İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

09:52 / 24.11.2021
Baxılıb: 3302

Hər hansı bir şəxsi sevindirmək savabdır, Allaha da xoş gedər, bəndəyə də. Hələ o şəxs fiziki qüsurlu şəxs ola... Atalar demişkən, sən yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər. 1-ci qrup əlil İntiqam Hüseynov mənə müraciət etdi: “Məndən yazı hazırlasanız və ya şeirlərimin işıq üzü görməyinə kömək etsəniz, yaxşılıq etmiş olarsınız, məni çox sevindirərsiniz”. Mən əvvəl tərəddüd etdim. Çünki tanımadığım biri haqqında yazı hazırlamaq böyük məsuliyyətdir. Bunun üçün ya şəxsi yaxından tanımalı, ya müsahibə götürməli, ya da gərək o şəxs məhşur olsun ki onun haqqında araşdırma aparılsın, bilgilər əldə edilsin. Bu zaman yazı ortaya çıxa bilər. Bu ürəyitəmiz, saf arzularla yaşayan, arzularına çatmaq üçün əngəlli olduğu üçün mücadilə edə bilməyən İntiqam bəyə ürək ağrısı ilə suallar ünvanladım. Əksər suallarım cavabsız qaldı, çünkü bu şəxsin həyatı əslində ağ və qara rənglərdən ibarətdir, o rənglərin harmoniyasını görə bilmir. Yeddi yaşından Miyopatiya xəstəliyindən əziyyət çəkən Göygöl rayon Həcıməlik qəsəbəsinin sakini İntiqam digər normal uşaqlar kimi məktəbə birinci sinfə gedir, həyətdə uşaqlarla oyunlar oynayır. Yaş irəllədikcə xəstəliyinin əlamətləri ortaya çıxır və bu ailəni məyus edir. Xəstəliyinin səbəbi dəqiq məlum olmasa da, İntiqam bunun qan qohumluğundan və ya müalicənin səhf aparıldığından şikayətlənir: “28 yaşım var. Mənə anam qulluq edir, onun varlığından və yediyim çörəkdən razıyam. Şükür edirəm Allaha. Ən böyük arzum ayaqlarım üzərində durmağım, normal insanlar kimi yeriməyim, işlə təmin olunmağımdır. Amma təhsilim yoxdur”.

Təhsili olmayan, ayaqları üzərində dura bilməyən, qollarını yuxarı qaldırmaqda çətinlik çəkən, yalnız kompüter qaşısında əyləşib, Microsoft Word proqramında yazı, şeir yazıb, sosial şəbəkələrlə maraqlanan fiziki qüsurlu şəxsə iş təklifi edən olarmı?! Bəlkə də olar, ürəyi yanan biri… Bəs Miyopatiya necə xəstəlikdir? Miyopatiya əzələ toxumasını zədələyən xəstəliklər qrupudur, əlaməti əzələ zəifliyi (daha çox ətrafların bud - çanaq və bazu - çiyin hissəsində), gücsüzlük, yorğunluq, ağrıdır. Xəstəlik irəlilədikcə əzələlərdə arıqlama müşahidə olunur. Bəzən isə əzələ toxumasının yerini piy toxumasının tutması nəticəsində əzələ kütləsinin artması baş verir. Vaxtında qoyulmuş düzgün diaqnoz, xəstəliyin səbəbinin araşdırılması və düzgün müalicə sxemi seçməklə xəstəliyin daha da ağırlaşmasının qarşısını almaq olar. Baş və onurğa beyin cərrahı, həkim Bəhruz Eyvazov: “Bu xəstəlik sinir əzələkeçiricinin pozulması ilə gedən xəstəlikdir. Bunun müxtəlif növləri var. Erbin yuvenal forması, Bekker miyopati, Myopati Landuzi-Dezherina, Gözün miyopati, İnflamator miyopatiya. Belə xəstələrdə hərəkətlər məhdudlaşır. Belə ki, xəstələr oturduqları yerdən qalxmaqda, pilləkən çıxmaqda, hətta saçlarını daramaqda, hündürdəki əşyaları götürməkdə belə çətinlik çəkirlər. Sağalmayan bir xəstəlikdir. Bu sahə ilə nevropotoloqlar məşğul olur”. Savadsız, səhlənkar həkimlər insanların arzularını ürəyində qoya, onları ömürlük əlil arabasına məhkum edə bilər. Yaxşı həkimlər səhlənkar qrupun güdazına getməsin deyə, pasiyentlə diqqətli davranmalıdırlar. Pasiyent sağalmaq uğrunda çox əngəllər aşır. Maddi çətinliyi dəf edir, müayinə, doğru diaqnoz, keyfiyyətli dərman, dərmandan sonra sağalmaq... Azərbaycanda pasiyent hüquqları ölkə konstitusiyasının 41-ci maddəsi və 1997-ci ildə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında Qanun"da öz əksini tapır. Qanunda qeyd edilir ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının ali tibb təhsili müəssisələrini bitirmiş və həkim diplomu almış şəxslər “Hippokrat andı” içirlər. Həkim andını pozan həkimlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. İntiqam ürəyindən keçənləri ağ kağız üzərinə köçürərək, sakitləşir. Bir ürək dağlayan şerində o qeyd edir: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin, heç olmasa şəkildə ayaq üstə özümü görüm. Mənə elə rəssam verin ki, məktəbə getdiyim uşaqlıq şəklimi çəksin, o ötən günlər necə də qayğısız çağlarım idi. Mənə elə rəssam verin ki, anamın boynunu qucaqladığım yerdə çəksin, çünki onu çox istəyirəm”. İnşallah, İntiqam bəy, belə bir rəssam qarşınıza çıxar və sizi istədiyiniz kimi təsvir edər. Allah ananıza, sözün əsil mənasında yaxşı analara ömür versin ki, hər zaman övladlarına dəstək, dayaq olsun! Mən o ananızı çox yaxşı başa düşürəm. Çünkü bütün valideynlər istəyər ki, övladı xoşbəxt olsun…

Pərvanə Fərhadqızı


Etiket:
Xəbərlər

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı  Sərəncam imzaladı

16.11.2022

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

11.10.2022

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

30.06.2022

Ələddin Allahverdiyev – 75

28.05.2022

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

04.03.2022

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...

19.02.2022

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

29.01.2022

Müəllimlərim haqda xatirələrim - Musa Kərimov 

17.01.2022

Səksəninci döngə

27.12.2021

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

24.12.2021

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

05.12.2021

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

24.11.2021
Bütün xəbərlər