Uzun illər Azərbaycan Kommunist Partiyasi Mərkəzi Komitəsinin birinci katibi, sonra isə Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışan Ulu Öndər Heydər Əliyevlə görüşümün maraqlı
tarixçəsi var. Belə ki, o vaxt Prezident Aparatının yanında "Respublika" adlı mehmanxana tikmişdilər. Məni 1979-cu ilin dekabrında ora vəzifəyə təyin etdilər. Onun yanında mənim adımı cəkən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əliş Ləmbəranski olub. Deyib ki, Brejnev gəlir, siz ora direktor tapmısınız? Ləmbəranski da iclasda ayağa duraraq deyib ki, oranın direktoru var. Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini Süleyman Tatlıyevə göstəriş verib ki, çağır gör kimdir. Özü də bütün büro üzvləri ilə birgə, Zərifə xanım Əliyeva da 1980-ci ilin aprelində mehmanxanaya gəldilər.
Mən həyacanımdan gözə görsənmək istəmirdim. Heydər Əliyev mənim haqda maraqlandıqdan sonra mərkəzi komitənin işlər müdiri Mirzəcanov məni onların yanına apardı. Heydər Əliyev dedi ki, niyə yuxarı qalxmırsan? Başım aşağı salıb dillənmədim. Mən siyasi xadim deyildim, təsərrüfatçı idim. Ona görə Siyasi Büronun üzvləri olan tədbirdə iştirak etmirdim. 42 il bu sahədə çalışdım. Bunun özü da bir elmdir. Həmin vaxt Brejnev gəlib getdi. Mən direktor işləyəndə göstərişi birbaşa Heydər Əliyevin özü yaxud Mirzəcanov verirdi. 1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində çalışdım, 1990-ci ildə Azərbaycan KP MK-nin işlər müdiri vəzifəsinə təyin olundum. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçildim. Ulu Öndərlə dövlət səfərlərində dəfələrlə bir yerdə olmuşam. Bütün dövlət tədbirlərinin təşkil edilməsində iştirak etmişəm, onun birbaşa tapşırıqlarını yerinə yetirmişəm.
Heydər Əliyevin necə də Vətənini sevdiyi haqda bir detala toxunmaq istərdim. Gürcüstan və Ermənistanın birinci katibləri Eduard Sevardnadze və Karen Dəmirçiyan Bakıya gəlmişdilər. Mehmanxanada Dəmirciyan dedi ki, gəlin gəlişimizi qeyd edək və erməni konyakı içək, çünki bütün dünyada ən məşhur konyak hesab edilir. Şevardnadze etiraz etdi ki, yox biz gürcü konyakı içməliyik. Heydər Əliyev gördü ki, bunlar mübahisə edirlər. Dedi ki, erməni konyakı dünyada ən yaxşı konyak hesab oluna bilər, SSRİ məkanında isə gürcü konyakı yaxşı sayılır, lakin Cənubi Qafqazda Azərbaycan konyakı birincidir: Onlar əvvəlcə söhbəti başa düşmədilər: Gülüb dedilər ki, Cənubi Qafqazda ən yaxşı konyak Azərbaycan konyakı olanda gürcü və erməni konyakı ikinci plana keçir. Heydər Əliyev mənə işarə edərək onlara dedi ki, gəlin "Şirvan" konyakı içək. Həmin vaxt "Şirvan" konyakı yenicə istehsal edilirdi. Mən ümumiyyətlə, Heydər Əliyevin məktəbini keçmişəm. Həyatda özumü xoşbəxt adam hesab edirəm ki, onunla birgə işlədim, 17 il oğlu İlham Əliyevə, 14 il isə özünə xidmət etdim. Bütün bu illər ərzində həmişə vicdanla çalışaraq uğur qazanmışam. O, bizi öyrədirdi.
Hamımız ondan çəkinirdik. İnsanlara, işçilərə, Vətənə, xalqa, iqtisadiyyata yanaşması və üslubu fərqli idi. Bizim səhv iş görmək belə ağlımızdan keçmirdi. Çəkinirdik. Şəxsən mənim bütün imkanlarım olub, ancaq heç vaxt sui-istifadə etməmişəm. Heydər Əliyevin dünyagöruşü çərçivəyə sığmazdı. SSRİ-ya rəhbərlik edə biləcək siyasətçi idi. Ancaq Kremldə buna imkan vermədilər. 0, bütün işçilərinin qayğısına qalırdı, hafizəsindən heçnə çıxmırdı. Hətta, Aparatın içindəki dəyişiklikləri həmin an görərdi və səbəbini soruşardı. İzah edəndə "Get elə" deyirdi. Hər şeyə diqqət ayırırdı.
