Göyçə mahalı, Qaraiman kəndi

16:40 / 19.02.2023
Baxılıb: 284

   (Qaraçubuq)

Göyçə gölünün şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şə­həri) 13 km. şimal-qərbdə, dəniz səviyyəsindən 2091 metr yüksəklikdə yerləşmiş bu kəndə məxsus qədim məzarlıqdakı daş kitabələr oğuz türklərinin bu obanı binələşdirməsinin azı 500 illik tarixinə şahidlik edən maddi sübutlardır.

Kəndin ən qədim tayfalarının şəcərələrindən də məlum olur ki, Qaraiman kəndinin əsasını Qaraqoyunlu dövlətinin əsas qüvvəsini təşkil edən qaramanlı tayfasının Ağqoyunluların təqibindən yaxa qurtarmaq üçün Göyçəyə pənah gətirmiş nümayəndələri qoyublar.

1555-ci ilə dair yazışmalarda bu kənd “Qaraçoban” adı ilə təqdim olunur və Səfəvi - Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin in­zibati bölgüsünə daxil olan vahidlərdən biri kimi təsniflənir.

1723-cü il­də osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən sonra tərtib olunmuş və 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərə­ findən təsdiqlənərək tuğralanmış “ İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində aparılmış qeydlərdə isə kəndin adı “Qaraçubuq-Qaracaiman” kimi verilir və onun sultan xəzinəsinə illik Ödəncinin 5474 ağça həcmində olması göstərilir.

1826-1829-cu illərdə baş vermiş Rusiya - İran, Türkiyə - Rusiya müha­ ribələri zamanı Qaraiman kəndi də erməni-rus birləşmələri tərəfindən dağıdılaraq yerlə-yeksan edilsə də, qısa müddət sonra əzəli sahibləri doğ­ma yurda dönərək onu yenidən abadlaşdırmışlar və bu tarixi gerçəklik rə­smi mənbələrdə əks olunmuşdur.

Z.Korkodyanın tarixi məxəzlərə istina­dən verdiyi məlumata görə, Qaraiman kəndinin əhalisinin sayı 1873-cü ildə 418, 1886-cı ildə 569, 1908-ci ildə 1033, 1914-cü ildə 1079 nəfər ol­ muşdur. Təbii ki, bu cür sürətlə inkişaf edən, əhalisi əsasən Qaraqoyunlu dövlətinin ən döyüşkən tayfalarından birinin- qaramanlıların törəmələrin­dən ibarət olan belə bir kənd ermənilərin diqqətini çəkməyə bilməzdi.

1918-1920-ci illərdə Göyçədə soyqırımı siyasəti aparan daşnak hökumə­tinin qaraimanlılara qarşı xüsusi qəddarlığını yalnız bu konteksdən izahlamaq olar. Və bu vandalizm aktı o dövrün mətbuatının diqqətindən ya­yınmadı. ’’Azərbaycan” qəzeti özünün 17 may 1919-cu il tarixli sayında Azərbaycan Demokratik Cümhuriyyətinin Dağlıq zolağının beşinci sahə­ sinin müsəlman əhalisi üzrə müvəkkili İsmayıl Sultanova istinadən yazır­dı ki: “aprelin 13-də Ararat Respublikasının qoşunları Qaraiman kəndinə hücum etmiş, kəndi talamış, ələ keçənləri öldürmüşlər”.

1922-ci ildə Er­mənistan SSR rəhbərliyinin çağırışından və təhlükəsizlik barədə təmina­tından sonra qaraimanlı qaçqınların yarıdan azı cəmi 478 nəfər kəndə dönsə də, kəndin bərpası və inkişafı misilsiz sürətlə aparılmışdır. Amma...Kəndin ağsaqqalı Məşədi İsənin 1818-1819-cu illərdə ermənilərə qarşı döyüşlərdə göstərdiyi rəşadət bolşevik şinelinə bürünmüş daşnakla­rın yadından çıxmamışdı və bu kindən qaynaqlanan qisas hissi özünü çox gözlətmədi.

Məşədi İsə xaincəsinə qətlə yetirildi. Vaxtilə Məşədi İsənin dəstəsində ermənilərə qarşı vuruşanların hamısının ailələrinə qarşı təqib­lər başlandı. Və bu təqiblər o qədər ciddi xarakter aldı ki, XX əsrin otu­ zuncu illərində Qaçaq Cəmil qiyama başlayanda Məşədi İsənin oğlu Mu­sanın başçılıq etdiyi Qaraiman igidləri az qala elliklə bu mübarizəyə qo­şuldular. Qiyam qan içində boğulduqdan sonra isə erməni NKVD-si qa- raimanlıların az qala yarısını sürgünə göndərdi. Amma ermənilər qaraimanlıların mübarizə əzmini qıra bilmədilər...

1979-cu il siyahıyaalınması­nın nəticələrinə görə, kənddə 2042 nəfər türk yaşayırdı. Bu qəbil sürətli inkişaf da erməniləri əndişələndirir, Qaraimanın daim təzyiqlərə məruz qalmasına səbəb olurdu. Kadrların sıxışdırılması ilə kifayətlənməyən er­məni millətçiləri mənəvi təzyiqlərdən də çəkinmirdilər.

Ermənistan SSR Ali Sovetinin 25 yanvar 1978-ci il tarixli qərarı ilə Qaraiman kəndinin adının dəyişdirilərək “Sovetkənd” qoyulması o təzyiqlərin təzahürlərin­dən biri idi və bu qəbil oyunlar 1988-ci ildə özünün kuliminasiya nöqtə­sinə çatdı. 1988-ci il noyabrın 28-30-da iki mindən çox əhali rəsmi orqan­ların birbaşa müdaxiləsi nəticəsində kənddən çıxarıldı, əhalinin və kolxo­zun əmlakı dövlət səviyyəsində talana məruz qoyuldu.

Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə “Sovetkənd” sözü də dəy­işdirilərək, kənd “Kaxakn” adlandırılmışdır.
Qaraiman, ömrünü yurda çıraq etmiş dağdan ağır kişilərin, yurd yeridi.

Tədqiqtçı-jurnalist: SALMAN VİLAYƏTOĞLU.


Etiket:
Xəbərlər

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı  Sərəncam imzaladı

16.11.2022

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

11.10.2022

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

30.06.2022

Ələddin Allahverdiyev – 75

28.05.2022

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

04.03.2022

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...

19.02.2022

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

29.01.2022

Müəllimlərim haqda xatirələrim - Musa Kərimov 

17.01.2022

Səksəninci döngə

27.12.2021

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

24.12.2021

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

05.12.2021

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

24.11.2021

AŞIQ ABBASƏLİ NƏZƏROV

22.11.2021

Altmış ilin sözə dönən anları 

27.09.2021

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
   

25.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

08.09.2021

UĞUR ƏNGƏL TANIMIR

07.09.2021

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz  Turğay Değrimencidir.

30.08.2021

Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır

07.08.2021

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

06.08.2021

"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

17.07.2021

Azərbaycan təbiəti və Aşıq Ələsgər

08.07.2021

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

30.06.2021

Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti

08.06.2021

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

07.06.2021

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...  

26.05.2021
Bütün xəbərlər