MAZANOV – çox nadir soyaddır, deyilmi? Bəlkə də onda cəmlənən çox yüksək, qeyri-adi insani keyfiyyətlər də elə soy-kökündən qaynaqlanmış, ata-babalarının qanlarındakı genlərdən mayalanmış, sonradan özünün çalışqanlığı, mütaliəsi, görüb-götürmək qabiliyyəti sayəsində yalnız ABBAS MAZANOVA xas olan xarakter və dünyagörüşü formalaşmışdır.
Doğrusu, mən bu böyük insanın zəngin daxili aləminin, yüksək mənəviyyatının, xalq yaradıcılığına, aşıq sənətinə, saza-sözə olan həvəsinin haradan, nədən qaynaqlandığının sirrini açmaqda acizəm. Ona görə də fikirlərimi dayandırıb Abbas müəllim haqqında bildiklərim, gördüklərim və eşitdiklərim xatirələri oxucularla bölüşmək istəyirəm.
Yazıma niyə soyadı ilə başladım? Çünki bu az rast gəlinən soyadı Abbas müəllimin xoş əməlləri, xeyirxah işləri, tutduğu vəzifələrdə səmərəli fəaliyyəti ilə o qədər məşhurlaşmışdır ki, Göyçə mahalında Mazanovu şəxsən tanımayanlar belə, onun soyadını eşitmişdi. Onlardan biri də mən idim, gənc yaşlarımdan onun haqqında çox eşitmişdim, ancaq şəxsən tanımırdım, eşitdiklərimə görə ona həsəd aparırdım, üzünü görməyi arzulayırdım. Tale elə gətirdi ki, nəinki gördüm, tanış oldum, hətta aramızda ata-bala, dost-qardaş münasibəti yarandı və sonralar bu isti münasibət mənim həyat yoluma işıq saldı, gələcək uğurlarımın səbəbkarı oldu.
1971-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunu bitirib doğma kəndimizə - Ağbulağa qayıtdım, tələbəlik illərində İrəvanda çıxan “Sovet Ermənistanı” qəzetində işlədiyimdən Krasnoselo rayonunda dərc olunan “Dostluq” qəzetində işə düzəldim. Həmin dövrdə o, Cil sovxozunun direktoru vəzifəsində işləyirdi, bu sovxoz rayonun ən qabaqcıl təsərrüfatlarından biri idi. Günlərin birində təsərrüfatın fəaliyyətini işıqlandırmaq məqsədi ilə Cil kəndinə göndərildim, məhsul toplanışı vaxtı idi, Abbas müəllimlə xırmanda görüşdük, onunla tanışlığımız da elə buradan başlandı. İşimizi qurtardıqdan sonra məni evə dəvət etdi, utandığıma görə imtina eləməyə çox cəhd etdim, lakin alınmadı, bizimlə birlikdə olan ilk partiya təşkilatının katibi mərhum Məhərrəm Vəliyev söhbətə müdaxilə etdi:
- Oğlum, cavansan, ancaq bil ki, Abbas müəllim bu kəndə qonaq gələni bir stəkan çaya qonaq etmədən buraxmaz, utanma, gəl gedək. İstər-istəməz, direktorun maşınına oturub evinə yollandıq. Çay süfrəsi hazırlananadək ordan-burdan söhbət etdik, o, divardan asılmış sazı köynəyindən çıxarıb aşıq yaradıcılığından söhbət açdı. Ustad Ələsgərdən, Abbas Tufarqanlıdan bir-neçə misra şeir söylədi, həmkəndliləri Aşıq Yunisdən, Aşıq Müseyibdən çox maraqlı epizodlar gətirdi, bir-neçə hava çaldı. Reaksiyamdan, zümzüməmdən mənim də saz həvəskarı olduğumu duyub söhbətimizi xeyli uzatdı, beləcə başlayan ilkin tanışlıq gələcək dostluğumuzun əsasını qoydu.
Sonradan Abbas müəllim Krasnoselo Rayon Soveti İcraiyyə Komitəsinin sədri seçildi, bu təyinat rayon sakinlərinin 65-70 faizini təşkil edən azərbaycanlıların böyük sevincinə səbəb oldu. Çünki hamı onsuz da Mazanovun elimizin-obamızın ağsaqqalı kimi qəbul edirdi və bu vəzifə səlahiyyətlərinin onun əl-qolunu daha da açacağına, orada yaşayan millətimizə çox gərəkli olacağına inanırdı. Abbas müəllim gələcək fəaliyyətində millətimizin etimadını layiqincə doğrulda bildi. Rayonun ehtiyacı üçün lazım olan əsas tikinti, abadlıq, elmi-mədəni quruculuq işlərinin yerinə yetirilməsini təmin edə bildi. O, bu məsul vəzifədə işlədiyi vaxtda Azərbaycanlı və erməni kəndlərinin əksəriyyətində məktəb, tibb, rabitə, nəqliyyat və digər elmi, mədəni müəssisələrin tikilməsinə və fəaliyyət göstərməsinə nail ola bildi. Ancaq onun qaldırdığı məsələlər asanlıqla qəbul olunmurdu, çoxsaylı müqavimətlərlə qarşılaşırdı, lakin Abbas müəllim onlara ağılla, kamalla, əsaslandırılmış qaydada cavab verməklə mənfur opponentlərini susdura bilirdi.
Bütün çətinliklərə baxmayaraq, Abbas müəllim rayon icraiyyə komitəsinin fəaliyyətini xeyli canlandırdı, respublika rəhbərliyinin hörmətini qazandı, sayılıb-seçilən ispolkom sədrlərindən biri oldu. Açığını deyim ki, Ermənistan KP MK-nin birinci katibi K.Dəmirçiyan Abbas müəllimin səmimiliyinə və işgüzarlığına böyük hörmət bəsləyirdi.
Əlbəttə, bu ona asan başa gəlmədi, o, nəyə nail oldusa, hamısı sağlamlığına zərbə vurması, mənəvi sarsıntılar keçirməsi hesabına qazanıldı. Əhalinin əksər hissəsinin azərbaycanlılar olduğuna baxmayaraq, rayon partiya komitəsinin 11 üzvündən yalnız biri, icraiyyə komitəsinin 13 üzvündən cəmi 2 nəfəri azərbaycanlı idi, hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri arasında isə azərbaycanlılardan bir nəfər belə məsul işçi yox idi. Bu səbəbdən də nəinki rayonda yaşayan, həmçinin qonşu rayonlardan gələn azərbaycanlılar da bütün məsələlərlə əlaqədar Abbas müəllimə müraciət edirdi. Mənfur erməni məmurları ilə hamının qaldırdığı məsələni həll etmək heç də asan deyildi və bu, ona mənəvi əzab verirdi.
Abbas Mazanov təbiətən çox xeyirxah, ədalətli və qanunlara hörmətlə yanaşan, imkanı çatan yerdə hamıya kömək əlini uzadan insandır. Onun əl uzadıb, arxa-dayaq durduğu çoxsaylı insanlardan biri də mən olmuşam. Mənim xəbərim olmadan, onun namizədliyinə əsasən məni kəndimizin orta məktəbində direktor müavinliyindən rayon partiya komitəsinə məsul işə gətirdilər. Üç il bu vəzifədə çalışdım, Abbas müəllimlə daha çox ünsiyyətdə olmaq, onun məsləhətlərinə qulaq asmaq imkanım oldu. Söhbətlərimiz vaxtı həmişə öz tövsüyələrini verməklə yanaşı, həm də təskinlik verir, darıxma, hər şey yaxşı olacaq, sən işində məsuliyyətli ol, deyirdi.
Bir gün məni yanına çağırdı, hal-əhval tutduqdan sonra dedi ki, mən vəzifəmdən istefa vermək qərarına gəlmişəm, həm raykomun birinci katibinə, həm də mərkəzi komitəyə öz yerimə sənin namizədliyini vermişəm, yaxın günlərdə katib səni qəbul edəcək, ancaq sən bu barədə heç kimə bir söz deməməlisən. Çaşqınlıqdan donub qaldım, bir azdan özümü ələ aldım, onu bu fikrindən çəkindirmək üçün çox xahiş etdim, hələ millətimizin ona böyük ehtiyacının olduğunu, heç kimin onu layiqincə əvəz edə bilməyəcəyini, digər çoxsaylı dəlilləri dilə gətirdim, ancaq fikrindən döndərə bilmədim. Abbas müəllim dediyinin üstündə durdu və axıradək əlimdən tutub öz kreslosuna oturtdu, özü isə əvvəllər işlədiyi Cil sovxozunun direktoru vəzifəsinə qayıtdı.
Bütün bunlardan sonra Abbas müəllimlə dostluğumuz daha da möhkəmləndi, ailəvi dostluğa çevrildi, onun köməyi və məsləhətləri sayəsində işə alışa bildim. Abbas müəllim harada olubsa, mən də orada olmuşam və əksinə.
O, mənə yalnız vəzifə verdirməyib,həm də özünün ən yaxın dostlarını mənim dostum, qohumlarını mənim qohumum edib, övladlarımızı mehribanlaşdırıb.
Abbas müəllimlə cəmi üç dəfə rəsmi ezamiyyədə olmuşam, birinci dəfə yonca toxumu əldə etmək üçün Naxçıvana, ikinci dəfə Qəbələ, Oğuz və Şəki rayonlarına, üçüncü dəfə isə Bakı şəhərinə gəlmişik. Harada olmuşuqsa, mən bu insanın necə hörmətlə qarşılanmasının, ən yüksək səviyyəli rəhbərlərin ona göstərdikləri isti münasibətin, ehtiramın şahidi olmuşam.
Öz-özümə düşünmüşəm: İlahi, insanın nə qədər dostu-tanışı olar?! Sualımın cavabını özüm də tapmışam: həyatda hər şey qarşılıqlıdır, hörmət göstərib, hörmət də görür. Abbas müəllimin qapısı həmişə qonaqların üzünə açıq olub, kiçik övladları Vüqar, Qoşqar, nəvələri Lalə, Arif qonaqlara xidmət üçün növbədə dayanardılar, nənələri Dilbər xanıma köməkçi olardılar, saz çalıb söz oxuyardılar.
Abbas müəllimin böyüklüyü onda idi ki, ucuz şöhrət arxasınca qaçmazdı, ağır oturub, ağır durardı, hər şeyə tez reaksiya verməz, birisi danışığını bilməyəndə, yersiz hərəkət etdikdə ona qoşulmaz, öz səviyyəsini saxlayardı. Mazanov erməni daşnakların millətimizi öz ata-baba torpaqlarından vəhşicəsinə qovduğu dövrdə də öz böyüklüyünü qoruyub saxlaya bildi, bəzi rəhbərlər kimi camaatını orda qoyub öz başını götürüb qaçmadı, əvvəlcədən razılaşdıraraq, kəndini o vaxtkı Xanlar rayonunun Mirzik kəndi ilə dəyişdirdi, bütün ailələrin sağ-salamat köçürülməsini təmin etdi. Xanlar da Qarabağ müharibəsinin tərkib hissəsinə daxil idi. İndi də Xanlar (Göygöl) rayonunda onun qeyrətindən danışılır.
Bəli, budur böyüklük, budur müdriklik, budur ziyalılıq! Bu gün həyat salnaməsinin 86-cı səhifəsini EL AĞSAQQALI ABBAS ƏLİ OĞLU MAZANOV əmək fəaliyyətini dayandırsa da, yaradıcılıq fəaliyyətini davam etdirir, öz poeziyasını yaradır, mütaliə edir, saz çalır, xalq yaradıcılığından nadir inciləri sapa düzür, gələcək nəsillərə ötürməyə hazırlayır. O, folklor-aşıq yaradıcılığına dair 50-dən çox publisistik yazıların və iki kitabın müəllifidir.
Biz elimizin-obamızın, dünyalarını dəyişmiş, lakin öz əməlləri ilə yaddaşlara həkk olunmuş qeyrətli el oğlularımızın ruhunu Sizdən duyuruq, Siz bizə hələ çox lazımsınız, Abbas müəllim! Canınız sağ, ömrünüz uzun olsun!...
Mahal Əliyev
Əməkdar müəllim
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024