“Ənəl həqq” ifadəsi ərəb dilində “ənə”, yəni “mən” və “əl-həqq” (lüğətdə “həqq” kəlməsi doğru, həqiqi, sabit olan mənalarında işlədilir. “Batil” sözünün mənasının tam ziddidir) kəlmələrinin birləşməsindən yaranıb. Bu ifadəni böyük mütəffəkirimiz İmadəddin Nəsimidən öncə, ürfan və fəlsəfə tarixində ilk dəfə böyük mütəffəkir Hüseyn ibn Mənsur Həllac işlədib. Rəvayətə görə, bir müddət tələbəsi olduğu, böyük arif, Şeyx Cüneyd Bağdadinin qapısını döyərkən, Şeyx Cüneyd “ kimdir” deyə soruşmuş, Həllac isə “ənəl həqq” cavabını vermişdir.
Ariflərdən birinin rəvayətinə görə, bir gün yuxusunda Həllac Mənsuru görmüş və şeytanla onun dialoqunu eşitmişdir. İblis o həzrəti görüncə belə deyir:“Sən “ənəl həqq” (mən həqqəm) dedin. Mən isə “ Ənəl – xeyr” (mən ən üstünəm) dedim. Sənə rəhmət olundu,mənə isə lənət edildi. Bunun hikməti nədir? Həllac Mənsur belə cavab verir: “Sən mənəm-mənəmlik etdin, mən isə mənliyimi özümdən uzaq edib yalnız Həqqi gördüm”.
Nəsiminin dövründə olduğu kimi, Həllacın döründə də bu ifadə əksər insanlar tərəfindən düzgün anlaşılmamış və Həllac Mənsur özü də qəddarcasına edam edilmişdir. Çünki,əksər insanlar bu ifadəni “Allahlıq” iddiası kimi anlayıb, həqiqi və batini mənasından da xəbərdar olmamışlar. Çox təəssüf ki, elmin və texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə də bu ifadənin hələ də yanlış anlaşıldığı görülməkdədir.
Həllac Mənsur, yaxud Nəsimi əgər “Allahlıq” iddiası etmək istəsəydilər “ənəl həqq” ifadəsi əvəzinə, “ənəllah”(mən Allaham) deyərdilər. “Allah” kəlməsi də, “həqq” kəlməsi də Tanrının isimlərindəndir. Lakin hərəsinin fərqli mənaları vardır. Allah kəlməsi ərəb dilinin qrammatikasındakı müəyyən qanunauyğunluqlar ilə “ilah” və ya “uluhiyyət” kəlməsinindən törəmişdıir. Ulu Tanrının bu sifəti onun sübuti (zati,zatı olan) sifəti deyildir. Yəni, bütün məxluqları xəlq etməmişdən öncə, yalnız özü mövcud olan halda, bir ilaha, yəni bir tanrıya ehtiyacı olan bir varlıq olmadığı halda, onun ilahlıq sifəti ilə, dolayısıyla Allah ismi ilə vəsf edilməsi məntiqsizdir. Böyük sufi mütəffəkir Muhyiddin İbn Ərəbi bu mövzuda belə buyurub:
“Nəhnu biməluhiyyətina cəəlnahu ilahən” (Fususul-hikəm,s.147,Məbaniyi-irfan,s.523) - yəni, biz bir ilaha,bir tanrıya ehtiyaclı olmağımız səbəbindən, Onu ilah qərar vermişik. Tanrının “Həqq” ismi isə onun sübuti(zatı olan) sifəti olan “vücud” (mütləq varlıq) sifətinin mənasını tam ehtiva edən bir ismidir. Yəni, yaradılmışları xəlq etməmişdən öncə də Tanrı mövcud idi və mütləq həqiqət idi. Həllacın və ya Nəsiminin “ənəl-həqq” deməklərinin, tək varlıq və mütləq həqiqət olan Tanrının məhz “həqq” ismini işlətmələrinin mənası budur. Allahın digər ismlərinin, həmçinin “Allah” isminin “ənə”(mən) sözünə nisbət verilərəkbir insan tərəfindən işlədilməsi isə vəhdəti-vücud(tək varlıq,tək həqiqət) nəzəriyyəsini tam şəkildə yansıtmaması ilə yanaşı, yanlış və küfr içərən mənalara da yozula bilər.
