Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

09:57 / 30.06.2022
Baxılıb: 2748

 

25 may son zəng

1962-ci il birinci sinifə qədəm qoyan və 1972-ci ildə 10-cu sinifi bitirənlərin bu il 50 ili tamam olur. Bu əlli ildə kimlər nənə kimlər baba oldu. Artıq onların 17-18 yaşları yox, 67-68 yaşları var. Hərəsi bir idarədə, müəsissədə iş başında olanlar da var. Dünyasını dəyişənlər də.. Bu həyatdır belə də olur. Bu gənclər istədilər ki, toplanıb 50 illiklərini qeyd etsinlər. Alınmadı olsun. Bəlkə belə daha yaxşı oldu. Bayram və Gülputa xanım (Qaraiman kəndində) cəhd etdilər ki, ürək sözlərini bizlərlərlə bölüşsün amma olmadı. Hər ikisi telefon zəngi ilə hər kəsi salamladılar və söz verdilər ki, inşallah bir dəfə Kəsəmən qrupunda görüntülü ürək sözlərimizi catdırarıq. Bizdə qrup adından bu gənclərə xoş günlər, nənə və babala can sağlığı arzulayırıq. Allah sizlərə can sağlığı versin.

Qeys Həsənovun bu təşəbüsünü biz ancaq yazılı şəkldə bölüşə bildik.  

 

Qeys Hesənov:

Biz ,1955 –ci il təvəllüdlü Kəsəmən kənd sakinləri,1962 ci il sentyabır ayının birində,həmim kənddə olan səkkizillik məktəbin birinci sinifinə ayaq qoymuşuq.İlk gündən 21 uşaq olmuşuq. Bizdən bir  sinif  yuxarılar 20 uşaq olublar. Bizdən yuxarılar isə daha az sayda uşaq olublar. .Düzdür bir il əvvəl mən və Şəkibə Binnətova cəht eləmişik  ki, birinci sinifə tez gedək  elmdə qabağa çıxmaq üçün ancaq alınmayıbdır.Onun yaşı çatıb boyu balaca olubdur, məndə isə əksinə boyum çatsada yaşım çatmayıbdır.Bir il gözləməli olmuşuq.İlk dəfə məktəbə gedəndə bizə rəhmətlik Məhəmməd müəllim İsmayılov dərs deyibdir.Birinci sinifi sonacan.Sonra o rus dili müəllimi olduğundan,ikinci sinifdən dördüncü sinifi bitirənə kimi rəhmətlik Qasım müəllim Binnətov dərs deyibdir.İlk sinifimiz,məktəbə sonradan əlavə olunmuş,iki sinifli bir koridorlu ,sonrada tibbi mənqəqəsi olan sinif olubdur.İlk günlər hamımız biri birimizi tam tanımasaqda sonradan sonraya tanış olduq.Maraqlıdır ki,beşinci sinifidə həmin sinifdə oxuduq,2,3,4 cü sinifləri isə lap dib sinifdə ikiyə bölünmüş otağın sonunda.Beş il isə yeni məktəbdə oxuduq və biz 4- cü buraxılış olduq.

Şəkibə Əliyeva (zarafatyana)

Qeys Həsənov boyum balaca olsa da hamınıza qalib gəlirdim.))Cox mehriban sinif  yoldaşlar idik, həmişə nə dəcəllik etsəm səninlə bir yerdə üzümüz danlanırdı. Günahı rəhmətlik Səyyafın, Bayramın boynuna atırdıq. Çox gözəl günlərimiz olub.heyf o günlərə .(

Qeys Həsənov 

Şəkibe Əliyeva ,bəli sən deyən bərk gedən oxumasaqda,yaxşı mehriban sinifimiz var idi.Aşağı siniflərdə,hamı kimi bir- birimizi satsaqda böyüyəndən sonra həyatı başa düşdük,biri -birimizlə çox mehriban olduq lap bir ailənin uşaqları kimi.Əlaçımızda bir nəfər oldu,birinci sinifdən 10-cu sinifi bitirənə kimi .Nəsirəddin Abdullayev Allah cansağlığı versin.Həmişə əla qiymətlərlə oxudu. (Şəkildə Abdullayev Nəsrəddin və Laləzər Abbasova-Abdullayeva)

 

 

 

Söhbət əsasında Əli Göyçəli (Qaraiman kəndindən)

