Ömürdən qalan izlər

17:30 / 19.11.2018
Baxılıb: 2372

İnsan dünyaya gəlir və ona yazılmış ömrü yaşayır, sonra da bir saniyədə gözlərini əbədi yumub əbədiyyətə qovuşur. Əslində onun mənəvi ömrü bundan sonra başlanır. Amma bu da hamıya qismət deyil. Çünki sən ikinci ömrünü öz əməllərinlə, xeyirxahlığınla, xalqına, millətinə xidmətinlə, yaratdıqlarınla və digər məziyyətlərlə elə qazanmalısan ki, unudulmayasan. Unudulmamaq! Bilmirəm, başqaları bunu necə qiymətləndirirlər, mənim düşüncəmə görə xoşbəxtliyin bir rəngi də elə budur. Ən dəhşətli məqam unudulmaqdır. Dünyada etibardan, vəfadan da gözəl dəyər yoxdur ki, əzizlərinə, doğmalarına, millətinin fədakar, ləyaqətli övladlarına sədaqətli olasan, onları anasan, tanıdasan. Belə bir müdrik fikir var " unutma ki, unudulmayasan ”. Hərdən qürur duyuram ki, əlimə qələm aldığım gündən mənim yazılarımın əsas istiqaməti məhz belə şəxsiyyətləri xatırlamaq olub. İndi çalışdığım televiziya kanalında da elə bu amala xidmət edirəm. Bu yaxınlarda maraqlı, mənalı, həm də keşməkeşli ömür yaşamış bir şəxsiyyətin övladları ilə söhbət edirdim, xatirələr bizi çox uzaqlara apardı. Duydum ki, təzadlı, amma şərəfli həyat yoluna imza atmış bu vətən oğlu və millət aşiqi barəsində mütləq yazmalıyam. Çox dürüst deyimdir ki, insan yad edildiyi qədər yaşayır. Onun ailəsi Zəngəzur mahalının Qarakilsə bölgəsinin (sonradan adı Sisian rayonu) Comərdli kəndində yaşayırdı. Salvartı dağının ətəyində yerləşən Comərdli azərbaycanlıların yaşadığı gözəl kəndlərdən biri idi. Bu kəndin yerli əhalisi qədim türk tayfası Kəngərlilərə məxsus ailələrin məskunlaşması hesabına yaranmışdır. Burada yaşayan insanların əsas məşğuliyyəti taxılçılıq, tərəvəzçilik, heyvandarlıq və s. idi. Evə çörək pulu gətirmək üçün bəzi cavanlar Bakıda neft mədənlərində çalışırdı. Bu gənclərin arasında Hüseyn də var idi. Təzəcə evlənmişdi. Yaxşı iş qurmaq, Bakıda ev almaq ailəsini yanına gətirmək arzusundaydı. Müjdəli bir xəbər onu Comərdliyə qanadlandırıb. Evdəki körpə qığıltısı ürəyini dağa döndərib. Humay adlı qızına Tanrı qardaş qismət eləmişdi. Körpəyə atasının ismini verib: Rzaqulu (vaxt gələcək o da öz oğlunun adını Hüseyn qoyacaq-F.X.) və köksünə sıxaraq " qayıdışın mübarək olsun, atam ” pıçıldayıb. Amma... Bu xoş günlərin ömrü çox az olub. Erməni vəhşilərinin Zəngəzurda törətdikləri qan-qadanın illərə düşən ləpirləri pozulmaq bilmirdi. 1905-1907, 1915, 1918-ci illərdə soydaşlarımızın başına gələn fəlakətlər nəticəsində yalnız yaşayış yerlərimiz, evlərimiz yandırılıb, talan edilmədi. İnsanlarımız minbir vəhşiliklə qətlə yetirildi. Həmin vahiməli illərdə Hüseynin də ailəsi bu zülmə tuş gəldi. Daşnaklar neçə-neçə ailəni başsız qoydular. Rzaqulu da, bacısı Humay da doğmalarını, valideynlərini bu faciənin nəticəsində itirdilər. Daşnaklardan qurtulanların bir qismi Naxçıvana üz tutdu. Hüseynin bacısı İzzət xanım qətlə yetirilmiş qardaşlarının balalarını çox uzun zillətdən sonra tapdı. Onları bağrına sıxaraq bu çarəsizlərə nəinki bibilik, əsil analıq etdi. Beləliklə, Razaqulu, bacısı və digər yetim qalmış əmiuşaqları da Əlirza kişi ilə İzzət xanımın himayəsində böyüdülər, həyatın sitəmlərinə qalib gəldilər. Ailə böyük, dolanışıq ağır və çətin illər idi. Amma ailədə olan xoş ovqat, səmimiyyət, münasibətdəki mehribançılıq hamını ürək və can yanğısında birləşdirdi. Birlik dirilik gətirər. Əlirza Əliyev öz uşaqları ilə birlikdə Rzaqulunun da oxuması üçün mənəvi və maddi dayaq ola bildi. Əmək fəaliyyətinə erkən başlayan Rzaqulu Quliyev sonralar müxtəlif ali məktəblərdə təhsil alıb. 1944-cü ildən Azərbaycan respublikasının dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb və 35 il bu orqanlarda nümunəvi xidmət edib. İctimai-siyasi həyatın fəal iştirakçısı olan Rzaqulu Quliyevin xalq arasında böyük nüfuzu və hörməti var idi. Onun əmək kitabçasına çox bölgələrimizin adı düşüb: Şərur, Ordubad, Naxçıvan, Əli Bayramlı, Bakı... Harada, hansı vəzifədə çalışmasına baxmayaraq, həm öz işində nümunəvi olub, həm də insanlara can yanğısı ilə yanaşıb. Əslində uşaqlıq illərində ermənilərin törətdiyi talançılıq və soyqırımılardan çəkdiyi əzablar onu çox həssas, qəlbiyumşaq etmişdi. Millətini çox sevirdi, bax buna görə də, hər kəsə kömək əlini uzatmağı, xeyirxahlığı bacarırdı. Sinəsində mərhəmətli ürək döyünürdü. Baxmayaraq ki, ona üz tutanlar əslində öz şikayətlərini başqa ünvanlara bildirməli idilər. Onların problemlərini həll etmək Rzaqulu Quliyevin missiyasına aid deyildi, amma o, heç kimin ürəyini qırmaz, naümid qaytarmazdı. O, çalışdığı rayonun, şəhərin həyatı ilə yaşamağı bacarırdı. Burada bir həqiqəti də etiraf etmək lazımdır. Rzaqulu Quliyev elə zamanda təhlükəsizlik orqanlarında çalışıb ki, millətimiz repressiyalardan yeni çıxmışdı, ikinci dünya müharibəsinin acılarını yaşamışdı. Hər iki zülmün vahiməsi canlardan çəkilməmişdi də... Başı hər cür bəla çəkmiş insanlarımız DTK-ya birmənalı münasibət bəsləmirdi. İnanan da var idi, ehtiyat edən də, amma Rzaqulu Quliyevi hamı sevirdi. Ondan nəinki qorxmurdular, əksinə ona etibar edirdilər, hətta bütün dərdlərini Rzaquluya danışır, ondan imdad istəyirdilər. Yaxından tanıyanların xatirələrindən bəlli olur ki, Rzaqulu Quliyev sadə, təvazökar, əməksevər idi. Həssas və soyuq düşüncəyə, alovlu ürəyə, eləcə də çirkaba bulaşmamış əllərə malik bir şəxsiyyət kimi yaddaşlara iz salıb. Ustad jurnalistimiz Elmira Axundova " Təmiz ad qoyub getdi ” adlı məqaləsində qəhrəmanımızın məziyyətlərini belə ifadə edib: " Rzaqulu böyük həyat məktəbi keçmiş, zəngin təcrübəyə malik insan idi. O, elə bil operativ işçi doğulmuşdu. Bununla yanaşı, son dərəcə təmiz qəlbli, alicənab insan idi ”. Sözü ilə işi düz gələn, ictimai borcunu hər şeydən yüksəkdə görən Rzaqulu Quliyev bacarıqlı kəşfiyyatçı, mətin çekist idi. O, xalqın, millətin maraqlarını həmişə şəxsi istəklərindən üstün tutardı. Onda insanlarla işləmək, insanı dinləmək, onun problemlərini duymaq istedadı var idi. O, insanların statusuna, sosial vəziyyətinə məhəl qoymadan onlara kömək edirdi... Onda ədalət hissi güclü inkişaf etmişdi. Xırdaca ədalətsizlik onu özündən çıxarırdı. (Elmira Axundova). Bu məqamda bir haşiyə çıxmağı da özümə borc bildim. Rzaqulu Əlirza Əliyevin ailəsində böyümüşdü. Onun tərbiyə aldığı mühit elə mənəvi dəyərlərlə zəngin idi ki, başqa cür olmaq da mümkün deyildi. Xüsusi ilə də Heydər Əliyevlə olan yaxınlıq, doğmalıq, hətta həyata baxışlarındakı eynilik onları qohumluqdan çox, dost etmişdi. Aralarında 8 yaş fərq var idi. Heydər Əliyev böyük məhəbbətlə ona " dayı ” deyirdi. Rzaqulu Quliyevin yadigarı, sevimli qızı Zərifə xanım əzizləri arasındakı ünsiyyətin rəsmini sözlərlə belə çəkir: " Gənclik çağlarında onlar bir yerdə yaşamışdılar və xüsusiyyətlərindəki oxşarlıq dərhal özünü büruzə verirdi. Söhbətləri də, zarafatları da tuturdu. Heydər Əliyev atamı sevməklə yanaşı, ona böyük kimi çox hörmət edirdi. Onların xətti də, hətta imzaları da oxşar idi. Ədəbiyyata, musiqiyə çox maraq göstərərdilər. Eyni zamanda, bir neçə dil öyrənmişdilər ”. O dövrün müxtəlif mükafatlarına, orden və medallarına layiq görülmüş Rzaqulu Quliyev 1979-cu ildə " İnturist ” Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bununla yanaşı, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində rəisi müavini və Bakı Xalq Deputatları Sovetinin deputatı olub. Həyat yoldaşı Zərri xanımla birlikdə üç övlad böyüdüblər: Hüseyn Zərifə, Aidə. Nə xoş ki Rzaqulu Quliyevin oğul və qızları atalarının arzu və diləklərinin çiçək açması üçün əsl fədakarlıq göstərərək ləyaqətli ömür sürür və faydalı işlə məşğuldurlar. Siyasətimiz, sağlamlığımız, yaşayışımız - bu üç amilin möhkəmliyi yolunda əllərindən gələni səfir, həkim və iş adamı kimi əsirgəmirlər. 1982-ci ilin aprel ayı.... İşlədiyim " Azərbaycan müəllimi ” qəzetində növbətçi idim. Bildirildi ki, nekroloq gözlənilir. Qara xəbər tez yayılır. Məlum oldu ki, dünyasını dəyişən Rzaqulu Quliyevdir. İnanılmaz idi. Heç 67 yaşını belə tamamlamayan, möhkəm iradəli şəxsiyyət kimi tanıdığımız bu unudulmaz insanın zahiri görkəmi də belə təsir bağışlayırdı, amma çəkdikləri onu içindən yeyirmiş. Tezdən işə gedərkən qəfildən dünyasını dəyişib... O ağır günü göz yaşları ilə xatırlayan Zərifə Quliyeva söyləyir: " Əvvəlcə özümüzü itirdik. Sonra lazımi yerlərə zəng etdik. Heç on dəqiqə çəkmədi ki, Zərifə xanımla Heydər Əliyev bizə gəldilər. İndiki kimi yadımdadır, Heydər Əliyev iki əliylə başını tutaraq əyləşdi. Onun dediyi hüzünlü sözlər hələ də qulaqlarımdan çəkilməyib: " ...mənım bir hissəm ölüb ”. ...Şəkillərə baxıram. Heydər Əliyevlə Rzaqulu Quliyevin birlikdə çoxlu fotosu var. Sonuncusunda da ümummilli liderimiz dərin bir hüznlə gənclik dostunun, doğmasının tabutunu çiynində aparanların ön sırasındadır. Yadıma 34 il öncə nekroloqda oxuduğum son cümlə düşdü: " Azərbaycan xalqı öz sədaqətli və fədakar oğlunu heç vaxt unutmayacaq ”. İllər də təsdiqlədi ki, həqiqətən də xalq və Vətən üçün çalışıb yaşayanlar heç bir zaman unudula bilməz. Mənalı ömürdən qalan izlər zamana meydan oxuyur, amma pozulmur.

Flora Xəlilzadə - əməkdar jurnalist. Kaspi.az 


Etiket:
Xəbərlər

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024
Bütün xəbərlər