İLAHİ EŞQİN TƏRCÜMANI

20:00 / 24.12.2023
Baxılıb: 3472

Allahın adı ilə!
Novrəs İmanın adını nə vaxt eşitdiyimi dəqiq xatırlamasam da, onu bilirəm ki, ayağım yer, dilim söz, əlim qələm tutandan bu isim könül dünyamın ən uca yerində qərar tutub. Bu möhtəşəm imzanın arxasında misra-misra ilahi sirlər, qeyb ərənlərini vəsf edən bəşəri kəlamlar durur ki, içi daş-qaşla dolu mücrü içində bu sənət əsərləri, təəssüf ki, hələ də oxunmamış, tədqiq olunmamış qalır.

Novrəs İman zəngin yaradıcılığı, qeyri-adi şəxsiyyəti ilə xalq yaddaşını sağlığında fəth etmiş nadir sənətkarlardandır. Əlyazmaları özü tərəfindən məhv edilsə də, şeirləri günümüzə qədər aşıqların, xanəndələrin, poeziyasevərlərin qəlbində yaşamaqdadır. Bu bəxtəvərliyi ustadı Dədə Ələsgərdən sonra ən çox Novrəs İman yaradıcılığına şamil etmək olar. Bir şəxsiyyət olaraq öz sözü və əqidəsi olan ustad kimi də haqqında söylənən dastanlar, rəvayətlər, əhvalatlar onu irreal dünyanın sakini kimi gözümüzdə daha da ucaldır.

Quranı əzbər bilməsi, bədahətən şeir demək qabiliyyəti, qarşısındakı adamın qəlbindən keçənlərin ona agah olması, gələcəyi otuz-qırx il qabaq şeirlərində uzaqgörənliklə ifadə etməsi imkan verir ki, Novrəs İman Haqq aşiqi, Haqq şairidir deyək.

Əziz ata, itkin düşən fərzəndin,
Ağla hey düşəndə yada doyunca.
Mənim gərdənimdə çarx kəməndini,
Dolandırar bu dünyada doyunca.

Və yaxud:

Əgər bir ilahi düzəltsə işim,
Şad olaram Kərbəlada doyunca.

Bu şeirdə Novrəs İman gələcək həyatı ilə bağlı açıq informasiya versə də, zamanında onu duymadılar. Və Novrəs İman həmişə bu duyulmazlığın, dərkolunmazlığın mənəvi əzabını çəkdi. Qaranlıq içərisində bir nur parlasa da, cahil mühit onu özü də bilmədən söndürdü.
Ustad sənətkar özünü bu qaragüruh cəmiyyətə olduğu kimi təqdim etməyə çalışsa da, niyyəti alınmadı, axırda cəhalət əlindən baş götürüb getməyə qərar verdi.

Hələ qəflətdəsiz, yatmısız hələ,
Sayıb məni bir divana deyərsiz.
Cəfanız çox olar, yəqin il-ilə,
Dərdinizi ruhi-cana deyərsiz.

Bu bəndin arxasınca bir neçə il sonra Adolf Hitlerin hakimiyyətə gəlişi ilə dünya düzəninin dəyişəcəyini, 37-ci il repressiyası ilə qanlar töküləcəyini, İkinci Dünya müharibəsinin başlayacağını, 1948–1953 deportasiyasına işarə edərək yazır:

Sərsəri fanidə qırılar canlar,
Tökülər yaxında çox nahaq qanlar.
Seçilməz haqq-nahaq yolu qananlar,
Məəttəlik bu divana – deyərsiz.

...Yanmaz gecə çox çıraqlar qaralar,
Gərdiş eli bir-birindən aralar.
Pozular bağçalar, güllər saralar,
Səfər edib biyabana – deyərsiz.

Şəriət elmlərini dərindən mənimsəməsi, klassikləri mükəmməl öyrənməsi həyata baxışını dəyişdiyindən yaradıcılığındakı novatorluq, şeirlərindəki informasiya, ilahi təb Novrəs İmanı gənc yaşlarında ustad mərtəbəsinə qaldırdı.
Onu yazılı ədəbiyyatda əziz sələfi Seyid İmadəddin Nəsimiyə, bir də nəsildaşı Mikayıl Müşfiqə oxşatmaq, ya da onlarla müqayisə etmək olar. Həm də ona görə ki, Novrəs İman aşıqdan çox şairdir, aşiqdir, düşüncə və fikir adamıdır. Saz onun üçün sadəcə bir vasitədir. Sazın qüdrəti ilə yazdıqlarını məclis-məclis cəmiyyətə yayır, yatmışları oyatmağa çalışırdı.