Salam sabahın xeyirli uğurlu olsun Allahdan dünyasını dəyişmiş məllimlərədə sinif yoldaşlarınada allahdan rəhmət diləyirəm.  Qalanlarada uzun ömür can sağlığı arzulayıram . Kəsəmənnən səni birdə Fəxrəddini tanıdım Qaraimannanda Tərifəni Əlifi tanıdım birdə səhv etmirəmsə Səməndov deyəsən bizim kəndçi Səməndov Ənvərin oğlu Vili deyirdik əsil adını bilmirəm o deyilki.(Şəkildə Qeys Həsənov və Əlif Şamoyev)

Qeys Həsənov

Əli Göyçəli ,çox sağolun.Qaraiman kəndindən bizlə oxuyan 4 yoldaşımız olubdur:-Şamoyev Əlif, Səmədov Nazim Nəbi oğlu, Aslanova Tərifə və Aslanova Gülbuta. Əlif  və Nazim Allahın rəhmətinə gediblər , Biz indi məktəbi bitirməyimizin əlli illiyi ilə bağlı bir kiçik facebook proqramı hazırlayırıq. Əlinizdə şəkillər və məlumatlar varsa göndərə bilərsiniz.Yaxudda özləri öz fikir və rəylərini göndərə bilərlər.Çox sağolun minnətdaram.

Ehtibar İbrahimov : Qeys Hesenov, kaş o məktəb illər olaydı yaxşı ki, venetkalar var.

Qeys Həsənov : Çox sağolun,məktəb illəri sanki 50 il deyil,beş altı il ötüb keçibdir.Və adama elə gəlirki,yenidən o məktəbə həmin sinifə qayıdacağıq...

Telman Xamoyev:(Göysu kəndi) Gənclik arzularla, qocalıq xatirələrdə yaşayır...

Siyahıda Göysululardan Məmmədov Ağgülün adı var, ancaq Əliyev Sahibin və Hüseynova Xurmanın adları yoxdur.

Qeys Həsənov:

Telman Xamoyev (Göysu kəndi)  Allahın salamları sizlərə və bizləri izləyənlərə olsun. Bəli Sahib Əliyev olubdur, lakin attestat və venetikada öz istəyi ilə Hüseynov yazdırıbdır venetikada şəkili vardır. Xurma xanım isə yalnız 9 -cu sinifi bizimlə bir oxuyub  sonra Gəncədə davam etdirib.

Qeys Həsənovun xatirələrindən.

May ayının 25 idi son saatlar dərsdə otururduq. Bizim sinifdən qeyri heç bir sinif qalmamışdı məktəbdə,hamısı köhnə məktəbin bağına getmişdilər.,Bağda uçmuş hasarı bərpa eləməyə. Rəhmətlik Nəsib müəllimin dərsi idi,son saat olduğu üçün darıxırıq rəhmətlik bizim halımızı görüb dedi:-Ay balalar,ay uşaqlar,niyə belə darıxırsınız,haraya tələsirsiniz biri birinizdən ötəri illərlə burnunuzun ucu göynəyəcəkdir. Həqiqətəndə belədir İndi düz 50 il ötür o 1972 ci ilin son may günlərindən. Kimlər yaşayırlar,kimlərsə dünyalarını dəyişiblər.Hamısınında xatirələri əziz,hamısına böyük sayğı və ehtiramla  anırıq..

Şəkibə Əliyeva

Qeys Həsənov yenə o günləri yadıma saldın kimya dərsində təcrübə aparanda necə partlayış oldusa rəhmətlik Musa müəllim çox qorxmuşdu.Kömür sobasının turbasına əski doldururduq ki, ,sinifə tüstü dolsun dərs kecməyək,ancaq rəhmətlik Nəsib müəllim başa düşdü və heç nə olmamış kimi dərsini keçdi. Çox uşaqlıq xatirələrimiz qaldı kəndimizdə.

Qeys Həsənovun xatirələri:

Şəkibə Əliyeva, bəli igidliyimiz də çox idi,yaramazlıqlarımızda.,Biz məktəbi qurtaran zamanlardan üç dord il keçmiş.Məktəb tələbə şurasınln sədiri olmuş,10-cu sinif şagirdi,o zamanlar Adil Əliyev mənə dedi ki,tüstü bacasına əsgi basıb dərsi dayandırdığınız haqqında yoxlanmış protokol mənim əlimdədir, istəyirsinizsə çırıb atım getsin. Dedim yox əşşi o bizim sinifin  tarixi sənədidir,qoyun qalsın qaldığı yerdə....)

