TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

16:00 / 05.10.2023
Baxılıb: 774

Professor Dr.Zakir Kaya türk milli düşüncəsinin​ və etno-kultoroloji fikrinin çox dəyərli araşdırmacılarından və görkəmli aydınlarındandır. Ərsəyə gətirdiyi​ sanballı kitablar ulu türk tarixinə ayna tutur və milli ruhumuzun oyanışına vəsilə olur.
Kitab da insan kimidir; səmimi, mehriban, söhbətcil, olanı da var, səmimiyyətdən, təvazökarlıqdan uzaq, süni ibarələrlə, yeknəsək fikirlərlə dolu olanı da...

Birinci qisim kitabı oxumaq, sanki yaxşı bir insanla yol-yoldaşı olmaq qədər maraqlıdır. Bu səmimi, kövrək yolçunun düşüncələri, könül rahatlığı ilə bir yanaşı, həm də cəmiyyət, vətən, dünya haqqında çox mətləblərdən xəbər verir, insana həyat enerjisi aşılayır.

Dünən Respublika Prezident Kitabxanasına təqdim etdiyim kitablar da birinci qism kitablardan idi. Tarixi və dini keçmişimizə​ dair​ araşdırma və milli düşüncə​ aydınlığı ilə diqqət cəkən​ Professor Dr.Zakir Kayanın​ «Ərəblərin türklərə zülmü» tarixi araşdırma səciyyəsi daşıyan kitabını, Sona Abbasəliqızının "Sözün xaqanı", " Ürəyin sevgi işığı", istedadlı şair,böyük irfan mütəfəkkiri,haqq aşığı​ Dədə Ələsgər nəslinin davamçılarından olan Sima xanım Azadqızının​ «Qürbətdə parlayan qığılcım» poeziya tolusunu, kitablarını prezident kitabxanasına hədiyyə etdim.​
Ölkəmizin ən mötəbər bədii,elmi​ xəzinəlsi olan Püspublika kitabxanasina təqdim etdiyim kitabların​ ​ qısa​ səciyyəsini oxuculara çatdırmağı vacib bildim. Öncə türk düşüncəsinin elmi və dini müstəvidə dərin araşdırmaçılarından biri olan hörmətli professor​ Zakir Kayanın kitabından başlayıram.

Zakir Kayanın kitabı tarixi və dini​ mənbələri istinad edən​ ​ müəllifin​ elmi və tarixi​ dünyagörüşünün səciyyəsini​ ​ maraqla ehtiva edir. Tarixi qaynaqlara əsaslanan professor tarixə əsaslanıb yazır:«Seyun və Ceyhun çayları arasında yerləşən ərazi tarixi ipək yolu üzərindədir və bu ərazidə türk bəylikləri, Buxara, Səmərqənd, Talkan, Baykənd və s. kimi iqtisadi cəhətdən inkişaf etmiş şəhərlər yerləşirdi.
Türkləri sözün əsl mənasında Qılınc gücü ilə müsəlmanlaşdırılmağa başlanması Kuteybə zamanında olmuşdur. (Kuteybənin ordusunun bayrağında Allah öz dinini müqəddəs olması üçün sizə bu torpaqları halal etdi! yazılmışdır) Bu mövzuda ​mənbələr islam və Türk tarixində kifayət qədərdir.»
​ «Qürbətdə parlayan qığılcım» şeir kitabı öz poetik səciyyəsi ilə diqqətəlayiqdir.​ Müəllifi​ Sima Azadqızı Göyçəli 1974-cü ildə Ulu Göyçə mahalının Ağkilsə kəndində müəllim ailəsində dünyaya göz açıb. Sima xanim​ ​01.12.1988-ci ildə ata-baba yurdundan didərgin düşüb.

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Sima Azadqizi Saz-Söz sənətinin, irfan elminin böyük bilicilərindən olan​ Aşıq​ ​Ələsgərin​ kötücəsidir. Onun poeziyasının əsas mövzusu vətənpərvərlik duyğularının poetik ehtivası, böyük Yaradana, İslam dininə dərin məhəbbətin təcəssümü, həmçinin ləyaqətli insan şəxsiyyətinin səmimi və obrazlı tərənnümü, bununla yanaşı, əzəmət və gözəlliyin, həssaslıq və qayğıkeşliyin təbliğidir.

Şairin əsərləri bədii sənətkarlıq, poetika baxımından nəzəri cəlb etməklə bərabər, həm də məxsusi yaradıcılıq fəaliyyətinin xüsusiyyətləri ilə də maraq doğurur. Səmimi ahəngdarlığı, rəvanlığı ilə seçilən,Aşıq Ələsgər babasının 200 illiyinə yazılan ilk şeirləri vətəndaşlıq möhürü ilə təsdiqlənərək, xalqın ruhunu oxşayan şair dəst-xəttini müəyyənləşdirir və geniş oxucu sevgisinin ünvanına çevrilir.

“Qürbətdə Parlayan Qığılcım” kitabına toplanmış poetik nümunələr yetkin şair düşüncəsinin sənət müstəvisində əyaniləşməsidir. Sima Azadqizinin​ şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur.

​İstedadlı alim Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabı bədii-elmi sanbalı ilə secilən ələsgərşünaslığa töhfə sayıla bləcək əsərlərdəndir.
Ölkə Prezidenti Aşıq Ələsgərin 200-illik yubileyi ilə bağlı sərəncamında onun yaradıcılığını bu cür qiymətləndirir: “Aşıq​ Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir”.​ Belə bir yüksək dəyər ələsgərşünaslarımızı yeni tədqiqat əsərləri yazmağa sövq etmiş, ruhlandırmışdır. Bu əsərlər içərisində, ümumiyyətlə, bu günə qədər Aşıq Ələsgər haqqında yazılmış elmi kitablar, məqalələr sırasında bu gün təqdimatı keçirilən istedadlı alim - ədəbiyyatşünas, musiqişünas hörmətli Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” fundamental elmi monoqrafiyası birmənalı olaraq öz tarixi, elmi, bədii dəyərinə görə milli ədəbiyyatşünaslıqda özünəməxsus yüksək, müstəsna yer tutacaqdır!

Fəxrəddin Salim bu kitabında uzun illər boyu apardığı tədqiqatlar, axtarışlar əsasında Dədə Qorquddan bu günümüzə qədər aşıq saz-zöz sənətinin görkəmli nümayəndələrinin rəngarəng, çoxşaxəli yaradıcılıqlarının geniş panoramasını yaradaraq, bu koloritli mənzərədə ən yüksək zirvəyə ucalan Dədə Ələsgərin poetik heykəlini yaratmış, oxucusuna onun möhtəşəm poeziyasının möcüzələrini, sirlərini, müəmmalarını açmağa cəhd etmiş və ona qarşısına qoyduğu səviyyədə nail ola bilmişdir.​
İlk dəfə olaraq Fəxrəddin Salim Dədə Ələsgər yaradıcılığında zəngin​ sufizm elementlərin məxsusi yanaşma arealında​ tədqiq etmiş alimdir. İnanırıq ki, görkəmli alim bu sahədəki yeniliklərini daha da artıracaq və ələsgərsevərləri sevindirəcək.


Sona Abbasbəyli: yazıçı, jurnalist


Etiket:
Xəbərlər

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023
Bütün xəbərlər