SARIYAQUB

13:53 / 06.06.2023
Baxılıb: 4486

Kəndin əhalisi elliklə köçürülmüş, camaatın və kolxozun varidatı Ermənistan hökuməti tərəfindən talanmışdır.

Göyçə gölünün şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şə­həri) 10 km. şimal-şərqdə, dəniz səviyyəsindən 2102 metr yüksəklikdə qərarlaşmış bu qədim turk obası barədə ilk rəsmi məlumat Şah İsmayıl Xətainin Ərzincan yürüşü çərçivəsində Göyçəyə səfər etdiyi dövrə, yəni 1500-cü ilin əvvəllərinə aid olsa da, kəndin indiki coğrafi mövqeyindən cənubdakı qayalıqlara həkk olunmuş kitabələr oğuz elinin bu yerlərdə məskunlaşmasınınən azı 2000 illik tarixinə şahidlik edən maddi sübutdur.

Səfəvilər dövrünə dair yazışmalarda kəndin adı “Sarıyaqut”, XVIII əsr osmanlı mənbələrində “Siyaqut” kimi qeyd olunsa da, sonrakı dövrlərdə “Sarıyaqub”, bəzənsə “Sarıyal” ifadələri işlənmiş­dir. Şah İsmayıl Ərzincan yürüşü zamanı bir neçə günlüyə Göyçədə dayandığı zaman məhz bu kəndə gələrək oğuz ozan-dərvişlərinin ən kamil nümayəndələrindən olan Miskin Abdalı ziyarət etmiş, ona seyyidlik rütbəsi vermiş, sonradan rəsmən şah elan olunduqdan sonra isə xüsusi fərmanla Sarıyaqut kəndini barat kimi ona bağışlamış, onu Göyçədə özünün nümayəndəsi təyin etmişdir.

1555-ci ilə dair mənbələrdə Sarıya­qut kəndi Səfəvi-Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələndirilir. 1723-cü ildə osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən sonra tərtib olunmuş və 12 aprel 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfin­ dən təsdiqlənərək tuğralanmış “İrəvan əyalətinin icmal dəftəri”nin 15-ci səhifəsində isə kənd “Siyaqut” adı ilə təqdim olunur və İrəvan əyalətinin Məzrəə nahiyəsinin inzibati bölgüsünə daxil olan obalardan biri kimi təsniflənir.

Həmin səhifədəki qeydlərdən o da bəlli olur ki, Sarıyaqutun sul­tan xəzinəsinə illik Ödənci 5787 ağça həcmində olub. Sarıyaqutun tarixi­nin qədimliyinə dair bu qədər aşkar tarixi faktlar ortada olduğu halda er­məni mənbələrində bu kəndin əsasının XIX əsrin ortalarında qoyulduğu iddia edilir. Əslində isə ermənilərin göstərdiyi tarix Sarıyaqubun üçüncü dəfə binələşdirilmə tarixidir. Belə ki, Sarıyaqut kəndi ilk dəfə 1578-ci il­ də, səfəviləri yenərək şimali Azərbaycan torpaqlarının bir qisminə, o cümlədən Göyçə gölünün şərq sahilindəki kəndlərin bir neçəsinə nəzarət imkanı əldə etmiş III Sultan Muradın şiələrə aman verilməməsi barədə amansız fərmanından sonra boşaldılmış, Miskin Abdal kimi qüdrətli şiə mürşidinin ocağına aman olmayacağı həqiqətini dərk edən sarıyaqutlular doğma yurdlarını müvəqqəti tərk edərək indiki Gədəbəy rayonunun Miskinli kəndi ərazisinə pənah aparmışlar.

1620-ci ildə osmanlılar Göyçə kəndlərinə nəzarəti itirdikdən sonra sarıyaqutluların bir qismi geri dön­məyərək Miskinli adlandırdıqları təzə yurdlarında qalsalar da, Miskin Abdalın törəmələri və tərəfdarları doğma ocağa dönmüş və onu ikinci də­fə binələşdirmişlər.
1826-1829-cu illərdə baş vermiş İran-Rusiya, Rusiya-Türkiyə müha­ribələrinin gedişində erməni-rus hərbi birləşmələrinin Göyçədə dağıtdığı yurd yerlərinin və erməni vilayətinin idarəçiliyinə verilərkən Göyçə höv­zəsində yaşayış üçün yararlı sayılan kəndlərin İ.Şopen tərəfindən tərtib edilmiş siyahılarında Siyaqutun adı yoxdur.

Yəni bu kənd də ermənilərin təkidi ilə “adı unudulmuş ölü kəndlər” qrafasında ümumiləşdirilmiş qədim türk obalarından biri olub. Başqa sözlə, ermənilər oğuzun bu yerlərdə məskunluğunun qədimiliyinə şəhadət verən yurd yerlərinin hamısı kimi Sarıyaqutun da izini tarixdən silmək niyyətində olublar və bu səbəbdən də onun bərpasına imkan vermək istəməyiblər. Amma 1826-1829-cu il­ lərdə müvəqqəti olaraq Gədəbəydəki Miskinlidə məskunlaşmış siyaqutlular az sonra doğma yurdlarına dönərək, kəndi bərpa etmişlər ki, bu fakt da 1873-cü ilə dair rəsmi statistik göstəricilərdə öz əksini tapmışdır.

Hə­min sənəddə “Sarıyal” kimi təqdim olunan kəndin türk əhalisinin sayı 294 nəfər idi və bu rəqəm 1886-cı ildə 416, 1897-ci ildə 536, 1914-cü il­ də isə 675 nəfər həddinə qədər artmışdı. 1919-cu il 13-20 aprel aralığın­da Andronikin daşnak qoşunlarının Göyçədə həyata keçirdikləri qətliamlar zamanı Sarıyal (erməni mənbələrinə görə bu dəfə “Sarıyaqub”) yeni­dən dağıdılmış, əhalinin sağ qalan hissəsi təkrarən Gədəbəy və Daşkəsən rayonlarına pənah aparmışlar.

1922-ci ildə kəndə dönənlərin sayı 1914- cü ildəki əhalinin yarısından da az, cəmi 343 nəfər olmuşdur. Məhz bu ta­rixdən sonra kəndin adı rəsmi sənədlərdə “Sarıyaqub” kimi qeyd olun­muşdur. 1931-ci ildə kənd əhalisinin sayı artaraq 471 nəfər həddinə çat­sa da, “kulak”, “xalq düşməni” axtarışları nəticəsində əhalinin bir qismi yenə didərgin salınmış, kişilərin böyük bir qismi isə ikinci dünya müha­ribəsindən geri dönməmişlər. 1953-cü ildə kənddəki təsərrüfatların sayı 1940-cı ilə nisbətdə 40 faizə qədər azalmışdı.

Amma bu repressiyalara baxmayaraq sarıyaqutlular doğma yurdlarını daha coşğun səylə abadlaş­dırırdılar və 1979-cu il siyahıyaalınmasnın nəticələrinə görə kənd əhali­sinin sayı 1000 nəfər həddini keçmişdi. 

Kəndin əhalisi elliklə köçürülmüş, camaatın və kolxozun varidatı Ermənistan hökuməti tərəfindən talanmışdır. Ermənistan Respublikası parlamentinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Sarıyaqub toponimi də ləğv edilərək, kənd “Çaxqacor” adlandırılmışdır.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025
Bütün xəbərlər