Üzeyir Hacıbəyovun aşıq sənəti haqqında qeydləri

15:00 / 24.11.2018
Baxılıb: 3566

Böyük sənətkar Üzeyir Hacıbəyov öz yaradıcılığı boyu aşıq sənətini öyrənmiş, ona qayğı ilə yanaşmış, ədəbi dil yaradıcılığında ondan bir qida mənbəyi kimi istifadə etmiş, özü də yeri gəldikcə bu sənət haqqında bir sıra qiymətli fikirlər söyləmişdir. Onun “ Aşıq ” sözünün mənşəyi, aşıq sənətinin təsnifi, aşıq musiqisinin bölgüləri, bu sənətin hazırki vəziyyəti və gələcəyi haqqındakı mülahizələri aşıq sənətinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Üzeyir Hacıbəyovun birinci aşıqlar qurultayındakı nitqi bu cəhətdən qiymətli mənbələrdən biridir. Müəllif həmin nitqində aşıq sözünün mənşəyini araşdırarkən həm məxəzlərə, həm də aşıq yaradıcılığının özünün tarixi inkişafından irəli gələn dəlillərə əsasən bir sıra qiymətli fikirlər söyləyir. O, göstərir ki, “ aşıq ” ərəb sözü olub, aşiq olmaq, sevmək, vurulmaq deməkdir. Əlbəttdə, həmin aşıqlar bu gün aşıq sənəti adını daşıyan aşıqlar deyil, onlara şeir və musiqi “ haqdan ” verilmiş və özləri də haqq aşığı hesab edilirlər. Sonrakı aşıqlar onların adı ilə bağlı dastanlar yaratmış, musiqi bəstələmiş, şeirlər qoşmuş və xalq arasında geniş yaymışlar. Bugünkü aşıqlar aşıq adını bir peşə və ya sənət sahəsi kimi daşıyır, keçmiş aşıqların adını müqəddəs tutur, onların haqqında yaranmış əsərləri yaşadır və kəndbəkənd gəzərək, bu sənəti inkişaf etdirirlər. Aşıq sənətinin müxtəlif dövrlərdəki taleyindən bəhs edən müəllif onun bugünkü mərhələsində dövlət tərəfindən xüsusi qayğı göstərilməsini dönə-dönə qeyd edirdi və eyni zamanda göstərirdi ki, Xalq Maarif Komissarlığı incəsənətin ayrı-ayrı sahələrinə böyük əhəmiyyət verdiyi halda, xalqın içərisində yetişib xalqın həyat və məişəti ilə daha çox bağlı olan aşıqlar unudulmuş, demək olar ki, yaddan çıxmışdır. Məhz buna görə də şəhər məişətində böyük şöhrət qazanmış və get-gedə kənd məişətinə nüfuz edən sazəndələr (xanəndələr) aşıq sənətinin kənd əhalisi arasındakı böyük şöhrətinə təsir edir və gələcəkdə onun zəifləməsinə səbəb olmaya bilməz. Böyük bəstəkar qurultaydakı nitqində göstərirdi ki, aşıq sənəti daha xəlqi, daha kütləvidir. O, xalqın əhval-ruhiyyəsi ilə yaşayır. O, iqtisadi cəhətdən də zəhmətkeş xalq ilə bağlıdır. Aşıq sənəti xalqın özünün yaradıcılığıdır. Xalq yaradıcılığı isə heç bir texniki, metodiki kömək qəbul etmir. O, öz-özünə xalqın mədəni, iqtisadi-siyasi səviyyəsi ilə bərabər inkişaf edir. Bu, elə bir sənət sahəsidir ki, orada şairin də, yazıçının da, ədəbiyyatşünasın da, bəstəkarın da, xanəndənin də, rəqqasənin də istədiyi qədər götürə biləcəyi payı vardır. Deməli, aşıq sənəti çalmaq, oxumaq, oynamaq, söz qoşmaq, dastan və nağıl söyləmək kimi incəsənətin bir çox növlərini özündə birləşdirən zəngin sənət sahəsidir. Böyük bəstəkar məhz buna görə də sonralar qeyd etdiyi kimi milli musiqinin və özünün əsasını qoyduğu Azərbaycan opera sənətinin geniş kütlə tərəfindən sevilməsinin səbəblərini xalq yaradıcılığından və aşıq sənətindən istifadə olunmasında görürdü. Ü.Hacıbəyov 1926-cı ildə “ Maarif və Mədəniyyət ” jurnalının 1-ci nömrəsində nəşr etdirdiyi “ Azərbaycan musiqi mədəniyyətinə bir nəzər ” adlı məqaləsində aşıq sənətində ifaçılıq üsulunun təsnifini vermişdir. Həmin təsnifləşdirməni birinci aşıqlar qurultayındakı çıxışında bir qədər də işləyib təkmilləşdirmişdir. Eyni təsnifləşdirməni bəstəkar Azərbaycan xalq musiqisində də aparmışdır. Ü.Hacıbəyov aşıq musiqisini iki kateqoriyaya bölür: epik və lirik. “ Kərəmi ”, “ Koroğlu ” və başqa epik musiqi növləri dastanın qəhrəmanının adı ilə bağlı olur və oradakı şeir parçaları həmin musiqi havasında oxunur. Aşıq musiqisinin ikinci kateqoriyası ayrı-ayrı şeir janrlarının adı ilə bağlı olub, onun oxunmasında istifadə olunur (dübeyt, müxəmməs, təcnis və s.). Üzeyir Hacıbəyov qurultaydakı çıxışında klassik aşıq irsini öyrənmək, müasir aşıq sənətini canlandırmaq və yüksək mədəniyyətli incəsənət sahəsinə qaldırmaq üçün bir sıra tədbirlər irəli sürürdü. Onlardan əsasən aşağıdakıları göstərmək olar:

1) Qurultay ictimai, siyasi və iqtisadi cəhətdən aşıqlara kömək etməli, onları yazıçılar ittifaqı üzvlüyünə qəbul etməli, yaradıcılığa ruhlandırmalı, xalq yaradıcılığının əsas nümayəndələri kimi istedad və qabiliyyətlərinə qiymət verməlidir.

2) Aşıq musiqisi digər incəsənət növləri kimi həmişəlik radiokonsertə daxil olmalı, saz ilə tar bir dinməlidir.

3) Aşıq sənətinin ictimai-siyasi əhəmiyyəti, elmi cəhəti, etnoqrafik xüsusiyyəti öyrənilməli, bir elm sahəsi kimi tədqiq edilməlidir.

4) Nəhayət, qurultay mədəni irsimiz içərisində musiqi mədəniyyətimizin yeni bir sahəsini, onun ictimai, iqtisadi, tarixi-mədəni əhəmiyyətini qiymətləndirməlidir.

Böyük sənətkarın 1938-ci ildə ikinci aşıqlar qurultayında etdiyi məruzəsi aşıq sənətinin nəzəri məsələlərinə dair çox qiymətli elmi mənbələrdəndir. O, məruzəsində “ aşıq sənəti xalq musiqi yaradıcılığı işində bu gün böyük rol oynamalıdır ”, “ aşıq sənəti ən yüksək dərəcəyə qalxmaq qabiliyyətinə malikdir ”, “ aşıq sənətinin kompozitorlara təsiri ”, “ aşıq sazının pərdələri ” kimi mühüm problemlərin öyrənilməsini qarşıya qoyurdu.

Ü.Hacıbəyov xalq musiqisindən istifadə etdiyi kimi, özü yazdığı səhnə əsərlərinin də mövzusunu aşıq yaradıcılığından, xalq ədəbiyyatından götürmüşdür. “ Leyli və Məcnun ”, “ Şeyx Sənan ”, “ Rüstəm və Zöhrab ”, “ Şah Abbas və Xurşud banu ”, “ Əsli və Kərəm ”, “ Harun və Leyla ” Azərbaycanın və Şərqin klassik ədəbiyyatından, xalqın şifahi yaradıcılığından, nağıl və dastanlarından alınmışdır. Bu obrazlar və süjetlər xalqın yaradıcılıq süzgəcindən keçmiş, Şərqin böyük klassiklərinin ecazkar qələmində işlənmiş, bəşəriyyətin əbədi əsərlərinə çevrilmişdir. Ü.Hacıbəyov isə onları bir daha olduğu kimi səhnədə canlandırmaq məqsədi ilə deyil, səhnənin tələblərinə uyğunlaşdırmış, hadisələri daha da dramatikləşdirmiş, obrazların dünya görüşünü,zəmanəyə münasibətini yenidən işləmiş, onların düşüncələrinə yeni ictimai don geydirmişdir. Ü.Hacıbəyov, mövzusunu xalq arasında daha çox yayılmış və ən dərin dramatik konfliktə malik olan “ Əsli və Kərəm ” dastanından aldığı eyni adlı operası istər musiqi, istərsə bədii təsvir vasitələri, ifadə tərzi etibarilə həm Azərbaycan dastanı, həm də xalqın bədii yaradıcılığı ilə bəhrələnmişdir. “ Əsli və Kərəm ” dastanının Gəncə və İsfahan adı ilə bağlı olan iki variantı daha məşhurdur. Müəllif İsfahan variantından istifadə etmişdir. Bu qolu seçməkdə görünür əhvalatların daha dramatik olması, qəhrəmanın daha ağır iztirablar keçirməsi, hadisələrin Azərbaycan ərazisindən xaricə düşməsi kimi üstünlüklər ona daha geniş imkanlar vermişdir.

Böyük bəstəkar “ Şah Abbas və Xurşud banu ” operasının süjetini xalq nağılından götürmüş, müəllifə daha çox şöhrət qazandıran “ Koroğlu ” operasında isə aşıq musiqisindən geniş istifadə etmişdir. Bəstəkarın özünün qeyd etdiyi kimi “ Koroğlu ” operasının bu qədər sevilməsinin səbəbi xalq təfəkkürü və xalq ruhu ilə bağlı olmasındadır. Ü.Hacıbəyovun aşıq sənəti haqqında olan elmi, nəzəri görüşlərinin azəri musiqi mədəniyyətinin və şifahi xalq ədəbiyyatı-nın öyrənilməsində böyük əhəmiyyəti vardır.

Mənbə: QARA NAMAZOV " OZAN-AŞIQ SƏNƏTİNİN TARİXİ " kitabı


Etiket:
Xəbərlər

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022
Bütün xəbərlər