Sona xanım Abbasəliqızının məharətli təfəkkür tərzinin bədii söz ustadına məxsus potensiala malik olması sayəsində tarixi romanların yazılması istiqamətində orijinallıq nümunələri ortaya qoyan süjetlərlə dolu bir neçə nəzm əsərləri ərsəyə gəlmişdir. Həm nəzm, həm də nəsr əsərlərinin müəllifi olmaq onun orijinal, səciyyəvi bədii-estetik xarakterləri ilə parlaqlaşan düşüncə tərzinə malik omlasının əyani göstəricisidir. Sona xanım Abbasəliqızı orijinal dəlillərin, təhlil və təfsirləri ilə dolu olan maraqlı bir sənət numunəsi yaradaraq tarixi bir roman yazmışdır. Bu tarixi romanın Əfzələddin Xəqani Şirvaniyə məxsus olması, hazırkı dövrdə demək olar ki, çoxlarının müraciət etmədiyi yanaşma tərzi kimi qəbul olunaraq, yüksək qiymətləndirilir. Əsərdə Xəqani Şirvani kimi əzəmətli söz usatdının sənət nümunələrini özünün fərdi ideallarına uyğunlaşdırmaqla onun haqqında səciyyəvi müstəvidə daha çox ifadəlilik tutumuna malik obrazlı təsvirlər yaratmışdır. Sona xanım Abbasəliqızı iti qələminin, dərin yaddaşının, ibarəli və ifadəli təxəyyülünün sayəsində digər nəsr əsərində isə təzadlı həyat faktlarının dərin fəlsəfəsinə nüfuz edərək, hər bir oxucunun öz obrazını tapa biləcəyi ikinci romanının da müəlliflik haqqını əldə etmişdir. Sona xanım Abbasəliqızı yüksək əyarlı qələmini dincəlməyə qoymamışdır, ideyaları hər yerdə, hər zaman təzə ilham üzərində pərvaz edərək yeni–yeni obyektlər seçmiş, yeni yaradıcılıq nümunələri ortaya qoymuşdur. Yüksək əzimkarlıqla ilə növbəti ədəbi janra müraciət edərərk, dörd ədəd inci dəyəri tapmış povestin müəllifi kimi yeni yaradıcılıq məkanına dalğalarından məharət səpilən ucalıq bayrağı sancmışdır.
Sona xanım Abbasəliqızı uşaqlara bağlı insandır. Uşaq ədəbiyyatına uşaq şeirləri ilə bəzənmiş könül dünyasının töhfələrini nəfis bir kitab şəklində ərməğan etmişdir. Onun qələmə aldığın uşaq şeirləri çox incədir, azyaşlılar və yeniyetmələr tərəfindən çox sevilərək, böyüklərin təqdir etdiyi mənəvi-estetik, tərbiyəvi cəhətlərinə görə, müəllifə olan rəğbəti daha da artırır. Hər kəsin övladını öz övladı kimi qəbul edən, ANA qəlbi yüklü olan- Sona xanım Abbasəliqızı aşağıdakı əsəri ilə valideynlik duyğularının parlaq nöqtələrini tərənnüm etmişdir.
Şükür sənə ULU TANRIM,
Dərgaha qalxıb qollarım.
Xoşbəxt olsun balalarım-
Biri nurum, biri günüm,
Övladlarım!
Hərə evin bir çırağı,
Ağılları yaraşığı.
Alışdırır od-ocağı-
Biri nurum, biri günüm,
Övladlarım!
Hər ikisi elə bağlı,
Bir qırılmaz telə bağlı.
Şirin-şəkər dilə bağlı-
Biri nurum, biri günüm,
Övladlarım!
Mənim görən gözlərimdir,
Bükülməyən dizlərimdir.
Bu dünyada izlərimdir-
Biri nurum, biri günüm,
Övladlarım!
