Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

12:05 / 11.04.2023
Baxılıb: 3642

İbtidada “əlif” – Allah,
“Bе” – birliyə dəlalətdi.
“Tе” – təkdi vahidi-yеkta,
Arif bu еlmə bələddi.                                                                                                               Dədə ƏLƏSGƏR

XIX əsr bütövlükdə aşıq sənəti və ənənəsinin tam formalaşdığı, məhsuldar olduğu dövrdür. Bu dövrdə aşıq şeirinin çox cəhətli xüsusiyyətləri sabitləşir, dastançılıq və məclis sənətkarlığı intibah dövrünü yaşayırdı. Ona görə ki, XIX əsrin payına Göyçə ədəbi mühitinin nəhəng sənətkarı Aşıq Ələsgər kimi ustad düşmüşdür. Ustad aşıq hər şeydən əvvəl dövrünün tələbinə uyğun olmaqla yanaşı həm də klassik ənənəni öz poetik dünyasında əks etdirirdi. Məqalədə toxunulan əsas məsələ Aşıq Ələsgərin divan ədəbiyyatında istifadə edilən poetik fiqurları aşıq ədəbiyyatına özünəməxsus ifadə tərzi ilə gətirməsidir.

Klassik Şərq ədəbiyyatında elə poetik fiqurlar vardır ki, ondan istifadə etmək bacarığı və istedadı hər qələm sahibinə nəsib olmur. Həmin bədii təsvir üslubundan istifadə yüksək sənətkarlıq qüdrəti tələb edir. Dərin biliyə, yaradıcılıq istedadına malik olmadan həmin ifadə tərzinə girişmək mümkünsüzdür. Odur ki, Ələsgər istedadı və dünyagörüşü onlardan yerində və asanlıqla istifadə etmək qüdrətinə malik idi. Bu yazıda XIX əsr aşıqlıq sənətinin zirvəsində duran azman sənətkar Aşıq Ələsgər yaradıcılığında geniş istifadə edilən dini-təsəvvüfi şeirlər və klassik divan ədəbiyyatına məxsus poetik fiqurlar təhlil ediləcəkdir.

Divan ədəbiyyatına məxsus bəzi dini-fəlsəfi görüşlər sonralar aşıq yaradıcılığında, aşıq şeirlərində də təzahür edir. Bu anlamda Aşıq Ələsgərin poetik təfəkkürünün incəliklərini, hansı əhval-ruhiyyənin daşıyıcısı olduğunu bilmək üçün onun yaradıcılığındakı bütün detallar diqqətlə izlənilməlidir. Aşıq Ələsgər şeirlərində işlənən bütün elementlər bir-birini elə tamamlayır ki, bədii fikrin açılması üçün ciddi və diqqətli tədqiqat gərəkdir. Bu da sənətkarın sözə yüksək sənət və sənətkarlıq mövqeyindən yanaşması ilə bağlıdır. Bəzi mənbələrdə Aşıq Ələsgərin sufi-irfani dünyagörüşü, klassik ənənələrə bağlı olmaması fikirlərinə rast gəlirik. Görkəmli folklorşünas M.H. Təhmasib yazır: “Sufi-hürifi terminologiyasından hətta Aşıq Ələsgərin, Şəmkirli Aşıq Hüseyn kimi belə təsirlərdən uzaq olan görkəmli aşıqlarımız da heç fərqinə varmadan istifadə etmişlər.” [Təhmasib, 1972: 364] Əgər Aşıq Ələsgər sufi fikirləri fərqinə varmadan söyləsəydi:

“Firdovsi, Füzuli, Hafiz, Nəsimi
Onlar da yazdığı ayə məndədir.”                                                                                         

[Aşıq Ələsgər, 2004: 90]

misralarını demək qüdrətinə malik olmazdı. Müəllif “onlar da yazdığı” dedikdə yəni həmin şairlərin dünyagörüşünə, fikirlərinə yaxından bələd olduğunu demək istəyib. Belə ki, Göyçə ədəbi mühitinin azman sənətkarı özünə qədərki şeir janrlarından, forma və şəkillərindən istifadə etməklə yanaşı, həm də novator şair kimi yeni şeir şəkilləri də yaratmışdır. Onun poeziyası öz ictimai dəyərini, forma və məzmun gözəlliklərini bu gün də saxlayır. Onun klassik şərq poeziyasından yaradıcı şəkildə faydalanması sufizmlə bağlı poetik anlayışları əxz etməsi inkaredilməz faktlarla təsdiqlənib. Bir nümunə olaraq qeyd edə bilərik ki, sufi dünyagörüşündə “Şah” dedikdə Allah nəzərdə tutulur. Bu anlamda Aşıq Ələsgər yaradıcılığında “Şahlar-şahı”, “Şahi-mərdan”, “Pirim” deyə ifadələrə sıx-sıx rast gəlirik.

