Yaz ayının ilk günləri idi. Amma qış öz yerini yaza verməyə tələsmirdi. Gün yavaş-yavaş əyildikcə, havada olan soyuqluq daha da hiss olunurdu.
Dostum Qılman İmanla tariximizdən, ədəbiyyatımızdan, qədim yurd yerlərimizdən, yazarlarımızdan və s. söhbət edə-edə vaxtın necə keçməsindən belə bixəbər idik. Havada olan soyuqluğa baxmayaraq, dəniz kənarı parkda insanlar qaynaşırdı. Kimi dinməz dənizə tamaşa edir, kimi dayanıb söhbət edir, bəzi adamlar isə yeyin addımlarla yanımızdan ötüb keçir, sanki harasa tələsirdilər. Onu da qeyd edim ki, Qılman İmanın özünəməxsus şirin üslubu dinləyicisini vəcdə gətirir, oxuduqlarını, öyrəndiklərini, eşitdiklərini şirin söhbətlərinin sehriylə həmsöhbətini sehirləndirir, vaxtın, zamanın adamdan xəbəri olmur.
Həmin anlarda vaxt bizə dəymədiyi kimi, bizdə vaxta dəyib-toxunmazdıq.
Vətənimin, dədə-baba torpaqlarımızın yanğısını, odunu neçə illərdir ki, ürəyimdə köz edib, ağrısı, acısı damarlarımda axan qan ilə bütünlüklə vücuduma yayılmış, saçımın tükündən dırnağıma kimi yandırmışdı. Torpaq yanğısı, yurd yanğısıdan o qədər danışmışdım ki, ağzımda dilim dolaşır, sözləri belə düzgün tələffüz edə bilmirdim.
Xəyalən bir də qayıtmışdım o qanlı-qadalı payıza. Könül səksəkəsindən azad, asudə olduğum axırıncı payız... Ayrı-ayrı xatirə qəlpələriylə bir kənd, bir böyük el-oba olaraq baş-başa, ürək-ürəyə olduğum, yurdumda keçirdiyim son payızı "diriltməyə" cəhd etmişdim ürəymdə...
Uşaqlığımın, Göyçə ömrümün işığı 1988-ci ilin payızıyla eyni vaxtda söndü...
Yaxın ayrılıqdan xəbərsiz, ürəkləri yurd nəşəli, sevgiylə, inamla, arzularla dolu elim-obam...
Göyçəmizin işığını sönməyə qoymayacaq ata-babalarımızın nakam ruhlarından başqa heç kim qalmadı orda. O narahat ruhlar köçkün ellərimizi niskilli-niskilli dolaşdıqca qərib məzarlar bizləri heç vaxt bağışlamayacaqlar...
Bu anda Qılman İmanın təklifi məni düşüncələrimdən ayırdı.
-Bəlkəm bir çay icək? İlqar, həm də yadıma düşmüşkən sənə deyim ki, bir saatdan sonra hörmətli ağsaqqalla görüşəcəyik. Unutmamısan ki?
Düzünü deyim, unutmuşdum. Amma özümü elə aparırdım ki, guya yadımdadır. Çay təklifini qəbul etsəm də, gərgin vaxtlarımda tez-tez olan baş ağrılarım görüşə olan həvəsimi öldürmüşdü.
Onsuzda görüş olacaqdısa, geci-tezi görüşəcəydik.
Ona görə yox ki, vəd eləmişdim. Guya bütün vədlərimiz əmələ çevrilirmi? Hərdən ürəyimizdə əhdə xilaf olmamağa çox çalışsaq da, "sabah edərəm”, "biri gün vaxt edərəm" deyə-deyə vaxtı föftə veririk, nə iş görülür, nə vəd yadımıza düşür.
Bəzən də heç iradəmizdən asılı olmayan səbəbdən, niyyət elə axıracan niyyət olaraq qalır.
Qılman İmanın sualı məni fikirdən ayırdı.
-Nə düşünürsən?!... Mütləq görüşməliyik!
Dostumun qəti qərarı mənə əlavə nəsə söz deməyə belə şans qoymamışdı.
Başımla razılığımı bildirdim - Görüşək - dedim.
-İlqar, o insan sırf sənin ürəyincə olan bir insandır. Özün görəcəksən. Vətənpərvər, ağsaqqal, ziyalı bir insandır.
Sözün düzü, əvvəl mən görüşə ürəklə gedim deyə bu sözlər söz xatirinə deyildiyi kimi başa düşürdüm.
Dostumu çox incitməmək üçün dedim: Mütləq gedək!
Bir az eyni açılsın deyə şeir yaddaşını tərpədirdim.
Ən çox sevdiyi bir şeirini qiraət edəndən sonra, söhbətimizə təbəssümə oxşar bir işıq gəldi.
-Gedək onda, vaxdır.
Bu sözümə bəndmiş kimi üz tuturuq görüşəcəyimiz həmin insanın iş yerinə.
Əvvəlcə hörmət əlaməti olaraq Qılman İman qapını döyür. Qapının arxasından əmiranə səs gəlir.
-Buyurun! - Sözündən sonra qapını açırıq. Həmin insan bizi ehtiramla salamlayır, “xoş gəlmisiniz” deyib stulda əyləşməyimizi işarə edir.
Hal-əhval tutana kimi çay gəlir. Goyce.az saytını xəbər alır, izlədiyini deyir və öz təklif, tövsiyyələrini verir.
Və beləcə yavaş-yavaş bizi kökə bağlayan tellərin, əcdadlarımızın irsinə calanan izlərimizdən söhbət başlayır.
Qonağı olduğumuz ziyalı İNSAN, Qərbi Azərbaycanın bütün mahallarının: tarixini, folklor-etnoqrafiyasını, ədəbiyyat və mədəniyyətini, ictimai-siyasi və elm xadimlərinin həyat və yaradıcılığını , toponimlərini elə incələyir ki, sözlər, cümlələr çeşnəsi toxunduqca gözəlləşən xalıya-xalçaya bənzəyirdi.
Çaydan bir qurtum içərək, qarşısındakı kitab-dəftəri səliqə ilə düzəldib üzünü bizə tutur:
-Dastanlardan gələn nərələri eşidəndə, ulu şərqiləri dinləyəndə, bir bayatının sehrinə düşəndə qəlbin coşub-çağlayırsa, qanın qaynayırsa, deməli, mənsub olduğun xalqın yaddaş qapıları açılır insanın üzünə. Kökündən güc alırsan, kökünə köklənirsən. Şərəfli bir yol keçmiş tariximiz var. İllər, qərinələr, əsirlər, eralar şahidlik etmiş tariximizə söykənmişik biz!...Fikir məni götürür...İlahi, bu nə sirrdir? Bu insanı dinlədikcə ürəyimdə doğmalıq, əsl el ağsaqqalı, mərd kişi nüfuzu göz önümdə canlanırdı. Bu insan danışdıqca şəxsiyyətinə, insanlığına, insanın özündən asılı olmayan hörmət, izzət vurğunluq yaranırdı.
Otağın hər yerindən, elə bu böyük ürəkli insanın özündən də Göyçə ətri, Göyçə qoxusu gəlirdi.
Göz önümdə dağ vüqarlı, dağ əzəmətli bir insan əyləşmişdi.
Göyçənin tək güllərinin ətrini, dağlarının əzəmətini yox, həm də Göyçənin özü boyda torpağını qürbətdə yaşadan, qürbətdə Göyçənin döyünən ürəyi idi bu İNSAN! Və özüm-özümdə düşünürəm: İlahi, bu İNSANIN bu qədər mənim gözümdə ucalmasına nə səbəb ola bilər?!...
Onun böyük nüfuzunun əsl səbəbi də tarixinə, kökünə, elinə-obasına, yurduna möhkəm bağlarla bağlanmağı idi. Köklü bir ocaqda, ziyalı bir ocaqda dünyaya gəlməsi dayanırdı!...
El-oba təəssübü məsələsində olduqca prinsipial bir insanla söhbət edirdik. Tale sanki onu yurduna həyan olmağa dünyaya gətirmişdi. Harada olmasından asılı olmayaraq, o, yurda gərəkli olmağa bizim önümüzdə məşəl olmaq idi və oldu da!
Yurdlarımızla bağlı düşüncələrimizi, görəcəyimiz işləri, planlarımızı dinlədikdən sonra, məsləhətlərini verib əlimizi sıxdı.
- Uğurlar sizə, uşaqlar!
Və belecə ayrıldıq. Mənim hələ də fikirim bu İNSANIN yanında idi.
Qılman İman səssizliyini pozdu.
-İlqar, nə düşünürsən?!..
-Qılman, bu tanışlığa görə sənə təşəkkür edirəm!
ƏSL LƏNGƏRLİ KİŞİ!
ƏSL OĞUZ TÜRKÜ!
O vaxtdan bu vaxta bir il keçib. Ozü haqda danışmağı, tərifi sevmədiyi üçün hər dəfə bu yazını sonraya saxlayırdım. Beləliklə, bu qərara gəldim ki, ad yazmamaqla bu yazını yazım. Yazmasam olmazdı, çünki ürəyim O İNSANIN təəssüratlarıyla doludur!
Kecmişi aramaq nə qədər vacibsə, bu günü yaddaşlara hopdurmaq ondan da zəruridir.
Unutmuşuq ki, yaşadığımız dövrün bu cür mərd insanlarını bizdən yaxşı heç kim yaza bilməyəcək. Aydın görünən aydınlarımız tam həqiqətləri ilə gələcəyə əmanətlənməsə, bunu bizə hec kim bağışlamayacaq və niyə də bağışlasınlar?…
İlqar İSMAYIL
Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024