Yadımdadır, deputat olanda onun Bakıya gəlişini hazırlayırdıq, hər kəsə deyirdik, razılıq verin, səs verin, gəlsin, yoxsa batarıq. Televiziyanın o vaxtkı sədri mənə deyirdi ki, sən İşlər İdarəsinin müdirisən, bunu açıq şəkildə eləmə, hər kəs görür. Dedim görsünlər, Heydər Əliyev gəlməsə, Azərbaycan batacaq. Xalq cəbhəsi hakimiyyətə gələnda mən prezidentin işlər müdiri vəzifəsində çalışırdım. Dövlət katibi vəzifəsinə yeni təyin olunmuş Əli Kərimli məni çağırıb dedi ki, işdən çıxmalısan. Dedim problem yoxdur. Cıxıb evə getdim. Bir həftədən sonra televiziyada eşitdim ki, Elçibəyin sərəncamı ilə islər müdirinin 1-ci müavini təyin edildim. Bir az keçməmiş Pənah Hüseynov zəng etdi, dedi ki, sabah işə çıxarsan. Cavab verdim ki, çıxan deyiləm. Belə vəziyyətdə işləyə bilmərəm. Təkid etdi ki, gəl işə. Sonra bir-iki nəfər də zəng etdi, "Yox" cavabın verdim. Gecə saat 12 olardı, akademik Azad Mirzəcanzadə zəng etdi. O, müşavir vəzifəsində çalışırdı. Dedim ki, mənimki onlarla tutmaz. Dedi ki, sən onlara qulluq etmirsən, öz millətinə, Azərbaycana qulluq edirsən, bacarmırlar, qayıt işə.
Xaricə gedirlər, heç nə bilmirlər, xalqın adını batırırlar. Bu sözlər mənə çox pis təsir etdi.
Səhərsi gün işə getdim.
Bir müddətdən sonra nümayəndə heyəti ilə Turqut Özalın dəfn mərasimində iştirak etmək üçün Türkiyəyə səfərə getdik. Orada böyük tədbirlər keçirilirdi. Həmin tədbirlərdə, o zaman Naxçıvan Muxtar Respublikasının rəhbəri Heydər Əliyev də iştirak edirdi. Tədbirlərdən qayıdarkən hava limanında mən onunla görüşdum. Daxilimdə o qədər isti, əziz və doğma hisslər keçirdim ki, ona söylədim: "Heydər Əliyeviç siz qayıtmasaz Azərbaycan dağılacaq". O gülümsədi. Hal-əhval tutdu.
Sonra isə biz vidalaşdıq. Heydər Əliyev fenomeni haqda saatlarla danışa bilərəm. Yenə də deyirəm, ugurlarımın əsasını onun məktəbi təşkil edir. Gənc yaşlarımdan onun yanında dərs aldım və heç vaxt qırmızı xətti keçmədim. Onun insani keyfiyyətlərindən biri ki, yaxşılığı unutmamasıdır. Cox insanlara kömək etmişdi, bəziləri qədrini bilmədi. Heydər Əliyevin gözlərinin içinə baxmaq qeyri-mümkün idi. Gözlərində nəsə var idi. Bunu indiyə kimi anlamıram, sanki ovsunlayırdı. Ona həqiqəti deyəndə, gördüyün işi etiraf edəndə sənə güzəştə gedirdi, etirafı dəyərləndirirdi. Yalanla arası yoxuydu. Böyük insan idi. Millətin Lideri olmasa, o millətə heç kəs hörmət etmaz. Hazırda Heydər Əliyevin nəsiyyətlərini həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev var. Biz Qərbi Azərbaycanlıların da ermənilərdən intiqamını aldı. Bu haqda cənab Prezidentə də demişəm ki, mənim də intiqamımı aldınız. Soruşdu ki, sən də Qərbi Azərbaycandansan? Dedim, əllbəttə, özü də İrəvan şəhərinin mərkəzində dünyaya gəlmişəm. Baxmayaraq ki, İrəvandan 7 yasımdan çıxmışam, ermənilərin xislətini yaxşı anlayırdım. İlham Əliyev onların dilini kəsdi, vurub dağıtdı. İndi xaricdə başı dik gəzirik. Ermənilər özləri məəttəl galdılar ki, necə məğlub oldular, çünki çox arxayın idilər. Deyirdilər ki, bizi heç kəs məğlub edə bilməz. Aprel döyuşlərində başlarına qapaz vurduq, ayılmadılar, indi də ayılmırlar. Yenə də vur-vura gedirik, ermənilər isə hələ də qəflət yuxusundadırlar. Öz millətlərinin axırına cıxacaqlar. İrəvanda da onları istəmirlər, ya Krasnadara, ya da uzaq xaricə köçəcəklər. Bu millətin axırı belə nəticələnəcək. Hələ də dərk edə bilmirlər.
Allah Ulu Öndərimizə rəhmət eləsin. Onun davamçısı Prezidentimiz İlham Əliyevi qorusun. Bir daha qeyd edirəm ki, özümü xoşbəxt
hesab edirəm ki, belə şəxsiyyətlərlə işləmişəm.
Oqtay ŞAHBAZOV
Dövlət xadimi, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin sabiq müdiri
"Əməkdar dövlət qulluqçusu"(2015) Fəxri adı və "Şöhrət"(2011) ordenli.
Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025