Düşmənin qorxulu röyası

18:58 / 26.01.2019
Baxılıb: 5156

Milli Qəhrəman Şövqiyar Abdullayev bu gün də hörmətlə anılır 

Ötən əsrin əvvəllərində yaşayıb-yaradan məşhur türk yazarı Hüseyn Nihal Atsız qəhrəmanlığı vəsf edən şair kimi oxucular arasında tanınıb və rəğbət qazanıb. O, "Qəhrəmanlıq” adlı şeirində bildirirdi ki, "Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, Nə də ulduzlar kimi parlayıb sönməkdir. Ölməzliyi düşünmək boşuna bir əməkdir, Qəhrəmanlıq, saldırıb bir daha dönməməkdir!”. Bu şeiri oxuduqca düşünürəm ki, elə bil şair bu şeirində söhbət açacağım vətənpərvər Azərbaycan oğlu, Milli Qəhrəman Şövqiyar Abdullayevi və onun kimi mərd oğul-qızlarımızı tərənnüm edib, onların qəhrəmanlığını vəsf eləyib. Çünki çoxsaylı mərd vətən övladları kimi Ş.Abdullayev də Qarabağ müharibəsində böyük rəşadət göstərib, düşmənin qorxulu röyasına çevrilib, son damla qanına kimi erməni yaraqlılarına qarşı vuruşub, qəhrəmancasına həlak olub.

Əlaçı şagird, qabaqcıl tələbə

Şövqiyar Cəmil oğlu Abdullayev 13 aprel 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Doğma kəndindəki orta məktəbi 1986-cı ildə əla qiymətlərlə bitirərək həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinə qəbul olunub. 1987-ci ilin yayında I kursu da əla qiymətlərlə başa vuran Ş.Abdullayev təhsilini dondurmaq məcburiyyətində qalıb. Buna səbəb o zaman mövcud olan qayda-qanunlar, çağırış yaşı çatan bütün gənclərin təhsili yarımçıq qoyub hərbi hissəyə yollanması, yalnız hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirə bilməsi idi. Ş.Abdullayev də 1987-ci ilin payızında hərbi hissəyə çağırıldığından təhsilini yarımçıq saxlayıb, doğulub boya-başa çatdığı kəndə gələrək valideynləri, qohumları, yaxınları ilə görüşüb sonra əsgəri xidmətə yollanıb. O, xidmətini Monqolustanda tank qoşunları hərbi hissəsində çəkib. 1989-cu ildə tank komandiri kimi hərbidən tərxis olunan Şövqiyar doğma kəndinə qayıtmaq istəsə də, bu arzusuna çata bilməyib. Çünki həmin vaxt Ermənistan siyasi rəhbərliyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya etmiş, Dağlıq Qarabağda separatçılığın alovlanmasına rəvac vermişdi. Bu səbəbdən Ş.Abdullayevin valideynləri, bacı və qardaşları da deportasiyaya məruz qalaraq, Azərbaycanın paytaxtı Bakı şəhərində məskunlaşmışdılar. Ona görə də Şövqiyar hərbi xidmətdən birbaşa Bakıya qayıtmalı olub. İnstituta bərpa olub təhsilini davam etdirsə də, Şövqiyarın ürəyindəki Vətən həsrəti, yurd nisgili onu rahat buraxmayıb.

Yaralı əsgər təkrar cəbhəyə qayıdır

1990-cı ilin 20 Yanvar faciəsi, həmin ilin noyabrında görkəmli Azərbaycan oğullarının vertolyotda vurulması, 1992-ci ilin Xocalı soyqırımı Vətən və millət təəssübkeşi olan Şövqiyarı bütün varlığı ilə sarsıdıb. Bu hisslərlə də o, 1992-ci il mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək, könüllü surətdə Milli Ordu sıralarına yazılıb. Az bir müddət sonra onların tank bölməsi Ağdam rayonu ərazisində yerləşdirilib. Aprelin 26-da Şelli istiqamətindəki ilk döyüşdə düşmənə qan udduran tank bölmələri, eləcədə Şövqiyar və onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutaraq Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər aparıblar. 1992-ci il avqustun 23-də Şövqiyarın tank heyəti Gülablıdakı strateji əhəmiyyətli yüksəklikdən çıxarılıb və Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib. Az vaxt içərisində Drambon kəndindəki erməni-rus birləşmələrinin müqaviməti qırılaraq bu yaşayış məntəqəsi işğalçılardan azad edilib. Ən böyük müvəffəqiyyət isə o olub ki, Şövqiyar və onun silahdaşları mühasirəyə düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirə halqasından çıxara biliblər. Həmin döyüşdə Şövqiyarın tankı vurulub və cəsur döyüşçü yaralanıb, mərmi partlayışı nəticəsində ayaqlarına qəlpə dolub. Onu əvvəlcə Ağdamdakı hərbi hospitala aparıblar, ardınca isə Bakıya göndərməyi qərara alıblar. Lakin Şövqiyar, - "Mən yoldaşlarımı odun-alovun içərisində qoyub heç yerə gedə bilmərəm. Elə adamlar tanıyıram ki, bədənlərində Böyük Vətən müharibəsindən indiyə kimi qəlpə gəzdirirlər”, deyərək, buna etiraz edib, xəstəxanadan qaçaraq döyüş bölgəsinə gəlib, öz komandiri olduğu tanka qalxaraq son nəfəsinə qədər düşmənə qarşı mübarizə aparıb. 1992-ci il avqustun 27-də Drambon kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olan Ş.Abdullayev iki gün sonra müqəddəs Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Ş.Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bir müddət sonra Şövqiyarın təltif olunduğu "Azərbaycanın Milli Qəhrəmanı”nın Qızıl ulduzunu ulu öndər Heydər Əliyev qəhrəmanın atası Cəmil Abdullayevə təqdim edib.

Vətənə, el-obaya bağlı Qəhrəman

Qəhrəmanın atası, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan Cəmil müəllim oğlu barədə danışarkən qeyd edir ki, Şövqiyar 8 övlad arasında sayca üçüncü olub, ailədə hər kəs ona ehtiramla yanaşıb. Vətənini, doğma el-obasını, ailəsini dərin bir ehtirasla sevən Şövqiyar, yeri gələndə qardaş-bacısına da bu sevgini aşılayıb. Milli Qəhrəman atası deyir ki, Şövqiyar həm çox təvazökar olduğuna görə, həm də ailə üzvləri narahatlıq keçirməsin deyə, heç vaxt öz qəhrəmanlığı, şücaəti barədə evdəkilərə danışmayıb. Onun vətənpərvərliyi, cəsur bir döyüşçü kimi igidlikləri barədə ölümündən sonra döyüş yoldaşları, onu tanıyanlar danışıblar: "Şövqiyar hər zaman haqqın, ədalətin yanında yer alan bir gənc olub. Öz övladım olduğu üçün demirəm. Onu tanıyanlar da mənim bu fikrimi təsdiqləyər. Hələ sovetlər vaxtı əsgərliyə gedəndə gənc əsgərlərə nəzarət edən rus zabiti Çitada yerli quldurlarla danışıb, əlbir olub, şərait yaradıb ki, gecə ikən əsgərlərə hücum edib, onları soysunlar. Şövqiyar bütün gənc əsgərlərə ürək-dirək verərək onları qoruyub, məhz onun rəhbərliyi ilə əsgərlər soyğunçulara divan tutublar. Bu hadisədən bir müddət sonra daimi hərbi xidmət yerinə çatan Şövqiyar hərbi hissə rəhbərliyi qarşısında məsələ qaldırıb, həmin rus zabitinin cəzalandırılmasına nail olub. Yaşadığımız məhəllədə Şövqiyar bir yaşlı kişini, qadını əlində ağır yük görən kimi tez qarşısına qaçar, zənbili, yaxud yükünü onun əlindən alar, düz yaşadığı evəcən aparardı. Belə bir mərd, böyük-kiçik yeri bilən oğul idi. Əsgərlikdən qayıdanda el-obasının itirildiyini görən Şövqiyar heç cür rahatlıq tapa bilmirdi. Baxmayaraq ki, ali təhsil alırdı və onu heç kim məcburi şəkildə müharibəyə apara bilməzdi, o, könüllü şəkildə Milli Orduya yazıldı, Vətənini müdafiə etməyə, ən əsası da yağı düşməndən Göyçənin, Nərimanlının, Xocalının qisasını almağa getdi. Biz narahatçılıq keçirməyək deyə, evdə deyirdi ki, Bakıda tankların təmir edildiyi bir yer var, mən orada işləyirəm”.

Düşməndən qisasını alan Vətən fədaisi

Milli Qəhrəmanın qardaşı Şəmsi həkim iyirmi ildən artıqdır stomatoloq kimi fəaliyyət göstərdiyini, bu müddət ərzində Ağdamın Abdal və Gülablı kəndlərindən çoxsaylı pasiyentlərinin olduğunu bildirərək qeyd etdi ki, ağdamlı müştərilər onun Nərimanlı kəndindən olduğunu bilən kimi vaxtilə göyçəli bir oğlanın ermənilərə qan uddurmağından, qəhrəmanlıqlarından geniş söhbət açıblar: "Qardaşım Şövqiyar heç vaxt özünü öyməyib, qəhrəmanlığından danışmayıb. Əksinə, "Cəbhədə elə oğullar var ki, tankın mərmisini düz tuşlayıb düşmənin sığınacağının pəncərəsindən içəri salır, hamısını bir mərmi ilə məhv edir”, deyir, cəbhə yoldaşlarının mərdliyindən fəxrlə danışırdı. Şəhid olandan sonra ağdamlıların söhbətindən öyrənmişdim ki, əslində o şücaəti Şövqiyar özü edibmiş. Döyüş yoldaşları bildirirdilər ki, Şövqiyar erməni yaraqlılarından tək özünün, ailəsinin deyil, bütün nəslinin, el-obasının qisasını alıb sağlığında. Abdal və Gülablı kəndlərindən olan pasientlərim Şövqiyarı özlərinin arxası, dayağı hesab etdiklərini, ona güvəndiklərini bildirirdilər. Şövqiyarın və digər döyüş yoldaşının rəhbərlik etdiyi iki tank heyəti Qarabağ müharibəsində həmin zonanın güvənc yeri olub. Hətta ermənilər o dövrdə Şövqiyarın başına böyük məbləğdə pul qoyublarmış. Buna səbəb Şövqiyarın düşmənə qan uddurması idi. Cəbhə yoldaşlarının sözlərinə görə, bir dəfə Şövqiyar durbinlə düşmən tərəfi müşahidə edəndə ermənilərin azərbaycanlı əsirlərin başına oyun açdıqlarını görür. Bundan çox təsirlənən Şövqiyar ətrafına mərd döyüş yoldaşlarını da toplayaraq gecəikən erməni mövqelərinə basqın edib, düşmən hərbçilərindən öldürdüyünü öldürüb, sağ tutduğunu da əsir götürüb kəndə gətirib”.

Milli Qəhrəmanın atası onu da əlavə etdi ki, Şövqiyar sağlığında gəncliyini, təhsilini, varlığını Vətəninə qurban verdi. Qocaman müəllimin sözlərinə görə, yağılar əlində olan torpaqlarımız işğaldan azad olunarsa, insanlarımız öz el-obalarına qayıdarlarsa, yalnız onda bütün şəhidlər kimi, Şövqiyar Abdullayevin də ruhu şad olacaq.


Rufik İSMAYILOV 
 13 aprel 2018-cı il "Kaspi" qəzeti

 

 


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər