XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi (Həsənağa Turabov) başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər (Mömünat Qurbanova) də əri ilə birgə həmin dəstədə vuruşurdu.
Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır.
" Qaçaq Nəbi ", " Atları yəhərləyin" , " Qanlı zəmi"
Filmin üç adı var...
Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Film 2-ci kateqoriyaya layiq görülüb.
Ssenari müəllifi Əhmədağa Qurbanova, quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyor Gümrah Rəhimova və aktyor Rasim Balayevə Azərbaycan Dövlət Mükafatı verilmişdir.
Əbdül Mahmudbəyov: Mən rejissor ssenarisini bir az başqa cür yazmışdım, 14-15 yaşlarında olanda Nəbinin canavarla çarpışıb qoyunları xilas eləməsi və yüzbaşı atasını təhqir edəndə çomaqla vurub onu atdan yerə salması epizodları da olmalıydı. Qaçaq Nəbi yaşadığı mahalda Stepan adlı, ermənilərlə azərbaycanlıları bir-birinə qarşı qızışdıran əyyaş bir yüzbaşı olub, rejissor ssenarisində onun da obrazını qabartmışdım. Amma bunları ekrana gətirmək mümkün olmadı...
"Qaçaq" sözü Nəbinin həyat yolunu o qədər də dəqiq ifadə eləmir, bəzi yanlış təsəvvürlər yaradır. Rus dilində belə şəxsiyyətləri "народный мститель" adlandırırlar. Bu, çox dəqiq ifadədir. Ermənilər bu filmin çəkilişlərindən xəbər tutan kimi Moskvaya məktub yazıb gileylənmişdilər ki, Azərbaycan kinematoqrafçıları vaxtilə dinc erməni əhalisinə qənim kəsilən Nəbi haqqında film çəkirlər, buna yol vermək olmaz. İşi belə görəndə bizim ən görkəmli ədiblər - Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Rəsul Rza və başqaları Moskvaya məktub yazıb bu filmin çəkilişlərinə icazə verilməyəcəyi təqdirdə SSRİ vətəndaşlığından, sovet hökumətinin onları təltif etdiyi bütün mükafat və fəxri adlarından imtina edəcəklərini, Qaçaq Nəbini onunla eyni dövrdə Arazın o tayında yaşamış quldurluqla məşğul olan Qara Nəbi ilə eyniləşdirməyin yolverilməz olduğunu bəyan etdilər. Bundan sonra həngamə qopdu. "Qoskino"nun baş redaktoru Medvedev bütünlüklə ermənilərin tərəfində idi. Oranın Qafqaz studiyaları üzrə kuratoru ilə yaxın tanışlığım var idi. O mənə dedi ki, aramızda qalsın, amma bil ki, o Medvedev milliyyətcə ermənidir, SSRİ-nin bütün türkdilli respublikalarının kino istehsalına belə əngəlləri ya özü törədir, ya da törədənlərə dayaq olur. Mən də bunu Bakıya xəbər verdim ki, işin nə yerdə olduğunu anlasınlar. Nə isə, "Qoskino"da böyük bir müzakirə oldu. Oranın sədri çox müdrik adam idi. Filmin nümayişindən sonra dedi ki, bu filmdə millətlərarası münaqişəyə səbəb olacaq heç bir epizod, məqam yoxdur. Yalnız Stepan yüzbaşının obrazı və Qaçaq Nəbinin xəyanət nəticəsində qətlə yetirilməsinin səbəbkarı kimi Səlim bəy deyil, tarixi gerçəkliyə uyğun olaraq məhz erməni obrazı verilmişdi. "Qoskino"nun sədri mənə tövsiyə etdi ki, film ekranlara "Qaçaq Nəbi" adı ilə deyil, başqa bir adla çıxsın və filmin məğzinə zərər yetirməmək şərtilə erməni personajlar ümumiyyətlə ixtisar edilsinlər. Bununla da müzakirələr, mübahisələr tamamlandı və son nəticədə film ekranlara "Atları yəhərləyin" adı altında çıxdı.
" Qanlı zəmi " filmi haqqında operator Kənan Əzizin müsahibəsindən
Əvvəl belə bir fikir var idi ki, "Qaçaq Nəbi" filmi Nəbinin öz yurdunda, Qubadlıda çəkilsin. Amma Qubadlı Bakıdan çox uzaq olduğuna görə kinostudiya ilə əlaqə çətinliyinin baş verəcəyi ehtimalından bu məsələ alınmadı. Buna görə çəkilişlər üçün məkan seçimi Şamaxının üzərində dayandı. Şamaxının ətrafında, dağlıq ərazilərdə gözəl yerlər seçdik. Təxminən 40 nəfərlik ekspedisiya Şamaxıya yola düşdü. Ay yarım orada çəkilişlər apardıq. Səhv eləmirəmsə, elə ilk çəkilişlər natura çəkilişləri oldu. Sonuncu çəkdiyimiz epizod isə Məmmədrza Şeyxzamanovun personajının meşədə Nəbi ilə görüşüb onu toya dəvət etməsi epizodu idi. Bu epizodun xronometrajı böyük idi, 90 metrlik, yəni təxminən üç dəqiqəlik epizod idi. Filmin direktoru Davud Zöhrabov mənə dedi ki, yaxşı olardı ki, sən bu epizodu bir günə çəkib qurtarasan, çünki sinoptiklərin dediklərinə görə, hava kəskin dəyişəcək. Həmin gün isə hava çox yaxşı idi. Direktora dedim ki, söz verə bilmərəm, amma çalışacam. Belə böyük epizodu bir günə çəkib başa çatdırmaq o dövrün texniki imkanları şəraitində doğrudan da müşkül məsələ idi. Adətən bu miqyasda olan epizodlar 2-3 günə çəkilirdi. Səhər çəkiliş yerinə gedib, vaxt itirmədən işə başladıq və elə həmin gün o epizodu çəkib-bitirdik. Ertəsi gün doğrudan da yağışlar başladı. Və biz ezamiyyəti bitirib Bakıya qayıtdıq. Bəzi döyüş səhnələri Qobustanda, dekor çəkilişləri burada, kinostudiyada, interyer çəkilişləri isə İncəsənət Muzeyində aparıldı.
Şamaxıya çathaçatda Göylər kəndindən yuxarıda, dağın başına çatanda gördük ki, zaman-zaman dağın elə özündən taxt forması əmələ gəlib. Nəbinin camaatın dərd-səri ilə maraqlandığı epizodu çəkmək üçün bundan yaxşı yer ola bilməzdi. Bildiyiniz kimi, həmin epizodda İbiş rolunun ifaçısı Şahmar Ələkbərov da çəkilib. Çəkiliş üçün artıq hər şey hazır idi, Həsənağa, Şahmar, bir də mən həmin yerə çatanda Şahmarın ürəyi getdi. Çox hündür yer idi, təzyiqin yüksəkliyinə ürəyi tab gətirməmişdi. Həsənağa ilə mən dərhal kəndə düşüb tibb məntəqəsindən həkim gətirdik. Biz həkimlə qayıdana qədər Şahmar artıq özünə gəlmişdi. Həkim onu müayinə edib dedi ki, vəziyyəti təhlükəlidir, işinə fasilə versə, yaxşıdır. Biz istədik, çəkilişi təxirə salaq və başqa yer seçək. Amma Şahmar razılaşmadı. Dedi ki, bu qədər adam çəkiliş üçün yığışıb, texnika bura daşınıb, istəmirəm ki, mənə görə iş dayansın. Və səhhətindəki nasazlığa baxmayaraq, o gün nəzərdə tutulmuş bütün çəkilişlərdə axıracan iştirak etdi, çəkilişin yerinin, ya da vaxtının dəyişilməsinə razı olmadı.
Bu filmdə iştirak edən kaskadyorlar məşhur "Dartanyan və üç muşketyor" filmində iştirak edən "Lenfilm"in kaskadyorları idi. Onlarla çox gözəl münasibətlərimiz yarandı və sonralar da davam etdi.
Bizim filmdə ermənilərə qarşı əhvalın olmamasını sübuta yetirmək üçün ən görkəmli tarixçilərimizin iştirakı ilə kinostudiyamızın direktor zalında baxış keçirilmişdi. Mən də orada iştirak edirdim. Və bundan sonra Anar Moskvaya çox tutarlı məktub yollamışdı. Məktubda vurğulamışdı ki, Süleyman Rüstəmin "Qaçaq Nəbi" pyesi erməni tərcüməçisi tərəfindən erməni dilinə tərcümə olunub, uzun müddət bu pyes əsasında qoyulmuş tamaşa Ermənistan teatrlarının repertuarından düşməyib, indi necə olur ki, həmin pyes əsasında çəkilmiş filmin ətrafında bu boyda həngamə qopub?
Dövlət mükafatı üzrə komitənin sədri Mirzə İbrahimov idi. Mirzə İbrahimov gözəl ədib olmaqdan əlavə, böyük şəxsiyyət, milli ruhu güclü olan, müdrik bir insan idi. Həmin komitənin adlarını çəkmək istəmədiyim bəzi üzvləri bu filmin Dövlət mükafatına təqdim olunmasına etiraz etmişdilər. Mirzə İbrahimov isə demişdi ki, biz bu filmə Dövlət mükafatı verməsək, ermənilər bizə rişxənd edəcəklər ki, bunlar heç özləri bu filmə dəyər vermirlər. Beləliklə, film ekranlara çıxandan 4 il sonra Dövlət mükafatı aldı.
(Kənan Əzizin müsahibəsindən)
Samirə Behbudqızı
ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024