Müslüm Maqomayevə qismət olmayan an – “Baharın 17 anı”

11:00 / 06.01.2019
Baxılıb: 3258

45 il öncə, 11 avqust 1973-cü ildə “Baharın on yeddi anı” filminin nümayişi başlanıb. Film sovet tamaşaçılarının diqqətini o qədər özünə çəlb edib ki, “Ştirlis” ekranlarda peyda olunda küçələrdə insanların sayı azalırmış. Statistikaya görə, Yulian Semyonovun eyniadlı romanı əsasında Tatyana Lioznovanın lentə aldığı bu filmi 200 milyondan artıq tamaşaçı seyr edib. 

3 il ərzində ərsəyə gələn filmdə ən maraqlı məqam aktyorların seçilməsidir. Ümumiyyətlə, filmin ideyası yaranandan çəkilişlərə bir neçə həftə qalmışa qədər Ştirlis roluna Vyaçeslav Tixonovun çəkilməsi nəzərdə tutulmayıb. Ssenari müəllifi və rejissor baş qəhrəman obrazında Arçil Qomiaşvilini, yaxud Oleq Strijenovu görmək arzusunda olublar. Ancaq hər iki aktyor başqa filmlərdə çəkilişlərdə olduqlarından, onlar Ştrilis roluna təklif alanda 3 il ərzində özlərini bu filmə həsr edə bilməyəcəklərini səmimi etiraf ediblər. Rejissorun qəbulunda isə hər gün onlarla yeni “Ştirlis”lər növbəyə durublar. Rejissor assisentinin gözlənilməz bir təklifi “Ştirlis” probleminə son qoyub. O, Vyaçeslav Tixonovu sınaq çəkilişlərinə dəvət etməyi təklif edib və bununla da məsələ öz həllini tapıb.


Filmdəki rus radisti Ketin roluna aktrisa İrina Alfyorova təsdiq edilib. Ancaq onun təcili xarici ölkəyə ezamiyyəti məsələsi son anda hər şeyi dəyişib və bu rola heç özü də gözləmədən Yekaterina Qradova çəkilib. Çəkilişlərdən sonra rejissor bu yerdəyişməni uğurlu adlandırıb.


Filmdəki maraqlı məqamlardan biri rus radisti Ketin təqiblərdən gizlənərkən qucağındakı iki körpə uşaqla bağlıdır. Çəkiliş zamanı əvvəlcə həmin körpələri kuklalarla əvəz ediblər. Operatorların peşəkarlığına baxmayaraq səhnə süni alınıb və qərara gəlinib ki, çəkilişdə canlı körpələr olmalıdır. Beləliklə, həmin səhnəyə 6 uşaq çəkilib. Vaxt baxımından çəkilişlər uzun çəkdiyindən körpələr böyüyüb və ayrı-ayrı 3 cütlük bu səhnənin qəhrəmanları olublar.

 

Bütün çəkiliş qrupu Müller rolunda aktyor Vcevolod Sanayevi görmək istəyiblər. Təklif alanda Sanayev qətiyyətlə imtina edib:


“Mən “Mosflim”in partiya təşkilatının katibiyəm, faşist roluna girə bilmərəm!”.


Filmin bəstəkarı, erməni mənşəli Mikael Tarıverdiyev “Baharın on yeddi anı” üçün 12 mahnı bəstələyib, onların yalnız ikisindən istifadə olunub.


Bəstəkar məhz həmin mahnıları Müslüm Maqomayevin ifası üçün yazıbmış və o, bu mahnıları olduqca gözəl ifa edib. Ancaq sonradan rejissor həmin mahnıları ifa etməyi İosif Kobzona həvalə edib. Müslüm Maqomayevin arxivində həmin ifaların lent yazısı saxlanılır. Rusiya mətbuatının yazdığına görə, sovet senzurası onun bariton səsinə icazə verməyib - axı Ştirlisdən bəhs edən film kədərli deyildi. Sonralar Müslüm Maqomayev müsahibələrinin birində bu məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Sözsüz ki, filmdən kənarlaşdırılmağıma görə rejissor Tatyana Lioznovadan incimişdim. Mənim səsim yazılmışdı. Lent yazısını tamamlamaq üçün xırda-para işlər qalmışdı. Mən bir gündən sonra Milana getməliydim. Getdim və orada xəbər tutdum ki, mahnını İosif Kobzon ifa edəcək. Sonradan düşündüm ki, rejissorun qərarı düz olub, Kobzonun səsi bu film üçün daha uyğundur...”.

Tatyana Lioznova da mətbuatda öz fikirlərini açıqlayıb:

“ Biz Müslüm Maqomayevi seçmişdik. Əvvəlcə o, bu işin öhdəsindən gəlməyəcəyini söyləsə də, sonradan hər şey istədiyimiz kimi alındı. Səsini yazdıq. Onun vaxtı olduqca məhdud idi. Bir sutkadan sonra Milana getməli idi. Mahnının sözlərinin sonuncu bəndində Müslüm bir sözü səhv oxumuşdu, hökmən düzəliş edilməli idi. Həmin gün bu düzəlişi etmək üçün Moskvanın bütün səsyazma studiyalarını gəzdik. Bütün studiyalar məşğul idi. Müslüm getdi və dedi ki, qayıtdıqdan sonra düzəliş edərik. Ancaq vaxt bizi gözləmirdi. Və mən öz qərarımı verdim. Müslüm filmdən kənarlaşdırıldı, mahnını isə İosif Kobzon ifa etdi...”.


Film premyeradan sonra o qədər populyarlıq qazanıb ki, 3 aydan sonra onu yenidən nümayiş etdiriblər.


Hesablamalara görə, filmin nümayişi dövründə insanların kütləvi şəkildə “ Baharın on yeddi anı ”na aludə olması nəticəsində elektrik enerjisindən və sudan istifadə nəzərəçarpacaq dərəcədə azalıb. Həmçinin, bu dövr ərzində cinayət hadisələrinin sayı da azalıb.

Film üçün bütün geyimlər Moskvada “generalların atelyesi ”ndə tikilib. İlk çəkilişlər Berlin şəhərində başlayıb. Heç bir problem yaranmasın deyə, Ştirlis üçün 100 ədəd əlavə ağ köynək tikilib.


Filmdə Ştirilisin – Vyaçeslav Tixonovun əlləri heç vaxt kadra salınmayıb. O, rəsm çəkərkən, kibrit çöplərindən fiqurlar düzərkən onun əvəzinə rejissor köməkçisinin əlləri lentə alınıb. Çünki aktyorun sol əlinin üstündə “Slava” yazılmış döymə olub.


Filmdə Müllerin tez-tez boynunu dartması, bununla da daha gərgin və əsəbi görünməsi sırf təsadüf nəticəsində belə alınıb. Belə ki, aktyor üçün tikilmiş köynəyin ölçüsünün bir az kiçik olması onu bu jesti etməyə vadar edib. Rejissor filmin sonuna qədər Müllerin köynəyini dəyişməyib.


Film SSRİ “KQB”sinin, şəxsən Andropovun sifarişi ilə çəkilib. Filmin məsləhətçiləri peşəkar çekistlər olsa da, məzmun baxımından filmdə adi insanlar üçün nəzərəçarpmayacaq nöqsanlar mövcuddur. Məşhur lətifədə olduğu kimi:


Stirlis avtomobilini özü təmir edərkən, Müllerin diqqətindən yayınmır və ona yaxınlaşır:


- Cənab Ştirlis, indi mənə aydın oldu ki, siz Rusiya kəşfiyyatının zabitisiniz. Əsl ştandartenfürer avtomobilini servisdə təmir etdirir...


İlham Cəmiloğlu


Musavat.com 


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər