Geri, evə qayıdıb sevimli işini davam etdirmək, oxumaq, ailə qurmaq, övlad sahibi olmaq, qoyub getdikləri kiçik yaşlı övladlarını boya-başa çatdırmaq istəyirdi. Doğma torpağa qayıdıb sevdiklərinin əhatəsində bombasız, mərmisiz yeni bir həyat yaşamaq istəyirdi. Çox təəssüflər ki, qismət olmadı, amansız müharibə buna izn vermədi.

  Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Sovetlər İttifaqı dağıldıqdan sonra dövri mətbuatda, bədii ədəbiyyatda bəzən faşist Almaniyasının apardığı müharibəyə xilaskar, ədalətli müharibə, Hitleri isə millətlərin xilaskarı kimi göstərmək, alman faşizminin təcavüzünə bəraət qazandırmaq cəhdləri olur.

 Bu cəhdlər, xalqın, millətin qələbə üçün cəkdikləri ağır zəhməti, misilsiz mübarizəni heçə endirir, Vətən uğrunda canından keçmiş milyonlarla insanın xatirəsini kölgədə qoyur. Əslində belə cəhdlər, köklü olaraq yanlış və səhv olmaqla yanaşı, irqçilik, şovinizm təbliğ edənlərin, başqalarının ərazisinə göz dikənlərin irtica siyasətinə haqq qazandırmaq cəhdidir. Azərbaycana qarşı illər boyu hərbi təcavüzə başlamış və onun torpaqlarının 20 faizini müvəqqəti işğal etmiş  erməni faşistlərinə haqq qazandıran bir arqument kimi ortalığa atılmışdır.

  Bu gün, Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Böyük Qarabağ” müharibəsində bütün dünyaya sübut etdi ki, başqasının torpağına göz dikənlər, güc, zorakılıq tətbiq etməklə, qan tökməklə ərazilərini genişləndirənlər, müvəqqəti “qalib” olsalar da, gec-tez məğlub olurlar. Bütün hallarda bəşəriyyətin düşməni olmuşlar və olmaqdadırlar.

 Nahaq yerə deyilmir ki, “Bəşəriyyəti faşizm taunundan xilas edənlər tarixin yaddaşında əbədi yaşamaq hüququ qazanıblar”. 60 milyondan çox insan həyatının, habelə 316 milyard dollarlıq maddi-mənəvi zərər hesabına başa gələn və bəşər tarixinin ən dəhşətli faciəsi olan İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində canından keçmiş, cəbhələrdə igidliklə döyüşmüş, arxa cəbhədə rəşadətlə çalışmış, indi artıq həyatda olmayan hər bir azərbaycanlının, o cümlədən Basarkeçərlilərin ruhu qarşısında, baş əyir, onları ehtiramla yad edirik.

Lütfi Kəşəli

tədqiqatçı

 

 


Etiket:
Xəbərlər

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı  Sərəncam imzaladı

16.11.2022

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

11.10.2022

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

30.06.2022

Ələddin Allahverdiyev – 75

28.05.2022

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

04.03.2022

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...

19.02.2022

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

29.01.2022

Müəllimlərim haqda xatirələrim - Musa Kərimov 

17.01.2022

Səksəninci döngə

27.12.2021

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

24.12.2021

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

05.12.2021

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

24.11.2021
Bütün xəbərlər