“Diqqət,diqqət! Danışır Nərimanlı kənd orta məktəb direksiyasının radio qovşağı! Bu gün imtahan verən şagirdlərin imtahan nəticələrini elan edirik!”
MÖTƏBƏRLİK ƏMƏLLƏRLƏ QAZANILIR
(ixtisarla)
Öz mənliyinə dəyər verib, şəxsiyyətini ucaltmaq istəyi ilə müəyyən mövqelər qazana bilmiş bir çox insanların həyatında böyük rol oynamış, bütün yetirmələrinə qüdrət və kəramət sahibi olan Allaha, valideyinə hörmət, ehtiram qoymağın vacibliyini incələmiş, el –oba sevgisini aşılamış, millətininin, xalqının, torpağının, tarixinin taleyinə biganə qalmamağı təlqin edərək, onlarda əsl ziyalılıq hissləri formalaşdırmağa müvəffəq olmuş, ilk qədəmlərimi sevgili- doğma məktəbimizə atdığım zaman müəllim, eyni zamanda, direktor kimi əzəmətinə uşaqlığımdan belə heyranlıqla baxdığım hörmətli Əhməd Qasım oğlu Hacıyev haqda bir məqalə yazmağa qərar verib, sizlərlə bölüşmək fikrinə düşdüm, əzizlərim. ...
Onun şərəfli şəxsiyyət kimi ictimai həyatda nüfuzu, sosial ədaləti qorumağı, kaloritli, aramlı, müdrik danışıq tərzi, ləngərli, ağır yerişi, sivri ucundan, qalın kökünədək dik dayanıqlı qaşları altındakı qısa və sahmanlı şəkildə düzülmüş kirpikləri arasından süzülən məğrur baxışları ruh və cisimin elə bir vəhdətini yaratmışdır ki, kamillik həddində yer üzünün əşrəfi - İNSAN surətinin əsl ifadəsi kimi sevdirirdi mötəbərliyini.O, ahəstə-ahəstə yol yeridikcə sanki yol qürrələnir, ” Şəxsiyyət gəlir!”- deyirdi. Ətrafdakı hər kəsin rəğbətinə səbəb olan işıqlı və nurani simasının zəhmi, səlis, ifadəli, hökmlü davranış tərzi var idi hörmətli Əhməd müəllimin. Hələ məktəbə getmədiyim dövrlərdən valideynlərimin, ailəmizin və qohumlarımın əhatəsi istisna olmaqla, ilk doğma və hərarətlə dolu olan bir səs kimi duydum Əhməd müəllimin səsini: “Diqqət,diqqət! Danışır Nərimanlı kənd orta məktəb direksiyasının radio qovşağı! Bu gün imtahan verən şagirdlərin imtahan nəticələrini elan edirik!” Bu səs uzaqdan sakit, səması aydın, təbiəti əsrarəngiz saflığa malik Göyçə düzənliyinə xüsusi bir ahəngdarlıqla, həyacanla yayılırdı. Bu səs bir laylanı, qəlbləri məftun edən bir muğamı, ruhu ağuşuna alıb göylərə qaldıran bir məlahəti xatırladırdı. Bu səs eşidiləndə sanki Göyçə çuxuru sükuta qərq olurdu. Məktəbin ikinci mərtəbəsinin dam örtüyünün baş tərəfində pərçimlənmiş səsgücləndiricidən gələn bu səs çox riqqətləndirici səs idi. Camaat yay aylarında tütün plantasiyasında işləyərkən saat 17-00 də buraxılış imtahanlarının nəticələri elan olunardı. Hər kəs elliklə öz övladının bilik və davranış səviyyəsindən halı olardı. Bu ənənə ona xidmət edirdi ki, dərsə passiv münasibət göstərən şagirdlərin valideyinləri öz övladlarına daha da tələbkar yanaşaraq, onların savadlı böyüməsinə nəzarəti artırsınlar. Bu ənənə ictimai qınağın formalaşmasına xidmət edirdi ki, əsasını da məhz Əhməd Hacıyev qoymuşdur. Qeyd etmək lazımdır ki, bu münasibətlər çərçivəsində müəllim-valideyin əlaqələri hər bir şagirdin gələcək müqəddəratı üzrə zəruri məsələlərin təhlilinə yönəlmiş olurdu. Bunun nəticəsində məktəb şagirdlərinin bilik, bacarıq, davamiyyət səviyyəsi artmaqla, hər il ali məktəblərə qəbul olan məzunların sayı müsbət dinamika üzrə inkişaf edirdi. Kənd əhlinin zəhmətlə böyütdüyü övladların xoşbəxt gələcəyə çatması Əhməd müəllimin həyatının tam məziyyətini təşkil edirdi.
Hörmətli direktor Əhməd Hacıyev hər səhər tezdən hamıdan əvvəl olardı məktəb binasının qarşısında. O, aram- aram dalğın baxışları ilə məktəbə tərəf yönələn insan selini müşahidə edər, hər kəsin fizionomiyasından onun sağlamlıq durumunu və hazırlığını müəyyənləşdirə bilirdi. Kimliyindən asılı olmayaraq hazırlıqsız şəkildə onun qarşısına çıxdıqda o, bunu hiss edər və yalnız baxışları ilə bütün fikri ifadə olunardı. Odur ki, ondan heç nəyi gizlətmək mümkün deyildi. Bir dəfə üçüncü sinifdə oxuyurdum, səhər məktəbə axsaya- axsaya gedirdim (boyatma dövründə). Müəllimlərə yaxınlaşanda hörmətli Əkbər müəllim soruşdu ki: -“Ayə, niyə axsayırsan?” Dedim: -“Axsamıram. ”Əhməd müəllim o tərəfdən qayıtdı ki: -“ Denən axsamıram, maytıyıram.” Bundan sonra Göyçə leksikonunda olan "maytamaq" sözü mənim danışıq ifadələrimdən birinə çevrildi. O, bütün prosesləri rəvan, rahat yola yönəlməklə hər yerdə sülhü, səmimiyyəti bərqərar edə bilirdi , özü də mahir şəkildə, əsl ağsaqqalıq nümunəsi ilə. Onun sözünün məğzi üzündən bilinərdi həmişə. Əsəbləşdiyi bir məsələ ortaya çıxanda hikmətli kəlamlar mənbəyi olan dili ilə qalın və zərif dodaqlarına bir xəfif sığal çəkərdi. Bu akt onun daxili gərginliyinin boşalması üçün yetərli idi. Ən passiv şagirdə ən ağır sözü yalnız bir kəlmə “axmaq “ demək idi. Bundan savayı onun dilində öyrəşə bilməyəcəyimiz vulqar heç bir söz olmazdı. Özü də belə deyirdi: -”Sən niyə axmaqsan, gör səndən başqa axmaq deyilən adam varmı?!” Məktəbimizdə onun direktorluğu dövründə oktyabryatların, pionerlərin, komsomolların öz aralarında elm və bilik yolunda gözəl şəkildə rəqabət meydanı açılmışdı. Eyni zamanda ədəbiyyat, poeziya sahəsində istedadı olan uşaqların ədəbi irsimizlə bağlı yaradıcılıqlarının sərgilənməsini təşkil etməklə, səhnə dramaturgiyasının ixtisaslaşmış aktyorların qurduğu kompozisiyaya yaxın səviyyədə təşkil olunması onun diqqət göstərdiyi məsələlər siyahısına aid idi. Özü müharibə iştirakçısı olduğundan hərb fənnindən şagirdlərin mənimsəməsini daim yoxlayar, pedaqoji şuranın qərarlarının dəqiqliklə icra olunmasını nəzarətdən kənarda saxlamazdı. Dərsdən sonra qrup məşğələlərini xüsusi izləyərək gözlənilmədən siniflərə daxil olaraq: “ sabahın dərslərini hazırlamısınızmı?”, “yoxlamadan neçə alımısan?”- deyə ahəstə şəkildə soruşardı. Tədrisin yekun göstəricilərinın faiz dərəcələri yüksəldikdə, onun gözlərinin dibindəki sevinc hissi atəşli şəkildə ətrafa səpələnərdi. Qış aylarında məktəbin içərisinə daxil olan kimi dərhal əllərini isidici batereyaya toxundurardı; bu, onun özünün əllərini isitməsi üçün deyil, sinif otaqlarında soyuq olmamasını yoxlamaq üçün idi. Məktəb direktoru kimi inzibatçılıq xasiyyəti sovet təhsil sisteminin ən üst qatlarında duran bir səviyyəni tutmuşdu. Nərimanlı məktəbi adla deyilən bir məktəbə çevrilmişdi. Bəli, hörmətli Əhməd müəllimdən də əvvəl Nərimanlıda mədrəsə və məktəb sistemi özünəməxsus yer tuta bilmişdir, lakin Əhməd müəllimin rəhbərliyi dövrü Nərimanli məktəbinin intibah dövrü adlanır ki, bu da bir təbəddülatdır. Bəzən uşaqlar bir yerdə topa şəkilində oynayar, yaxud dərsdən xaric nə iləsə məşğul olardılar. Birdən kimsə: “Əhməd müəllim gəlir” desəydi, göz qırpımında hamı yoxa çıxardı. Bu qorxmaqdan yox, öz nüfuzunu tanıtmış bir el ağsaqqalına insanların hədsiz hörmətindən, onun gözündən düşməmək istəyindən yaranırdı. Onun olduğu yerdə isə “fərəqət “ vəziyyəti alına bilmirdi.
Əhməd müəllim özünəməxsus özəlliklərə malik qənirsiz təbiəti, zəngin, tədbirli insan olmağı, sonu görünməyən fəzilət dünyasında yaratdığı, insanlıq ölçülərini tamamilə əhatə edə bilən bir təşkilatçı- inzibatçı rəhbər olmağı ilə xatirimizin dərin köklərində qırılmaz şaxələr yaratmışdır. Əhməd müəllimin fərqli bir fitrəti var idi. El məclislərində az-az görünərdi, lakin yas məclislərinin birindən də qalmaz, dəfələrlə eyni hüzr yerində iştirak edərdi. Qərbi Azərbaycanın demək olar ki, bütün regionlarında onun şəxsiyyətinə hörmətlə yanaşardılar.
Əhməd Qasım oğlu Hacıyev 1923 cü il aprel ayının 23 də qədim Oğuz yurdu- havası, suyu, təbiəti, mühiti, yetirdiyi barı- bəhrəsi saf olan, torpağının gücü ilə yetirdiyinə güc verən, göyçək- Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. Əsilli- nəsilli kişilərin nəfəsi ilə böyüyərək gəncliyində qoçaq, çılğın bacarıqlı iş yarıdan bir insan kimi tanınmışdır. O, 18 yaşına çatan kimi 1941- ci ildə Böyük Vətən Müharibəsində ordu sıralarına qoşularaq Krım cəbhəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Alman faşizminə qarşı döyüşlərdə nümunəvi xidmətinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur. 1944 cü ildə ağır döyüş əməliyyatlarının birində qolundan yaralanaraq müharibədən təxris olunur, doğulduğu doğma Göyçə mahalına qayıdaraq burada pedaqoji fəaliyyətə başlayır. Müəllimlik peşəsini mahir səviyyədə bacarmağı, el- obanın elmi potensialına savadı ilə verdiyi töhvə Əhməd müəllimi ruhlandıraraq ali təhsil alması üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutuna sənəd verməyə sövq etmişdir. 1946 cı ildə müəllimlik ixtisasının ali diplomunu almaq niyyətində olan Əhməd Hacıyev APİ-yə müvəffəq şəkildə qəbul olur. 1950 ci ildə ali təhsilini uğurla başa vuraraq ədəbiyyat-tarix fakültəsini bitirir. Ali təhsilli müəllim kimi Göyçə mahalına qayıdan Əhməd Hacıyev Qaraqoyunlu kəndində məktəb direktoru vəzifəsinə təyin olunur, burada əmək fəaliyyətinə davam etməyə yenidən başlayır. Zaman- zaman Göyçə mahalının müxtəlif kəndlərində orta təhsilin inkişafına savad və bacarığı ilə töhvələr verən Əhməd Hacıyev, həmçinin rayon rəhbərliyinin gözündə inamlı bir kadr kimi ucalmağa da müvəffəq olur. Onu hansı kənddə məktəb strukturlarını bərkitmək lazım idisə, həmin kəndlərə rəhbər təyin edirdilər. Təlim və tədrisin əsaslarını formalaşdırmaqda təcrübəli bir rəhbər kimi tanınan Əhməd müəllim Sarıyaqub, Qoşabulaq kəndlərində də məktəb direktoru vəzifəsini icra etmişdir. İşlədiyi yerlərdə də kənd əhlinin sonsuz hörmətini qazanmışdır. Sonrakı dövrlərdə inzibatçı, təşkilatçı və təbliğatçı bir rəhbər kimi fərqləndiyinə görə Sovet Höküməti onun iş fəaliyyətinə digər sahələrdə də təyinat verərək Qayabaşı kəndinə sovet sədri vəzifəsinə göndərmişdir. Sonralar həmən kənddə kolxoz sədri vəzifəsində də çalışmışdır. Bütün təşkilatlarda örnək ola bilən nümunələr ortaya qoyaraq, nüfuzlu ictimai xadim kimi tanınmışdır. O, 1966 cı ildə doğma Nərimanlı kəndinin orta məktəbinə təyinat alaraq direktor vəzifəsinə təyin edilir. Həmin dövrlərdə Nərimanlı kənd orta məktəbinə bir sıra qıraq kəndlərdən də bəzən çox çətin şəraitlərdə belə şagirdlər gələrək Əhməd müəllimin rəhbərlik etdiyi məktəbdə dərs alırdılar. O, bu nüfuzun formalaşmasına böyük və əvəzolunmaz əziyyətləri sayəsində nail olmuşdur. 1988 ci ilin məlum hadisələrində mənfur düşmənlərimiz ermənilər və onların havadarlarının basqısı nəticəsində Əhməd Hacıyev də ailəsi ilə birlikdə digər Qərbi Azərbaycanlılar kimi öz dədə- baba yurdundan çıxarılır, Xanlar (indiki Göygöl) rayonuna pənah gətirir. Uzun illərin təcrübəsinə malik olan el ağsaqqalı Əhməd müəllim Gəncə qəsəbəsində müəllimlik fəaliyyətini davam etdirir. Hər zaman mötəbər şəxsiyyətinin ucalığı ilə insanların hörmətini və rəğbətini qazanmış Əhməd Hacıyev 2003 cü il martın 10 –da vəfat etmiş, Göygöl rayon qəbristanığında dəfn edilmişdir. Əhməd müəllim məlum tarixdə vəfat etmiş olsa belə, onun qüdrətlə, ləyaqətlə qurduğu ömür səltənətinin xanimanı dağılmamışdır. O, ölmədi, sadəcə susdu, sonsuzluğu bilinməyən zaman müddətinə susqunluq halına keçdi. Bu gün yetirmələri, doğmaları, eli- obası onu daim ağıllarda, hörmətlərdə, izzətlərdə yad edərək yaşadır. Onun danışığından, baxışından, duruşundan , ləngərli yerişindən qoparaq mənəvi dünyamızı zənginləşdirən bir tərbiyə içərisində xatirəsi daim yaşayacaqdır.
Hacı Abbas Əli oğlu Bağırov
provizor, həkim tibb üzrə fəlsəfə doktoru,Qələbə Tibb Mərkəzi MMC-nin direktoru
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024