Göyçənin mərd, qoçaq və cəsur kişilərindən olan Ana babam – Süsənbər Xanımın atası Abbas Yusif oğlu Əhmədovun əziz xatirəsinə itihaf olunur!
Oğuz türklərinin qədim yaşayış məskənlərindən olan Qərbi Azərbaycan torpaqları! Bu torpaqlar öz tarixi, etnoqrafiyası, toponimləri ilə məşhur olduğu qədər də, öz zəngin tarixi şəxsiyyətləri, xeyirxah mərd insanları ilə də məşhurdur. Lakin zaman elə gətirdi ki, erməni daşnakları, başkəsənləri halal torpaqlarımıza yiyələnməyə, torpaq iddiaları ilə tələblər irəli sürməyə və nəhayətdə torpaq iddiası adı altında türk-azərbaycanlı əhalisinin soyqırımını həyata keçirməyə başladılar. Məhz belə bir erməni müxənnətliyinə qarşı, soyqırıma qarşı, xalqımıza qarşı yönəldilən fitnə-fəsadlara qarşı mübarizə aparan kişilərdən biri də mənim Ana babam Abbas Yusif oğlu Əhmədov olmuşdur. Mən yazıma ayrı dürlü də ad verə bilərdim. Lakin bu başlıq yazımın qəhrəmanı, nəinki Göyçə mahalında, eləcə də bütün ətraf mahal və bölgələrdə Ermənistanın - Qərbi Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılan, adı mərd kişilər siyahısına düşən, uzun illər Ermənistanda məsul vəzifələrdə çalışan, öz millətinə, xalqına ləyaqətlə xidmət edən ziyalı, nəcib və xeyirxah bir insana layiq olduğu mərtəbəni bildirmək nöqteyi-nəzərindən çox önəmlidir!
Əsli-kökü qədim Anadolu torpaqlarına uzanan Abbas Yusif oğlu Əhmədov 1896-cı ildə Göyçə mahalının Kəvər bölgəsinin Ağzıbir kəndində Məşədi Yusiflə Məşədi Yetərin ailəsində dünyaya göz açıb. Duz-çörəkli, xeyirxah niyyətli Əhmədovlar nəslinin layiqli övladı 1915 - ci ildə Bayazet ( Bəyazit ) şəhərində rus gimnaziyasını bitirmiş, bir müddət isə gimanaziyanın özündə rus dili müəllimi kimi fəaliyyət göstərmişdir. 1918 – ci ildə ermənilər tərəfindən türk əhalisinə qarşı yönəlmiş soyqırım nəticəsində öz ailəsi ilə məcburən Gədəbəyə köçməyə məruz qalmış Abbas Yusif oğlu orada Arıqıran kəndində qaçqın soydaşlarımıza kömək məqsədilə onların qayğıları ilə məşğul olur və çox keçmədən savadı, bacarığı sayəsində irəli çəkilir.
Burada Gədəbəy rayon İnqilab Komitəsinin sədri vəzifəsinə irəli çəkilən gənc Abbas ailəsi ilə birgə 1922 – ci ildə Göyçə mahalına qayıdr. Prinsipial, əməli və işi bir olan, xeyirxahlıq və mərdlik simvoluna çevrilən Abbas Yusif oğlu çox keçmədən 1923 – cü ildə Krasnoselsk Rayon İcraiyyə Komitəsinin katibi, az sonra sədr müavinivəzifəsində, 1926-cı ildən isə Basarkeçər rayon Milis şöbəsinin rəisi, bir qədər sonra isə Basarkeçər rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilir. Məqsəd heç də Abbas Yusif oğlunun tutduğu yüksək vəzifələri sadalamaq deyil. Yüksək vəzifə postlarında sürətlə irəliləyən bir türk oğlu heç bir zaman nə kimliyini unutdu, nə öz xalqqını unutdu, nə də ki, erməni daşnaklarının millətinə- camaatına qarşı olan soyqrımını! Hər addımında, hər amalında, işində birinci vəzifəsi öz xalqını erməni daşnak millətçilərindən qorumaq oldu.
1937-ci ildə Ermənistan Torpaq Tikinti İdarəsinin rəisi, nazir müavini təyin olunan Ermənistan KP MK-nın və Zaqfederasiyanın - Zaqafqaziya Federasiyasının MİK-nin üç üzvündən biri seçilən Abbas Yusif oğlunun- bir türk oğlunun erməni millətçiləri arasında baş çıxarması, eyni zamanda öz eloğluları arasında hörmət yuyəsi olması və hər addımında öz xalqını erməni- daşnak millətçilərindən qoruması təbii ki, asan məsələ deyildi. Mühüm tarixi bir məsələni də qeyd etmək yerinə düşər, Tiflisdə Zaqafqaziya Federasiyasının üç üzvündən biri olarkən şəxsən Nəriman Nərimanovla görüşmüşdür. Və bu böyük şəxsiyyətdən hər bir zaman məhəbbətlə söhbət açardı.
O, Krasnoselsk, Basarkeçər, Dilican, Dərəlləyəz mahallarında,harada, hansı vəzifələrdə çalışmasından asılı olmayaraq hər zaman öz xalqına dayaq durmuş, sadə, yoxsul insanlara, onların haqlarının tapdalanmasına yol verməmiş, erməni fitnələrinin bir çox yerlərdə qabağını almağa müvəffəq olmuşdur. Xüsusən də azərbaycanlılar yaşayan kənd və obaların qayğı və çatışmazlıqları ilə maraqlanır, sadə insanlara daha çox yardım etməyə çalışırdı. Qeyrət təcəssümü olan kişilərlə, o cümlədən Abbasqulu bəy Şadlinski ilə olan dostluğundan hər zaman fəxrlə danışardı. Abbasqulu bəyin erməni fitnəkarlığı nəticəsində məhv edilməsini ürək ağrısı ilə danışar, bu işdə daşnakların Əli və Məhrrəm adlı azərbaycanlı satqınlardan istifadə etdiklərini təəssüflə bildirirdi.
Bir məsələni də bildirməliyəm ki, Abbas Yusif oğlu Göyçə və ətraf bölgələrin, mahalların ən mərd, qoçaq kişiləri ilə çiyin- çiyinə dayanırdı. “ Onun həmin illərdə etibar etdiyi sədaqətli dostları vardı, belə ki, Cil kəndindən Alı Xələf oğlu Alıyev, Aşıq Əli Mazanoğlu, Şişqayadan Musa Bayramov, Bala Məzrədən Topal Məhərrəm, Sədanaxaçdan Yekə Vəli, Sayad kişi, Zoddan Umud və Bəhram Qamanovlar, Dərəlləyəzdən Nadir Talıbov və b. bu siyahını olduqca uzatmaq olar. Belə ki, harada millətini sevən namuslu, fədakar insan vardısa, Abbas Əhmədov orada idi. Göyçə mahalında və ətraf bölgələrdə harada azərbaycanlı vardısa, ona kömək lazımdırsa, bu kişi orada idi.
Abbas Mazanov, Göyçə ağsaqqalı.
Abbas Yusif oğlu nəinki təkcə Göyçə mahalında, bütün ətraf bölgə və mahallarda – İrəvan şəhərində, Dərəlləyəz mahalında, Dilican, İcevan, Şəmsəddin-Vedibasar bölgələrində, bütün Ermənistan, Qərbi Azərbaycan camaatı içərisində adı hörmətlə anılır, ruhuna rəhmətlər dilənən kişilərdəndir. Onun həyat yolu əfsanəyə bənzər həqiqətlərlə, etdiyi yaxşılıqlar və xeyirxahlıqlarla doludur! Ana babam Abbas Yusif oğlunu hər zaman məhəbbətlə anmışam və onun həyatından - Məsmə nənəmdən, dayılarımdan, Anam Süsənbər Xanımdan və yaxşı kişilərdən daha biri - Atam İsmayıl Hüseyn oğlu Əliyevdən, digər ağsaqqal-ağbirçəklərdən eşitdiyim ibratamiz hadisələrdən bir neçəsini Sizlərin diqqətinə çatdırmaq istərəm.
Göyçə camaatının, ətraf bölgələrin insanlarının içərisində Abbas Əhmədov və Qaçaq Qurbanla bağlı əfsanə, rəvayətə bənzər söhbətlər hər zaman məhəbbətlə anılır. Belə ki, Sovet hakimiyyətinin ilk illərində, təqribən 30-cu illərdən qaçaq düşən Qurban adlı mərd bir gəncdə dağlara çəkilir. Qaçaq Qurban adı ilə məşhurlaşan bu şəxs əslən Göyçə mahalının Hacımuğannı kəndindən olub. Qaçaq düşüb dağlara çəkildiyi məkan Basarkeçər rayonunun Canəhməd kəndinin dağları ona məskən olmuşdur. Erməni millətçiləri onu tutmaq üçün dəfələrlə hiylə işlətsələr də buna nail ola bilməmişlər. Məhz həmin illərdə Basarkeçər rayon Milis idarəsinin rəisi- naçalniki işləyən Abbas Əhmədov çox düşünür.
Onun qarşısında Qaçaq Qurbanı ya öldürmək, ya da tutub dövlətə təhvil vermək tələbi qoyulur. Abbas Yusif oğlu kimi bir kişi Qurban kimi mərd bir igidi erməni millətçilərinə təbii ki, verməzdi. Nəhayətdə onlar hər ikisi gizli şəkildə Canəhməd dağlarında görüşürlər. Abbas Əhmədov tək və silahsız gedir bu görüşə. Bu görüşün təfərrüatlarınadək hamısını sonralar mənə Atam İsmayıl Əliyev danışıb. Olduğu kimi Sizlərə çatdırıram: “ Abbas əmim onunla görüşün bütün detallarını mənə danışırdı. Canəhməd dağlarında yamacda yerləşən sal daşların üzərində oturub xeyli söhbət etdik. Biri cavan, yeni qurulmuş Sovet dövlətinin gənc çekisti, digəri isə “ dövlət düşməni ”. Mən onun mərdliyinə şübhə etmədiyim kimi, o də mənə etibar edib gəlmişdi. Onun mənə hörməti vardı və özü də etiraf etdi ki, Abbas Qağa - Yoldaş Əhmədov, nə desən onu edəcəyəm, ancaq məni erməni daşnaklarına vermə! Abbas Əhmədovla Qaçaq Qurban xeyli söhbət edirlər: - Qurban, mən səni nə ermənilərə, nə də hökümətə verən deyiləm. Ancaq ermənilərin məqsədi səni məhv etməkdir. Dəstənin içərisinə satqın birisini salıb səni öldürə də bilərlər, ermənilərə yerini sata da bilərlər. Mənsə bu halların baş verməməsi üçün sənin kimi igid bir türk oğlunun məhv edilməsinə göz yuma bilmərəm. Məsləhətim budur ki, paltarını dəyiş, sərhədi keçib ya Türkiyəyə, ya da İrana keç! O məqamda Qurban ona məxsus olan, heç bir zaman kimsəyə belə etibar etmədiyi “ Çalka ” adlı olduqca gözəl göy ürgənin cilovunu mənə verib dedi:- Abbas Qağa mən istəyirəm ki, bu atı - “ Çalka ”nı sənin kimi mərd bir kişi minsin. Bilirsən ki, bizlərdə at, qadın və papaq kişinin qeyrəti sayılır. Lakin qoy sənin kimi bir türk oğlu minsin bu atı, nəinki erməni dığaları! Hər iki kişi oğlu kişi kişilər kimi ayrılırlar. Deyilənlərə görə, Qaçaq Qurban paltarını- simasını dəyişib Türkiyəyə, yaxud İrana keçib. Çox ehtimal ki, orad oğul- uşaq sahibi olub. Göründüyü kimi mərdin adı elə mərd kimi qalır, namərdin isə qəbri də daş- qalaq olur. “ Çalka ”nı isə Abbas Əhmədov uzun illər sədaqətli dost ərmağanı kimi qorudu, onunla uğurdan-uğura addımladı. Tarixə isə A. Əhmədovun, istərsə də Qurbanın adı kişilik simvolu kimi yazıldı. Məlum, yoldaş Əhmədov kimi kişilər nə vəzifələrini itirməkdən qorxurdular, nə də ki,var-dövlətlərini. “ Kişilər ölür, kişilik ölmür ”- İsmayıl Hüseynoğlu. Təbii ki, onun kimi bir şəxsin prinsipiallığı, mərdliyi kimsənin haqqını kimsəyə tapdatmaması, milləti yolunda fədakarlığı və bu yolda bir fədai olması dillər əzbəri idi. Onun qorxmazlığı, xarakteri erməni millətçilərini nə qədər qıcıqlandırsa da, əsl kişi olan şəxslər nə yolunu dəyişir, nə də ki, əqidəsini. Abbas Yusif oğlunun adı, doğru sözü, sözübütovlüyü, gözütoxluğu, səxavəti, insanlara havadar, dayaq durması uzun illər Göyçə mahalının kənarlarında belə danışıq predmeti olmuşdur. Sonralar 1941- 45 –ci illər Böyük Vətən Müharibəsi dövründə Göyçə dağlarına sığınan qaçaqlar bir çox vəzifə adamlarının ev-eşiklərini yağmalayıb aparsalar da, nəinki Abbas Əhmədovun evinə, onun yaşadığı Dərə kəndinə, onun camaatına barmaqlarının ucunu belə toxundurmadılar. Çünki, o kişinin şəxsiyyətinə, mərdliyinə hörmət- izzət vardı insanlar arasında, hətta qaçaqlar arasında belə. Abbas babamla bağlı daha bir epizod- Krasnoselsk rayonu, Cil kənd sakini, şair- publisist, təsərrüfat rəhbəri, dövlət xadimi olmuş, hazırda Bakı şəhərində yaşayan Abbas Əli oğlu Mazanovdan eşitdiyim daha bir fakt diqqətə layiqdir, bu hadisə A. Əhmədov Basarkeçər rayon İK-nin sədri vəzifəsində işlədiyi zaman baş verib.
A, Əhmədova xəbər çatır ki, İrəvandan dəstək alan erməni gədaları rayonda ermənilərin sayını artırmaq, azərbaycanlıların sayını heçə endirmək məqsədi güdən tədbirlər hazırlayıb həyata keçirmək niyyətindədirlər. O tədbirlərdən biri isə Zod kəndi ətrafında yerləşən boş əkin sahələrində ermənilərdən ibarət çoxlu sayda sovxozların yaradılması təşəbbüsü ilə çıxışlar etməyə başlamışdılar. Bunu eşidən Abbas Yusif oğlu məsələnin nə yerdə olduğunu, erməni məkrinin uzaqlara yönəldiyini dərhal anlayır. Və dərhal işə başlayır, büronu toplayır və məsələni qəti qoyur: Basarkeçər rayonu 90%-dək türk- azərbaycanlı əhalidən ibarətdir. Yenidən erməni- azərbaycanlı qarşıdurması yaratmaq istəyənlərə mənim cavabım belədir, məsələni təcili hökumətə və Moskvaya - Kremlə çatdırmaq! Belə bir cəsarətli addımdan qorxan erməni daşnak gədaları geri çəkilirlər.
Məsələni Ermənistan MK-nə və Kremlə teleqram vasitəsilə bildirən Abbas Əhmədov ermənilərin bu arzusunu da gözlərində qoyur. Bax budur A. Əhmədov kimi kişilərin kişi hünərləri və öz xalqına sevgisi, köməyi, arxa- dayaq olması! Belə faktlar babamın həyat tarixçəsində olduqca çoxdur. Daha bir fakt isə yenə də onun şərəfli ömür yolunu daha da bəzəyir. Təşkilatçı, savadlı, prinsipial olan bu şəxs erməni məkrinin nə demək olduğunu gözəl bilirdi və heç bir zaman erməni müxənnətlərinə yenilmədi. Onun kimi kişilər Qərbi Azərbaycan türkləri üçün əvəz olunmaz şəxslərdəndir. Qorxu- ürkü nədir bilməyən bu şəxsiyyət lazım gələrsə, öz xalqının yolunda hər an fədakarlığa belə hazır idi.
1920-ci illərdən həyat yoluna atılan bu şəxs əmək fəaliyyəti ərzində Göyçə gölü hövzəsi, Dərəlləyəz mahalı, Dilican, İcevan, İrəvan ətrafı bölgələrdə yaşayan azərbaycanlıların hüquqlarıın müdafiəsi, savadlanması üçün təhsil müəsissələrinin açılması, sadə, yoxsul insanlara əl tutmaq kimi bir çox xeyirxah işlərdə adı hamıdan çox hallanan şəxsdir. Və belə şəxsiyyətlərə tarixdə hər zaman ehtiyac duyuldiğu etiraf olunmalıdır. 1923- 37-ci illərdə Göyçə ətrafı rayonlarda məsul vəzifələr tutan, Daxili İşlər Komissarı, Milis naçalniki- milis rəisi vəzifələrində işləyən Abbas Əhmədov sovxoz və kolxozların yaradılması adı altında azərbaycanlı əhalinin əmlakının müsadirə edilməsi, bir çox qoçaq və varlı, imkanlı insanların, ziyalıların kulak damğası adı altında gedər-gəlməzə göndərilməsinin qarşısının alınması kimi işlərdə əlindən gələn köməyi öz camaatından əsirgəməmiş, hər vəchlə xalqına havadar durmuşdur.
Onun gizli tapşırığı əsasında imkanlı şəxslər var-dövlətinin bir hissəsini gizlətməyə müvəffəq olur, özlərinin isə qaçaq adı altında İrana, Türkiyəyə çıxıb gütməsinə şərait yaradılırdı. Təbii ki, əsas məqsəd erməni, bolşevik məhbəsindən azərbaycanlı əhalisini qorumaq idi. Göründüyü kimi bu şəxsin adı bu gün də Qərbi Azərbaycan əhalisi arasında mərdlik- kişilik rəmzi kimi yaşamaqdadır. Abbas Əhmədovun yaşadığı zamanların şahidi olan qocaman şəxslərdən alınan xatirələr əsasında daha bir maraqlı halla rastlaşdım. Həmin xatirə-yazılardan səhifələr: “ Minlərlə ziyalılarımızın, alim və elm xadimlərimizin olması bir daha onu sübut edir ki, belə insanlar olmasaydı, bu dərəcədə mənfi təsirə məruz qalan yerli camaatın içərisindən bu qədər potensial imkana malik görkəmli şəxslər yetişməzdi və həmin ərazidə belə bir ab- havanın yaradılmasını Abbas müəllim kimi şəxsiyyətin adı ilə bağlamaq sözsüz ki, təqdirə layiqdir. Həmin dövrlərdə qana susamış fitnəkar ermənilər bir çox kütləvi xarakterli işləri həyata keçirirdilər, belə böhtanların bir nümunəsi də Göyçə mahalından olan, öz təşkilatçılıq qabiliyyəti ilə sayılıb-seçilən Zodlu Bəhram Qamanovu guya işində buraxdığı ciddi nöqsanlara və dövlətçilik ənənələrinə zidd hərəkətlərinə görə cinayət işi qaldırmaları idi. Lakin Abbas Əhmədovun birbaşa Ermənistan Mərkəzi Komitəsinə, Erm. Ali Məhkəməsinə müraciətindən sonra Bəhram Qamanova qarşı qaldırılmış ittihamlara xitam verilir ”.
Nədən Göyçə yetirməsi Abbas Yusif oğlu Əhmədov kimi kişilərin adlarının Azərbaycan xalqının tarixinə qızıl-qızıl hərflərlə yazıldığı artıq məlumdur. Əgər vaxt tapıb oxuyanlar olarsa minnətdar olaram! Çünki xalqımızın keşməkeşli, cəfakeş və fədakar həyat yollarında mənim də soy-kökümün azacıq da olsa əməyi varsa fəxr etməyə dəyər! Fəxr etdim Anam Süsənbər Xanımla, Atası- Babam Abbas Əhmədovla, fəxr etdim nənəm Məsmə Xanımla, fəxr etdim Əhmədovlar nəsli ilə və Atam İsmayıl Əliyevlə- Əliyevlər nəsli ilə, Göyçə, Azərbaycan tarixində yaşamaq qüdrətinizlə fəxr etməyə dəyər!
R. S.Onu da qeyd edim ki, yazıya verdiyim başlıq ana nənəm Məsmə Mamamız tərəfindən Abbas babamızın vəfatından sonra onun qədir-qiymətini, kimliyini bildirən ifadə idi, bəzi hallarda isə nənəm öz həyat yoldaşına “ Tərlan Əhmədov ” deyə müraciət edərdi. Bəli, A. Əhmədov kimi kişilərə öz ailəsi tərəfindən verilən dəyər, qiymət məhəbbətin ən bariz nümunəsi kimi bu günkü nəsillərimizə örnək olmalıdır.
Məlahət İsmayılqızı Əliyeva.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024