Bir insanın özünü Tanrı bilməsi, hətta daha irəliyə gedərək dinin müqəddəsatını ucuz tutması əlbəttə ki, şirk və küfrdür. Əgər “ənəl həqq” ifadəsini tanrılıq iddiası kimi qəbul etsək, bu ifadəni deyən şəxsin iki mənadan başqa bir mənanı qəsd etmədiyini qəbul etməliyik. “Ənəl həqq” ya bir çoxlarının zənn etdikləri kimi eqoizm partlamasıdır, ya da artıq dərəcədə altruizm göstəricisidir. Musa peyğəmbərin dövründə yaşamış Fironun “Ənə rəbbukumul-əla”, yəni “mən sizin uca rəbbinizəm” deməsi ilə İmaduddin Nəsiminin “ənəl həqq”,yəni “mən mütləq həqiqətəm” deməsini eyni mənada anlamaq və eyni mənada tərcümə etmək çox ədalətsiz bir yanaşmadır. Düşünən kəslər üçün fərq açıq-aydındır. Ümumiyyətlə, irfani təkamül məqamlarının heç birində bir arifin “ənəllah”, yəni “Mən Allaham” dediyi görülməmişdir. Mövlana Cəlaluddin Rumi özünün “Fihi ma fih”adlı əsərində “ənəl həqq” iddiası barədə belə deyir:
- “ənəl həqq” deməyi böyük bir iddia hesab edirlər. Halbuki,“ənəl həqq” demək böyük bir təvazödür. Çünki (“Ənəl həqq” ifadəsinin əvəzinə) “ənə əbdül-həqq” yəni, “ mən həqqin quluyam” deyən bir kəs öz varlığı və həqq olan Allahın varlığını dilə gətirərək, iki ayrı varlıq iddiası etmiş olur. Halbuki, “ənəl həqq” deyən bir kəs öz varlığını yox etdiyi üçün “ənəl həqq” deyir. Yəni, “mən yoxam, hər şey Odur. Tanrıdan başqa heç bir varlıq yoxdur, mən yalnızca yoxluğam, heçəm deyir. Bu ifadədə açıq aşkar təvazö görsənir. İnsanlar bunun mənasını anlamırlar”.(Fihi ma fih,s.20)
Nəsimi İlahi eşq ilə varlığından keçdiyi bir halda ürfan ədəbiyyatından “inbisat” (izah olunma, arifin ilahi sirlərin ona açılmasından sevinməsi halı) deyilən halın təsiri ilə “ənəlhəqq” demişdir. Bu ifadənin lüğəvi-zahiri mənası “mən həqqəm” deməkdir. Lakin ürfani-batini mənası isə “mütləq həqiqətdən başqa bir şey mövcud deyildir” deməkdir.
“Ənəl-həqq” ifadəsinin yanlış olaraq “mən Allaham” kimi anlaşılıb və belə tərcümə edilməsinin səbəbi bu ifadənin şərh etdiyi vəhdəti-vücud nəzəriyyəsinin bu nəzəriyyəyə bir çox oxşarlıqları olan, lakin əslində çox ziddiyyətlər təşkil edən bir neçə fəlsəfi-dini nəzəriyyələr ilə eynimənalı anlaşılmasıdır. Vəhdəti-vücud həqiqətinin panteizm fəlsəfəsi ilə (qərbdə Spinoza tərəfindən əsası qoyulan, Tanrı ilə təbiəti eyniləşdirən fəlsəfi nəzəriyyə), Hüluliyyə (Tanrının bəzi insanların bədəninə girməyini mümkün bilən etiqad), İttihadiyyə(insanın təkamül edərək Tanrıya qovuşub, onunla eyni olmasına olan etiqad), Mücəssimə (inkornasiya, Tanrının cism olduğuna olan etiqad) və Müşəbbihə (antropoteizm, Tanrının bəzi məxluqlara bənzədiyinə olan etiqad) nəzəriyyələri ilə eynimənalı tutulması çox yanlış bir yanaşmadır. Bir çoxları məhz bu yanlış yanaşma səbəbindən “ənəlhəqq” ideyasını düzgün anlamamışlar, halbuki qeyd etdiyim bu etiqadların fəlsəfi və məntiqi cəhətdən əsassız olduqları əksər teolaqlar vəfilosoflar tərəfindən ittifaqla sübut edilmişdir.
“Ənəl həqq” ifadəsi açıq-aşkar vəhdəti-vücud, yəni varlığın vəhdəti,birliyi nəzəriyyəsinin lakonik yansımasıdır.
Bu nəzəriyyəyə görə, mövcud olan tək bir varlıq var. Oda varlığın özüdür.Bu həqiqəti filosofların və islam teoloqlarının öz ibarələri ilə belə sübut etmək olar. Vücud (varlıq,var olma) özü mövcuddur.Əksini iddia etmək məntiqsizdir. Çünki fəlsəfənin və məntiqin qanunlarına görə, bir şey özünün ziddi ilə vəsf edilməz.
Vücudu (varlıq) olan mövcüdlar iki qismə bölünür:
1. Vücudu (varlığı) özündən olmayan, varlığını başqa birindən kəsb edən varlıqlar. Belə varlıqlar “mümkün varlıqlar” adlandırılır.Yəni, var olub-olmaması ehtimalları mümkündür.Bütün məxluqat bu qismə aiddir.
2. Vücudu (varlıq) bizzat özündən olan, öz-özlüyündən mövcud olan varlıq. Belə varlığa “vacib varlıq”, yəni varlığı zəruri olan, var olmamaq ehtimalı olmayan varlıq deyilir. Vacib varlığın, tək vacib varlıq olmağının həqiqəti də bədihi və sübuta ehtiyatsızdır. Çünki əks təqdirdə, bütün filosoflar tərəfindən batil və əsassız olduğu qəbul edilən “təsəlsül” və “dövr” nəzəriyyələrinə etiqad etmək lazım gəlir.
Edəndə dövr buxağın təsəlsüli-zülfün
Bu fitnədən necə qalsın əqaidim salim
Vacib varlıq “mütləq həqiqət” adlandırılan ümumi vücudun (varlığın) külli və həqiqi olaraq, bizzat özüdür, çünki, vücud (var olmaq) sifəti də Allahın (vacib varlığın) zati sifətlərindəndir. Əgər vacib varlıq (vücud) ümumi vücudla (var olmaq) iki fərqli həqiqətlərdirsə, vacib varlığın var(mövcud) olması üçün vücud həqiqətinin (var olmaq) ona əlavə edilmiş olması lazım gəlir. Bəzi islam teoloqları bu düşüncədədirlər.
İkinci bir ehtimal isə, vacib varlıq, “vücud” həqiqətinin (var olmaq) fərdlərindən biridir və digər varlıqlar öz vücudlarını ondan kəsb edirlər. Əksər filosoflar bu düşüncədədirlər. Bu iki ehtimalın hər ikisi məntiqsiz və əsassızdır.
Böyük şairimiz Seyid Əzim Şirvani bir beytində bu fikri aydın şəkildə belə ifadə edir:
“Seyyida, masiva irir fani
Leysə fil-mülk ğeyrəhu mövcud” (S.Ə.Şirvani,Qəzəllər,s.41)
-Yəni, mütləq həqiqət olan Allahdan başqa hər şey əslində yoxdur. Kainatda Ondan başqa heç nə mövcud deyildir.
Kvant fizikasında “superstring sahə” deyə adlandırılan “vahid sahə”, “mütləq potensial” reallığı da bu həqiqətə bariz şəkildə dəlalət edir. Müasir elm məhz Kvant fizikası ilə reallığın təməlində yalnız tək bir həqiqətin olduğunu,kainatdakı bütün müxtəlifliklərin, pərdə arxasında yalnız bir həqiqətin durduğu qənaətinə gəlmişdir, yəni həqiqətdə “Mən”, “Sən”, “Biz” dediyimiz məfhumlar hamısı tək bir həqiqətdir. Bu həqiqəti “makrokosmik elm” də adlandırmaq olar. Bu mütləq həqiqət təbiətin özüdür. Bu səbəbdən də, “vahid sahə” adlandırılır. Qısaca desək, “hər şey tək bir varlıqdır”. Təbiətin bütün gücləri, bütün hissələri, kiçik zərrəciklərin bətnindəki leptonlar, protonlar, neytronlar belə “tək” və “mütləq” olan həqiqətdir. Gözlə gördüyümüz və görmədiyimiz bütün təbiət aləmi yalnız və yalnız tək olan bir varlıq dənizindəki müxtəlif dalğalardır. Hər şeyin, şüurun və maddələrin təməlində olan bir həqiqət mütləq zəkanın özüdür. Bu mütləq həqiqət materiya deyildir. Kainatda her şey sadəcə Odur. Bəli, bu gün Kvant fizikası vasitəsilə elmin gəldiyi son reallığı bu cümlə ilə ifadə etmək olar: “Kainatdakı hər şey həqiqətən də Ondan başqası deyildir”. Bu cümlə Nəsiminin timsalında əksər ariflərin dillərində şüar olan “leysə fid-dar ğeyrəhu dəyyar” yəni, “varlıq evində Ondan başqa heç kim yoxdur” cümləsi ilə eyni gərçəkliyin açıqlamasıdır. İnsanlar, heyvanlar, bitkilər, cansızlar, ümumiyyətlə, bütün zərrəciklər qeyd etdiyimiz tək həqiqətin, kvant fizikasının dili ilə desək, “vahid sahənin” sadəcə dalğalanan titrəyişlərdirlər. Nəsimi “ ənəl həqq” deməklə məhz bu həqiqəti dilə gətirirdi.
Qurani Kərimdə bir neçə ayədə (Taha/12, Nəml/9, Qəsəs/30) nəql olunan Musa peyğəmbərə Sina dağında bir ağacdan “ənə rəbbuk” (mən sənin Rəbbinəm) və ya “ənəllah”(mən Allaham) nidasının gəlməsi, yenə Qurani-Kərimin “Naziat” surəsinin 24-cü ayəsində Fironun “ənə rəbbukumul-əla”, yəni “mən sizin uca rəbbinizəm” ifadəsi ilə mövzumuz olan İmadəddin Nəsiminin “ ənəl həqq” ifadəsi məna baxımından çox fərqlidir.
Fironun iddiası aləmlərin rəbbi olan Allahın varlığını inkar edib, özünü Tanrı bilmək idi. Bu insan eqosunun və təkəbbürünün böyüklüyündən nəşət edən bir küfrdür. Necə ki, həmin ayədən sonra, Allah onu dünyada və axirətdə bu iddiasına görə cəzalandırdığını buyurur.
Ağacdan həzrəti Musaya “ənəllah” (mən Allaham) və “ənə rəbbuk” (mən sənin rəbbinəm) deyilməsi Allahın, öz həqiqət nurunu atəşdə,atəşin isə ağacda təcalla etməsi,üzə çıxması ilə həzrəti Musa ilə danışmasıdır. Ağac nəbatatddan(bitkilər) olduğu üçün, yəni şüursuz və heç bir ilahi əmrlərlə mükəlləf olmayan bir varlıq olduğu üçün, yalnız Allahın öz iradəsi və fövri cazibəsi nəticəsində mütləq həqiqətin məzhəri və “ənəllah” (mən Allaham) sözünün məsdəri olmuşdur. Nəsimi isə kəsbi cazibə ilə təkamül edərək “fənafillah”(Allahda yox olmaq) məqamına yetişərək hər şeyin “mütləq həqiqətin” məzhəri olduğunu görüb və “ənəlhəqq” sözünün məsdəri olmuşdur. Şübhəsiz ki, Nəsiminin “ənəl həqq” deməsi qeyd etdiyimiz hər iki haldan fərqli və üstün bir məqamın ifadəsidir. “Ənəlhəqq”, yaradılmışların ən üstünü olan, şüuru və seçim azadlığı olan, peyğəmbərin təbiri ilə desək özünü tanımaqla Rəbbini tanıya biləcək insanın, ilahi eşq odu ilə öz nəfsini yandırıb kül edərək,fani olaraq, öz varlığının olmadığını,tək həqiqətin - yalnız həqq olan Allah olduğu gerçəkliyinin etirafıdır.
Kül edib könlümü küyində sovurdum küləyə
Bir ümid bəlkə gedib zülfünə bir dəfə dəyə
Dedi Musaya “ ənəllah” sözünü adı ağac
Bir ağac tək dəyərim yoxmu ənəl həqq dəməyə?!
Azər Fəraqi
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024