Şair Qılman İmanla söhbət zamanı Almaz Ülvinin “Göyçə mahalı Kəsəmən” kitabından oxuduğumuz mövzulardan söz açmışdıq. Söhbətdə əsasən bütün elin hörmət və ehtiramla yad etdiyi Qəşəm Aslanovun həyatı, ictimai fəaliyyəti haqqında xatirələr yad olunurdu.
Mən Qəşəm müəllimi ilk dəfə komsomola qəbul olunan zaman Basarkeçər rayon partiya komitəsinin binası qarşısında görmüşəm. Yüsif müəllim Dərə kəndindən olan bir neçə səkkizinci sinif şagirdini komsomola qəbul üçün rayona aparmışdı və mən də onların sırasında idim. Partiya komitəsi binasının qarşısında Yüsif müəllim dalğalı qara saçlarını səliqə ilə arxaya daramış, səliqəli geyimli, qalstuq bağlamış bir nəfərlə çox səmimi görüşdülər və onlar qısa söhbət edərkən Yusif müəllimin “Qəşəm müəllim,-deyə” müraciətindən bildim ki, qəzetdə yazılarını rəğbətlə oxuduğumuz, şəkilini gördüyümüz Qəşəm müəllim bu şəxsdir...
Həmin vaxtda 1964-cü ildə artıq Qəşəm müəllim Basarkeçər rayon partiya komitəsində katib işləyirdi. Onun baxışlarında nə isə, bir doğmalıq, insanlara məhəbbət, ziyalı qayğılı yanaşma hiss olunurdu. Bütünlükdə aurasında sanki bir nur qaynayırdı. Qəşəm müəllim Yusif müəllimlə söhbət edərkən bizə də nəzərlərini yönəldirdi...
- Yusif müəllim bu şagirdlərin dərs göstəriciləri necədir?
Yusif müəllim gülərək dedi:-İkisi yaxşı oxuyur, ikisi də belə də...
Qəşəm müəllim gülümsər nəzərlərlə bizə baxıb:- Çalışmaq lazımdır, yaxşı oxumaq lazımdır. Komsomolçular həmişə qabaqcıllar olmalıdır.
...İllər keçdi, 22 yanvar 1985-ci ildə Qax rayon mədəniyyət evində işlədiyim dövrdə Bakıya Yunus Rzayevin qəbuluna gəlmişdim və ondan partiya sıralarına qəbul üçün mənə kömək etməsini xahiş etmək istəyirdim. Qəbul otağında otuz-otuz beş yaşlı bir oğlan qəbul siyahısında mənim də adımı yazdı və Yunis Rzayevin otağına girib haradasa 20 dəqiqədən sonra çıxdı. Saat on bir radələri idi, mənə baxıb dedi: -siz gedin, axşam saat 7-də gəlin, nazir sizi o vaxt qəbul edəcək.
Fikirləşdim ki, saat 7-də adam qəbul etməzlər, qəbul saatı 17-00 qurtarır, yəqin bu başdansovdu bir münasibətdir. Elə bayıra çıxmaq istəyirdim ki, oğlan: -Mütləq gəlin, nazir sizin adınızı oxuyanda dedi ki, Aşıq Xanbutanın oğlusuz, sizi tanıyır... Bu sözdən sonra tam ürəkləndim və hökmən gəlməyə qərar verdim. Axşam saat 18-00 artıq qəbul otağında idim. Nəhayət, qəbula gələnlər qəbul olunub qurtardı, sonuncu adam mən qaldım və saat 19-30-da Yunis Rzayevin qəbul otağına daxil oldum. Salamımı alıb oturmağıma işarə etdi. Onsuz da gec idi və vaxtı uzatmamaq üçün qısa şəkildə bildirdim ki, partiyaya qəbul oluna bilmirəm, iki dəfə buradan sənədlərimi geri qaytarıblar ki, ali təhsillilər növbəsində gözləməliyəm. Məqsədim: partiya sıralarına qəbul olunub sonra ali partiya məktəbini oxuyub inkişaf etməkdir. İndi mənim də ümid bəslədiyim bir qohum kimi sizsiz (Babam Yusiflə Rzayevin atası Qəhrəman xala oğludurlar). O zaman fəhlə və kolxozçulara nisbətdə iyirmi nəfər kolxozçu, fəhlə sırasında bir nəfər ali təhsilli qəbul olunurdu: o da ki, kimlər “yuxarılardan” tapşırılırdı...
Yunis Rzayev məni dinləyib dedi:- Maksim Musayev (Qaxın katibi) indi bir on günlük rayonda olmayacaq, gələndə tapşıraram. Bəlkə, Mehtiabadda bir işə düzəlib işləyəsən, burada mənimlə daha yaxın əlaqə saxlayarsan, Ənvərə (Mehtiabadın PK katibi) deyərəm sənə kömək edər, qəsəbədə müvəqqəti hər hansı bir işdə işləyərsən, ev də verərlər, sonrasına baxarıq.
Dedim:-Qəşəm müəllim sağ olsaydı, o da, mənə kömək edərdi.
O,- Həə, Qəşəm sağ olsaydı, işlər daha tez, yaxşı olardı!-deyib dərindən köks ötürdü, üzünü kədər əlamətləri bürüdü. Mən Qəşəm müəllimin adını çəkməkdə öz daxilimdə peşmançılıq çəkə-çəkə düşündüm: “Axı niyə Qəşəm müəllimi xatırlatdım! Bunların nə qədər yaxın dost olmalarını el-aləm bilir. Bir yandan işim düzəlsin deyə xahişə gəlmişəm, bu biri yandan da kişinin yarasının qaysağını qoparıram!”.
Sanki Yunis müəllimə təsəlli verirəm kimi:- Dünyaya bir gün gələn bir gün də gedəcək. Qəşəm müəllimin ömürü xalq üçün verilmişdi... O, xalqın ömründən vaxtsız kəsilmiş zaman oldu, Allah rəhmət eləsin! Bir şeir dedim:
Gəl qınama Hüseyni sən,
Başım duman, ayağım çən.
Mənə:- Fikir çəkmə!- deyən,
Dünya fikir dünyasıdır.
Bu şeir Yunis müəllimi sanki xəyaldan ayırdı və soruşdu:-Bu adını çəkdiyin Hüseyn o Hüseyn Arifdir, onun şeiridir?
Dedim:-Bəli!.. Artıq saat ona işləyirdi... Dedim:- Bağışlayın, sizin çox vaxtınızı aldım!.. Mən otaqdan çıxmaq istəyəndə dedi - Birdəflik getmə, arada bir aydan sonra gəl, danış görüm nəticələr necədir. Dedim:- Bəli, hökmən sizə məlumat verəcəm,-deyib bayıra çıxdım...
24 yanvar1985-ci ildə- iki gündən sonra Qax şəhərində el qayğılı, böyük hümanist, insanlara hər zaman xeyirxahlıqla kömək olan, yüksək alicənab ziyalı ürəyinin vaxtsız dayanması xəbərini alarkən düşündüm: ”Allah yaxşı insanlara qısa ömür verir! Biz bununla kədərlənsək də, neyləyə bilərik!”
Bu qısa yazımla iki böyük Türk oğullarını, dostluğun kristallarını, zəkalı şəxsiyyətləri: Yunis Rzayev və Qəşəm Aslanovu yad etmək istədim və onlara Allahdan rəhmət dilədim. Həbib Həsənov haqqında da sonra bir yazı yazmaq qərarındayam. O böyük şəxsiyyət də qəlblərdə xeyirxah, el qayğısı çəkən ehtiramla yad olunan Türk oğludur!
Niftalı Göyçəli
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024