Sona xanım öz könül aləminin zənginliyi vətən şeirləri ilə ən önəmli mənzərələrini açır, onun poeziya dünyasına səyahət etdikdə yenilik, estetik, fəlsəfi-mənəvi tutumun uğurlu yollarla formalaşıb, ahəngdar şəkildə yeni bir zirvəyə istiqamətləniyinin şahidi oluruq. Fəlsəfi-estetik tutumu əsil insan həyatının məziyyətlərini ifadə edən obrazlılıq əsasında səciyyələnmişdir, söz sənətinin alilik hüdudlarını müəyyənləşdirən parametrlərlə uzlaşmışdır.
Ulu Yaradanımız yaratdıqlarının hər birinə öz fitrərtini verib. İnsana da insanlıq fitrəti içərisində saya gəlməyən istedadlar bəxş edib. Fəqət bu istedadlardan biri də poeziya, şeir mənasına vaqif olub, onu yazmaq, onu yaratmaq, onu yaşatmaqdır. Şeir şeir halındadırsa, dolu başın məhsuludur, qəlbə yol açıb demək; düşüncələrə təsir etmək imkanı yoxdursa, heç nədir demək.
Sona xanım Abbasəliqızının poeziyasına baş vurduqca çox uzaqlara aparır səni, bəzən ən yaxını uzaq hiss edirsən. Həyatın və insanın çəkə bildiyi bütün yüklərin ölçü meyarları ilə dolu olan Sona xanımın yaradıcılığı poeziya dünyamızın incə nümunələri ilə bəzənmişdir. Poetiklik, estetiklik, fəlsəfilik Sona xanımın şeiriyyət aləminin zər-ziba ilə bəzənmiş çalarlarıdır.
Sevgi yükü çəkməyən, sevgini bilməyən, sevgisini pəhrizliklə saxlayıb, mərhəm şəkildə qoruyub, bakir surətdə saxlamağı bacarmayan şair ola bilməz. Sözün yükünə dözməyən, şair ola bilməz. Dərdə düşmək, dərd əlində talanmağa qabil ola bilməyən şair ola bilməz. Aşiq ola bilməyən, şair ola bilməz. Sona xanım Abbasəliqızı bütün bu sədləri keçərək, məharət göstərib şairə adını ucaltdı, ucaltmağa nail oldu, sözü ilə, qəlb duyğusu ilə sevildi, könül əmanəti ilə könüllərdə təbərrükləşdi.
İnsanı dərd şair edər deyirlər. Bəli, dərdlə dolu sözlər sətirə küçürülməsə, insanı ağladan dərdin özü ağalayar insanı. Sona xanımı ilhamı bu notlara zənginləşərək dərdin dillə təcəssümünü bədii şəkildə təqdim edir. Onun ilham mənbəyi bu müstəvidə daha çox intensivlik nümayiş etdirir. Bəzən həyatın mürəkkəbliyini ağrı-acısını elə parlaq və obrazlı şəkildə təcəssüm etdirir ki, əsərlərini daha mənalı, oxunaqlı edərək könüllərə təsəlli mənbəyi kimi təbərrük halına gəlir. Allah hikmət, bəsirət, fəsahət və fərasət verdi yazmağa, yaratmağa əzizimiz Sona xanıma. Sona xanımı tanıdıqdan sonra hörmətlə qarşıladığım insanların sırasında onunla hər ünsiyyətdən məmunluq duymuşam, əsərlərinin motivi, kaloritliyi, ruha sirayət etməsi nəticəsində yaratdığı ovqat, onunla hər görüşümüz nədənsə yadımda aşağıdakı şeiri tərpədib. Bu müəmmalı, mübhəm hissin nədən qaynaqlandığı sirr olaraq açıla bilmədi mənə.
Bu yerlərdə müşgül ənbər qoxuyur,
Nazlı dilbər gəzən yerdir bu yerlər.
Aralıqda seyraqublar toxuyur,
Əlim yardan üzən yerdi bu yerlər.
Bizim yerdə ördək olar qazınan,
Sizin yerdə söhbət olar sazınan.