Bir maraqlı xatirədə yazım,5 ci sinifdə oxuyurduq köhnə məktəbdə ,birinci sinifə getdiyimiz geniş sinif idi.Nəğmə dərsini rəhmətlik Musayev Musa müəllim keçirdi.Məhərrəm ayı başlamışdı.Söz verdik ki ,nəğmə oxumayacağıq. Musa müəllim nə qədər başa saldı dediki  olmaz. Bu dəfə döyməklə qorxutdu, oğlanlar çıxıb mahnılarını oxuyub keçib oturdular.    9 oğlan,12 qız isə orta cərgədə 4 partada üç- üç oturaraq höcətləşdilər ki, oxumaq olmaz, ağzımız əyilər və s.Musa müəllim yerindən qalxaraq bir yumruqla üç qızı birdən vurub saldı partadan o yana,bütün dörd partanın

hamısını. Qızlar ağlaşa -ağlaşa məcburən çıxıb mahnılarını oxudular. Sonra Musa müəllim özünü sığortalamaq üçün nəğmə kitabını açaraq, 

Mən səni gördüm ay işığında,
Könlümü verdim ay işığında.

Tez gəldi hicran, ayrıldıq haman
Ay işığında, ay işığında.
Tez gəldi hicran, ayrıldıq haman
Ay işığında, ay işığında.

Mahnısını sonadək özü oxuyaraq,13 nömrəli qaloşlarını ayaqlarına geyərək sinifi tərk  elədi...

Şəkibə Əliyeva

Qeys Həsənov yadındasa Aşot müəllimdə bizə dərs kecirdi dərsini həmişə qatırdım ki, bizə erməni dili lazım deyil.Sonra nə oldusa ləğv elədilər. Musa müəllimi çox istəyirdim,hec vaxt məni incitmədi.

Əli-həkim Kəsəmənli:  Çox dəyərli Qeys bəy Sənin kəndimizin məktəbində olan tarixi hadisələrə baxışını ürəkdən dəstəkləyirəm. Qeys Həsənov

Daha bir xatirə-1970-1971 ci lə keçən günlərdə məktəbdə bir konsert -teatr proqramı hazırlamışdıq.Məkan isə kənd klubu idi.Bədii rəhbər rəhmətlik Məhəmmədəli Abbasov idi.Rus dili müəlliməsi Alla Reçkova isə bir bədii tərtibat hazırlamışdı.Biz əsgər formasında idik,hər kəsində öz hazırlanmış nitqi var idi.Geyim formamız hamımız ağ köynək ,qara şalvarda solist Məhərrəm Kərimov olmaqla partiyamızdır mahnısı ilə başlanırdı.Elan edildi,pərdə açılası idi bizlər isə hələdə səhnədə öz yerimizi tapmamışdıq.Məhəmmədəli müəllim kulisin arxasına keçib səhnəyə cıxın  biz utanıb səhnəyə cıxmaq istəmədik hərəyə bir qappaz vurdu ki, camaat sizi gözləyir və qolumuzdan tutub səhnəyə atdı. Qappaza tuş gələnlərdən biridə Səyyaf əmioğlu oldu. O formada deyildi,  başında  papaq olsa da. Yəni ansanbılın üzvü deyildi,mahnını hamı bilirdi. Müəllim göstərirki,papağı çıxart,onin isə heç vecinədə deyildir.Kimsə onun yanındakılardan biri papağı onun başından götürdü. Əsgəri səhnə isə belə idi,yəni  atışmıa başlanır,əsgərlər kazdarmada yeni il hazlrlığı görürlər,hərə bir işlə məşğuldur mən isə evə məktub yazıram.Bu zaman xəbər gəlirki,müharibə başlayır,.Mən yarımçıq məktub əlimdə səhnəyə cıxıb belə xitab edirəm ki,Vot i Vaşıy Novıy Qod!!!.

 Bizim əsgəri səhnəmiz başlananda,Cici Gülbəsti rəhmətlik,zaldan onun qabağını kəsən bir uşağa qışqırdı ki,ay uşaq belə dur görüm hələ o əsgər orada nəğayırır?.Əsgərlərin hərəsi bir yanda məşğul idilər.Bu səsdə böyük gülüşməyə səbəb oldu...

Hərkəsin öz rolu var idi hamısını bu günədək xatırlayram.Qalib Abbasovla hərdəfə görüşındə yadına salır.

