Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

20:22 / 24.05.2023
Baxılıb: 3406

Əziz və hörmətli dostlar, həmyerlilər, qonaqlar!


Bu gün burada, 70 il öncə təməli qoyulmuş, qədim, Ulu Göyçənin, onun Daşkəndinin ətrini, ab-havasını verən yurdda, Yeni Daşkənddə sizinlə birlikdə olmaqdan bir Göyçəli, Kəsəmənli kimi məmnunluq duyur, fərəh hissləri keçirirəm. O Göyçəki xalqımızın milli-mədəni dəyərlər xəzinəsinə Misgin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şair Məmmədhüseyn, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman, Məşədi İsə, Səmənd ağa, Yunis Rzayev, Qəşəm Aslanov, Səfyar Musayev, bu gün aramızda uğurla fəaliyyət göstərən akademik Əhliman Əmiraslanov kimi onlarca şairlər, aşıqlar, ərənlər, el qəhrəmanları, dövlət və elm adamları, millət vəkilləri, müəllimlər, həkimlər, mühəndislər, zabitlər, iş adamları bəxş etmişdir. Daşkənd isə Göyçənin ayrılmaz bir hissəsi kimi Vətənimizə Şair Məmmədhüseynlə yanaşı, Aşıq Nəcəf, Həsən Xəyallı, Sərraf Şiruyə, Aqil İman, Aşıq Hacı Bayramov, Aşıq Abbasəli Xəlilov, Abbasəli Nəzərov, Alqayıt kimi aşıq və şairlər, keçən əsrin 20-ci illərində mənfur qonşularla mübarizədə igidlik göstərmiş Məşədi Qasım, Hacı Rəhim, Qaçaq İdris, Ziyad kimi igidlər, ərən kişilər, SSRİ dönəmində Kimya sənayesi nazirliyində yüksək məsul vəzifədə çalışmış Məhəmməd Hacıyev, tanınmış həkim-professor Qələndər Canbaxışov kimi onlarla görkəmli şəxsiyyətlər yetişdirmişdir.

Hörmətli dostlar! Bildiyiniz kimi illər boyu havadarlarının himayəsi altında “dənizdən-dənizə” siyasəti ilə sayıqlayan mənfur qonşularımız tərəfindən Qərbi Azərbaycanın başqa bölgələrində olduğu kimi bir neçə dəfə Göyçə camaatı da deportasiyaya məruz qalmışdır. 70 il əvvəl Göyçəsindən didərgin salınmış Daşkəndin 130 ailəsi Qarabağın Bərdəsində çöl-biyabanda 7 çinar ağacı ətrafında məskunlaşaraq, öz ağır zəhməti, səyi, fədakarlığı, əzm və iradəsi ilə öz orta məktəbinə, dövlət və sosial strukturlarına malik olan bu gün şahidi olduğumuz öz Göyçəsoylu adını daşıyan artıq 750 ailədən ibarət, 2768 nəfər əhalini birləşdirən belə bir gözəl məkan, kənd qura, yarada bilmişlər. Eşq olsun sizlərə, əziz Daşkəndlilər! 70 il əvvəl köçkün ailələrin bir məkanda məskunlaşması qərarını verən müdrik ağsaqqallarınıza Allah rəhmət eləsin! 70 il əvvəl sizləri qucağına alan Qarabağ torpağına, qonaqpərvərliklə qəbul edən Bərdəyə və bərdəlilərə minnətdarlığımızı bildiririk.

Azərbaycan ərazilərində özlərinə “dövlət” qurmuş mənfur qonşular o ərazilərdə bir nəfər də azərbaycanlı türkü qoymadıqları azmış kimi Qarabağımıza da fəlakətlər, soyqırımlar, mənəvi və fiziki işgəncələr gətirdilər. Daşkəndli Göyçəlilər həyatlarında yeni ağır sınaqlara, faciələrə məruz qaldılar. Bu ağır günləri, bu əzablı durumu sevimli şairimiz Sərraf Şiruyə belə qələmə almışdı:

Qoşalaşıb həsrətimin düyünü,
Biri Qarabağdır, biri də Göyçə.
İki nisgili var qəmli könlümün,
Biri Qarabağdır, biri də Göyçə.
*
Göyçə nəfəs verib, Qarabağ həyat,
Göyçə həvəs verib, Qarabağ büsat,
Qan sızan yaralı bir qoşa qanad,
Biri Qarabağdır, biri də Göyçə.
*
Biri saz götürüb, biri kaman, tar,
Ələsgər, Üzeyir – şair, bəstəkar,
Mənə ustad olan bu iki diyar,
Biri Qarabağdır, biri də Göyçə.
*
Sərraf Şiruyəyəm, bu bir cüt sözüm,
Bu bir cüt sevincim, bu bir cüt gözüm,
Bu bir cüt müqəddəs ocağım, közüm,
Biri Qarabağdır, biri də Göyçə.

Bəli, müasir milli musiqi mədəniyyətimizin, bütöv müasir şərq musiqi mədəniyyətinin banisi, dahi Üzeyir bəylə, Azərbaycan, Türk aşıq poeziyasının peyğəmbəri, sirli, sehrli, müəmmalı, möcüzəli şerlərilə minlərlə qəlbləri fəth etmiş Dədə Ələsgərin ruhu idi elin Şiruyəsini, yüzlərlə insanın ürəyini isidən, onları yaşamağa, yaratmağa, yağı düşmənlə mübarizə aparmağa səsləyən, güc verən.
Bu gün ömrünün bir hissəsini burada, qədim Bərdə, Qarabağ torpağında, Yeni Daşkənddə keçirmiş sevimli şairimiz Sərraf Şiruyənin ruhu bizimlədir, o bizlərə qulaq asır. Ona müraciətlə deyərdim, əziz şair, sənin, hər birimizin həsrətimizin düyünlərindən biri artıq açılıb. Müzəffər ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin müqəddəs qanı bahasına düşmən üzərində Qələbə çalınıb, Qarabağımız düşmən caynağından azad edilib.

Bu mücadilədə, 1-ci və 2-ci Qarabağ müharibəsində yüzlərlə Yeni Daşkəndli də düşmənlə vuruşmuş, onlarla şəhid vermişdir. 2-ci Qarabağ müharibəsində rəşadət göstərmiş Yeni Daşkəndli Milli Qəhrəmanlarımız şəhid Azad Hümbətov və bu gün də ölkəmiz üçün vacib olan fəaliyyətini davam etdirən general-mayor Namiq İslamzadə ilə bütöv xalqımız fəxr edir!

Qarşıda Göyçə, Zəngəzur həsrətinin düyünü durur. Dövlətimizin, ölkə Prezidentinin uzaqgörən siyasəti, atdıqları addımlar, o cümlədən, Qərbi Azərbaycan İcmasının yaradılması kimi gördükləri əməli işlər bizlərə ümid verir, hər birimizin qəlbində əminlik yaradır ki, o həsrət düyünləri də açılacaqdır. Bu yolda, bu məqsəd və məramlarımızın həyata keçməsində hər birimizə uğurlar diləyirəm!

Əziz dostlar! Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Göyçənin zəngin tarixi-mədəni irsinin öyrənilməsi, təbliğ olunması, onların təbiətini, adət-ənənələrini, milli-mədəni dəyərlərini, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq etmək, gələcək nəsillərə çatdırmaq xüsusi əhmiyyət kəsb edir və bu sahədə alimlərimiz, yaradıcı insanlarımız qarşısında mühüm vəzifələr qoyur. Bu zəmində tədqiqatçı, publisist-jurnalist, şair dostumuz, istedadlı Araz Yaquboğlunun Daşkəndin tarixi salnaməsini yaratmaq əzmində gördüyü böyük məna daşıyan çoxsaylı işlər bir örnək kimi xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Var olun, Araz bəy!

Hörmətli dostlar! Çıxışımın sonunda bu tədbirin təşkilində, ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, Yeni Daşkənd camaatını, Göyçəliləri, xalqımızı bu günkü gözəl, əlamətdar yubiley günü münasibətilə təbrik edirəm!

Hörmətlə: professor Ələddin Allahverdiyev


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər