Göyçə aşıq qolunun layiqli davamçılarından olan, Azərbaycan aşıq sənətinin tərəqqi və təkamülündə misilsiz xidmətləri ilə hələ sağlığında ikən şöhrət qazanan, ustad sənətkarlardan biri Aşıq İslam olmuşdur.
Aşıq ifaçılıq sənətində özünəməxsus yer tutan, təqlidolunmaz ifa tərzi ilə çaldığı hər havada böyük sənət əsəri yaradan, sənətkarlığı indiyədək lazımınca açıqlanmayan, çoxdan bəri öz dəyərli şərhini gözləyən Aşıq İslam kimdir?
Aşıq İslam (İslam Qara oğlu Yusifov) 1893-cü ildə Göyçə mahalının Hüseynquluağalı (Nərimanlı) kəndində dünyaya gəlmiştir. Füsünkar təbiət qoynunda boy atan, meylini laləli dağlara, göy biçənəklərə salan balaca İslam gördüklərinin təsiriylə qeyri-ixtiyari saz-söz məclislərinə can atıb folklor nümumələrinə maraq göstərmişdir. 12 yaşından əlinə saz götürüb Aşıq Mikayılın yanında düz 5 il dərs alan İslam fitri istedadı, hafizəsi, güçlü qavrama, mənimsəmə qabiliyyəti ilə sənətin sirlərinə çox erkən yiyələnmiş, çalıb-çağırmağa, ilk şeir nümunələrini yaratmağa başlamışdır.
1915-ci ildə ailəliklə Şəmkir rayonunun Qaracaəmirli kəndinə köçən İslam bir müddət böyük sənətkarımız Hüseyn Şəmkirlinin oğlu Aşıq Çobana qulluq etmiş, sənətkarlığını bir qədər də artırmıştır. Bir neçə il sonra, yəni 1918-ci ildən taleyini birdəfəlik Gəncə şəhərinə bağlayan gənç İslam yetkin, bilikli, puxtə bir sənətkartək məclislərə ayaq açmışdır.
Sirli barmaqları ilə sazın tellərində qeyri-adi əfsun, möcüzələr yaradan, şirin, ecazkar səsiylə könülləri ram edən Aşıq İslamın səsi-sorağı qısa müddətdə Gəncəbasar ərazisinə, oradan Göyçə, Borçalı, Qarayazı, bir ucu Qarabağ məclislərinə qədər yayılır.
Gəncə aşıq mühitində samballı sənətkarlarla – Qaraçı oğlu İbrahimlə, Qara Mövlayevlə, Hüseyn Cavanla, Qazaxlı Məhəmmədlə və bir çox başqaları ilə yaxın təmasda olan, ağır-ağır məclislər keçirən Aşıq İslam qeyri-adi yaddaşı, yüksək mənimsəmə qabiliyyəti, güclü sənətkarlığı ilə çox erkən parlayıb şan-şöhrət qazanmışdır.
Aşıq İslam xalq içindən çıxmış sənətkardır.
O, Aşıqların I (28.05.1928) və II (11.04.1938) qurultaylarının iştirakçısı, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1938-ci ildə xalası oğlu Aşıq Əsədlə, Mirzə Bayramovla, Səməd Vurğunla və bir çox böyük sənətkarlarla birgə çoxsaylı nümayəndə heyətinin tərkibində Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuş və uğur qazanmışdır. Aşıq sənətindəki əvəzsiz xidmətlərinə görə Aşıq İslam “Qırmızı Əmək Bayrağı” ordeni və bir neçə medala təltif edilmişdir. 1940-cı ildə “Azərbaycanın Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
Müharibə illərindəki fəaliyyətini nəzərə alıb onu “Fədakar əməyə görə” medalı ilə təltif etmişlər.