Dəstə -dəstə, bölük -bölük qızınan,
SONAm göldə üzən yerdir bu yerlər.
Mən Kərəməm, Gəncə mənim dağlarım,
Xəzan vurdu, tez saraldı bağlarım.
Ağ kağız üstündə qəmli çağlarım,
Deyib dərdim yozan yerdir bu yerlər.
Bu şeirin ikinci bəndini hər dəfə söylədikdə, və yaxud yadıma saldıqda daim insanlıq simasının gerçək daşıyıcısı, amalı ilə əməli eyni olan Sona xanım Abbasəliqızının surəti gəlir gözlərimin önünə. Baxmayaraq ki, həyatda Sona adlı tanıdığım şəxslər bir neçə nəfərdir, məhz Sona xanım Abbasəliqızının xəyalı bürüyür düşündüklərimi.
Sona xanım Abbasəliqızının adı da şəxsiyyəti kimi nəcibdir. Fəqət bu nəcib insanın varlığına xurma lifləri tək incə tellərlə bağlana bildiyim digər əlamət də vardır ki, bu sövq ona yaxınlaşa bildiyim ikinci vəsilədir. Bu həqiqətdir, həqiqət! Əziz və əbədi dostum, bəzən tay-tuş, bəzən də ağsaqqal sandığım rəhmətlik Eldar İsmayıl Böyüktürkün keçirdiyi bütün tədbirlərdə, toplantılarda dərin hörmətlə baş tutan görüşlərimiz bizi Sona xanımla daha da doğmalaşdırırdı. Mən Sona xanımı tanıdım, tanıdığım qədər də rəğbətlə könül dünyamın şərəf lövhələrindən birində ona yer ayırdım, aramızda olan ülfət və ünsiyyətlə, səmimiyət və hörmətlə get-gedə daha çox qürurlandım. Onun haqqında demək, yazmaq müşgül olduğu qədər də, ilhamlıdır. O qədər saf niyyətə malik adamdır ki, barəsində nəsə demək istədikdə sözlər sanki, çağlayır, qaynayır, aşıb-coşur. Amma, Sona xanımın varlığını, əzizliyini, şəxsiyyətinin dəyərini olduğu kimi əhatəli vəsf etməyə sözlərimin imkanı yetməyəcəyi qənaətindəyəm. Təbiətin ən gözəl harmoniyasının canlı mödelini əks etdirən, əxz etdirən Ulu Göyçə Gölünün gözəlliyinə nə qədər valeh olsaq belə, bəzən ritmik, bəzən çılğın, bəzən hirsli, bəzən də sakit su müstəvisi-güzgü yaradan dalğaları üzərində sonaların azad, sanki dərdsiz, qayğısız üzməyi, sıralanmaqları, nizamlı davranışları başqa bir məftunluq yaradır insanda. Sonalar sıralanmağı ilə necə gözəl anlayırlar bir-birlərini. Təmkinli, ülfətli, rəvan, pasiban davranışları ilə kainatın səbrinə aramlıq dərsi keçirlər sanki. Su sonalarının bir-birinə və ana təbiətə sayğılı davranışlarını seyr etmək insanın daxili dünyasından qaynaqlanan fikir və düşüncələri ilə onu yerlərdən götürüb ülvi xəyallar ağuşunda mövcud olduğu məkandan ağıla gəlməyən saf və müqəddəs məqamlara teyləyir, insan harada olduğunu unudur, nə düşündüyünü belə yada sala bilmir. Dağların, yamacların sızqasından, yağışından, çayların sellərindən axıb gələn şəffaf sulardan Uca Yaradanın məxsusi gözəlliklərlə bəzədiyi bu mavi rəngli, sonalı göllərin bir növü də insanın batini dünyasında göz yaşlarından süzülərək əmələ gələn, dalğaları şahə qalxıb, gözə görünməyən ümmanların təlatümümünü yaradan "göllərə" bənzəyir, elə həmin batini məkanda da üzən sonalar ’’görürsən’’. O göllərin dalğalarının yaratdığı meh dəyanətli qəlblərə, dözümlü ruhlara, təpərli ürəklərə tumar çəkər, ona nəfəs verər, insanı ucalığa yaxınlaşdırar.