“...Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.”                                                                                   

[Aşıq Ələsgər, 2004: 59]

Klassik şərq ədəbiyyatında elə poetik fiqurlar var ki, onlardan istifadə etmək xüsusi yaradıcılıq istedadı tələb edir. Sənətkarın dərin biliyi, geniş dünyagörüşü olmasa bu cür poetik ifadə tərzinin olması mümkünsüzdür. Klassik şərq poeziyasında çox sıx-sıx rast gəlinən, lakin aşıq poeziyası üçün o qədər də səciyyəvi olmayan poetik fiqurlardan biri Eyhamül-vəsldir. Eyhamül-vəslin mənası birləşmə yolu ilə işarədir. Yəni şair fikri və ya sözü hərflərin birləşməsi ilə verir.

“... İsmin üç hərf ilə eylərəm aşkar:
Biri “kaf”dı, biri “lam”dı, biri–“sad”                                                                                     

[Aşıq Ələsgər, 2004: 32]

“Ələsgərin xəddi çıxdı çal indi,
“He”yi “ye”yə, “dal”ı “re”yə çal indi,...”                                                                         

[Aşıq Ələsgər, 2004: 102]

İlk nümunədən görünür ki, şair “ kaf, lam, sad” deməklə “ کلص” – Gilas adına – hansısa gözəlin adına işarə edir. İkinci nümunədə isə “he, ye, dal, re” hərfləri “ حيدر” – Heydər sözünü yaradaraq imam Əlinin adlarından birini demiş olur.
Klassik şərq poeziyasında çox istifadə edilən poetik fiqurlarlardan biri də tənasübdür. “Türlü bilim terimleri, mitoloji, tarih ve mesnevî kahramanları, hayvan, bitki ve çiçek adları vs. Yaygın tenâsüb konularındandır.” [Pala, 2002: 461] Tənasüb poetik fiqurunda iki və daha artıq obraz yanaşı işlədilir. Bu, aşıq Ələsgər yaradıcılığında da geniş istifadə edilib.

“Fərhad gördü, sevdi Şirin camalın,
Şirin dost əlindən şirin cam alın....”                                                                                   

[Aşıq Ələsgər, 2004: 41]

“... Namusu gözləyib, nanı bilməsə,
Əli Zülfüqarı kəssin belini!”                                                                                              

[Aşıq Ələsgər, 2004: 82]

“Mansırın toxmağı, İsrafil suru,
Kəbənin Zəm-zəmi, Musanın turu ...”                                                                           

[Aşıq Ələsgər, 2004: 163]

İlk nümunə şərq əfsanəsi olan “Xosrov və Şirin” də olan obrazlardır. Fərhad deyəndə ilk olaraq Şirin, Bisütun kimi adlar düşünürük. Şair də burada Fərhad və Şirini paralel işlədərək tənasüb poetik fiquru yaratmışdır. İkinci nümunədə Həzrət Əli və ona məxsus ikiağızlı qılıncın (Zülfüqar) paralel işlənməsi ilə tənasüb poetik fiquru yaranmış olur. Üçüncü nümunədə isə işlənən “Toxmaq”, “pambıq atan” mənası verir və bu nümunədə “həllac” sözünə işarə ilə “ənəlhəq” ifadəsini söyləyən Mənsur Həllac anılır. “İsrafil suru” mənəvi oyanış və özünü başa düşməyə çağırış kimi səslənir.

Aşıq Ələsgər yaradıcılığında istifadə edilən klassik şərq poeziyasına məxsus fiqurlardan biri də təlmihdir. Şair təlmih poetik fiqurunu Qur’andakı dini rəvayətlərə və ya oradakı hər hansı bir motivə, dini şəxsiyyətlərə və s işarə edərək yaradır. Məsələn: Hər hansı bir peyğəmbərin daşlarla danışması, körpə uşağın danışması və Yusifin haqlı olduğunu söyləməsi, İsanın ölü diriltməsi, Musa peyğəmbərin əsasının ilan olması, İbrahim peyğəmbərin odda yanmaması, İsmayılı bıçağın kəsməməsi və s təlmihə dair mükəmməl nümunələr hesab edilir.

