Ulu Öndər Heydər Əliyev xatirələrdə

20:00 / 31.10.2023
Baxılıb: 504

HEYDƏR ƏLİYEV ƏN BÖYÜK AZƏRBAYCANLIDIR..

Dünyada elə insanlar var ki, dünyasını dəyişəndən sonra da Vətən qarşısındakı xidmətləri əbədi olaraq ölkə tarixinə yazılır, nəsillər dəyişdikcə o sətirlər daha da qalınlaşır və oz əhəmiyyətini qabarıq şəkildə göstərir. Bu dahi şəxsiyyətlərdən biri də Azərbaycanın tarixində yeni dövr açan, tarixə əbədi həkk olunmuş tarixi və əfsanəvi şəxsiyyət Heydər Əliyevdir. Bəli, o gün hər yerdə Heydər Əliyev anılacaq. Özü də o anım mərasimlərinin şahidi olacaq. Ruhu ilə, gördüyü əməlləri ilə, "Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Füzuli azad olunacaq. “Biz mütləq o yerlərə qayıdacağıq" kəlməsi ilə Ulu Öndərin bütün
arzuları çin olurmuş.

Azərbaycan hazırda təkcə regionda deyil, dünyada sözü ilə əməli vəhdət təşkil edən ölkələrdən biridir. Adları çəkilən rayonlarımiz da azaddir. Onları Ulu Öndərin layiqli davamçisi, Ali Baş Komandan Prezident İlham Əliyev azad edib və atasının vəsiyyətini yerinə yetirdiyinə görə fəxr və qürur hissi keçirdən cənab Prezidentin Şuşadakı o göz yaşları sevinc yaşları idi, sabaha, gələcəyimizə olan inam idi. O inamı isə İlham Əliyevin ürəyində Heydər Əliyev cücərdib. Öz əli ilə, öyüd nəsiyyəti ilə, uzaqgörən siyasəti ilə...

Hər bir azərbaycanlının ürəyində kök salan tarixi şəxsiyyətlərin ürəyi kimi, ətrafı da genişdir. O genişlikdə çox insanlar boy göstərib, sədaqətini nümayiş etdirib. Düzdür, sədaqətsizləri də az olmayıb. Zaman isə belələrini mişar daşından keçirib və insan formasına salıb.

Bəxtimdən o genişliyin əhatə dairəsində mən də olmuşam. Sədaqətli, vəfalı bir vətən oğlu kimi... Qərbi Azərbaycanın Cəmbərək
rayonunun Əmirxeyir kəndinin yetirməsi kimi, qaçqınlıq ömrü bizim ailəmizdən də yan keçmədi. 1988-ci ildə 300 minə yaxın azərbaycanlının pənah yeri Azərbaycan oldu.

O vaxtlar Heydər Əliyev Moskvada yaşayırdı. Mixail Qorbaçovun məkrli siyasəti nəticəsində Azərbaycan böyük bəla ilə üz-üzə qaldı. Danılmaz faktdır ki, Kommunist liderləri bu situasiyadan istifadə edərək Kremldə kök salan ermənilərin arzularıni həyata keçirdilər.

Xatırladıram ki, Heydər Əliyev dühası ilə ilk dəfə 1990-ci il qanlı yanvar hadisələri zamanı taniş olmuşam. Qorbaçov, Yazov va Vəzirov
kimi satqınların Bakıda va Azərbaycanın bir çox rayonlarında əliyalın insanları gülləboran etməsi Heydər Əliyevi də hiddətləndirmişdi. Sovet imperiyasının əzəmətindən, "KQB" xofundan qorxmayaraq Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Kommunist partiyasını və onun "rəhbərlərini" tənqid etməsi, partiya siralarından istefası Milli
Lider kimi Böyük Azərbaycanlının üsyanı, etirazı idi. Heydər Əliyev bu etirazı ilə azərbaycanlı və xalq ilə birlikdə olduğunu imperiya funksionerlərinə elə Moskvadaca bəyan etdi. Sonra isə Dünya Azərbaycanlılarının Birinci Qurultayında "Fəxr edirəm ki, mən azərbaycanlıyam"
kəlməsi "NİDA" işarəsi ilə tamamlandı.

O Qurultayın nümayəndələrindən biri də mən idim. Rusiyada 1988-ci ildən sonra başladığımız diaspor hərəkətinin bəhrəsini görürdük. Təkcə mən yox, Rusiyanın bütün şəhər və vilayətlərindən diaspor rəhbərləri Bakıya toplaşdı, Heydər Əliyev kimi liderin örnək dolu çıxışını dinlədi və bütün bunları gələcək fəaliyyətlərində əsas meyar kimi
götürdü.

