DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

00:55 / 16.01.2024
Baxılıb: 6502

Aşıq Ələsgər xoşbəxtdir ki, ona canı könüldən biət edən Rəşid Süleymanov kimi müridi var. Rəşid Süleymanov xoşbəxtdir ki, Haqq yanında üzü ağ gərdiş edən Dədə Ələsgərə müridlik edir

Allahın yaratdığı bu "yupyumuru" dünyanın qəribə sakinləri var. Qəribə ona görə deyirəm ki, hər bir Allah bəndəsi ayrı-ayrılıqda qəribəlikləri ilə fərqlənir. Dünyaya baxışları, fərqli düşüncələri, bioloji qurluşları, ifadə tərzləri ilə fərd olaraq təkrarsızdılar. Bu təkrarsızlığın içində həm də oxşarlıqlar var. Şərqdə mental dəyərlərin hakim kəsildiyi cəmiyyətlərdə ümumi oxşarlıqlar fərdlər üçün qaçılmazdı. Çünki böyük əksəriyyət eyni mühitdən tərbiyə alır, eyni sistemdən idarə olunur.

Bir zamanlar Kiçik Qafqazın ətəyində Oğuz xaqanın uyuduğu Göyçəmizdə, Göyçə gölünün qırçınlı ləpələrinin yel döyənəyində nazlanan hər kəndin, hər obanın özünəməxsus coğrafiyası, relyefi, adət-ənənəsi, etnoqrafiyası, qaçaq-qoçaq igidləri, ziyalıları, Hatəm səxavətli dağdan ağır ərənləri varıydı.

Keçmiş zamanda “varıydı” desəm də, çox da bədgüman deyiləm, bugün də var. Amma təəssüf ki, yuxarıda saydığım komponentləri var edən əsas özəy – ana Göyçəmiz yoxdu...

Ardanış kəndinin adını ilk dəfə ağsaqqallardan, əmilərimdən eşitmişdim.

Ələkbər Həsənli adlı el şairi, təhsil fədaisi ötən əsrin 50-ci illərində bizim Daşkənddə məktəb direktoru işləmişdi. Həmin vaxtlar babam Həsən Xəyallı ilə dostlaşıb, çoxlu deyişib, dərdləşiblər.

Sonralar uzun illər Ardanış kolxozuna rəhbərlik etmiş Abbasəli Kərimovun adı və ünvanı ilə o kəndi tanıdım. Beləcə siyahı günbəgün, adam-adam böyüdü. Ardanış kəndinin yetirdiyi dəyərli ziyalılardan əziz dostum Aqil Kərimov ardanışlıları yaxından tanımağıma bir körpü oldu. O körpüdən keçib gələnlərdən birincisi Rəşid Süleymanov idi.

Rəşid Süleymanovla dostluğumuza Göyçə adı, Ələsgər sevgisi, Türk-Turan sevdası qarant olsa da, sonralar bu dostluq həssas oxucu-şair müstəvisində daha çox boy göstərdi.

Oxuduğu hər şeirim haqqında maraqlı fikir və mülahizələri ilə məni özünə bir az da doğmalaşdırdı. İndi hər təzə şeir yazanda düşünürəm, görəsən Rəşid Süleymanovun “süzgəcindən” keçəcəkmi? Xoşu gəlmədisə, qızıl-qırmızca süzgəcimdən keçmədi deyəcək.

Rəşid Süleymanov hal əhlidi. Bəsirəti açıq adamdı. Şeir yazmasa da, yarım şairdi. Ömrü boyu şairlərlə - Nüsrət Kəsəmənli, Akif Səməd, Tahir Talıblı, Əhməd Oğuz, Murad Köhnəqala ilə dostluq edib. Poeziyada sufi-irfan xətti döşünə yatdığından yuxarıda adını çəkdiyim şairlərlə həmfikir ola bilib.

 Süzgəcindən keçən neçə-neçə söz adamının sandıqda qat kəsən küliyyatını şəxsi vəsaiti hesabına gün işığına çıxarıb.

Şeiri də adam kimi “qırımından” tanıyır.

Özü sazın-sözün içində doğulub, qoşma-gəraylının “şinelindən” çıxsa da, daha çox əruz ladında yazılan ağır, ləngərli şeirləri sevir.

Sazlı-sözlü məclislərdə Nəsimidən, Füzulidən, Nəbatidən, Qasım bəy Zakirdən, yeri gəldikcə şirinliklə şeirlər deyər. Amma dilinin əzbəri, mürşidi Dədə Ələsgərdi. Ona müridlik edir.

Aşıq Ələsgər xoşbəxtdir ki, ona canı könüldən biət edən Rəşid Süleymanov kimi müridi var. Rəşid Süleymanov xoşbəxtdir ki, Haqq yanında üzü ağ gərdiş edən Dədə Ələsgərə müridlik edir.

Dədə Ələsgər yaradıcılığının təbliğində Rəşid Süleymanov həmişə əsl müridlik xidmətində bulunub. Xüsusi ilə 200 illik yubleyi ərəfəsində Dədə Ələsgərlə bağlı tədbirlərin keçirilməsinə ev sahibliyi edib, iş adamı kimi maddi dəstək göstərib.

Bugün dünyanı şeir kimi misraların havasında, nəğmə kimi mahnıların qanadında yaşayan Rəşid Süleymanovun 60 yaşı tamam olur. Nə qədər astagəl tərpənib, arın-arxayın yaşasa da, yəqin ki bu yaşa heç özü də inanmır.

Çünki günlər işıq sürəti ilə elə ötür ki!..

Bir Ərzurum bayatısında deyildiyi kimi:

Dünyaya yayaq gəldim,

Yatmadım, oyaq gəldim.

Ömür deyir: yüz il keçdi,

Ürək deyir: bayaq gəldim.

Bu, 60 ilin içində Ardanış kəndinin, Göyçə gölünün, İrəvanın, Bakının ayrıca bir xəritəsi var.

Bu xəritənin konturları tarixin ən qədim qatlarında türk törəsinin gömgöy əbasına bürünüb.

Bir zamanlar Ardanışdan İrəvana, İrəvandan Bakıya yol alan Rəşid Süleymanovun uzun yolçuluqda keçən ömrü, bu gün doğma yurda qayıdış üçün niyaz üstündədir.

Çünki o torpaqda bu ömrün mürşidi müridini gözləyir...  

ŞAİR-PUBLİSİST QILMAN İMAN

 

 


Etiket:
Xəbərlər

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər