Balaca İsmayılın böyük istedadı

20:00 / 13.02.2019
Baxılıb: 3590

Ürəyimdən hansısa bir aşıq haqqında yazı yazmaq keçəndə həmişə birinci xəyalıma Göyçə aşıqları gəlir. GÖYÇƏ və AŞIQ sözləri bir-birilə elə bağlıdır ki, bunları ayrı-ayrılıqda təsəvvür etmək mümkün deyil. Elə son məqaləm də Göyçənin azman aşıqlarından biri – Aşıq Nuriddin haqqında idi. Bu dəfə ünvanı dəyişməli oldum. Çünki həmsöhbətim  13 yaşlı İsmayıl məni sözün həqiqi mənasında, təəcübləndirdi. 13 yaşın ola, 5 musiqi alətində ifa etməyi mükəmməl bacarasan. Fikirləşdim ki, bu balaca aşıq haqqında yazmasam olmaz. Axı gənc istedadlara dəstək olmaq, onları təbliğ etmək, sənətə həvəsləndirmək hamımızın mənəvi borcudu.

Yuxarıda dediyim kimi, yazılarımın böyük əksəriyyəti Göyçə aşıq mühitinin sənətkarları haqqındadır. Bu, o demək deyil ki, Azərbaycanın digər aşıq mühitlərinin nümayəndələri haqqında bir iş görməmişəm. Xeyr, belə deyil. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Borçalı, Tovuz, Gəncə-Şəmkir, Qarabağ, Cənubi Azərbaycan, eləcə də Şirvan aşıq mühiti nümayəndələri haqqında Azərbaycanca Vikipediyada, onların yaradıcılıqları barədə Vikimənbədə kifayət qədər işlər görmüşəm. Haqqında yazmaq istədiyim İsmayılın da gələcəkdə Şirvan aşıq mühitinin layiqli nümayəndələrindən olacağına heç bir şübhəm yoxdur.

İmanverdiyev İsmayıl Fəxrəddin oğlu 25 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olub. Bakıda doğulmağına baxmayaraq onların ailəsi Şirvan şəhərində yaşayırlar. Özündən böyük Gülnar, Aygün, Şəhla adında üç bacısı var. Ocağın sonbeşiyi və yaşca da bacılarından xeyli kiçik olduğundan ailənin ən sevimli üzvüdü. Atası Fəxrəddin uzun müddət Şirvan NQÇİ-də işləyib. Anası Minayə xanım isə sazın-sözün vurğunudu. Gənclik illərindən poeziya aşiqi olan Minayə İmanverdiyevanın 2017-ci ildə 50 illik yubileyi ilə əlaqədar “Həyatım sənə bağlıdır” adlı 134 səhifəlik şeir kitabı çap olunub. Onu da qeyd edim ki, Minayə xanımın qardaşı Mirzəyev Mahir Talıb oğlu Qarabağ müharibəsində şəhid olub. Şirvan şəhərində yaşadığı küçəyə Mahir Mirzəyevin adı verilib.

İsmayıl 2012-ci ildə Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbin I sinfinə gedib. Elə ilk günlərdən dərslərini yaxşı mənimsəməyə başlayıb. Hazırda həmin məktəbin VII “d” sinfində yaxşı və əla qiymətlərlə oxuyur.

İsmayıl İmanverdiyev III sinifdə oxuyandan doğmalarının məsləhəti ilə musiqi dərsləri də almağa başlayıb. Şirvan Folklor evində Nizami İsmayılovdan gitara, saz və nəlbəkidə ifa etməyi çox yaxşı mənimsəyib. Tez bir zamanda Nizami müəllimin üzünü ağ edib desək, yanılmarıq. İsmayılı tanıyan bütün Şirvanlılar onun nəlbəkilər üzərində çalğısını dinləyəndə istər-istəməz Salyanlı Həsənağa Sadıqovun bənzərsiz ifasını xatırlayır, sanki onu dinləmiş olurlar. Fikrimcə, bu da təsadüfi deyil. Axı İsmayılın anası da əslən Salyanlıdır. Elə onun sazı yaxşı mənimsəməyi də, fikrimcə, buradan qaynaqlanır. “Əslində olan dırnağında bildirər” el misalına əsaslansaq İsmayıl da Aşıq Bəylər Qədirov, Aşıq Pənah kimi məşhur Salyanlıların adını, sənətini yaşadacağını qarşısına məqsəd qoyub. İsmayıl ilk dəfə ənənəvi simli musiqi alətləri olan gitara və sazı öyrənməyə başlasa da, 2014-cü ildən Nailə Vəliyevadan dərs alaraq sintizatorun da sirlərinə yiyələnib və 2017-ci ildə sintizator kursunu bitirib.

İsmayıl hazırda Şirvan şəhər Uşaq Musiqi məktəbinin V sinfində oxuyur, təhsili 7 illikdi. Məktəbdə pianino dərslərini və notu Fəridə Həsənovadan öyrənir. Eyni zamanda musiqi məktəbində həm də “Simayi-şəms” ritmik muğamının mahir ifaçısı olan İrşad İbişovdan xanəndəlik dərsləri alır.

İsmayıl bir çox musiqi alətlərində ifa etməyi bacarmaqla, yaşı az olsa da Şirvan şəhərində artıq gənc musiqiçi kimi tanınır. Yazdıqlarım gəlişi xoş sözlər yox, həqiqətdir. Dediklərimin təsdiqi üçün İsmayılın bir neçə dəfə dəvət olunduğu televiziya verilişlərini siz oxucuların da nəzərinə çatdırım: Space TV-nin “Zəhmətkeş ulduzlar” (16.04.2017), “Yerimdəyəm” (15.12.2017), Dünya TV-nin “Sənin ulduzun-4” (23.03.2018) verilişlərində iştirak edib. Saz və nəlbəkilərlə ifası çoxsaylı tamaşaçıları heyran edib. Televiziyada daha uğurlu çıxışı isə layihə rəhbəri Aşıq Namiq Fərhadoğlu olan, Lider televiziyasında yayımlanan “Köklə sazı” aşıq müsabiqəsinin 2017-ci ildə keçirilən 7-ci layihəsində olmuşdur. İsmayıl Şirvanlı müsabiqənin finalçısı olmuş, 2-ci yeri tutmuşdur.

13 yaşlı balaca aşıq İsmayıl Şirvanlı bir neçə Fəxri Fərman və diplomlarla da təltif olunub. Onlardan bəzilərini qeyd etmək yerinə düşərdi. “Şirvan şəhər Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirakına görə”, “1 iyun “Uşaqları Beynəlxalq müdafiə günü” münasibətilə”, “Məktəbdaxili ictimai işlərdə fəal iştirakına görə” “Fəxri Fərman”la təltif olunmuşdur. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının Rəyasət Heyətinin qərarı ilə təltif edildiyi diplomda yazılır: “Çox istedadlı, talantlı, bacarıqlı, intizamlı, kübar şagirddir. 5 musiqi alətlərində gözəl ifa edir. Fitri istedada malikdir. Tədbirlərdə, tele-verilişlərdə milli alətimiz olan sazla ifalarına görə ən yüksək nəticələr qazanıb. Həm 5 musiqi alətində, həm də nəlbəkilərdə ifası hərarətlə qarşılanır.”

Meyxanaya və repə də böyük marağı olan İsmayıl Şirvanlı özəl günlərdə, el şənliklərində, şəhərdə keçirilən dövlət tədbirlərində sevimli alətləri ilə iştirak edir. Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Şirvan” Folklor evi İsmayılın doğma məkanıdır. Sazı, gitarası və başqa alətləri ilə şəhər sakinlərini solo ifaları ilə feyziyab edir.

 

Araz Yaquboğlu,

tədqiqatçı-jurnalist

 


Etiket:
Xəbərlər

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024
Bütün xəbərlər