Aşıq İslam böyük sənətkar olmaqla yanaşı, həm də böyük şəxsiyyət olmuşdur. İstər ailədə, istər el arasında olduqca nüfuzlu, sözü kəsərli, qətiyyətli şəxsiyyəttək tanınan Aşıq İslamın bir sözünü iki eyləyən, sözünün üstə söz qoyan, qabağına çöp salan olmamışdır. Hər şeyin yerini bilən ədəb-ərkan gözləyən sənətkar həm özünə, həm sənətinə qarşı olduqca ciddi, tələbkar olmuş, sənətinə laqeyd yanaşan aşıqları görən gözü olmamışdır. Hər şeydə düzlük, dəqiqlik, ölçü-biçi gözləyən, sözü bütöv, sözünün ağası olan ustaq qarşısındakından da o keyfiyyətləri gözləmişdir.
Qısa müddətdə fitri istedadı, əvəzsiz çalqısı, professional səhnə mədəniyyəti ilə kamil ustad zirvəsinə qalxan Aşıq İslamın şəxsi həyatı nədənsə bir qədər qəribə və müəmmalı olmuşdur. Belə ki, taleyin hökmü ilə iki arvadlı olub, bir dam altda iki ailə dolandırmışdır. Birinci həyat yoldaşı Mələkdən Məzahir, Hümay, Minayə adlı üç övladı olandan sonra Səriyyə Məmmədcəfər qızına evlənmiş, ondan Kərim, Rəhim, adlı iki oğlu və Səmayə adlı bir qızı olmuşdur.
Deyilənə görə, Aşıq İslam olduqca ailəcanlı, mehriban, qayğıkeş, nüfuzlu ailə başcısı, zəhmətkeş ata olmuşdur. Aşıq İslamın ailəsini şəxsən tanıyanlar hələ də bir dam altda yaşayan iki gənc ananın, iki sevən qadının qibtəolunacaq dərəcədə səmimiyyətinə, xoş, mehriban rəftarına heyranlıqlarını, təəccüblərini gizlədə bilmirlər.
Aşıq İslam zəhmətlə böyümüş, halallıqla mayalanmışdı. Odur ki, istedadı çox erkən üzə çıxıb onu şöhrətləndirir. Rəhmətlik uşaqlıq illərini xatırlayanda bir əhvalatın üstündən keçməzdi. Gərək ki, hadisə 1908-ci ildə olub. İrəvan xanı Əli xan (Pənah xanın oğlu) Aşıq Mikayılı toy məclisinə çağırır. Xan məclisi olmasına baxmayaraq, usta şəyirdi İslamı da özü ilə aparır. Danışıb-barışdıqdan sonra sazlar köynəkdən çıxır. Şəyirdin tərtəmiz, zil səsi Əli xanı valeh edir. Onun avazını tez-tez eşitmək istəyir. Usta da işini xanın arzusu xilafına qurur. Şəyirdə çox imkan vermir ki, birdən xanın acığına gələr. Axı əli təzə saz, dili təzə söz tutan uşaq xan məclisinin sanbalını aşağı sala bilər. Axırda xan məcbur olur:
– Ustad, özünü çox xərcləmə, şəyirdə meydan ver.
Ustad Aşıq Mikayıl Əli xanın işarəsini başa düşür. İslama tam sərbəstlik verir. Toy qurtarandan sonra Əli xan Mikayılın haqqını ikiqat eləyir. Mikayıl sevincdən özünü itirir.
– Kəsəmətdən artıq verirsən, xan! Xan əli səxavətli olar, ancaq bu qədər yox…
Əli xan qayğı ilə dillənir:
– Artıq pul şagirdə gərəkdir. Ona yaxşı dərs ver, gələcəyi var.
Aşıq Mikayıl təşəkkürünü bildirir. Əli xan ismarıcını bir də bərkidir:
– Deyirəm, şəyirdin səsindən, sözündən, özündən müğayət ol!
Aşıq İslamın bənzərsiz, təkrarsız, tilsimli, hələ sirri açılmayan çalğısı, ecazkar, əfsunlu səsi ilə yanaşı, özünəməxsus söyləmə manerası, şirin, yatımlı danışıq diksiyası, dastançılıq məharəti də çox güclü, emosional təsirə malik imiş.