Novrəs İman ustadı Nəsimi kimi əqidə adamı idi. Həyatda Haqqı müdafiə edər, əhli-beytin, xüsusən Həzrət Əlinin, İmam Hüseynin mübarək şücaətini, əqidəsini sıx-sıx şeirlərində dilə gətirər, təbliğ edərdi. Bu mənada Novrəs İman cismindən çox, ruhu ilə yaşayan, seçilən, fərqlənən bir əfsanəydi. Zamandaşı Müşfiq kimi isə ilhamlı bir şair, qeyri-adi yaddaş sahibi və romantik bir dünyanın adamı idi. Müşfiq Dilbərin, İman isə sevgilisi Şəkərin eşqi ilə poeziyada yeni bir dünya yaratmışdı. Hər üçünün yaradıcılığında oxşarlıq olduğu kimi, xarakter və talelərində də oxşarlıq var. Nəsimi edam olundu, Müşfiq sürgün edildi, Novrəs İman itkin düşdü…

Novrəs İman xalq şeirinin sonuncu dədəsi Aşıq Ələsgərin qardaşı oğlu olmaqla, nə qədər şərəf daşıyırdısa, saz çalıb, söz qoşuduğuna görə başqalarından fərqli olaraq ikiqat məsuliyyət daşıyırdı. Dədə Ələsgər kimi dühanının meydanına saz və sözlə çıxmaq, özünü bir sənətkar kimi təsdiq etmək olduqca müşkül məsələydi. Çünki Ələsgər o qədər ucadır ki, o ucalıq imkan vermir adi istedadlar görünsün. Təkcə Göyçə çuxurunda nə qədər istedadlı adamlar Dədə Ələsgərin əzəmətinin kölgəsində qaldı. Bəlkə də Aşıq Ələsgər olmasa onlar ədəbiyyatda, aşıq şeirində çox böyük yer tuta bilərdilər. Ancaq müasirlərindən fərqli olaraq Novrəs İman poeziyamızda yer tuta bildi. Özü də dədənin sağlığında!

Ona görə Aşıq Ələsgərdən sonra aşıq şeirinin sonuncu haqq aşığı Novrəs İmanı saymaqda poeziya xiridarları haqlıdır.
Novrəs İman bəsirəti açıq olduğundan özündən çox, həmişə Tanrının sözünü yazıb. Şeirlərindəki metafizik enerji, mistik güc, onun qeyri-adi bir istedad sahibi olmasının təsdiqidir.
Novrəs İman şəxsi taleyindən yazanda da mütəal Allahın varlığı orada qeyri-adi bir ifadə tərzi ilə təcalla edir.
Tanınmış tədqiqatçı, ilahiyyatçı Hacı Həsən Hüseyni mübarək bir işə imza ataraq Novrəs İmanın yaradıcılığına müraciət edib, “Nakam aşiq” adlı yeni bir dəyərli kitab yazıb.
Hacı Həsənin təqdimatında qarşımıza yeni bir Novrəs İman çıxır:
Şəriət elmlərini dərindən bilən Novrəs İman;
Mütəal Allahın qayda-qanunları ilə yaşayan mömin Novrəs İman;
Əhli-beyt (ə.m) aşiqi Novrəs İman;
Həzrəti-Əlinin (ə) fikir və düşüncələrini həyat devizinə çevirən Novrəs İman;
İrfan alimi Novrəs İman;
İslam ədəbiyyatının cahanşümul şairi Novrəs İman.

Ümumiyyətlə, Novrəs İmanın polifonik yaradıcılığı Hacı Həsən tərəfindən şəriət qanunları ilə incələnərək fərqli bir təqdimatla təqdim olunur. Bu kitabda Novrəs İmana yeni bir baxış sərgiləndiyindən, çox gizli mətləblərin üstü açılır, nakam şairin hansı ilahi eşq ilə yaşadığı irfan alimlərinin dili ilə anladılır. Beləliklə, şair-aşiqin yaradıcılığına işıq tutulur.
Ümid edirəm bu kitab Novrəs İmanı yaradıcılığının gələcək tədqiqatçıları və çoxsaylı oxucular üçün həm dəyərli mənbə, həm də töhfə olacaq.

Qılman İman
Şair-publisist


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər