BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

13:06 / 17.02.2024
Baxılıb: 3026

... Biz kənd uşaqlarıydıq, Elşən Qurbanov kəndə gələn zaman davranışlarına, danışıq tərzinə, elmi diskussiyalarda iştirakına, sual- cavablaşmada fəallığına diqqətlə fikir verərdik. O, orta məktəb illərindən mükəmməl elmi biliklərə malik olması ilə fərqlənirdi.

Gözəl Vətənimiz Azərbaycanın elm xadimləri dünyanın hər olduqları yerində elmi səviyyələri, Azərbaycançılıq məfkurələri ilə hər zaman dünyaya nümunə olmuşlar. Bu müqəddəs Vətənin hər oba- oymağı öz gözəl insanlarının mənəvi gözəllikləri ilə daha da gözəldir. Yolumuzu intizar içərisində gözləyən mübarək Göyçə torpağı da yurdumuzun ümmanlar yetirən bölgələrindən biridir.

Göyçə mahalının Nərimanlı kəndi tarixin bütün dönəmlərində yetirdiyi böyük şəxsiyyətləri ilə seçilib. Bu gün də belədir, bu kəndin elm adamlarının statistik göstəricisi davamlı olaraq artmaqdadır. Nərimanlı kəndi dünya elminə saysız -hesabsız elmi yeniliklər bəxş etmiş 49 elm adamı yetirmişdir. Kutsal məkan olan Göyçə mahalı öz əhalisi içərisindən seçilmişlər- zəkası parlaq, düşüncəsi aydın, təfəkkürü dərin, təxəyyülü səlis, natiqliyi, elmi- analitik imkanları geniş olan beyinlər, düşüncələr yetirməyilə coğrafi pasportunu qızıl hərflərlə yazmışdır. Bütün tarixi proseslərə həmin tarixdə yaşayıb, söz və iqtidar sahibi olmuş şəxsiyyətlər rəhbərlik etmişlər, bununla da həm tarix yazmışlar, həm də tarixə yazılmışlar . Bu mənada Göyçə mahalı köksündə yatan qızıl yataqları kimi qiymətli tarixini qoynunda böyütdüyü böyük şəxsiyyətlərilə birgə yaratmışdır.

Nərimanlı kəndini şərəfləndirən alimlərimizdən biri texnika elmləri üzrə fəlsəfə doktoru, apardığı elmi-tədqiqatların nəticələri SSRİ-də Dəniz neft-qaz qurğularının layihələndirilməsi, tikilməsi və istismarı üzrə tikinti normalarına (SNİP 2.0604-82) daxil edilmiş, həmçinin Azərbaycan üzrə sahə inşaat normalarına daxil edilmiş dəniz stasionar platformalarının layihələndirilməsinin müəllifi (SİN 013600257-98), 14 müəlliflik və patent sahibi, qiymətli zəkası ilə dünya elm sisteminə 80 dən çox elmi məqalə bəxş etmiş Qurbanov Mahmud Fərhad oğlunun ailəsində, 1962- ci ildə Bakı şəhərində dünyaya göz açan Qurbanov Elşən Mahmud oğludur.

Professor Elşən Qurbanov Bakı şəhərində dünyaya gəlib, orta məktəbi də elə bu möhtəşəm şəhərdə bitrimişdir. Yay tətillərini və rüblük tətilləri Göyçədə keçirərdi. Göyçənin təbii minerallarla, qiymətli mikroelementlərlə öz keyfiyyət parametrlərini zənginləşdirən saf bulaq suları Elşən müəllimin qiymətli təfəkkürünün, geniş təxəyyülünün, dərin zəkasının formalaşmasında müstəsna rol oynamışdır desəm, səhv etmiş olmaram. Ziyalı çevrəsində, elm adamı olaraq hər yerdə hörmətlə qarşılanan alim ailəsində böyümək Elşən müəllimin həyat meyarlarını müəyyənləşdirən ən başlıca amillərdəndir. Şəhər mühitində intellektuallıq sistemi içərisində boya- başa çatması, mütəmadi olaraq kənd həyatının maraqlı tərzlərini də görməsi, atası Mahmud müəllimlə, əmisi rəhmətlik Professor Maqsud müəllimlə elin iftixarını görməsi, el qınağını, el tərbiyəsini dəyərləndirməsi Elşən Qurbanovda fərqli bir dünyagörüşünün formalaşmasına stimul olmuşdur. Şübhəsiz ki, hələ sovetlər dönəmində atası hörmətli Mahmud müəllimlə birlikdə bir neçə Avropa ölkələrinə səyahətdə və yaxud elmi konfranslarda olmağı , olimpiadalara qatılmağı onun genetik xarakterlərinin kodu ilə uzlaşan ziyalılıq prinsiplərinin əsaslarını formalaşdıran amillərdən biri kimi düşünülə bilər.

... Biz kənd uşaqlarıydıq, Elşən Qurbanov kəndə gələn zaman davranışlarına, danışıq tərzinə, elmi diskussiyalarda iştirakına, sual- cavablaşmada fəallığına diqqətlə fikir verərdik. O, orta məktəb illərindən mükəmməl elmi biliklərə malik olması ilə fərqlənirdi.

Kənddə axşamlar mal-qara otlamaqdan geri dönərkən hər məhəllənin uşaqları ayrı dəstələrlə yığışıb elmi bəhslər- suallaşmalar aparardıq. Bizim məktəb çox güclü idi. Heç Bakı məktəblərindən geri qalmadığı, bəzi hallarda irəlidə olduğu hər zaman şəhərdə təhsil alan qonaqlarımızla apardığımız bütün elmi polemikalarda hiss edilirdi. Elşən müəllimin şəhər həyatından açdığı, Bakının səciyyəvi gözəlliklərini təsvir etdiyi söhbətlər tay- tuşların marağına səbəb olardı. Onun gerçək intellektual potensiala malik olması erkən yaşlarından hiss olunurdu. Nəhayətdə isə bütün proqnozlar özünü doğrultdu. İndi artıq Professor Elşən Mahmud oğlu Qurbanov dünyanın nüfuzlu dairələrində tanınmış böyük azərbaycanlı alimdir.

O, Azərbaycan, İnqilis, Rus, dillərini mükəmməl; Türk, Yapon dillərini yüksək səviyyədə bilir.
1979-1984-cu ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində Magistr dərəcəsi, 1986-1990-cı ildə Sankt Peterburq Dövlət Texniki Universitetində “Neft və Qaz Qurğularının hidrodinamikası, layihələndirməsi və tikintisi” üzrə Fəlsəfə Doktoru (Ph.D.) dərəcəsi almışdır. 1994-1996-cı ildə Yaponiyanın Tsukuba Universitetinin, Sosial və İqtisadi Planlaşdırma fakultəsində “Beynəlxalq Müştərək Müəssisələrin və Multi-Milli Korporasiyaların İdarəolunması” üzrə xüsusi proqramın Fəlsəfə Magistri (Yaponiyanın MBA uyğunluğu) dərəcəsi almağa müvəffəq olmuşdur.

1996-1998-ci ildə Tsukuba Universitetin (Yaponiya) “İdarəetmə Elmləri və Sosial Siyasət” İnstitutunda “Yapon şirkətlərinin qeyri müəyyən bazarlarda investisiyaları”-nı araşdıraraq doktorluq dərəcəsini müdafiə edib. Yaponiyada elmi işi müdafiə etmiş ilk Azərbaycanin vətəndaşı olaraq, 1998-ci ilin fevral ayında Tokio şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevlə görüş zamanı onun doktorluq işi Ümummilli Lider Heydər Əliyevə Yaponiya rəsmi nümayəndələri tərəfindən şəxsən təqdim olunaraq yüksək səviyyədə təqdir edilmişdir.
2011-cu - 2013-ci illərdə London İqtisadiyyət Məktəbində (London School of Economics) “Beynəlxalq İqtisadiyyat və Xarici Siyasət” mövzusunda Böyük Britaniyanın Diplomatları üçün Xüsusi Proqramın məzunudur.
Professor Elşən Mahmud oğlu Qurbanovun əmək fəaliyyəti çoxşaxəlidir və dünyanın harasında olursa, olsun Azərbaycan adına ucalıq gətirən lahiyələrin müəllifi və icraçısı kimi şöhrət qazanmışdır.

1983-cü ildən Dövlət Neft Şirkətinin Layihə institunda Neft və Qaz qurğularının rəqəmsal layihələşdirilməsi departamentində mühəndislikdən başlayıb, SOCAR-da işlədiyi müddətdə Azəri-Çiraq-Günəşli layihəsinin İqtisadi əsaslandırılmasının koordinatoru olmaqla bərabər Xarici İnvestisiyalar İdarəsinin Marketing və Kontraktlar Departamentinin Müdir müavini işləmişdir.
1998-ci ildən İTOCHU Korporasiyasının Azərbaycanda Nümayəndəsinin müavini, sonra isə Yapon Azərbaycan Neft Əməliyyət Şirkətinin (JAOC) STƏM, Əməliyyatlar, Dövlət və İctimaiyyətlə Əlaqələr üzrə Baş Koordinatoru olmuşdur.
2005-ci ildən AZPROMO-nun İxrac üzrə direktoru, AZPROMO-nun Qazaxıstanda Nümayəndəliyin rəhbəri, sonra isə 2010-cu ildən Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Strateji İnkişaf və İnvestisiya Layihələri” departamentinin müdiri olub.
2011-ci ildən Azərbaycanda Böyük Britaniya Səfirliyinin Enerji Sektoru və İqtisadi məsələlər üzrə baş müşaviri olaraq Böyük Britaniyanın maliyyə qurumları ilə əlaqələr, iri miqyaslı layihələrin inkişafı və Dövlət orqanları ilə əlaqələr üzrə məsul şəxs olub.
2013-cü ildən Şotlandiyanın Ariot Vott Universiteti və Baki Ali Neft Məktəbinin professoru olaraq “Neftkimya sektorunda Biznesin və Layihələrin idarəolunması və İnkişafı”, “Neft Sektorunun İqtisadiyyatı və Layihələrinin İnkişafı” və “Strateji İdarıetmə” mövzularında aparıcı lektor olub.
2015-ci ildən özəl sektorda Maşınqayırma, Mühəndislik və Kənd təsərrüfatı sahələrində innovativ və Hi-Tech layihələrinin maliyyələşdirilməsi və inkişafına rəhbərlik edib.

2018-ci ildən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin Yanvarından Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq – BİRGƏ investisiya şirkətinin Baş Direktoru olmuşdur.
2020-ci ilin Sentyabrından Azərbacan Memarlıq və İnşaat Universitetinin Biznesin İqtisadiyyatı və Menecment kafedrasının sonra isə Layihələrin İdarə olunması kafedrasının professorudur.
Dünya Bankı, BMT İnkişaf Programı və Avropa İttifaqının və yerli qrant əsaslı təhsil və təlim, energetika, emal və sairə bu kimi sektorlarda bir sıra layihələrinin iştirakçısı və rəhbəri olub.
2013-cü ildən mütəmadi olaraq Bakı Ali Neft Məktəbi, Heriot Watt Universiteti, Jeneva Biznes Məktəbi, Qərb Universiteti dəvət olunmuş professor və ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin İqtisadiyyatı və Menecment kafedrasının professoru vəzifəsində işləyib. Dörd Magistr və bir Doktorantın elmi rəhbəridir.
Respublika televiziyasının bir sıra kanallarında iqtisadiyyat, energetika, alternativ enerji və beynəlxalq əlaqələr üzrə aparıcı şərhçidir.
Yaponiyada təhsil almış Azərbaycanlı məzunların assosiasiyasının təsisçisi və uzun müddət sədri olub.
Iqtisadiyyat, Biznes, İdarə etmə, Maliyyə, Birbaşa İnvestisiyalar, Alternativ və bərpa olunan enerji, Neft və Qaz və yeni texnologiyalar sahələrdə yetmişdən artıq elmi məqalələr, məruzələr, rəsmi və məxfi hesabatların və üç kitabın müəllifidir.
Beynəlxalq Neft Mühəndisləri (SPE) cəmiyyətinin üzvüdür.
Birinci Qarabağ Müharibəsi başlayan zaman Elşən Qurbanov da bir çox vətənpərvər insanlar kimi könüllü olaraq Vətən uğrynda döyüşlərdə iştirak etmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. 3 övladı var.

Hər kəsin bəxtinə ucalmaq yazılarsa ilk olaraq ana-atasını, ailəsini şərəfləndirər. Hər eli- obanı da öz yetirdiyi övladları ucaldar. Elin ucalıq səlnaməsinə ucalığı ilə bəzək vuran insanlar, öz adları ilə bərabər elin adını, yurdun adını, Vətənin adını uca tutarlar. Bu ucalıq mərtəbəsində özləri də ucalarlar. Bütün insani dəyərlər müqəddəs yurd yerlərimizdə ağırlaşan kişilərin qanından keçib filtrlənib, süzülüb saflaşıb öz əyarını tapmış, dünya xalqlarının xarakterlərində də sirayət etmişdir. Dünya xalqlarının da ayrı- ayrılıqda müsbət xarakterlərini incələdikə də bu xasiyyətin məhz Oğuz Yurdundan transfer olduğuna əminlik yaranır. Bu yurdun ən qiymətli meyvəsi ADAMdır. Adamlıq içərisində, adamlar içərisində adamlığı ilə sayılan dəyərli kişinin övladı olmaq da bir səadət, bir tale yazısıdır. İstənilən bir dəyərin yetişməsi üçün mühit olması vacib məsələdir təbii ki. Nəyin boy verməsini istəyiriksə onun üçün optimal mühit şəraitini müəyyənləşdirməliyik. Alimlik də belədir. Alim olmaq üçün ailə, cəmiyyət və özünütərbiyə mühiti formalaşmalıdır. Bu amillər əsasən kamil şəxsin öz qətiyyətinə, məsləkinə, amalına bağlana bilirsə demək nəticə gözlənilir və o mərdliyə bağlıdır. Qətiyyət və prinsipallıq ucalığa gedən yolun başlanğıcıdır. Amma gərək bu yolda yükün fəzilət bulağının suyu ilə yoğrulmuş xəmirdən tutula. Böyük alimlərimizdən biri, dəyərli ağsaqqalımız Mahmud Qurbanovun ömür bağçasının barı bu cür olması təsadüfi sayıla bilməz. Hörmətli Mahmud müəllimin ailəsində Professor Elşən Qurbanov yetişməli idi!

Hacı Abbas Əli oğlu Bağırov
provizor-həkim
Tibb üzrə fəlsəfə doktoru
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru


Etiket:
Xəbərlər

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024
Bütün xəbərlər