Qardaşı Bayram müəllimin söylədiklərindən:
– 1920-ci illər idi. Dövr o dövr idi ki, türk generalı Nuru Paşa taleyi təhlükə qarşısında olan Azərbaycan Demokratik Cümhuriyyətinə köməyə gəlmişdi. Onun qərargahı Gəncədə yerləşirdi. Dünya dərd-qəm içində boğulurdu. Aşıq təkcə toy eləyib, həsrətli sevgililəri bir-birinə qovuşdurmaqla məşqul olmurdu. Onun sazı, sözü çətin məqamlarda səslənəndə insanlara inam, ümid, qətiyyət aşılayırdı. Böyük qardaşımız Alışanla (o, balaban çalan idi) birgə Aşıq İslam belə qarışıq bir vaxtda Gəncədə Nuru Paşanın məclisində çalıb-çağırmalı olur. Onun söylədiklərini mən də öz dilimdən sizə çatdırıram.
Dərdinin çoxluğundanmı, kefinin yuxarı olduğundanmı Nuru Paşaya aşıq lazım olur.
Soruşur:
– Gəncədə usta yanşaq varmı?
Deyirlər:
– Gəncə nə qaymaqsız, nə də aşıqsız bulunmaz.
Nuru Paşanın niyyətini başa düşən xitmətçilər şəhərə car çəkirlər. Çox çəkmir ki, Aşıq İslam qardaşı Alışanla Paşanın hüzurunda olur. Paşa sənətkarı imtahana çəkməyə başlayır:
– Çocuqlarım, siz yanşaqmısınız?
Aşıq İslam ədəblə cavab verir:
– Bəli, paşam.
– Pəkey, nərədən söyləyə biliyorsunuz?
– Özümə görə neçə nağıl, dastan bilirəm. Hansını buyursanız onu söyləyərəm.
– Bana biri lazım, “Abbas və Gülgəz”.
– Baş üstə, paşam!
Saz köynəkdən çıxır. Aşıq İslam Abbasın nağılını başlayır.
Aşığın məlahətli səsi, şirin, yumorlu danışığı, güclü dastançılıq məharəti Nuru Paşanı valeh edir. Nağıl lap gərgin məqaçına çatır. Abbası zəhər quyusuna salırlar. Bu məqamda paşanın qulağına təcili mühüm bir xəbər pıçıldayırlar. Bütün varlığı ilə aşığın söhbətinə qulaq kəsilən Nuru Paşa əlini yelləyir:
– Ola, istər dünya dağılsın, yanşaq İslam biçarə Tufarqanlı Abbası zəhər quyusundan çıxartmayınca, heç yana varası deyiləm.
Sonralar Aşıq İslam bu əhvalatı dönə-dönə xatırlayırdı.
Gəncə mühiti Aşıq İslamın sənət dünyasının zənginləşməsinə böyük təkan verib, aqil, kamil bir sənətkartək yetişməsinə gözəl şərait yaradıb. Müdriklərin fikrincə desək: “Cavanlığına baxmayaraq qoca yerişi yeriyən” Aşıq İslamda yüksək səhnə mədəniyyəti, professional ifaçılıq məharəti, gözəl dastançılıq qabiliyyəti ilə yanaşı, çoxlarına nəsib olmayan güclü təşkilatçılıq bacarığı da vardı. Bu qabiliyyət onu bədii rəhbər səviyyəsinə yüksəltmiş, 25 aşıqdan ibarət aşıqlar ansamblının yaranmasına müvəffəq olmuşdu.
Daim tanınmış bəstəkarlarla, yazıçılarla, sənətçilərlə dostluq etmiş, təmasda olmuş Aşıq İslamın dərin sənətkarlığı, təbii ki, dahi Üzeyir bəyin diqqətindən yayına bilməzdi. Odur ki, 1937-ci ildə onun yaxın məsləhəti və təşəbbüsü ilə Azərbaycanda ilk aşıqlar xoru həyata vəsiqə alır. Xor Aşıq İslamın öz yazdığı “Azərbaycan” şeirinin sözlərinə bəstələnmiş “Paşaköçdü” saz havasıynan açılır. Bütün respublika tədbirlərinin, mühüm bayram və yubiley şənliklərinin fəxri iştirakçısı olan, yaratdığı ansambla gözəl repertuar seçib uğurla bədii rəhbərlik edən kamil ustadın fədakar əməyi istər ictimaiyyət, istərsə də dövlət tərəfindən təqdir olunmuş, dönə-dönə fəxri fərmanlarla, pulla mükafatlandırılmışdır.
Dəfələrlə qanlı-qadalı cəbhə xəttində mətin, döyüşkən şeirləri ilə uğurlu çıxışlar edən, əsgərləri qətiyyət, hünər meydanına səsləyən aşığın Koroğlu nərəli, Qırat kişnərtili tavar sazı, kəskin sözü hərdən bədxahları tərəfindən tərsinə də yozulmuş, başı bəlalar çəkmişdir.
Oğlu Kərim müəllimin söyləməsindən:
– Vətən müharibəsində şiddətli döyüş gedirdi. 416-cı Azərbaycan milli diviziyası Taqanroq şəhərini alman faşistlərindən yenicə təmizləmişdi. Bu qələbə her yerdə təntənə ilə qeyd olunurdu. Bakı Filarmoniyasının təşkil etdiyi konsert də bu qələbəyə həsr olunmuşdu. Atam da öz dəstəsi ilə həmin gecədə iştirak edirdi. O, təzə yazdığı şeiri ilə ordumuzun qələbəsini təbrik edəcəkdi. Amma bədənində bir qoxu gəzirdi. Niyə? Bayram konsertində oxuyan nədən qorxmalıydı? İndi sizə zarafat gəlir. O dövrdə toyda, konsertdə oxuyan cəbhədə vuruşandan bərk qorxu hissi keçirirdi. Xülasə, atam səhnəyə çıxır. Xəstəliyinə baxmayaraq, Taqanroq qələbəsinə həsr etdiyi mahnını həvəslə oxuyur. Şeirdə belə bir məqam varmış ki, (təəsüf ki, o şeir də əldə deyil) çaldığımız bu qələbə yolu ilə mən Amerikaya, İngiltərəyə qədər gedəcəyəm. Ölməsin “qulaqlar”, xəbər ildirim sürətilə yerinə çatır. Konsert qurtarmamış, atamı götürürlər, heç əynini də dəyişməyə imkan vermirlər, elə səhnə palatırında aparırlar. Kişi bir də gözünü açanda görür ki, “kişinin” – Bağırovun hüzurundadır. Dindirilməmiş ürəyində uşaqları ilə halallaşır. Bağırovun böyründə biri də oturubmuş. Gözləri ov görmüş meşə pişiyinin gözləri kimi alışıb yanırmış. Suyundan bizim adamlara oxşamırmış. Nəzərləri düz sənətkarın boğazına dikilibmiş. Qəzəblənmiş Bağırov qaş-qabaqlı halda soruşur:
– Bu yerlər sənə dar gəlir?! Amerikada, İngiltərədə nə ölümün var?
Atam işin nə yerdə olduğunu anlayır. Onun saf niyyətini qərəzə batırıblarmış. Yançı Bağırovun qaladığı ocağa bir kösöv atıb:
– Sənin oralarda, düşmənimizin içində nə ölümün var?
Hə, yançı da aydınlaşır. Atamın təşvişi daha da artır. “Ya Qriqoryandır, ya Markaryan. Qıl verənin “yan” oldusa, ələktoxuyandan can qurtarmaq müşkül məsələdir”.
– Ayrı niyyətim olmayıb, yoldaş Bağırov. Kommunizmin qələbəsini aparmaq istəmişəm. Məsləhət bilmirsiniz…
Pişik gözlü yançı pişxəndlə gülümsəyir. Deyəsən söz Bağırovun xoşuna gəlir, qəzəb atından enir.
– Səsin niyə boğunuq çıxır?
– Boğazım ağrıyır.
– Bəs xəstə-xəstə niyə oxuyursan?
– Qələbə sevinci xəstəliyə baxmır…
– Vah! – pişxəndlə dillənən yançı Bağırovun öləziyən ocağına bir kösöv də tullayır. Bağırov gözlənilməz qənaətə gəlir:
– Həkimə deyərəm, boğazına dərman yazar. Get, bir də Amerika, İngiltərə ilə işin olmasın. O işlə biz məşqul olarıq.
