İnsan var hekayəlik, insan var povestlik, insan var romanlıq kitabdır. İnsan da var nə həyatını, nə də düşüncələrini bir kitaba sığışdıra bilmərsən. Deyirik, Allah hər kəsə eyni istedadı verib. Əslində, biz Allahdan bizi formalaşdıran, sevdirən istedadı götürür, onunla ruhumuzda gizlənmiş gizli mətləbləri kəşf edirik. Özümüz görünməsək, çox zaman unudulsaq da, yaradanın yer üzündə kiçik fiquru obrazında, yaratdıqlarımızın yaddaşlarda qalmağı, dillərdə əzbər olması sonsuz xoşbəxtliyimiz deməkdir. Yəni, doğuluşdan ölümə gedən yolda uduzmamısan.
İstedadlı insanlar xəyalpərəst olur. Məhz xəyalları onu güclü əsər yaratmağa sövq edir. Uşaqlıqdan özümüzün də bilmədən dünyaya gətirdiyimiz arzularımızı, özümüzlə birgə böyütdük, sonra xəyala çevirdik, xəyallarımızı isə yaratdıqlarımızda gərçəkləşdirə bildik: Kitablarda, rəsimlərdə, kinolarda, musiqilərdə...
Mən musiqilərdə xəyallarımın arasında özümü tapmağa çalışırdım. Təsəvvür edin, uşaq ağlımla elə bilirdim qızları da oğlanlar kimi vaxtı çatanda hərbi xidmətə çağıracaqlar. “Bədən tərbiyəsi” dərsində bir az da Şəmistan Əlizamanlının " Can Azərbaycan " ifası altında əsgər kimi düzülüşməyimiz, məni özümə qəhrəman kimi göstərmişdi. Təbii mən mahnının özünü əzbərləmişdim, müəllifin kimliyiylə maraqlanmamışdım.
Düzü, bizə " Xalq " mahnısıdır demişdilər. O vaxt elə bilirdim, mahnını xalq yazıb, dildən-dilə bugünümüzə gəlib çıxıbdı. Tarix kitablarından oxuyana qədər mahnıdan öyrənmişdim, əslində Təbriz bizimdir, sərhədin o tayında gözü yol çəkə-çəkə " Can Azərbaycan " hayqırır.
Həə, Xalq yazmışdı. Şəmistan Əlizamanlı adlı xalq!...
Aradan çox vaxt keçdi, çox musiqilər bəstələndi, xalq dilində əzbər olan mahnılar yenə xalq mahnısı oldu, yenə müəlliflərin adları öz bəstələrinin arasında unuduldu. Qəfildən fərqli mahnı, fərqli səs eşitdik. O vaxt indiki kimi you tube yoxuydu. Daha doğrusu, internetin işartıları yoxuydu, "Allahın möcüzəsi" bildiyimiz iri cib telefonlarla yeni addımlar atırdıq. O vaxt vətənpərvərlik mövzularında verlişlərə, kinolara baxırdıq. Daha doğrusu, göstərirdilər, baxırdıq, öz-özümüzə cəsarətlənirdik, evlərimizə yaxın gizli yerlər axtarırdıq. O ümidlə axtarırdıq ki, ya unudulmuş silah tapaq, ya da əl qumbarası, təhvil verək “polis əmi”lərə, nə var-nə var, başımıza sığal çəkəcəkdilər, nümunəvi qaçqın uşaqları olacaqdıq…
Hiss edirdim, “Cənab leytenant” mahnısından sonra qızlar əsgər sevgililərini ürəklə yola salır, əsgərlər də ümidlə gedirdilər. Bir-iki dəfə əsgər məktubunu həyəcanla oxuyan qızlar da görmüşdüm, özümü onların yerində təsəvvür eləmişdim də... Mən də nə zamansa əsgər, zabit yolu gözləyəcəm…
İgid əsgər, möhkəm dayan. Zaman səni sınayacaq da, gəlişin olmayan yollarda gözləri yol çəkən sevgilin ən yaxşı halda sevgisindən adına görünməz büt düzəldib, öz ürəyində dəfn edəcək də.
Dövlət televiziyasında hər səhər sözləri və musiqisi Şahin Musaoğluna məxsus olan “İgid əsgər, möhkəm dayan” mahnısı Şəmistan Əlizamanlının içdən gələn səsiylə səngərdə dayanan döyüş qardaşlarımız üçün əsl şüar, stimul idi.
Konfutsi demişkən, insan öz dünyasının yaradıcısıdır. Altmış il gəldiyi yolda soyuq olmayan, qürur duyduğumuz sehrli səsiylə əsgər də yola saldıq, şəhid də qarşıladıq, ağladıq da, güldük də, heç vaxt səsinə çatmayacaq səsimizlə səs-səsə verib oxuduq da!...
Şəmistan Əlizamanlının müsahibələrindən birində rast gəlmişdim. Təsəvvür edin, Azərbaycan torpaqlarının azad olunması xəbərinin mətnini hazırlayıb, xəyalıyla ümidlərinin gərçəkləşəcəyini gözləyən insan var qarşımızda və o insanı Allah məhz bizim qismətimizə, musiqi taleyimizə yazıbdı. İkinci Dünya müharibəsində “ Hər şey vətən üçün, hər şey cəbhə üçün” şüarını Qarabağdan bugünə qədər Şəmistan bəyin səsində hiss eləmişik. Məncə, bizimki hiss eləməkdən artıq olub ki, bugün Şəmistan Əlizamanlını öz efrilərimizdə az görsək də, unutmamışıq. Öncə ifa etdiyi mahnıları, sonra adını ürəyimizə, yaddaşımıza yazmış adamdır...
1992-1993-cü illərdə əli silahlı əsgərlərimiz döyüşə təkcə silahla yox, həm də Şəmistan Əlizamanlının yatmış yaddaşları oyadan mübariz ifalarıyla hücuma keçirdilər.
Türk dünyasını çılpaqlığıyla göstərən “Diriliş Ərtoğrul”-da Ozan kimi çıxış etməsi, Türkiyə başqanı Rəcəb Tayyib Ərdoğanın tanıtım çarxında onun səsindən istifadə olunması, bəlkə də qədrini bir az gec bildiyimiz böyük insanın sənətinin əzəmətini bir daha sübut elədi…
İndi efirlərimizdə vətənpərvərliklə bağlı verlişlər yox dərəcəsindədir. Biz indiki nəsil Şəmistan Əlizamanlının mahnılarıyla böyümüşük. Böyümüşük yazıram, qaçqınlıqdan sonra bir növ analarımızın laylalarını dinləmədik, atalarımızla çox zaman keçirə bilmədik, nağıl danışan nənələrimizin ürəyi geridə qoyduğu yurdun həsrətinə xiffət çəkəndə Şəmistan Əlizamanlının əvəzsiz səsi köməyimizə çatdı, bizi əvvəldən yazdığım kimi kiçik qəhrəmanlara çevirdi.
“ Ağ ümid” ifasındakı sözlər kimi kiçik qəhrəmanlar olmaq istəyirdik:
- Güllədən biçilmiş bir köynək ver mənə
Analar saçlarını yolmasın!...
Şəfaqət Cavanşirzadə
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024