TOXLUCA

16:25 / 01.06.2023
Baxılıb: 1194

Rəsmi sənədlər isə Toxlucanın Göyçə mahalının ən böyük və sürətlə inkişaf edən kəndlərindən biri olduğunu təsdiqləyir.

Göyçə gölünün şimal-şərqində, Çənbərək qəsəbəsindən 24 km. cə­nub-qərbdə, sahilə yaxın bir dərədə yerləşmiş bu kənddəki IX əsrə aid qalayabənzər tikilinin, eləcə də V-VII əsrlərə aidliyi şübhə doğurmayan oğuz məzarlığında 1988-ci ilə qədər toxunulmamış qalan kitabələrin qa­lıqları bu yurdun oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 2000 il­lik tarixinə şəhadət verən maddi sübutlardır. Erməni mənbələrində isə kəndin adına ilk dəfə XIX əsrin əvvəllərində, yeni yaradılmış erməni vi­layətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin İ.Şopen tərəfindən tərtib edilmiş siyahısında rast gəlinir. Rəsmi sənədlər isə Toxlucanın Göyçə mahalının ən böyük və sürətlə inkişaf edən kəndlərindən biri olduğunu təsdiqləyir.

Belə ki, rəs­mi statistikaya görə Toxluca əhalisinin sayı 1831-ci ildə 296, 1873-cü il­ də 466, 1886-cı ildə 681, 1897-ci ildə 935, 1914-cü ildə 1373 nəfər ol­muşdur. Və təbii ki, kəndin həm qədim tarixə malik olması, həm də sürətli inkişafı daşnak ideoloqlarının diqqətindən yayınmamış və onlar Toxlucaya qarşı daha aqressiv olmuşlar. Buna baxmayaraq Toxluca kən­di Ararat Respublikası deyilən faşist rejimi zamanında nəinki Göyçədə, ümumən Ermənistan miqyasında ən az itki verən kənd olmuşdur. Daşnak­ların bu kəndə ilk hücumu 1918-ci ilin noyabrında Çubuxlu istiqamətin­dən olmuşdur. Toxlucaya qədər artıq Qəməsar və Harunlu kəndləri tam viran qoyulduğundan ermənilər Toxlucada psixoloji qələbəyə daha çox ümid bəsləyirdilər və kənd əhalisinin müqavimətsiz təslim olacağını göz­ləyirdilər. Amma...Topal Oruc və Cığal Məmmədin rəhbərlik etdiyi özünümüdafiə dəstələri nizami daşnak ordusuna ciddi müqavimət göstər­di və ermənilərin Toxlucaya girmək planı tam iflasa uğradı.

Təbii ki, bir həftədən çox davam edən döyüşlər itkisiz də ötüşmədi və bu, kənd sakin­lərinin ovqatında müəyyən tərəddüdlərə səbəb oldu. 1919-cu ilin əvvəl­lərində kəndi tərk edənlər vardı və bu reallıq özünü statistik rəqəmlərdə də göstərir: həmin vaxt kənd əhalisinin sayı 1916-cı ildəki göstəricidən xeyli aşağı düşərək, 1190 nəfər həddinə qədər azalmışdı.
Ermənilərin Toxlucaya növbəti hücumu 1920-ci il yazın sonlarında ol­du. Bu dəfə ermənilər iki istiqamətdən-həm Çubuxlu, həm də Şorca istiqamətindən hücum etdikləri üçün hərbi sürsat sarıdan korluq çəkən özünümüdafiə dəstələri uzun müddət müqavimət göstərə bilmədilər və cüzi itkilərlə kəndi tərk edərək kompakt şəkildə Gəncə qəzasının dağlıq zolağının 5-ci sahəsinə çəkildilər. Göyçənin şimal kəndlərində bu cinay­ətlər törədilərkən Azərbaycanda artıq sovet hökuməti qurulmuşdu. Amma Göyçənin şimal kəndlərinin, o cümlədən Toxlucanın da o zaman rəsmən Azərbaycanın inzibati bölgüsünə daxil olması kimi real fakta əsla məhəl qoyulmurdu.

Başqa sözlə, Azərbaycanın bolşevik hökuməti də Demokra­tik Cümhuriyyət rəhbərliyinin biganəlik siyasətini davam etdirirdi. Və elə bu biganəlik də öz məntiqi nəticəsini verdi: 1918-ci il Batumi razılaşmasına əsasən Azərbaycanın nəzarətində olan Göyçə kəndləri, yəni Göyçə gölünün şimal və şimal-şərq sahillərindəki türk obaları 1920-ci iin noyab­rında Ermənistan Sovet Sosialist Daşnak Respublikasına pay verildi. 1922-ci ildə Toxlucalılar elliklə geri qayıtdılar ki, bu qürurgətirici tarixi reallıq da rəsmi sənədlərdə öz əksini tapıb: 1176 nəfər. 1919-cu ildə kənddən di­dərgin salınmış 1190 nəfər və 1922-ci ildə qayıdan 1176 nəfər. Bu müqay­isənin özü Toxlucadakı söz və əməl birliyinə şəhadət deyilmi? Toxluca ağsaqqallarının nüfuzu, elatı yaşatmaq fərasəti, elin birliyini təmin etmək qüdrəti göz önündədir. Və bu birliyi, bu bütövlüyü toxlucalılar sonrakı 70 ildə də layiqincə nümayiş etdirdilər. 1922-ci ildən 1930-cu ilin sentyabrı­na qədər Toxluca Basarkeçər nahiyəsinin inzibati bölgüsünə, 1930-1937- ci illərdə Sevan rayonunun inzibati bölgüsünə, 1937-ci ildən sonra isə Krasnoselo rayonunun inzibati bölgüsünə daxil edilib. Amma... ermənilə­rin Toxlucanın əzəli sahiblərinə psixoloji təzyiq vasitəsi kimi düşündüklə­ri bu plan, inzibati pressinq, yəni ermənilərin inzibati dairələrdə üstünlüyünü təmin etməklə türk əhalini perikdirmək niyyəti baş tutmadı; bu oyunbazlıqlar toxlucalıların yurd sevgisinə əsla xələl gətirmədi, əksinə onların müqavimət əmsalını qat-qat artırdı.

1979-cu il siyahıyaalınmasının nəticələrinə görə Toxluca etnik tərkibi etibarı ilə sırf türk kəndi kimi səciyyələnirdi və əhalisinin sayı 2632 nəfər idi. Kənddə mədəniyyət evi, am­bulatoriya, aptek, məişət xidməti mərkəzi, ərzaq və sənaye malları mağa­zaları, rabitə şöbəsi və avtomat telefon stansiyası, orta məktəb və texniki peşə məktəbi, xalçaçılıq fabriki fəaliyyət göstərirdi.

1988-ci ildə Erməni­stan hökumətinin rəsmi Moskvanın dəstəyi ilə həyata keçirdiyi deporta­siya zamanı kənd əhalisi qovuldu, əmlakları dövlət səviyyəsində talana məruz qaldı. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il ta­rixli qərarı ilə Toxluca toponimi “Draxtik” sözü ilə əvəzlənmişdir.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022
Bütün xəbərlər