Qayalardan öz atını çapıb gələn,
Qarşısına nə çıxıbsa yarıb gələn.
Toz-torpağı ora-bura yapıb gələn,
Xoş ətirli yellər üçün darıxmışam.
Sal daşları təbil kimi çalıb gedən,
Bənd-bərəni əsir kimi alıb gedən,
Dərələrdə haray-həşir salıb gedən,
Səsli, küylü sellər üçün darıxmışam.
Qucağında bu həyata göz açdığım,
Qədəm basıb, pərvazlanıb tez uçduğum.
Dönə-dönə xatırlayıb söz açdığım,
Qədirbilən ellər üçün darıxmışam.
Uca dağlar, qurbanınız olaram mən,
Zirvənizə bir gün yolu salaram mən.
Boyunuza qollarımı dolaram mən,
Sizlə keçən illər üçün darıxmışam.
Bizim SONAMIZ da belədir. Sakit və gözəl suların əsrarəngiz peyzaj yaratdığı təbiətə gözəllik qatar varlığıyla. İnsanlıq tarixinin olaylarını yaddaşına köçürmüş mavi suları fəth etməklə onun yaddaşında olanları oxuyar, üzərində "süzdükcə" bir çox sirrlərin bağlı qatlarına nüfuz etməklə fəlsəfi dünyasını zənginləşdirərək əsil insan dəyəri qazanar. Müqəddəs kitabımızda mütəal Allah buyurur:’’Bilin ki, bu dünya aldadıcı tələdən başqa bir şey deyil’’ . Bu həmin dünyadır ki, görərək bilənlərə yük olar, həssas insanlarla oynayar, idrakı, təxəyyülü, düşüncəsi kamil insanları yarışa çəkər. Sona xanımın yazdığı bu şeirdə etibarın, sədaqətin, vəfanın dünyanın surətində təcəssümü aydın şəkildə gözümüzün önündə canlanır.
Mərdin süfrəsinə dadanıb namərd,
Yolumun ağzında bitib xəyanət.
Birinə işıqsan, birinə zülmət,
Bəlkə düz demirəm, bağışla, dünya.
Birinin vaxtı var, vaxta güvənir,
Birinin baxtı var, baxta güvənir.
Biri oturduğu taxta güvənir,
Bəlkə düz demirəm, bağışla, dünya.
Söz verib durmursan sözünün üstə,
Deyən yox, qaşın var gözünün üstə.
Olmusan çörəyi dizinin üstə,
Bəlkə düz demirəm, bağışla, dünya.
Qanqallar əkirsən gülün yerinə,
Danalar satırsan kəlin yerinə.
Qarılar verirsən gəlin yerinə,
Bəlkə düz demirəm, bağışla, dünya.
Yaxşı-yaman bir-birinə qarışır,
Bilən yoxdur kim-kim ilə yarışır.
Haram yeyən halallıqdan danışır,
Bəlkə düz demirəm, bağışla, dünya.
Bir ürəkdən qopan duyğu min ürəyə yol tapması ilahi vergidən başqa ayrı bir səciyyənin göstəricisi ola bilməz. Bəli, Sona xanımın şeiriyyəti ürəklərə yol açıb, qəlblərdə yuva qurub, istinad və obrazlı ifadə mənbələrinə çevrilib. Sevginin, insanlığın ən ali dəyərlərinin məhək daşına dönüb. Sözlər, fikirlər, sevdalar, sevgilər Sona xanımın şeirləri ilə ifadə olunduqca daha rəvan yola dönmüş olur. Ümidsizilik çırağını oxunduğu, dinləndiyi andaca söndürmüş olur. Sona xanım yaradıclığının mahiyyəti bəzən şübhənin, bəhanənin üzərinə elə bir sədd çəkir ki, reallıqdan, dünyanın gerçək üzündən və etbarısızlığından hali olmadan təsəlli aləminə düşmüş olursan. Nədənsə kişi qələmindən gələn sözlərin qəlbi bu qədər riqqətə gətirməyə gücü çatmır. Əgər bu fikirin səbəbini açıqlaya bilsəydim səmimi deyirəm ki, bu yazımda ifadə edərdim. Sona xanım duyğusundan axıb gələn nəzm nümunələri insanı kövrəldir, riqqətləndirir, heyrətləndirir, dinməyən hissləri dindirir. Çünki o ana duyğularından, xanım ürəyinin döyüntülərindən, qadın hərarətindən, qız sevdasından, sevgili qəlbindən, şairə ilhamından, övlad cuşundan gəlir.