(Şəkildə Nəsrəddin Abdullayev, Qalib Abbasov, Gülsənəm Abdullayeva)

 

Daha bir xoş xatırlama-10-cu  sinifi bitirib,buraxılış imtahanlarına hazırlaşırlq.Ədəbiyyat imtahanı gəlir qabaqdan,yəni sabah imtahandır..Oğlanlarla danışdıq ki,bir sakit,kölgəlik yer tapıb imtahana  hazırlaşaq.Selovdan keçib,cəm halda dükanın dibi deyilən yerdən üzü Qaraimana sarı gedirdik ki ,bir də gördük ki,  kolxozun Belarus traktoru,üstü torpaq dolu halda arxa təkər partlayıdıbdır.Kameri dəyişiblər,qalıb nasosla təkəri doldurub yerinə salmaq.Bizi cəm görərkən sevindilər.Ə, cavanlar gəlin hərəyə bir yüz nasos vurun görək-Bunu rəhmətlik Ədalət 

Abbasov dedi,biz də dedik yox olmaz, imtahana hazırlaşırıq sabahdaki imtahana.Ədalət əmi dedi ,dayanın imtahan indi bu gün burada olacaqdlr,deyib birimuzin qoltuqundan 9-10 siniflər üçün olan ədəbiyyat kitabını çəkib aldı.Kitabı ilk açaraq,M.Ə.Sabirdən sual verdi necənci ildə  anadan olubdur?.Birimiz 1864 ,1866,və s. dedik,dedi yox,kitab əlindədir axı dedi 1862.Sualı bilməyən hər kəs 50 dəfə nasos vurmalıdır.Beləcə təkər doldu.Soruşdu əlaçınız kimdir,dedik Nəsrəddin,oda çaşmışdı.Soruşdu bəs sən nəyə görə bilmirsən?.Cavab belə oldu şair və yazıçılar çoxdur adamın yadında qalmır. Kitabımızı qaytarlb,dedi indi gedin hazırlaşın,səhər özüm gələcəm o məktəbə,görüm nə bilirsiniz və sizlərə nə qiymətlər verəcəklər...Getdik.Ancaq səhəri  gün,imtahan zamanı, gözümüz qapıda qaldl .

 

Ədalət əmini gözlədik. Amma o gəlmədi..Şükürlər olsun ki,  gəlmədi..Bir xətadanda belə qurtardlq.  

1959 cu ilin avqustun sonları idi.Məktəb açılmağa sayılı günlər qalırdı.4 -5 yaşlar arasında idik.Məhərrəm əmimin oğlu Məzahirlə məktıbiin həyətində oynayırdıq..Bu zaman əlində aftoruçka,şux geyimli rəhmətlik Qəşəm Aslanov məktəbin giriş qapısından görsəndi.Bizi yanına çağırıb hal əhval tutdu.O həmin zamanlar məktəbimizdə dərs hissə müdiri  idi.Q. Aslanov  bizim sinifə gələrək dedi: evdə böyük bacı-qardaşıarınıza deyin dərslik kitabları gəlibdir. gəlib götürsünlər.Beş kitab adı çəkdi,Ana dili,Azərbaycan dili,Hesab Coğrafiya.Buz bu Coğrafiya kəlməsini birinci dəfə eşidirdik,yəqin ki, corab kəlməsinə oxşatmışdıq.Ona görədə bu sözü təkrarlayıb,xeyli gülüşdük,o da bizə qoşulub güldü....

 Altıncı sinifdə oxuyurduq,yeni inşa olunmuş ikimərtəbəli məktəbin alt mərtəbəsində.Yuxarı mərtəbə bir il sonra istifadəyə verildi.Müəllim əmək təlimi dərsinə oğlanlara taxta gətirməyi qızlara isə parça iynə sap tapşırmışdı.Biz oğlanların işi daha qəliz idi.Taxta yox idi.Üç dərs müəllimi aldada bildiksə,dördüncü dərs bizi üç oğlan olmaqla dərsdən çıxardı ki,biridə mən oldum.Dərsdən çıxan kimi hər kəs bir yana ayrıldı,bizim ev isə uzaq idi,həmdə taxta yox idi olsa idi gətirərdik.Mən məktəbə yaxın olan kolxoz mişar və taxtalar olan usta damı və mişarın yanıda fırlanıb bir qoltuq yaxşı taxta toplayıb qayıtdım sinifə.Müəllim rəhmətlik Musayev Həsən və bütün şagirdlər,bir ağızdan :-Bunları haradan gətirdin,sual elədilər.Dedim:-Şınpırtın dərəsindən.Hamısı birdən gülüşdülər.Müəllim bir daha taxta gətirməyə göndərmədi.Bildiki başqalarıda belə etsələr, zayı çıxar...

1972 ci il iyun ayının biri ilk imtahanımız idi,ədəbiyyat yazılı.Hamı həyacanlı idi,döşənmişdik yazmağa.Bu zanan Rayondan komissiya kimi gəlmiş bir məllim məmur bizə bir dəqiqəiyə bir müraciyyət elədi:-Uşaqlar bu gün hansı gündür?.Hamı bir ağızdan:-Uşaqların Beynəlxalq Müdafiyə günü deyə cavab verdik.Elə isə,qorxmayın,urəkli yazın,hamınıza güzəşt olunacaqdır-dedi.Hamının üzü güldü,sanki bir situmul,güc verdi,hamımıza,bu xoş sozlər.Bu gücü son imtahanədək özümüzdə hiss elədik.Və həmin imtahanda 6 nəfər 5/5 almışdı.Biridə mən idim.

 

 

Son zəngimiz.

Son zəngimiz cox sadə və maraqlı oldu.Bütün son zənglər qeyd olunan böyük sinifdə rəsmi tədbirimiz oldu.1964 cü il təvəllüdlü birinci sinifi bitirən uşaqlar bizlərə gül,çiçək bağışladılar,bizlər isə onlara,azyaşlılar üçün yazılmış bədi kitablar.Bu gündə hamısının xatirlərindədir,həmişə görüşərkən yada salırlar,sağ olsunlar.

Tədbir planımız isə belə idi,hamımız cəm halda Cüt bulağa çıxırdıq,gülə- gülə Göysudan olan yoldaşları yola salırıq,kəndə qayıdlrdıq.Sonra Qaraiman yolunadək,Qaraimandan gələn yoldaşları yola salıb,qlzlar evlərinə qayıdır,oğlanlar isə Qaraimanda olan yeməkxanada oturub yeyib içirik.Belədə elədik.Arada bir maraqlı məqamda oldu.Rəhmətlik Mahizər dedi ki ,nənəm mənə icazə vermir,Son zəngə getməyə. Dedik 

yarım saata gedib qayıdırıq, Biz Şıxəli babanın evinin yanından Cütbulağa yol almışdıq ki,gördük,əlini ölçüb qışqıra- qışqıra Gülnüzar nənə  Məhərrəm əminin evinin yanından gəlir, dağı çıxmamış dizimiz qırıldı. Gülnüzar nənə  Mahizəri ağlada- ağlada evə apardı.Bizimdə qanımız qaraldı.On dəqiyqə oturub ,sonra yenə yolumuza  davam etdik.

.

 Fəridə Qədimova

Çox xoş və gözəl, hamının ürəyində özü üçün dövr eləyən xatirələrdi. Allah sizi var eləsin.

Qeys Həsənov

Fəridə Qədimova Çox sağolun,Fəridə xanım.Yaxşı ki,sizi kimi ziyalı xanımlarımız var .Allah saxlasın hamınızı .Amin.

Fəridə Qədimova

Qeys Həsənov Siz sağ olun dəyərli qardaş! Nə yaxşı ki, bu xoş adət -ənənələrimizi, mehriban münasibətləri sizilər kimi yaşadanlarımız var.ALLAH qorusun hər bir dəyərli el övladlarını!AMİN!

Iqbal Xudiyev

Çox sağ ol əmioğlu bu yazılarınla bizə Kəsəməni xatırlatdığın üçün sizə çox çox təşəkkür edirəm Allah sizi qorusun

Huseyn Kərimov

Salam Qeyis müəllim. Xahiş edirəm ardıcıllıqla yazasınız şagird yoldaşlarınızın adın.

Qeys Həsənov

Huseyn Kerimov ,Allahın Salamları olsun sizlərə,hamısı olacaqdlr,İnşəAllah.Sizin bibiniz qızı,bizimdə əmimiz qızı rəhmətlik Pünhanda bizimlə oxuyubdur,beşinci sinifə kimi,sonravTərtərə köçdülər.Sonuncu dəfə1979 cu ildə, Lalənin toyuna gələndə görüşdük,rəhmətliklə.

 İqbal Xudiyev

Allah bu gündən sonrada sizlərə 50 ildə ömür versin Dünyasını dəyişənlərində qəbri nurla dolsun Amin Siz məktəbi bitirəndə Sizləri bizim sinfimiz yola saldılar

Ayten İbrahimli

Sizin drektorunuz İslam Abbasovdu də? nənəmlə baxırdım venetka şəklinizə dedi bu mənim dayım İslamdı

Qeys Hesenov : Ayten İbrahimli ,bəli Abbasov İslam rəhmətlik ilk direktor olduğu ildə biz birinci 10-cu-lar  olmuşuq.

Qeys Həsənov:

Bu tərkibdə orta məktəbi bitirmişik.Ancaq birinci sinifə gedəndə bir çox yoldaşlarımlzda olubdur.Abbasova Qərənfil  İsaq qızı  və Səyyadova Pünhan Mikayıl qızı bizimlə beşinci sinifə kimi oxuyublar, Sonra Tərtərə köçüblər.Pünhan əmiqızı ilə son dəfə 1979 -cu ildə kənddə dayısı qızı Lalənin toyunda görüşdük.Pünhan dünyasını tez, çox gənc yaşlarında dəyişdi.Allah rəhmət eləsin.Qərənfillə isə əlli ildən sonra bir məclisdə görüşdük çox səmimi bir qardaş bacı kimi.

Surxay Tahir oğlu Mustafayev və Nurəli İbrahim oğlu Bayramov isə altıncı sinifədək bizimlə oxudular.Sonra Nurəli Bakıya,Surxaygil isə Gəncə ətrafına köçdülər.Hər ikisi Allahın rəhmətinə gediblər.Allah hər ikisinədə rəhmət eləsin.

 

Doqquzuncu sinifə kimi Minayə (Şamayıl)  Kalvayı qızı Qaslmova və Səməngül Məlik qızı Cabbarova oxuyublar. Ailə həyatı qurduqlarına görə məktəbdən ayrılıblar.Doqquzuncu sinifi isə Göysudan Mirismayıl müəllimin qızı Xurma oxuyubdur,sonra Gəncədə təhsilillərini davam etdiriblər. .Hamısına dərin hörmətimiz və etiramımız olubdur.Hamısının xatirəsi əzizdir.Səkkizinci sinifi bizimlə bitirənlətdən biridə Fərhad Əliyev ,rəhmətlik olubdur.Səkkizinci sinifdən sonra o rayonda olan baytarlıq kursuna getdi .Biz doqquzuncu sinifi  qurtarmamış onu əsgərliyə apardılar.Özündən böyük bacısı ilə təvəllüdləri səhv düşmüşdü.Əliyev Fərhad Qədimalı oğlunuda hörmət və etiramla anırıq.Məkanı cənnət olsun

4.Aslanova Gülbuta-Qaraiman kənd sakini  9 və10 –cu  sinifləri bizimlə oxuyubdur.Orta səviyədə oxuyurdu,üzü xoş təbbəsümlü,sakit təbiyətli mehriban qız  idi.(evdar xanım)

5.Binnətova Şəkibə ,bizdən bir yaş böyük olsada bizimlə bir sinifdə oxuyubdur,yaxşı və orta dərs davamiyyəti olubdur.Sinifin ictimai işlərində öz fəallığı ilə həmişə seçilibdir.( mühasib işləyib 4 il

Kəsəmən kəndində 7il Sumqayıt şəhərində 22 il M.Qasımov adına xəstəxanada =33 il əmək veteranı).

6.Quliyev Bayram-1-ci  sinifdən sonuncu sinifə kimi,sinifimizin Bayraktarı olubdur,ağlınız Bayraktar silahına getməsin,yəni öndə gedən idman dərslərində və cərgə düzənlərində həmişə öndə,birinci olubdur.Beşinci sinifə kimi riyaziyyat fənnini hamıdan yaxşı bilsədə ,yuxarı siniflərdə zəiflədi.Yenə də yaxşı və orta davamiyyətlə onuncu sinifi başa vurdu.

7.Qədimov Səyyaf  orta səviyyıdə oxuyurdu.Yaxşı ictimaiyyıtçi fəal yoldaş idi. (Allah rəhmət eləsin)

Sevinc Əhmədova - Qədimova

 Sözlərinizə qüvvət, Səyyaf əmim həm də yaxşı qardaş, əmi, dayı idi... Ruhu şad olsun... Ailəsinin-övladlarının, nəvələrinin canı sağ olsun... Dünyadan vaxtsız köç etmiş Səyyaf əmimə Allah rəhmət eləsin ...

8.Əliyeva Ceyran,orta səviyyıdə oxuyardı.Oxumaq ali təhsil almaq həvəsi böyük idi.(evdar xanım)

 9.Səfərova Zenfira-yaxşı oxuyardı,ədəbiyyat və hümanitar fənləri daha yaxşı bilirdi sakit təbiyətli, idi.(dil-ədəbiyyat müəlliməsi )

10.Nazim Səmədov-9 və 10 cu sinifləri bizimlə oxuyubdur.Qaraiman kəndindən gələn dörd yoldaşın biri idi.Texniki fənnlərə çox həvəsli idi,texnikadanda anlayışları bol idi.Yaxşı bir yoldaş kimi xatirələrimizdə yaşayır.. Allah rəhmət eləsin)

11.İsmayılova Mahizər-Sinif təmizlik komissiyasının sədiri olubdur.Yaxşı oxumaqla yanaşı,öz təmizliyi,səliqısi  və xoş davarnanışı ilə hamıdan fərqlənirdi.Gözəl Mahizərimiz. (Allah rəhmət eləsin)

12.İsmayılov Fariz-, Orta səviyyədə oxuyardı. Sinif  işlərində  fəal  idi. Xüsusi məzəli zarafatları ilə hamını güldürərdi.Yay tətilləri zamanlda birlikdə meşə idarəsində çalışardıq yuxarı siniflərdə. Çox qoçaq yoldaş idi. (Allah rəhmət eləsin)

13.Hüseyinov Sahib, 9 -10 cu sinifləri bizimlə oxuyubdur.Qonşu Göysu kəndindən idi.Tanınmış və hamının böyük hörmət bəslədiyi,bir Seyid-övliyyə nəslindən idi.Orta səviyyıdə oxuyardı,sakit mülayim təbiyyətli idi.

14.Nəsibova Müşkünaz-. Sakit təbiyyətli idi.Orta səviyyədən aşağı oxusada,tam yazıb köçürə bilirdi,yazdqlarında səhv olmazdı.Belə oxuyanlar bir neçə uşaq idilər.Hamısınada  köməklik  edərdik.Bir dəfə belə bir maraqlı hadisə oldu .İmtahan zamanı qızlardan biri arayış yazırdı ali məktəbə vermək üçün,Müşkünaz baxdı ,dedi ver məndə köçürüm.Hansıki ona lazım deyildi.Hamı gülüşdü, arayış yazan qız, Ay Müşgünaz  on il köçürdün,bəs  olmadı.))

15.Novruzov Vidadi-Ancaq 10-cu sinifi bizimlə oxuyubdur.Şəmkir rayonu ,O zamankı Lenin qəsəbəsindən gəlmişdi orta səviyyədə oxuyurdu. Yaxşı yoldaş idi sonrakı illər görüşmək qismət olmayıbdır Rusiyada yaşadığına görə.

16.Məmmədova Ağgül- 9 -10 cu sinifləri bizimlə birgə oxuyubdur.Qonşu Göysu kəndindən gəlirdi.Orta səviyyədə oxuyurdu.Gözəl insan mehriban yoldaş idi.Sakit təbiyətli ,hörmət etdiyimiz  yoldaş idi. (Allah rəhmət eləsin)

17.Kərimova Gülbuta. Orta səviyyədə oxuyardı,mehriban şən yoldaş idi.Ümumi sinif daxili tədbirlərdə iştirak edirdi..

18.Xudiyeva Qəmzə- Yaxşı oxuyardı. 1971 ci il  21 aprel ayı idi ,kimya dərsindən sonra məktəbin koridorunda Bertole duzu ilə fosforun birgə oksidləşməsi reaksiyaslnı birlikdə apararaq məktəbdə partlayış yaratmışdıq.

 

Ceyran Huseynova

Salam Qeyis bir rayonda yaşasaq da  təsadüfü hallarda  görüşürük.Allah sənə ömür versin çox maraqla yazırsız. Biz də sevə sevə oxuyuruq.Əllərinə ürəyinizə  sağlıq var olun.

19.Həsənov Qeyis-mən özüm,yaxşı oxumuşam.Həmişə haqsızlığa qarşı olmuşam.Haqsızlıq, en qədər,uzun qədər.İndiki zamanda öz halal haqlarımızı tələb edə bilirikmi ki ,o zamanlarda tələb edə biləydik. Bəzəndə müəllimlər və texniki işçilərlə üz- üzə gələr və dediklərimizi də qəbul elətdirə bilirdik. Müəllimlərimzdə oxumuş savadlı idilər,məqam axtarıb bir günah tapan kimi bizləri yaxşıca döyüb,aşımızın suyunu verırdilər....

20.Cabbarov Fəxrəddin- yaxşı oxuyardl.Texnikadan bacarığı və anlayışı çox idi..Əlinə maşın və ya mototsikl keçdimi bacardığı məkanları,qonşu kəndləri flrlanardıq..Sonuncu illərdə özləri mototskil aldılar,işimiz lap xod geydi...

21.Şamoyev Əlif-  9 və10 cu sinifləri bizimlə oxuyubdur.Qonşu Qaraiman kəndindən gəlirdi.Əlaçı idi.Kimyanı xüsusən yaxşı bilirdi.Sakit təbiyyətli idi.Hamımızın hörmət etdiyimiz yoldaş idi. (Allah rəhmət eləsin)

 

BU QƏDƏR.birinci sinifə 21 şagirdlə daxil olub,21 şagirdlədə başa vurduq..İllər dəyişsədə  ümumi sayımızda heç bir fərq olmadı.

Dünyasını dəyişənlərə Allahın rəhmətləri ilə anıraq,həyatda olanlara möhkəm cansağlığı və uzun ömür arzulayırıq...

Yenədə yadıma onucu sinifdə bizə verilən bir inşa mövzusunu xatırladım:

Həyat insana birdəfə verilir,onu elə yaşamaq lazımdır ki...

Bəli biz hamımız bu həyatı şərəflə yaşadıq!!!

Allahdan dünyasını dəyişənlərə rəhmət,həyatda olanlara cansağlığı və uzun ömür yolu arzulamaqla,mən və bütün yoldaşlarım adından hamınızı bütün bizləri tanıyıb bilən şəxsləri Allaha əmanət edirik.Sağlıqla qalın...

Artlq buda həmin gün,gəlib yetişdi.Düz 50 il gəlib ,sanki 5 il kimi gəlibdə getdi.Sanki beş-altı il keçib o günlərdən.Birdə ürəklərdə bir inam yaşayır,sanki birdə həmin sinifə toplaşıb,həmin xoş günləri yaşayacağıq.Hər kəsin ümidini Allah bağışlasın.Amin.

Bir şifahi imtahanımız gedən zamanda sifariş elədiyimiz fotoqraf gəlib,bu mövcud venetikanı çəkdi.Ondada maraqlı bir hal yaşandı.Şəkibənin üzünə arı vurmuşdu,bir gün əvvəl.Hamımız fotokameranın obyektivinə iki gözlə baxsaqda o bir gözlə baxmalı oldu.Bu da yəqinki hadisənin yadda qalması üçün bir Allah yazısı idi.

Dünyasını dəyişmiş bütün müəllimlərimuzə və sinif yoldaşlarımıza Allahdan rəhmət diləyərək,həyatda olan yoldaşlara və bu xoş günlıri bizimlə bölüşənlərə və həvəslə yazılarımızı izləyənlərə Böyük Allahdan cansağlığı və uzun ,sağlam ömür yolu arzulamaqla ,bütün sinif yoldaşlarımız adından mən:-Həsənov Qeys Mehralı oğlu

25 may 2022 ci il.saat09:16

Məkan-Şəmkir şəhəri,Olimpiya İdman Kompleksi.

XOŞLUQLA QALIN!!!.

Şəkibə Əliyevanın xatirələri .

Sabahın xeyirli olsun.Qeys Həsənov sən o qədər gözəl bir iş gördün ki, 50 ilin bütün xatirələrini mənə yaşatdın.allah sənə can sağlığı versin.Qeys Həsənov kəndə mən həmdə komsomol təşklat katibi işləyirdim,elə olurdu hər gün kəndə kino gətirdim.balaca məktəb uşaqları gəlirdilər ki,bizidə icəri gecir.Mən də klubun acarını Əlif əmidən alıb səhnədə gizlədirdim. Kino başlayanda bir -bir düşürdülər gəlib otururdular.Bunu bir necə dəfədən sonra erməni başa düşdü.Dedi daha kino gətirməyəcəm.Mən isə sübut elədim ki, ay qanmaz bunıara bilet düşmür.

 

Bir dəfə Basarkeçər  rayonuna işlə bağlı getmişdim. Bir də gördüm  Kərəm əlinədə bir bağlama gəlir.Dedi servis almışam bir qabı qlrılıb nə qədər elədim dəyişmədilər.Dedim gəl gedək bəlkə köməyim dəyər.  Yekəpər bir erməni xozmaqda işləyirdi dedim ki, bu sınıq qabı dəyişin  olmaz  dəyişmirəm.Dedim bu saat rayonu bura ylğacam,dəyişməlisən.Kərəm dedi sən allah gedək dedim yox onda ayaqları yer alar. Kərəmin əlində olan sınıq qabı aldım və dəyişdirdim.. Qardaşım Yusifə cox güvəndiyim üçün ,qorxmurdum.. Yusifə qurban olum.həyatda onun hər kəlməsi mənim ücün bir dayaq bir güvən idi.

Qeys Həsənov

Şəkibə Əliyeva ,çox sağol,düz edibsən.Bizdə ancaq məşhur kinolara camaat yışıb  gələrdilər.Başqa zamanlar ancaq uşaqlar gəlirdilər..Bir dəfə,balaca uşaqlar möhkəm səs -küy saldılar,biz onda böyük idik.Əlif əmi rəhmətlik,işığı yandırıb uşaqlara söyləndi ki,birdə kinoya 

gəlməyin,buraxmayacağam içəri.Bu zaman kino gətirən erməni, hirsli –hirsli dedi məndə onda heç bir də kino gətirmərəm,bu kənddə ancaq uşaqlar kinoya gəlirlər,onlarıda sən buraxmayandan sonra kim gələcək ki?.-Bəli bu da bizim kinolu günlərimiz.

 

 

 

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər