Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi

18:00 / 11.02.2019
Baxılıb: 4274

Rənginin ağlığına görə Ağ aşıq kimi məşhur olan Aşıq Allahverdi təxminən 1750-ci illərdə Göyçə mahalının Kərkibaş kəndində doğulub. Burada yüz ilə yaxın ömür sürüb, təxminən 1850-ci illərdə dünyasını dəyişmişdir.

Aşıq Allahverdinin yaşadığı dövr Azərbaycanda (Nadir şahın ölümündən sonra) xanlıqların müstəqilləşdiyi, eyni zamanda, bir-birilə qanlı müharibələr apardığı, bir-birinin kəndlərini, torpaqlarını ələ keçirdiyi dövr idi. Göyçə də bu qanlı müharibələrin məngənəsində tez-tez əldən-ələ keçir, soyulub talan edilirdi. Aşıq Allahverdi bir el sənətkarı, el təəssübkeşi kimi İrəvan xanlığının zorakı hərəkətlərinə, yerli kəndxudaların özbaşınalığına qarşı çıxdığına görə təqib olunur, nəhayət, əlacsız qalıb Yaxın Şərqin müxtəlif şəhərlərinə səfərlər edirdi.

Ömrünün çoxunu gəzərgi həyat keçirdiyindən aşığın tərcümeyi-halı dolaşdırılmış, hətta Şəril mahalının Kosacan kəndindən olan eyniadlı Ağ Aşıq Allahverdi ilə qarışdırılmışdır (Bu dolaşıqlığı sonralar diqqətli araşdırma aparan Əli Şamilov aydınlaşdırmışdır).

Doğrudan da, Göyçəli Aşıq Allahverdi bayatı və qoşmalarında dəfələrlə Göyçənin adını doğma eli-obası kimi xatırlamışdır:

Əzizim, Göyçəyə mən,

Qurbanam Göyçəyə mən.

Virana qalsın Urumu,

Həsrətəm Göyçəyə mən.

yaxud:

Əlqərəz, ruzumuz oldu üç batman,

Çatınca nobatım sındı dəyirman.

Yerdə qalanını apardı siçan,

Güldü Ağ Aşığa Göyçə mahalı.

 

Doğma yurdunda aşığın həyatı çox ağır keçmiş, incidilmiş, təhqir edilmiş, digər tərəfdən oğlu İsmayılın vaxtsız ölümü də aşığa bir dərd olmuşdur. Bütün bunları aşıq «Çəkirlər» rədifli qoşmasında çox aydın ifadə etmişdir:

Sığındım Göyçəyə, bu mahala mən,

Dərdim Sarı Nərdən nərgiz, lala mən.

İtirmişəm İsmayıltək bala mən,

Sinəmə çalın-çarpaz yara çəkirlər.

 

Allahverdi dərd əlindən dəlidi,

Kənddə koxa qanı soran zəlidi.

Gözüm yaşı Qığsoy çayın selidi,

Canımı atəşə, nara çəkirlər.

 

Şeirlərindən bəlli olur ki, Aşıq var-dövlət üstündə incidilib, hətta yurdundan sürgün edilib. Araşdırmalardan aydın olur ki, Göyçə tabe olduğu İrəvan xanları tərəfindən talançılığa və ağır vergilərə məruz qalmışdır. Ağ Aşıq da bunlara etiraz etdiyinə görə incidilib, var-dövləti əlindən alınmışdır. Hətta «Ağ Aşıq və Sənubər» dastanından və şeirlərindən anlaşılır ki, (Sərdara ağ dərili adamın qanının müalicə üçün lazım olması dastan yaradanların uydurmasıdır) Aşığı cəzalandırmaq üçün Sərdarın sarayına aparmışlar. Sərdar Ağ Aşığın çox mahir bir sənətkar olduğunu görüb və bir neçə il yanında saxlamış, sonra azad eləmişdir.

Aşıq kəndxudaya və Sərdar Hüseynə (Sərdar Hüseyn çox güman ki, İrəvanın sərdarı (1807-1827) Hüseynqulu xandır) münasibətini çox aydın şəkildə bildirir:

Fərraş hüzurunda qolu bağlıyam,

Müxənnət kəndxuda-sinə dağlıyam.

Haqq-ədalət hanı, dərdim ağlıyam,

Dərd bağlıyacam haçana kimi?

 

Sərdar Söyüntək sitəmkar olmaz,

Zülmündən dünyada kimsənə qalmaz.

Ağ Aşıq dərdini kimsənə bilməz,

Məlhəm arayacam haçana kimi?

Ağ Aşıq Allahverdi dövrünün çox nadir bir saz-söz ustası kimi tanındığından və başı çox bəlalar çəkdiyindən dünyasını dəyişdikdən sonra həyatı əfsanələşmiş, onun gah Sulduz mahalından, gah Naxçıvanın Kosacan kəndindən, gah da Qazaxdan olması barədə müxtəlif ehtimallar, fərziyələr yaranmışdır. Hətta onu milliyyətcə erməni qələminə verənlər də olmuşdur. Ancaq Ağ Aşığın nadir bayatıları, gəraylıları, qoşmaları və təcnisləri onun qüdrətli bir sənətkar, həm də zamanının açıqgözlü, mübariz bir şəxsiyyət olduğunu göstərir.

Məşhur saz-söz ustası Aşıq Alı da Ağ Aşığın yetirməsidir. Onlar yalnız ustad-şəyird yox, həm də çox etibarlı dost olmuşlar. Aşıq Alı, Aşıq Yıvqalı, Aşıq Zəkini, Duraxanı, Əsməri bağlamış, ustadının üzünü ağ eləmişdir. Ağ Aşıq şəyirdi Alı haqqında demişdi:

Mahalımın şah damarı,

Alqış sənə, Aşıq Alı.

Saldın kəməndə Yıvqalı,

Alqış sənə, Aşıq Alı.

 

Ustadıyın üzü ağdı,

Zəkiyə çəkdiyin dağdı.

Oğul, müjdəm xubsoraqdı,

Alqış sənə, Aşıq Alı.

 

Duraxan da gəldi dada,

Əsməri də saldın oda.

Ağ Aşığın bu dünyada,

Şöhrətisən, Aşıq Alı.

Alqış sənə, aşıq Alı.

Aşıq Alı ustadının zəhmətini itirmədi, Aşıq Ələsgər kimi böyük saz-söz ustadı yetişdirdi.

Mənbə:Qara Namozov "OZAN-AŞIQ SƏNƏTİNİN TARİXİ" kitabı


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər