Axşamdan başlayan həzin yağışa, gecə yarısı dəli külək də qoşulmuşdu. Küləyin yağışı dayandırmaq cəhdi hec cür alınmırdı . Yağış daha da hirslənərək sanki küləkdən qisas alırdı. Göz qırpımında həzin yağış leysana çevrilmişdi. Səhər açılsa da hər yer alaqaranlıq idi. Küləklə pəncərəyə düşən damlalar pəncərəni döyəcləyərək şüşədən aşağı bir-birini qovurdu.
Müharibənin ağrısı-acısı elə bil ki, insanlarla birgə kəndin də canına hopmuşdu. Kənddə bu gecə əvvəlki günlərdən fərqli olaraq adamı qorxudan bir sakitlik hökm sürürdü. Evlərin çoxunun qapısı bağlı idi. Böyüklər qocaları, qadınları , uşaqları müharibənin od-alovundan qorumaq üçün, qohum-əqraba evinə göndərib, özləri isə kəndin mühafizəsində dayanmışdılar. Hərdən ara-sıra sükutu pozan köpəklər də bugün elə bil ki, qış yuxusuna getmişdi. Məkətəbə getmədiyi günlərdə yuxudan gec duran Nihad həmin gün saat 6-da özündən qeyri-ixtiyari oyanmışdı. Amma əvvəlkindən fərqli olaraq heç hara tələsmirdi. Hər zaman sevə -sevə getdiyi məktəb bir həftəydi müharibəyə görə bağlanmışdı. Nihadın tay-tuşları kənddən getsələr də, onun kənddən ayrılmaq fikiri yoxuydu. Atası təkid etsə də, qardaş-bacısı ilə getməmiş, kənddə qalmışdı.
Nihad məktəbin açılmasını səbirsizliklə gözləyirdi. Bu hələki mümkünsüz idi. Məktəbə getməyə onsuzda kənddə uşaq qalmamışdı. Nihad bu həftə ərzində sanki bir neçə il böyümüşdü. Pəncərədən göz yaşı kimi süzülən damlalara baxır və öz-özünə düşünürdü: hıcqırtı ilə göy də, buludlar da insanlar kimi içdən ağlaya bilərmiş. Yer isə bu göz yaşlarından doymur... Düşən damlaları acgözlüklə öz canına hopdurur, göyün göz yaşlarına məhəl qoymadan, eynən bəzi göz yaşlarından doymayan insanlar kimi...
Ağlayan göyün halına acıdı, ürəyində göyə yazığı gəlirdi. Özündən qeyri-ixtiyari pəncərədən göyə baxdı. Göyün üzü qara buludlarla örtülmüşdü. Qaş-qabaqlı, dərdi özündən böyük olan insanlar kimi...
Nənəsinin sözü yadına düşdü: yaxşı insanlar ölmür, bala, göylərə gedir, pis əməl sahibləri isə torpağın altına.
Nihad bir anlıq fikrə getdi. Həyat çox qəribə imiş... Heç vaxt fərqinə varmadığı adi nağıllardan biri kimi qəbul etdiyi nənəsinin sözü bu dəfə əməlli-başlı Nihadı dərin xəyallara aparmışdı. Bəlkə də yağan yağış göydəki əməli-saleh, yaxşı insanların göz yaşıdır, yerdə isə göz yaşlarından doymayan torpağın altında olan pis adamlardı...
Axı həyat da belədir!...Ancaq yaxşı insanlar ağlayır. Pis insanlar yaxşı insanların göz yaşlarından doymur, hətta "zövq" alıb yaxşıları ağlatmağa davam edirlər.
Analı, nənəli günləri yadına düşdü. Heç vaxt ağlamağı sevməyən Nihad, kipriyindən süzülən yaş damlası yanağında donub qaldı. Məktəbə getdiyi ilk gün yadına düşdü. Bugünkü kimi yadındadır. Sinif rəhbəri parta arxasında biri oğlan, biri qız otuzdurub, özü də yerinə keçib əyləşdi. Eynəyini gözünə taxaraq, jurnalı qarşısına çəkdi: - Hə, uşaqlar, gəlin tanış olaq, mənim adım Talıb müəllimdir ! Mən ad çəkdikcə bir-bir ayağa qalxın .
- Rauf! Əyləş!
- Şəfəq! Əyləş!
- Vüsal! Əyləş!
- Aytən! Əyləş!
Aytənin adı çəkiləndə Nihad qeyri-ixtiyari ona baxdı, baxışları toqquşdu. Üzündəki təbəssüm və baxışlar Nihadı necə sehirləmişdisə ,Talıb müəllim iki dəfə “Nihad!” deyəndə, yuxudan yarımçıq duran uşaqlar kimi özünü itirmişdi. Talıb müəllim eynəyi burnunun üstünə sürüşdürüb Nihada təbəssümlə baxdı.
- Gecə yatmamısan?
- Yatmışam, Talıb müəlim!- deyərək utanıb baxışlarını yerə dikdi.
- Əyləş! Diqqətli ol ! Fikrin məndə olsun !
Və adları çəkməyə davam etdi. Nihad artıq heç nə eşitmirdi. Fikri Aytənin yanındaydı. Sinifdə çəkilən “Aytən” adı ömürlük Nihadın yaddaşında həkk olundu. Nihad Aytənə baxdı. Baxışlarıyla qızı süzərək gözlərindən ürəyinə köçürürdü. Aytən də hərdən oğrun-oğrun Nihada baxır və baxışlar toqquşanda, günahkar insanlar kimi baxışını tez gizlətməyə çalışır, gah yerə, gah da qarşısındakı kitaba baxırmış kimi özünü göstərməyə çalışırdı. Beləcə, ilk baxışdan ilk məhəbbət doğulmuşdu.
Nihad Aytənə bir cümlədən ibarət olan məktub da yazmışdı.
Cəmi bircə cümlə: - Aytən, sən bu həyatı mənə gözəlləşdirən, qaranlıq dünyamı işıqlandıran yeganə insansan!
Nihad məktubu aylarla cibində gəzdirir, hər axşam yatmamışdan əvvəl məktubu oxuduqdan sonra balıncının altına qoyub yatır, səhər Aytənə mütləq verəcəyini özünə söz versə də, ürək edib Aytənə vermirdi.
Məktəb müharibə təhlükəsindən bağlanan günü, Aytəni itirəcəyindən qorxan Nihad özündən asılı olmayaraq məktubu Aytənə vermiş, qız isə cibindən bir konfet çıxardıb Nihada uzatmışdı. Konfet Nihad üçün dünyanın ən bahalı, ən qiymətli hədiyyəsi idi. Çünki onu dünyalar qədər sevdiyi Aytəni hədiyyə vermişdi.
Nihadın sevincinin hədidi-hüdudu yoxuydu. Həmin an dünyanın ən xoşbəxt insanıydı. Xəyallar qururdu... Sevənlər ailə həyatı quranda biri-birinə tort yedizdirir, mənsə, bu konfeti saxlayıb toy günümüzdə Aytənlə böləcəm...
Nihad arzularının qanadında uça-uça yaşından tez böyümüşdü. Aytəni dünyanın ən xoşbəxt qadını edəcəyinə ürəyində söz vermişdi. Aytənin sualı Nihadı xəyyallarından ayırdı:
- Nihad, sən də şəhərə gedəcəksən?
- Yox, Aytən, mən kənddə qalacam.
- Onda mən də getməyəcəm. Səni itirməkdən qorxuram...
- Aytən, biz heç vaxt ayrılmayacağıq! Sən mənim ilk məhəbbətim, ilk sevgim, varlığıyla nəfəs aldığım həyat eşqimsən !
- Nihad, mən sənin ürəyində sevgi dünyamı qurdum! Sənin ürəyinə sığındım. Sənin ürəyində gizlənəcəm... Və bir az da cəsarətli səslə, sənin ürəyində mənə heç nə olmaz! Sənə inanıram! Mən də getməyəcəyəm, kənddə qalacam...
Nihad nə qədər çalışsa da, Aytən fikirindən dönmürdü. Aytənin kənddə qalmağı nə qədər təhlükəli olsa da, ürəyində getməyini istəmirdi. Aytəni itirəcəyindən qorxurdu. Silah səsləri Nihadı xəyallarından ayırdı. Düşmənlər yenə də kəndi atəşə tutmuşdular. Ermənilər neçə dəfə hücuma keçsə də hər dəfə ağır itki verib geriyə çəkilməyə məcbur olmuşdular. Çünki Tərtərin Vəzir Orucov, Elman Hüseynov kimi Milli qəhramanları, döyüşən, cəsur mərd oğulları imkan verməzdi ki, Tərtərə düşmən ayağı dəysin.
Vəzir Orucovun igidliyi dillərdə əzbər olmuşdu. Vəzirin adına şeirlər, poemalar yazılırdı. Dünyaya yeni gələn uşaqlara Vəzir adı fəxrlə verilirdi. Gələcəkdə Vəzir kimi elinin-obasının vətənin qəhramanı olmasını arzulayırdılar. Rusiyanın Arxangelsk vilayətində yaşamasına baxmayaraq, Vəzir üçün Vətən sevgisi, torpaq sevgisi övlad sevgisindən, ailə sevgisindən, şəxsi sevgilərdən yüksəkdə dayanırdı. Vətən həsrəti, yurd yanğısı onu öz elinə gətirir, döyüşlərdə iştirak etmək üçün vətənə dönür, 1992-ci ilin may ayının 4-də Tərtər Özünümüdafiə batalyonuna daxil olur. Siravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlir. O, batalyonun sütunu olan kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürür. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl, özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi və texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi. Vəzir torpaqlarımız uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin bir çox planını puça çıxarıb, qorxulu yuxusuna çevrilmişdi. Ermənilər Vəzirin ölüsünü, ya da dirisini ələ keçirilməsi müqabilində külli miqdarda pul qoymuşdular. Düşmən Nihadın yaddaşında yiyəsi böyründə olan it kimi qalmışdı. Yiyəsi yanında olanda cumur , yiyəsi yanında olmayanda isə quyruq bulayır. Rusiyadakı havadarlarının köməyi ilə dədə-baba torpaqlarımıza hücum edir, dünya tarixində insanlığa sığmayan vəhşiliklər törədirdilər. Ermənilərin qorxaq bir kütlə olduğundan Nihad da xəbərdar idi. Nənəsinin ermənilər haqqında dediyi söz yadına düşdü: Bala, onlar qorxaq bir toplumdur. Ermənilərin özləri haqqında "Erməni qan gördü, ürəyi dayanar" məsəli onların qorxaq bir toplum olmağından xəbər verir.
Ermənilərin rus havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyini, Vəzirin necə bir qəhrəman olmağını Rusiyalı jurnalist Aleksandr Nevzorov öz müsahibəsində də etiraf etmişdi: - Onu da deməliyəm ki, yəqin bunu eşidəndə təəssüflənəcəksiniz, amma mənim bu vaxta qədər qarşılaşdığım ən mərd adam azərbaycanlı olub. Onun adı Vəzir idi. Yadımdadır ki, mənim də çəkilişdə olduğum vaxt , su anbarı Sərsəng vadisindəki əsas qüvvələr ön xətdən adamları çıxartmağa gəlmiş avtobusda yer üçün dava edirdi. Həmin an gördüm ki, bir nəfər UAZ-a oturub maşını xodlayır ki, insanların qaçdığı istiqamətə sürsün. Orda ki, həmin yerdə qırğın gedirdi, orda artıq beş yüzdən çox meyid vardı, orda ki, hər şey partlayır və yanırdı. Həmin yerdən bizə elə gəlirdi ki, ermənilər hücum edirdilər. Və mən gördüm, bu adam ora getməyə hazırlaşır.
Mən ona deyirəm, sən dəlisən?!... O, mənə deyir, orda yaralılar var. Biz bir yerdə getdik. Orda olan mənzərə gözlədiyimizdən də pis idi. Məlum oldu ki, orda heç bir dənə də olsun erməni yoxdu. Hücum edənlər erməni lobbisi tərəfindən muzdla alınmış PSKOV XÜSUSİ TƏYİNATLILARDIR. Məhz ona görə onlar azərbaycanlıları o vadidən belə şiddətli çıxarda bildilər.
...UAZ-mızı vurdular...Bizi düşürtdülər, güllələməyə hazırlaşırdılar. Birdən PSKOV DESANTLARI məni tanıdılar. Dedilər, Qleviç, davay, keç biz tərəfə. Mən dedim, əlbəttə, nə problem var ki?
Soruşdular, bəs, bu azərlə nə edək? Deyirəm, necə nə? Qoy getsin. Mənimlə razılaşdılar və rabitəylə hamıya xəbər verdilər ki, azəri gedəcək, atəş açmayın. Və bu adam mənim heç vaxt yaddaşımdan silinməyəcək əsl QƏHRƏMAN, VƏZİRİYDİ. O, əvvəla vurulmuş maşında nəysə axtardı və öz avtomatını tapdı. Sonra mənim əlimi sıxıb getdi. O, qaçmırdı!... Bəli, bəli, o, gedirdi. Özü də elə gedirdi ki, ŞEKSPİRİN heç bir qəhrəmanı o cür gedə bilməzdi. O, gedirdi və kürəyi ilə göstərirdi ki, baxın, bu kürək hədəfdir, amma mən qaçmayacağam. O, atəş səsləri eşidəndə də addımlarını yeyinlətmədi...
Nihad özü-özlüyündə düşünürdü. Vəzir və onun yanında olan mərd oğullarımız bu dəfə də düşmənin həmləsini dəf etmiş, onları susmağa məcbur etmişdilər. Bir saata yaxın davam edən atəş səsləri səngiməyə başladı .
Nihad Aytənə baxdı.
- Aytən, sənin gözlərində güzgüdəki kimi öz əksimi görürəm.
- Mən güzgü olmaq istəmirəm. Güzgü dünyada ən etibarsız əşyadır. Kim baxırsa, ona əksi göstərir…
Aytənin güllə səslərindən qorxmağını bilirdi. Nihad özünü günahlandırdı. Necə də olsa Aytən kənddə ona görə qalmışdı ....
İlqar İSMAYIL
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024