Sonrakı işlərdə, daha doğrusu, 1-ci Qarabağ savaşında bir vətən oğlu kimi cəbhəyə, 20 Yanvar şəhid ailələrinə, Bakıda yerləşən 1 Nömrəli Uşaq Evinə saysız-hesabsız maddi və humanitar yardımlar etdik, televiziya kanallarında müsahibələr verdik, qəzet səhifələrində fikirlərimizi bildirdik.

O vaxt erməni faşistləri havadarlarının köməyi ilə torpaqlarımızı işğal etdi. Heydər Əliyev də 1994-cü ildə torpaqlarımızın bir qismini azad etdi, ancaq Azərbaycan Ordusu yenicə yaranırdı, iqtisadiyyatımız inkişaf etməmişdi. Heydər Əliyev bütün bunları zərgər dəqiqliyi ilə bildiyindən atəşkəsə razılıq verdi, sonra "Əsrin müqaviləsi"nə imza atdı.
Qarabağın isğaldan azad edilməsi bir an da olsun belə fəaliyyətinin
qayəsindən kənarda qalmadı. Ermənistan "prezidentləri" ilə görüşündə "Onsuz da torpaqlarımızı azad edəcəyik" dedi, iran mollalarına da tarix dərsi keçdi, Mazandaran adlı dənizin olmamasını şapalaq kimi onların sifətinə vurdu. Tarixə nəzər salanda görurük ki, Heydər Əliyev niyə atəşkəsə razılıq verib və "Əsrin müqaviləsi" nə İmza atıb.

Bugünkü imzaların müəllifi isə Prezident İlham Əliyevdir. Heydər Əliyevlə sonrakı fəaliyyətlərimdə dəfələrlə nümayəndə heyəti ilə və bir necə dəfə də təkbətək görüşmüşəm. Onun müdrik baxışları, işlətdiyi kəlamlar, sanki oğlu kimi mənə öyüd-nəsihəti hafizəmdən silinmir. Ela bu günün özündə də o nəsihətlər həyat kredomdur.

1987-ci ildə Politexnik institutunu bitirərək təyinatla Ulyanovsk Avtomobil Zavoduna göndərilməyimin, uzun illər bu şəhərdə maşınqayırma sənayesində çalışmağımın, böyük təcrübə toplamağımın da əsas səbəbkarı Heydər Əliyevdir. Çünki məhz onun siyasəti ilə biz gənc mütəxəssislər Ulyanovsk Avtomobil Zavoduna göndərilmişdik.
Şəxsən mən usta vəzifəsindən baş direktorun müavini pilləsinədək qalxmişam, vətənimin adını bütün amallarımla yüksəkdə tutmuşam.
1997-ci ildə Rusiya Federasiyasının Ulyanovsk vilayət rəhbərliyini Bakıya gətirmişəm. Prezidentlə və digər rəsmilərlə göruşlərdə siyasi və iqtisadi məsələlər müzakirə mövzusu olmuşdu.

1998-ci ildə Ulu Öndərin 75 illiyi münasibətilə Bakıda, Prezident Aparatının qarşısında Ulyanovsk vilayət qubernatorunun və
Ulyanovsk Avtomobil Zavodunun nümayəndə heyəti ilə "UAZ" avtomobillərinin sərgisini təşkil etmişəm. Elə həmin il Rusiyanın tanınmış
rəssamı Nikas Safronovun Bakıya səfərini təşkil etmişəm. Səfər cərçivəsində rəssam Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın portretini ölkə başçısına hədiyyə etmişdi. Heydər Əliyevin göstərişi ilə Rusiyada təhsil alan və bu ölkədə çalışan azərbaycanlı mütəxəssislərin 1999-cu ildə Bakıda, Respublika Sarayında keçirilən konfransında çıxış etmişəm. 2000-ci il iyun ayının 22-də Moskva şəhərində Ümumrusiya Azərbaycanlıları konqresinin
təsis konfransında iştirak etmişəm. Həmin tədbirdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin çıxış etmişdilər.

Elə bu günün özundə də fəxrlə deyə bilərəm ki, diaspor hərakatının əsas ana mənbəyi məhz Rusiya olub. Çünki torpaqlarımız işğalda olduğundan o ölkədə Azərbaycanın haqq səsini qaldırmaq, erməni fitnələrinin qarşısını almaq, onları ifşa etmək məhz bizim öhdəmizə
düşmüşdü.

2020-ci il 8 Noyabr Zəfər Günündən sonra sübut olundu ki, qələbəmizdə diaspor fəaliyyətinin ardıcıllığı və müsbət rolu az əhəmiyyət kəsb etməyib. Heydər Əliyevin adı Azərbaycan tarixinə əbədi yazılıb. Çünki Heydər Əliyevin özü elə Azərbaycanın özüdür. 0, Ən Böyük Azərbaycanlıdir...

Şakir Göyüşov

qaraqoyunlu.com xəbər saytının baş direktoru.


Etiket:
Xəbərlər

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023
Bütün xəbərlər