“Onun bu gəlməyi, gör, nəyə bənzər,
Nə xana, sultana, nə bəyə bənzər,
Misirdən gəlmiş bir köynəyə bənzər,
Kənanda Yaquba dərman gəlibdir.”                                                                                     

[Aşıq Ələsgər, 2004: 50]

Şair burada Qur’ana müraciət edib, Yusif peyğəmbərin Misirdən atası üçün peyğəmbərlik irsinin nişanəsi olan köynəyi gözlərinə şəfa vermək üçün göndərməsi məsələsinə toxunub. Yaqub peyğəmbər bu köynəyi gözlərinə sürtərək yenidən görür və Yusifin görüşünə Misirə gedir. Bu bənd həddindən artıq poetik fiqurlarla zəngindir. Şair “Kənan” və “Yaqub” sözlərini paralel işlədərək tənasüb poetik fiqurunu da yaratmış olur. Həmçinin şair özünü Yaqub peyğəmbərə, öz torpağını isə Kənana (Yaqub peyğəmbərin torpağı) bənzədərək açıq istiarə poetik fiquru da yaradıb. Digər bir poetik fiqur olan təşbehi-əks fiquru da şeirə zənginlik qatır. Belə ki, şeirlərdə gözəllərin gəlişi xana, sultana, bənzəsə də şair bu gözəlin gəlişini daha üstün varlığa bənzədiyini qeyd edir.

İbtida “əlif”dən dərsim almışam,
Ələst aləmində dеmişəm “bəli”.
Həqiqətdən iki gözəl sеvmişəm,
Birisi Məhəmməd, birisi Əli.                                                                                                 

[Aşıq Ələsgər, 2004: 26]

Bu nümunədə də Qur’an rəvayətinə işarə görünür. “Ələst aləmi” ifadəsi “bəzmi-ələst” rəvayətinə işarədir. Rəvayətə görə Ələst aləmində Allahın “Mən sizin rəbbinizəmmi?” sualına bütün ruhlar “bəli” cavabını vermişlər. Məhərrəm Hüseynov haqlı olaraq yazır “Ələstu Birəb- bikum-Qalu-Bəla” (“Mən sizin Rəbbiniz deyiləmmi? – Bəli!) ki, bunu da təsəvvüf əhli Allahla ruhların qədimi vəhdəti andı kimi qiymətləndirir.”[Hüseynov, 2017: 141] Bu bənddə şair həmçinin “Əlif” deyərkən sufi-hürufi dünyagörüşündəki Allahı nəzərdə tutaraq simvol poetik fiquru da yaratmışdır. Sufi-hürufi dünyagörüşündə Əlif (ا) Allahı və ya gözəlin qəddini simvolizə edir.

Aşıq Ələsgər yaradıcılığında xüsusən də qıfılbəndlərində işlənən poetik fiqurlardan biri də lüğəzdir. Lüğəz bildiyimiz folklor janrı olan tapmacadır. Lakin onu tapmacadan ayıran özəl xüsusiyyəti müəllifli olmasıdır. Səadət Şıxıyeva haqlı olaraq yazır ki “Azərbaycan və ümumiyyətlə, türk şeirinə gəlişi Nəsiminin adı ilə bağlı olan bir çox poetik fiqur və şeir şəkilləri sonralar aşıq ədəbiyyatında da yer almış və ara-sıra dünyəvi məzmunla bağlanmışdır. Nəsimi yaradıcılığında qəzəlin qəlibində yaradılan müsəmmət, təqsim, rəddül-əcz, rübai formasında ifadəsini tapan lüğəz kimi poetik fiqurlara aşıq şeirində rast gəlinir.” [Şıxıyeva, 2019: 129] Demək lüğəz poetik fiquru divan ədəbiyyatı ilə yanaşı aşıq yaradıcılığında da özünə yer tapmışdır.

Məğrurluq eyləyib ustadam deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacdan bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.                                                                                           

[Aşıq Ələsgər, 1972: 226]

Yaxud

Altı gündə dünya nеçə don gеydi,
Nə üstə əyləşdi, bərqərar oldu?
Əvvəli kim oldu ərşin bənnası?
Ulduzlar nə təhər yеrbəyеr oldu?                                                                                    

[Aşıq Ələsgər, 2004: 166]

Aşıq Ələsgər yaradıcılığında ənənəvi Şərq poetikasında geniş yayılmış fiqurlardan biri olan iqtibas da geniş istifadə edilmişdir. “Bəlağətə dair əsərlərdə iqtibas deyilərkən şeirdə ayət və yaxud hədisdən istifadə nəzərdə tutur. İqtibas edilən ayət və hədis ərəbcə də ola bilər, türkcəyə də çevrilə bilər”. [Şıxıyeva, 2019: 269] Şairin yaradıcılığında Qurandan və özünə qədərki görkəmli şairlərin şeirlərindən iqtibaslar verilmişdir.

“Bismillahir-rəhmanir-rəhim!” – dеyib,
Sidq ilə çağırram Şahi-Hеydəri.
Xişmə gəlib, bir əlində götürdü
Səksən min batmanlıq dəri-Xеybəri.                                                                               

[Aşıq Ələsgər, 2004: 26]

İlk misrada verilən Quranda başlanğıcı bildirən və bütün surələrin əvvəlində işlənən bu ifadəni ərəbcə yəni olduğu kimi verməsi iqtibas adlanır. Ələsgər yaradıcılığında iqtibas iki yöndə özünü göstərir:

1)Quranda olan hər hansı hissəni olduğu kimi çatdırmaq,                                                         

2) klassik şairlərin işlətdiyi ifadələri öz yaradıcılığında işlətməklə.

Bir şairin başqa bir şairin şeirindən bir parçanı öz şeirinin içində verməsi təzmin adlanır. Təzmində iqtibasdan fərqli olaraq sitat kimi verilən söz ayə və ya hədis deyil, şeir olmalıdır.

Götürüb süzəni, minəndə ata,
Fələk “Əhsən!” dеyir boya, büsata.                                                                                  

[Aşıq Ələsgər, 2004:]

Göründüyü kimi şair burada “Fələk “Əhsən!” deyir” ifadəsini Əbdülqasım Firdovsinin “Şahnamə” əsərində işlənən misranın bir hissəsini götürüb və özünəməxsus poetik şəkildə çatdırıb. Həmin misranın bütöv variantı belədir: “Fələk əhsən deyir, mələk mərhəba!”
Aşıq Ələsgərin söz sənətinin keyfiyyətini artıran poetik fiqurlardan biri də cinasdır. Cinas şairdən dərin bilik, zəngin dünyagörüşü, dilin incəliklərinə yaxından bələd olmaq tələb edir. Bununla yanaşı şairin həmin sözləri bənd daxilində yerləşdirməsi də yüksək sənətkarlıq tələb edir. Şair həm məna dolğunluğu, həm də tələffüz gözəlliyi üçün cinasdan xeyli faydalanmışdır. Səadət Şıxıyeva qeyd edir ki, “Sonralar aşıq şeirində özünə yer alan sabitləşən və işlənmə tezliyi ilə başqa ifadə vasitələrini üstələyən cinasın ilk örnəkləri divan ədəbiyyatında yaranmışdır”. [Şıxıyeva, 2019: 130] Cinas qafiyə təcnis şeir şəkillərində işləndiyindən şairin təcnislərində buna sıx -sıx rast gəlmək olar.

Gеyibdir qəddinə yar alacanı,
At müjgan oxunu, yarala canı.
İstər Ələsgərdən yar ala canı,
Tökəndə zülflərin a yana, yana.                                                                                         

[Aşıq Ələsgər, 2004: 90]

İlk misrada “ yar alacanı” ifadəsindəki “alaca” sözü alabəzək mənasında işlənib. Yəni yar alabəzək paltar geyinib. Şair sözü daha poetik şəkildə çatdırmaq və cinas yaratmaq üçün “ca” çoxaltma dərəcəsindən istifadə edib. İkinci misradakı “yarala canı” ifadəsi canı incitmək, yaralamaq mənası yaradır. Üçüncü misradakı “yar ala canı” isə aşiqin canını öz yarı alsın kimi başa düşülür. Digər bir nümunəyə diqqət edək:

Yazıq Ələsgəri oda salıbdı,
Fələk gözdən salıb, o da salıbdı.
Çеşmə kənarında oda salıbdı,
Cumub sona kimi ay üzə, üzə.                                                                                             

[Aşıq Ələsgər, 2004:]

Birinci misrada işlənən “oda salıbdır” ifadəsi frazeoloji birləşmə kimi yandırmaq mənasında işlənib. İkinci misradakı “o da salıbdır” ifadəsi yəni həmin gözəl də məni öz nəzərindən salıb mənasını verir. Üçüncü misrada işlənən “oda salıbdır” ifadəsindəki oda sözü ev mənasında işlənib yəni ev qurubdur mənasını verir.
Klassik bədii ənənəyə söykənən Aşıq Ələsgər poeziyasında Nəsimi yaradıcılığından da götürülmüş bəzi sufi-poetik anlayışlar vardır. Ümumiyyətlə Nəsimi yaradıcılığından aşıq ədəbiyyatına keçmiş şeir forması kimi “Əlif-lam” və “Tərs əlifba” formalarını göstərə bilərik. Demək “ “Əlif-lam” şeiri heç şübhəsiz Nəsiminin eyniadlı şeirinin təsirindən meydana gəlmişdir”.[Hüseynov, 2017: 134] Əlif-lam şeiri divan ədəbiyyatı şairləri arasında geniş yayılsa da Ələsgər hətta Ələsgərə qədər ki, ustad aşıqlar – Miskin Abdal, Aşıq Şenlik, Aşıq Alı da Nəsimi yaradıcılığından bəhrələnərək Əlif-lam formasında şeirlər yazmışdır.

Bütün “Əlif-lam” şeirləri dini-təsəvvüf ideyalarını özündə birləşdirir və ilk hərfi Əlif (ا)– Allah kəlməsi ilə başlayır.

İbtidada “əlif” – Allah,
“Bе” – birliyə dəlalətdi.
“Tе” – təkdi vahidi-yеkta,
Arif bu еlmə bələddi.                                                                                                       

[Aşıq Ələsgər, 2004: 23]

“Kaf” – “kun” ilə tutub qərar,
“Lam” – lal, nеcə hеsab vеrər,
“Mim” – möminə yol göstərər,
İsmi-paki Məhəmməddi.                                                                                                     

[Aşıq Ələsgər, 2004: 23]

Ələsgər “Əlif-lam” şeir formasının yaratdığı imkanlardan yaradıcı şəkildə istifadə edərək tənasüb , eyham və simvol poetik fiqurlarını yaratmışdır. Əlif deyərkən ilk olaraq ağlımıza gözəlin qəddi gəlirsə həm də bu sufi-hürufi dünyagörüşündə ilk hərf kimi Allahı simvolizə edir. Şair sonra isə Allahın adını çəkərək “əlif”ə paralel anlayış işlədərək tənasüb poetik fiqurunu da yaratmış oldu. Beləliklə şair bir misrada iki poetik fiquru işlədib. Gəraylının digər bəndində isə şair “Kun” sözünü işlətməklə “ Kun fəkunə” surəsinə işarə edərək təlmih fiquru yaradıb. Qur’anın bu surəsində sözün, ilahi kəlamın qüdrətinə inam ifadəsini tapıb: “Ol deyərsə, olar...” Bəndin üçüncü misrasında şair yenə “Mim” hərfini deməklə hürufi baxışında Məhəmməd peyğəmbəri nəzərdə tutaraq simvol yaratmışdır. Sonuncu misrada Məhəmməd peyğəmbərin adını çəkməklə isə tənasüb poetik fiqurunu yaratmışdır

Göyçə ədəbi mühitinin azman sənətkarı Aşıq Ələsgər obrazlılığa xidmət edən bədii ifadə vasitələri, zəngin məcazlar sistemi və Şərq divan ədəbiyyatına məxsus poetik fiqurlardan məharətlə istifadə etmişdir. Aşıq Ələsgərdə sözün poetikasının gözəlliyi onun bədii formasının tilsimindədir ki, onu açmaq olduqca çətindir. Müəyyən dünyagörüşünə malik olmadan, dinin sirlərini anlamadan, ümumiyyətlə Şərq fikrini və poetikasını bilmədən ustad sənətkarın söz aləminə daxil olmaq mümkünsüzdür. Hərflərin rəmzi mənalarına vaqif olmayanlar aşığın yaratdığı poetik-üslubi fiqurların bədii-fəlsəfi mahiyyətini çətinliklə qavraya bilirlər.

İstifadə olunmuş ədəbiyyat
1. AŞIQ ƏLƏSGƏR. (1972). I cild. Bakı: Elm. 328 s.
2. AŞIQ ƏLƏSGƏR. (2004). Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb. 400 s.
3. HÜSEYNOV, Məhərrəm. (2017). Aşıq Ələsgərin söz ümmanı. Bakı: Elm və təhsil. 314 s.
4. PALA, İskender. (2002). Ansiklopedik Divan Şiiri Sözlüğü. İstanbul: Olum yayınları 511s.
5. ŞIXIYEVA, Səadət. (2019). Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər. Bakı: Elm və təhsil. 320 s.
6. TƏHMASİB, Məhəmməd Hüseyn. (1972). Azərbaycan xalq dastanları. Bakı

Emin ZEYNALOV
Bakı Avrasiya Universiteti, bakalavr

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər