Aşığa verilmiş hər iki sənədi dahi bəstəkarımız Üzeyir Hacıbəyov imzalamışdır.
Aşıq sənəti əsirlərcə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsirlər kеçdikcə nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü оxşayır, dövrün ictimai siyasi həyatını və ruhi dünyasını özündə əks еtdirir. Хalqın tükənməz sənət xəzinəsinin kеşiyində duran, оnu yеni incilərlə ziynətləndirənlər içərisində ən fəxri yеri aşıqlar tutur. Aşıq müxtəlif vaxtlarda Оzan, Yanşaq, Varsaq və s adlarını daşımışlar. Aşıq sözü isə bir titul kimi təxminən XI-XII yüzilliklərdən bəllidir.Həmişə xalqla qırılmaz əlaqədə оlan aşıq yaradıcılığı həyatın və zəmanənin tələblərinə uyğun inkişaf еdərək müxtəlif mərhələlərdən kеçmiş, bəzən parlayıb çiçəklənmiş, bəzən süquta uğramış, bir dövrdə kamil ustadlar yеtirdiyi halda, başqa bir dövrdə оrta səviyyədən yuxarı qalxa bilməyən şəxsiyyətlərlə kifayətlənmişdir. Zaman kеçdikcə aşıq sənətinin məzmunu, mövzu dairəsi dəyişməklə bərabər оnun bədii ifadə vasitələri, fоrması da güclü təbəddülata uğramış, kamilləşmiş, yеni bоyalarla, yеni rənglərlə, zənginləşmişdir. Aşıq sənətinin yüksəlmiş və intibah mərhələləri bir qayda оlaraq böyük ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması ilə bağlı оlmuş, xalqımızın bədii fikir tarixinin yеni mərhələsi kimi qеyd оlunmuşdur. Azərbaycan sovet aşıqlarının görkəmli nümayəndələrindən olan İslam Qara oğlu Yusifov –Aşıq İslam 1893-ildə Ermənistan SSR Basarkeçər rayonunun Hüseyinqulu Ağəli (indiki Nərimanlı) kəndində doğulmuşdur. Gənc yaşlarında mahir aşıqların məclisində iştirak etmiş, saz havalarını yaxşı qavramış, klassik aşıq mahnılarını məharətlə ifa etməyə başlamışdır. Onun Azərbaycan SSR Mərkəzi Dövlət ədəbiyyat və incəsənət arxivindəki əlyazmalarından aydın olur ki, Aşıq İslam professional sənətkar kimi formalaşmışdır.Arxivdə qorunan ilk aşıq fondu da demək olar ki, İslam Yusifovun sənədləriylə açılmlşdır. Bu sənədləri araşdırdıqca, onu müasir həyatın müxtəlif sahələrinə dair şerlərilə qarşılaşırıq o, hələ 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayında iştirak etmişdir. Qurultay aşığın yaradıcılığına böyük təsir göstərmiş, onu yeni qoşmalar və mahnılar yaratmağa ruhlandırmışdır. Aşığın birinci Zaqafqaziya xalq incəsənədi və birinci Azərbaycan kənd bədii öz fəaliyyət olimpialarındakı (1934) müvəffəqiyyətli çıxışları haqqında məlumat vardır. Bu münasibətlə ƏSFSR Mərkəzi İcraiyyə komitəsi tərəfindən Aşıq İslama verilmiş 1934-cü il 15 avqust tarixli təşəkkürnamə də qiymətlidir. Respublikamızda ilk aşıq ansamblının yaradılması da onun adı ilə baglıdır. 1937-ci ildə Kirovabad şəhərində Aşıq İslamın təşəbbüsü ilə aşıq ansamblının təşkilini Üzeyir Hacıbəyov təqdir etmişdir. Həmin ansamblın konsert proqramları aşığın şəxsi arxivində qorunur. Xalq çalğı alətləri ifaçılarının Moskvada keçirilən Ümumittifaq baxışında müvəffəqiyyət qazanan Aşıq İslama Üzeyir Hacıbəyovun və tanınmış rus musiqiçilərinin imzaları ilə verilmiş təşəkkürnamədə və şəxsi arxivdə mühafizə edilir. Xatırladaq ki, həmin baxışın münsiflər heyətinin sədri Ü.Hacıbəyov idi. Aşığın arxivində saxlanılan maraqlı sənədlərdən biridə Aşıq İslamın 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsi münsibətiylə SSRİ Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi Georgi Markovun təbrik məktubudur. Aşıq İslam Moskvada keçirilən Azərbaycan ədəbiyyatı incəsənətinin birinci ongünlüyü (1938), Kənd Təsərrufatı Nailliyətləri Sərgisinin açıllışının (1939), iştirakçısı olmuş müffəqəyətli çıxışlarına görə qiymətli hədiyyələr və təşəkkürnamələr də almışdır.O, 20-dən arıq dastan və 500-qatardan çox aşıq şeiri bilirmiş. Onun ən çox sevdiyi “Koroğlu “, “Novruz” “Şah İsmayıl”,”Əmrah”, “Valeh”və s. dastanları idi.Qocaman aşığın sənəti yüksək qiymətləndirilmiş, 1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi adı verilmişdir. Respublika xalq yaradıcılığı evinin buraxdığı “Aşıqlar” kitabında (1957). Aşıq İslamın “Bu gün”,”Oktyabr”,”Sülh nəğməsi” şeirləri çap edilmişdir. Arxiv rəflərində isə onun yüzdən çox işiq üzü görməmiş gəraylısı, qoşması müxtəlif şeirləri vardır. Yaxşı olardı ki, aşığın Azərbaycan SSR Mərkəzı Dövlət Ədəbiyyat və İncəsənət arxivindəki şəxsi fondu hər tərəfli öyrəniləydi və yaradıcılıq məhsulları çap olunaydı. Axı Aşıq islam özü demişkən: ”Xalqın heç bir sözü-söhbəti itməməlidi, arxivlərdə qorunmalıdır”. Nazim Hikmət Kirovabadda (Gəncədə) qonaq olarkən Aşıq İslam öz sədəfli sazı ilə onu qarşılayıb salamlamış, ”Ürfani” aşıq havasının çalmışdır. ”Kirovabadın xalq istedadları“ (1961) kitabında oxuyuruq: (…Sazın telləri aşığın barmaqları altında ecazkar bir qüvvə ilə sanki dil-dil ötür, elə bil adamlarala danışırdı…”1968-ci ildə onunla ilk görüş zamanı dediyi söz heç yadımdan çıxmaz: ”Toplayın, el-obaya çatdırın yığdıqlarınızı…Arxiv etibarlı yerdir. Sən də ki, cavan oğlan, dərviş kimi düşüb elin-obanın itib-batan sənədlərini toplayırsan. Bu, çox xeyirxah işdir, elə səninçün “Yadıma düşdü”şerini oxuyacağam”. O, divardan asılmış sazı bağrına basdı, çaldı, çaldı….Uzaqlardan, yaxınlardan, oynaq saz havalarından….Mən də o illərin xatirələrindən yadigar qalmış “Yadıma düşdü” aşıq şerini ixtisarla oxuculara təqdim edirəm:
Könül arzuladı gəldim Göyçəyə,
Xoş hava olması, yadıma düşdü.
Mərd igidlər Ağ bulağın üstündə
Alaçıq qurması, yadıma düşdü.
Alaçıq quruldu dərmə bağınan
Gözəllər yığnağı ləbi-balının.
Aşıq yığnağından, xoş avazınan,
Sorub-soruşması, yadıma düşdü.
Soruşdum Ağ dağı çoxdur yığnağı,
Ellərim edirlər işrətli çağı.
Gəzirlər, yeyirlər yağı, qaymağı,
Köçün qayıtması, yadıma düşdü.
Avdı əsər dik pilləkən dağları
Laçın, tərlan, kəkliklərin oylağı.
Müqəddəs yurdumun yeni bağları,
Həvəslə dərməsi, yadıma düşdü.
Gözümdən keçirdim sayılar onu,
Sarınər qatara laçınlar qonub.
Gəlib yetişibdir ömrümün sonu
Karvanın düşməsi, yadıma düşdü.
Beşdaşlar dağların seyrangahıdır
Göyçə şairlərin bol yığnağıdır.
Aşıq İslam yazır,el qonağıdır,
Əsədin oxumağı, yadıma düşdü.
Respublikamızda ilk aşıq xorunun təşkili İslam Yusifovun adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1937-ci ildə Gəncə şəhərində aşıqlar ansamblı yaradılmışdır. Bu günlərdə Azərbaycan SSR mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində aşıq İslam Yusifovun sənədləri daxil olmuşdur. Alınmış sənədlər içərisində həmin ansambılın fəaliyyətini əks etdirən bir sıra proqramlar, arayışlar, fotoşəkillər və sairə vardır. Aşıq İslam ansambılın ifası üçün “Qəmərcan”, “Yaşa-yaşa Azərbaycan”, ”20 bahar” kimi mahnılar da yazmışlar. 1934-cü ilin avqust ayında birinci Zaqafqaziya xalq yaradıcılığı sənəti olimpiadası keçirilmişdir. Aşıq İslam həmin olimpiadada müvəffəqiyyətlə çıxış etdiyinə görə Zaqafqaziya mərkəzi İcraiyyə komitəsindən təşəkkür almışdır. Həmin sənəddə oxuyuruq Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinin rəyasət heyəti əmindir ki, Aşıq İslam yorulmadan öz ustalığını artıraraq, formaca milli, məzmunca sosialist xalq yaradıcılığının ən yaxşı nümunələrini sosializm quruculuğu və Zaqafqaziya Sosialist federativ Sovet Respublikalarının daha da möhkəmlənməsi işinə sərf edəcəkdir. İslam Yusifov Moskvada keçirilən birinci Azərbaycan Ədəbiyyatı və incəsənəti on günlüyünün iştirakçısı olmuş, 1939-cu ildə Moskva Ümumittifaq kənd təsərrüfatı sərgisinin açılışında çıxış etmişdir. Həmin il oktyabr ayında xalq çalğı alətləri ifaçılarının Ümumittifaq baxışında, 1940-cı ildə isə II Azərbaycan xalq yaradıcılığı olimpiadasında o, yenə də müvəffəqiyyət qazanmış, tərifnamə, təşəkkür və pul mükafatı almışdır. Maraqlıdır ki, aşığa verilmiş hər iki sənədi dahi bəstəkarımız Üzeyir Hacıbəyov imzalamışdır.Böyük Vətən müharibəsi illərində aşıq İslam dəfələrlə əsgərlərimiz qarşısında çıxış etmiş, onları qəhrəmanlığa ruhlandıran mahnılar oxumuşdur. Onun azğın faşistlərə kin, nifrət edən qoşmalarının birində oxuyuruq:
Söylənsin tarixdə bizim bu dastan,
Şığıyır düşmənə min qızıl aslan.
Faşistlər qurtarmaz hec zaman yastan
Onların sırasın pozuram bu gün!
Aşıq İslam Ukrayna şairi Oles Yurenko ilə dostluq etmişdir. Şair Gəncəyə gələrkən aşıqla birlikdə şəkil çəkdirmiş, öz kitablarından ikisini aftoqrafla ona bağışlamışdır. Aşığın sənədlərinin xeyli hissəsini müxtəlif illərdə yazdığı qoşmaların və deyişmələrinin avtoqrafları təşkil edir. Onun qoşmalarının əksəriyyəti ictimai motivlidir. Onların içərisində Nizami, Aşıq Ələsgər, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Aşıq Əsəd, Cambul Cabıyev, Qurban Pirimov kimi sənətkarlara dair vətən, xalq və s. mövzularda qoşmaları diqqəti cəlb edir. Aşıq Ələsgər, Növrəs İman, Aşıq Bəhman, Aşıq Hüseyin, Aşıq Çoban, Aşıq Dövlət və başqalarının bəzi şeirləri, bayatılar və s. Aşıq İslam Yusifovun topladığı materiallardandır. Aşığın şəxsi fonduna daxil olan sənəd materialları aşıq sənətimizin inkişafını öyrənmək və tədqiq etmək üçün ilkin mənbədir. Aşıq İslam Yusifov dekabırın 7-də qəflətən vəfat etmişdir. İslam Qara oğlu Yusifov 1893-cu ildə İrəvan mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. O, 12 yaşından aşıq sənətini öyrənməyə başlamışdır. Bir neçə il görkəmli aşıqların şagirdi olmuşdur. 1916-cı ildə isə Şəmkir rayonuna gəlmiş, Aşıq Çoban Hüseyin oğlundan çox şey öyrənmişdir. Elə bu vaxtan da o öz sözü və sazı ilə fərdi çıxış etməyə başlamışdır. Aşıq İslam Yusifov xalq içindən çıxmış sənətkardır. O, xalqa xidmət edən bir sənətkar kimi şöhrət qazanmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Aşıq İslam Yusifovun yaradıcılığı çiçəklənmiş və təkmilləşmişdir. Aşq İslam Yusifov 1940-cı ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adını almışdır. O, 25-il bundan əvvəl SSRİ yazıçılar ittifaqına üzv qəbul olunmuşdur. “Qıırmızı Əmək Bayrağı” ordeni və bir neçə medal ilə tərtib edilmişdir. Aşıq İslam partiya və vətən haqqında şeirlərin müəllifidir. Uzun müddət özünün təşkil etdiyi Gəncə aşıqlar ansambılına rəhbərlik etmişdir. Dəfələrlə şəhərimizdə və respublikamızın rayonlarında ölkəmizin paytaxtı Moskvada çıxış etmişdir. İstedadlı saz ustası Aşıq İslam Yusifovun xatirəsi onu tanıyanların yadından çıxmayacaqdır. Öz şərəfli ömrünü saz və söz sənətinin yayılmasına və inkişafına həsr etmiş qocaman və ustad Aşıq İslamın xatirəsi bizim hamımız üçün əzizdir. Aşıq İslam Yusifov İrsinin öyrənilməsində onun nəvəsi olan xeyirxah insan dosent, AZTU-nun dekani, dosent Həsənov Arzunun danılmaz əziyyəti və təşəbbüsü vardır. Belə ki Aşığın indiyənədək vəfatından sonra heç bir uğurlu addım atılmamışdır. Həsənov Arzunun atdığı addım həm Aşıq İslam Yusifovun Azərbaycan aşıq sənətinə verdiyi töhfənin və irsinin birbaşa çatdırılmasına zəmin yaratdı. Belə ki 2013-ci ildə Aşığın 120 illik yubileyini dövlət səviyyəsində keçirildi. Bu addımlara görə mən oxucularım adından belə dəyərli insanlara aşıq sənətinin itib batmamasında göstərdikləri maddi və mənəvi köəkliyə görə öz minnətdarlığımı bildirirəm. Aşıq İslam Yusifov haqqında kitab hazırlanır tezliklə şeirləri toplanıb ilk dəfə olaraq çap olunacaq. Aşıqlıq sənətinin itib batmaması üçün aşığın öz əlyazmalarından külli şeirləri və həyatı haqqında sizlərə ətraflı kitabında tanış olacaqsınız.
Elvin Mustafayev
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024