Yançı özünü itirir. Parıltılı pişik gözləri ürəyindən keçənləri açıb söyləyir:
“Zəhmətim əlimdə qaldı. Mən boğazına kəndir hazırlamışdım, bu dərman yazdı.”
Bir azdan yançı özünə gəlir, rəngi-ruhu düzəlir:
“Gözlənilməz qərar deyil, görünür, onu qorxulu, potensial düşmən hesab eləmir. Hamısını özü eləməyəcək ha! Əzrailə də iş saxlayır. Bir də ki, hərdən reklam da gərəkdir.”
1916-cı ildən bəri yüksək bir peşəkarlıqla Azərbaycan xalqının həyatı və mədəni quruculuğu işində yaxından iştirak edən ustad 1968-ci il dekabrın 7-də dünyasını dəyişmişdir.
Aşıq İslamın fədakar əməyi hədər getməmiş, dövlət tərəfindən qayğıyla əhatələnmiş, bütün fəaliyyəti, o cümlədən yaradıcılığına dair bütün mühüm sənədlər incəsənət arxivində gələn nəsillərə qiyamətli sənət örnəyitək qorunub saxlanmışdır.
Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurovun 03.02.1984-cü il tarixli “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi məqaləsindəki qeydlərindən:
– Aşıq İslamın Azərbaycan Dövlət Arxivindəki əlyazmalarından görünür ki, o professional sənətkar kimi formalaşmışdır. Arxivdə qorunan ilk aşıq fondu da, demək olar ki, İslam Yusifovun sənədləri ilə açılır. Bu sənədləri araşdırdıqca onun müasir həyatın müxtəlif sahələrinə dair şeirləri ilə qarşılaşırıq. Aşığın Birinci Zaqafqaziya xalq incəsənəti və I Azərbaycan kənd bədii özfəaliyyət olimpiadalarındakı (1943) müvəffəqiyyətli çıxışları haqqında məlumat vardır. Bu münasibətlə ZSFSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən Aşıq İslama verilmiş 1934-cü il 15 avqust tarixli təşəkkürnamə də qiymətlidir. 1937-ci ildə Gəncə şəhərinə Aşıq İslamın təşəbbüsü ilə aşıqlar ansamblının təşkilini Ü.Hacıbəyov təqdir etmişdir. Həmin ansamblın konsert proqramları aşığın şəxsi arxivində qorunur. Xalq çalğı alətləri ifaçılarının Moskvada keçirilən Ümumittifaq baxışında müvəffəqiyyət qazanan Aşıq İslama Ü.Hacıbəyovun və tanınmış rus musiqiçilərinin imzaları ilə verilmiş təşəkkürnamə də şəxsi arxivdə mühafizə olunur. Xatırladaq ki, həmin baxışın münsiflər heyətinin sədri Ü. Hacıbıyov idi. Aşığın arxivində saxlanılan maraqlı sənədlərdən biri də onun 1959-cu ildə “Qırmızı Əmək Bayrağı” Ordeni ilə təltif edilməsi münasibətilə SSRİ Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi Georgi Mokoyeviç Morkovun təbrik məktubudur.
Aşıq İslam Moskvada Azərbaycan Ədəbiyyat və İncəsənət ongünlüyündə (1938) və Kənd Təsərrüfatı Nailiyyətləri sərgisinin açılışının (1939) iştirakçısı olmuş, müvəffəqiyyətli çıxışlarına görə qiymətli hədiyyələr və təşəkkürnamələr almışdır.
Yeri gəlmişkən: Aşıq İslamın ocağında bir sıra arxiv sənədləri ilə birgə onun mənəvi dayağı, yəni uzun illər simlərdə qəlbinin, könlünün səsini çaldığı telli sazı qorunub saxlanılır. Bu sazı böyük ustad 1917-ci ildə Abbas adlı bir nəfər qocaman aşıqdan almışdı. Türkiyədə hazırlanan sazdır. Hardasa 150 il ömrü var.
Tərlan Göyçəli. “Göyçə aşıq məktəbi”.
Bakı, “Göytürk”, 1998. səh.123-131
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024