(QIZILKƏND)
Göyçə gölünün şərqində, Vardenis-Çənbərək şosesinin 24-ci kilometrliyində, dəniz səviyyəsindən 1957 metr yüksəklikdə yerləşən bu kəndin adına rəsmi məxəzlərdə ilk dəfə 1873-cü ilə dair statistik hesabatlarda rast gəlinir.
XIX əsrin əvvəllərində Rusiya-İran, Rusiya-Türkiyə müharibələri nəticəsində erməni-rus hərbi birləşmələri tərəfindən Göyçədə dağıdılmış kəndlərin və yeni yaradılmış erməni vilayətinin tərkibinə qatılmış yaşayış üçün yararlı məntəqələrin siyahılarında bu kəndin adına rast gəlinməməsi faktına istinadən erməni tarixçiləri Babacanın türklər tərəfindən binələşdirilmə tarixini təxminən 1850-1860-cı illərə aid edirlər.
Amma bu zaman başqa bir tarixi gerçəklik bilərəkdən gözardı edilir. Məsələ burasındadır ki, 1828-ci ilə qədər yerlə-yeksan edilmiş Göyçə kəndlərindən söhbət açarkən erməni tarixçiləri cəmi 27 kəndin adını çəksələr də, İ.Şopen bu kəndlərin sayının 67 olduğunu göstərir və 40 kəndi “adları unudulmuş ölü kəndlər” kimi xarakterizə edir. Kim tərəfindən unudulmuş? Təbii ki, söhbət ermənilərin unutmaq istədikləri toponimlərdən gedir.
Belə ki, İ.Şopen tədqiqatlar apararkən Göyçənin dağıdılmış kəndlərində türklər yox idi və o bütün məlumatları ermənilərdən almaq, məhz onlara istinadən dəqiqləşdirmələr aparmaq məcburiyyətində idi. Amma hər halda, o, öz işini digər həmkarlarına nisbətdə vicdanla yerinə yetirməyə çalışıb; həqiqəti tam aşkar edə bilməsə də, ona bəlli siyahıda adları gizlədilən kəndlərin sayını dəqiq göstərməyə qeyrəti çatıb. Odur ki, 1828-ci ildə yeni yaradılan erməni vilayətinin idarəçiliyinə verilmiş kəndlərin siyahısında yer almayan yaşayış məntəqələrinin tarixini 1850-ci ildən sonrakı dövrlə bağlamaq kökündən yanlış bir yanaşmadır.
O 40 kəndin hamısı olmasa da, bir qismi sonrakı dövrlərdə bərpa edilib və ermənilər məcburiyyət qarşısında qalaraq onları rəsmi sənədlərdə qeyd ediblər. Başqa sözlə, Göyçədə XIX əsrdə və sonra salınmış türk kəndləri yoxdur, Göyçədəki bütün türk obalarının məskunluq tarixi ermənilərin Qafqaza köçürülməsindən 500-4000 il əvvəlki dövrlərə aiddir. Deməli, Babacanın 1828-ci ildə “yoxa çıxıb”, 1873-cü ildə “göydən düşməsi” sadəcə düşmən felidir və bu kəndin oğuz türkü tərəfindən binələşdirilmə tarixini də eramızın ikinci minilliyinin daha dərin qatlarında, bəlkə ondan da əvvəllərdə axtarmaq gərəkdir.
Z.Korkodyanın təqdim etdiyi rəsmi statistikaya görə, Babacan kəndinin sırf türklərdən ibarət əhalisinin sayı 1873-cü ildə 173 nəfər, 1897-ci ildə 259 nəfər, 1916-cı ildə 290 nəfər olmuşdur. 1918-ci ilin noyabr-dekabr, 1919-cu ilin mart-aprel qırğınları zamanı ətraf türk kəndlərinin böyük əksəriyyəti kimi Babacan kəndi də dağıdılmışdır. 1922-ci ildə bu kəndə dönənlərin sayı 116 nəfər, yəni 1916-cı ildəki əhalinin 40 faizi həddində olmuşdur. 1931-ci ilin rəsmi statistikasına görə isə Babacanın əhalisi 471 nəfər idi. 1948-1953-cü il deportasiyaları zamanı Babacana elə bir ciddi ziyan dəyməsə də, hər halda dövlət səviyyəsində həyata keçirilən repressiyalar izsiz də ötüşmürdü.
Ali təhsil üçün Azərbaycana gedənlərin böyük əksəriyyəti sonradan geri qayıtmırdı. 1988-ci il qətliamları isə erməni xəyanətinin son məqamı oldu. Noyabrın 24-dən dekabrın 7-nə qədər mühasirədə qalan kəndin 900 nəfər əhalisi var-yoxunu ataraq qarlı dağ aşırımları ilə Gədəbəyə keçməyə məcbur oldu. Babacan toponimi Ermənistan SSR Ali Sovetinin 25 yanvar 1978-ci il tarixli qərarı ilə ləğv edilərək kənd “Qızılkənd” adlandırılmış, 9 aprel 1991-ci il tarixli qərara əsasən isə Qızılkənd adı “Çan-tak” sözü ilə əvəzlənmişdir.
Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL
HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM
04.12.2023AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.
03.12.2023Bax, biz Göyçə torpağındayıq...
29.11.2023BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR
25.11.2023SƏHRADA YALQIZLIQ
25.11.2023Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO
23.11.2023İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik
21.11.2023“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR
14.11.2023Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib
08.11.2023Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.
07.11.2023Ulu Öndər Heydər Əliyev xatirələrdə
31.10.2023"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.
30.10.2023Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.
28.10.2023“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ
26.10.2023Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR
24.10.2023TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ
21.10.2023Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.
21.10.2023Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə
17.10.2023Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.
15.10.2023"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.
15.10.2023Mərhəmlik və mərhəmət nümunəsi
09.10.2023Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib
07.10.2023TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ
05.10.2023“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY
04.10.2023BABACAN
03.10.2023Xankəndidə torpaq satan dəli qadın
23.09.2023ŞAİR SALMAN QARALAR
22.09.2023Qərbi Azərbaycan İcmasından
21.09.2023BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
14.09.2023RƏŞADƏTLİ RƏŞADƏT
13.09.2023HƏSRƏTİN POETİK QEYDLƏRİ
13.09.2023ƏLLİ YAŞIN İŞIĞINDA
09.08.2023ZOD
06.08.2023DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN
27.07.2023SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI
04.07.2023NƏRİMANLI (HÜSEYNQULUAĞALI)
20.06.2023QƏRİB MƏZAR
13.06.2023SARIYAQUB
06.06.2023TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023