Hər sətirin altını gözlərə dolan yaşlarla cızmalı olduğun halda bu dünyadan uzaqlaşırsan demək. Sona xanım qələmi adamı varlıqdan yoxluğa döndərə, göylərdən yerlərə endirə bilir. Yananı söndürə, dinməzi dindirə, qanmazı qandıra bilir. Elementar ifadələrin düzülüşündən yaranan, adamın qəlbinə köz qoyan, könül sazından qor qoparan mənalarla doludur onun şeiriyyəti. Duyğuları formalaşdıran böyüdüyün hava, su və təbiətdir. Qızıl suyu ilə böyüyüən insanların hissi, duyğusu, amalı, məfkurəsi, ilhamı, şövqü, zövqü, cuşu da qızıl kimi olur. İstər-istəməz bəşəriyyətin böyük dəyərlərə ehtiyacı var, deyilmi? Odur ki, sözün gücü ilə aramlaşan bütün qəlblər Sona xanımın əsərlərinə ehtiyac içərisindədir. Sözü kimi də özüdür; dostluğudur, sədaqətidir, adam kimi adamlığıdır, adam sayılanların yanında sayılıb, seçilməyidir.
Sona xanım Abbasəliqızı eşq və sədaqət fədaisi obrazında gördüyüm, həqiqət yollarında axtarışda olan, doğruluq dəryasının qəvvası olan bir şəxsiyyət kimi canlanır gözlərimin önündə. Söz düzümü, iz düzümü, yolu-ərkanı dolaylaşan düzlükdən ibarətdir bu əzəmətli şəxsiyyətin. Boyu kimi qəlbi, qəlbi kimi insanlıq imtahanlarının ödəvlərini yerinə yetirməyi var Sona xanımın.
Sona xanımın yaradıcılığı canlı bir axına bənzəyir, əsərlərinin tarixi xronoloji inkişafını nəzərədən keçirdikcə müsbət dinamika xarakterizə olunan inkişaf xətti aydın görsənir. Sənət ağacının lirik və fəlsəfi budaqlarının üzərindəki sənət incilərini təfəfkkürünün süzgəcindən keçirərək xəfifiləşdirmiş, zərifləşdirmiş, gözəl nümunələrlə ağırlaşdıraraq, poeziyanın səlis imkanlarından sərrastlıqla istifadə etməklə öz poeziya toplumunu zənginləşddirmişdir. İnsan həyatının gerçək dəyərlərindən olan sədaqət, məhəbbət, aşiqlik, cəmiyyətə faydalılıq övladlıq, dostluq hisslərinin ən zəngin çalarlarını inikas etdirən elə meyarlarla bəzənmiş əsərləri var ki, oxuduqca müəllifin daha ali ölçülərlə nəzərə alına biləcək daha geniş aspekti müəyyənləşir, həqiqət axtarışı müəllifin duyğularının dünya hadisələrinin reallıqlarla əlaqələrinin əyaniləşdirilməsindən ibarət olmuşdur. Ədəbiyyatımızın ciddi qəbildən sayılan bütün ölçülərinə müvafiq olan şeir nümunələri Sona xanımın həyata vurğunluğu çərçivəsində həyat oyununu hər kəsin oynaya bilmədiyi fəlsəfəsini incələyərək oxucularına çatdırmış - nəcibliyinin, incəliyinin, zərifliyinin bir neçə meyarlarını ortaya qoymuşdur. Bəzən şeirlərinin içərisində həyatı proseslərin elə dramatik və gərgin hiss həyəcan dolu anlarının şahidi olusan ki, həmin mühitdə təzad və gerçək olayların inikasından başlayan mənəvi gözəlliklərin yaratdığı spektrlər göy qurşağı kimi əsararəngiz bir diapazonu əhatə edərək göz oxşayır. Bu poeziya aləmində Sona xanımın məxsusuiliyinin mənliyinin yükünü ortaya qoymuş bir təqdimat nümunəsi kimi canlanır və onu oxucuların sevdiyi müəlliflər sırasına qatımış olur.
Elə bil əzəldən torpağam, daşam,
Gözdə gilələnmiş bir ovuc yaşam.
Dərdin bacısıyam, qəmə qardaşam,
Mənim günahımı günaha yazma!
Yalan ayaq açıb sevgi yerinə,
Toz qonub cahanın sevgilərinə.
Səni and verirəm, söz güllərinə:
Mənim günahımı günaha yazma!
Gözlərim qəm dolu dərin quyudu,
İndiki sevgilər sərin quyudu.
Bəxtim dərd üstündə dərin uyudu,
Mənim günahımı günaha yazma!
Sözdən ilmə-ilmə belə söküldüm,
Dərdimlə oyanıb dərdimə güldüm,
Mən sözdə boğuldum, mən sözdə öldüm,
Mənim günahımı günaha yazma!
Sona xanım Abbasəliqızının əsərlərində elə təşxis, metafora, təşbih nümunələri yer almışdır ki, əsəri oxuyarkən sanki bir vokallıq seyrəngahına düşmüş olursan. Poetik fəlsəfə ruhunun təsviri kimi, onun daxili dünyasını şeirin batin strukturuna köçürərək mövzusunu zinətləndirir, poetik təfəkkürün həyatiliklə bağlılığı əhvalı- ruhiyəsini yaratmış olur. Poetik axının obrazlılığı fərqli konturlar cızıaraq yeni və fərqli duyuma bağlanaraq, təzadlı dövrümüzdə könüllərə məlhəm olaraq qeyri adi dinamik assosiasiya əmələ gətirir. Sona xanım Abbasəliqızının əsərlərinin poetik siması çox vaxt emosionallıqlıq, hiss-həyacan duyğuları ilə çulğalaşır. Bu, onun təbinin ilhamının insanı rahat buruxmayan, insanın çəkə biləcəyi ömür yükü içərisində kamilləşməsinin, dözümlülüyünün, tolerantlığının miqyasını cızır, bədiilik konteksini əhatələndirir. Göyçə dialektinin əsərlərinə sirayət etməsi poetik terminlərin, şeiriyyət ünsürlərinin hamısını hərəkətə gətirmiş olur. Üslubundan və janrından asılı olmayaraq bütün şeirlərinin ilkin məğzi daxili dünyasının mündəricatından giriş qapısından bəhrələrir.
Soyuq qış gecəsi, yol-iriz donub,
Yenə ac qurd kimi ulayır külək.
Havanın üz-gözü qırov bağlayıb,
Yenə çöl-bayırı bulayır külək.
Təbiət yuxuda ağ xəyal görür,
Körpə ağacları şaxta vurubdu.
Mənim də xəyalım, donmasın deyə
Sınıq pəncərəyə taxta vurubdu.
Üşüyür qəlbimin duyğuları da,
Ömrün sınağına hazıram, şükür.
Bu qış gecələri mənə xoş gəlir,
Sevgi nəğmələri yazıram şükür.
Sona xanım Abbasəliqızının şeirlərinin vəzninə, səslənməsinə, duyğusallığına, ahənginə görə, oxucuda həyəcanlanma, gərginlik yaratma imkanlarına görə, mətinin orjinallığına görə xalqın yaddaşında daim qalacağına heç bir şübhə yeri qalmır, poetik, estetik, fəlsəfi yükün ərsəyə gəlməsinə, oxucu dünyası ilə harmonik olmasına estetik cazibə yaranır. Söz axının obraza çevrilməsi idrakın dərin qatlarından sızıb gələn könüllərdə şahə qalxan fırtınalar yaradan emosiyalar fonu Sona xanım Abbasəliqızının şairəlik gücünə təkan varən amillər kimi ortaya çıxır. Bir şeirdə eyni duyğular təkrarlanmır, duyğu və hisslərin təkrarasızlığı poetik gücü stimullaşdırır. Məna laqkonikliyi, poetik ünsürlərə düşüncənin kamil təbəqələri ilə müdaxilə zamanın və qəlbin səsinin sintezindən fərqli bir məna hikmət yaratmışdır. Sona xanım Abbasəliqızının qafiyə sistemi, ritmi, intonasiyası, şeiriyyətin bir çox aspektləri ilə məxsusi dəyərlərini özündə birləşdirməsi beyində düşüncə istiqamətini dəyişdirmək imkanlarına malikdir, çünki bu kamil qələm sahibinin obrazları sünilikdən uzaqdır, ürəkləri, beyinləri hərəkətə gətirir, insanın mənəviyyat dünyasının əks etdirir. Sona xanım Abbasəliqızının Ənvər Rzaya xitabən yazdığı bu nəzirəsində təbinin ruhi emosional vəziyyətə düçar olduğu görünür. Təbii, səmimi sözlərlə deyilən fikirlər lirik hisslərə bir doqqaz yaradır. Burada İnsan fikirlərinin hərarətindən qaynayan təravət hiss olunur.
Ənvər Rza, yolum haqda düşünmə,
Həsrətimi dağlamağa gəlmişəm.
Göyçə adlı istəyimi, eşqimi,
Gözüm üstə saxlamağa gəlmişəm.
El ah çəkir, qəm-kədəri biçəyin,
Hanı sarvan?Karvan gözlər, köçəyin.
Mən könlümə sırğa taxmış çiçəyin,
Ləçəyini qoxlamağa gəlmişəm.
Yaz ayları zirvələrdə öy çəni,
Səhər vaxtı yağış bilir, göy çəni.
Xəyalımda əzizləyib Göyçəni,
Ana yurdu yoxlamağa gəlmişəm.
Dağ eşidib, qaya duymaz sədamı,
Dərd öldürər, qəm yandırar adamı.
Xatırlayıb ömrü gödək atamı,
Anam üçün ağlamağa gəlmişəm
Əzizim, Sona xanım! Xanımlar gülürsə həyat firavandır demək, qadınlar sevinirsə, övladlar xoşbəxtdir demək, zərif cinsin nümayəndələrinin çöhrəsində təbəssüm varsa, Vətən əmniyyət içərisindədir demək! Allah bunların heç birini sizdən əskik etməsin! 60 illik zaman içrə faniyə aldanmadınız, insan ömrü yaşadınız, varlığınızla insanlığı durultdunuz, insanlığa xidmət etdiniz! Qələminiz, əliniz, diliniz, təfəkkürünüz, təxəyyülünüz füsunkarlıq sistemi yaratdı, Sizdən qərinələrə, əsrlərə yadigar qalacaq böyük sənət nümunələri ortaya qoydu! Odur ki, daha bir 40 il də yazıb-yaratmaq arzusu ilə 60 illik yubileyinizi təbrik etmək üçün bu yazımı Sizin əziz və mötəbər şəxsinizə ithaf etdim. Xahiş edirəm hörmətimi xoşhallıqla qəbul edəsiniz!Dərin hörmətlə qardaşınız, eloğlunuz
provizor, həkim,
tibb üzrə fəlsəfə doktoru, Hacı Abbas Bağırov
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024