Eldar Quliyev - Azərbaycan kinorejissoru, ssenaristi
18 yanvar 1941-ci ildə Bakıda anadan olub
1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. “Biri vardı, biri yoxdu...” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı “Ən vacib müsahibə”, “Var olun, qızlar...”, “Ürək... Ürək...”, “Nizami”, “Nə gözəldir bu dünya...”, “Girov”, ”İstanbul reysi”, Dərvişin qeydləri və s. filmlərə quruluş verib.
Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.
"Babək" tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir.
"Babək" filminə Rusiya SFSR 650 min, Azərbaycan SSR isə 1 milyon rubl ayırmışdır.
Film 1-ci kateqoriya almışdır.
Filmin bir il ərzində 35 milyon tamaşaçısı olub.
Film 60-a yaxın ölkə tərəfindən alınmışdır.
"Babək" filminin rejissorluğu ilk olaraq Həsən Seyidbəyliyə həvalə olunub. Əsərə quruluş verməyə hazırlaşan rejissor fotoproblardan, kinoproblardan, sınaq çəkilişlərindən sonra dərhal rol bölgüsü aparmağa başlayır. Bədii Şuranın təsdiqindən sonra filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərdən "Babək" filmi ondan alınaraq kinorejissor Eldar Quliyevə verilir. Film üçün mübarizə aparan Həsən Seyidbəyli çəkiliş ərəfəsində səhhəti ilə bağlı xəstəxana şəratində müalicə alır. Müalicə müddəti uzandıqca, sağalacağına gümanı azalan H.Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissor işindən könüllü olaraq imtina edir. Rejissor 1980-ci ilin yayında dünyasını dəyişir.
"Babək" filminin rejissorluğunu Eldar Quliyevə təklif edəndə birinci imtina etmişdi. Həsən Seyidbəyliyə görə. Lakin qərar verilmişdi Mərkəzi Komitədən. Film çəkilməliydi. Eldar Quliyev məcbur razılıq vermişdi. Lakin atası, məşhur bəstəkar Tofiq Quliyev filmdən imtina etdi. Həsən Seyidbəyliylə Tofiq Quliyev illərin dostu olublar.
Eldar Quliyev Həsən Seyidbəylinin topladığı yaradıcı heyətlə işlədi. Filmin bəstəkarı Polad Bülübüloğludur.
"Babək" filminin çəkilişləri bir neçə aya qədər davam etdi, hardasa 1 ilə hazır oldu. Çəkilişlər əsasən Naxçıvanda, Ramana qalasında, kinostudiyanın pavilyonunda, Surxanıdakı "Atəşgah" məbədində aparılıb. Filmin Bəzz qalası çəkilişləri Naxçıvanla Culfa arasında olan məkanda lentə alınıb. Ekranda görünən Bəzz qalası əslində dekorasiya idi, quruluşçu rəssam Mayis Ağabəyov tərəfindən taxtadan hazırlanmışdı. O qədər dəqiqlik, ustalıqla tikilmişdi ki, dekorasiya olduğu hiss edilmirdi.
Babəkin andiçmə, taxta çıxma mərasimi Suraxanıdakı Atəşgahda, Cavidanla qılınclaşması isə kinostudiyanın pavilyonunda ekranlaşdırılıb.
Naxçıvanda gedən çəkilişlər üzüm yığımı vaxtına təsadüf etmişdi. Belə bir vaxtda filmin kütləvi səhnələrində çəkilmək üçün aktyor gücü azlıq etdiyindən yerli əhali də çəkilişlərə cəlb edilmişdi. Naxçıvan rəhbərliyi üzüm yığımı ilə əlaqədar camaatın tam səfərbər edilməsinə nail ola bilmədi. Bu məqamda Azərbaycan SSR Komunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev məsələyə müdaxilə etdi. O, Naxçıvan rəhbərliyinə tapşırıq verdi ki, "Babək" filmi üçün lazım olan bütün şərait yaradılsın və bildirdi ki, "eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar".
Onun tapşığı ilə zavodlar bizə qılınc, qalxan, nizə düzəldirdi. Havalar çox isti idi, insanların çoxu gəlmirdi. Pambıq yığımına məcburən apardıqları kimi onları çəkilişə zorla gətirirdilər. O köməklər edilməsəydi, filmin ərsəyə gəlməsi mümkün olan iş deyildi.
Həmçinin Moskvadan "Mosfilm"in "Kavaler polku"nun diviziyası, atları ilə birlikdə əsgərləri də gəlmişdi. Naxçıvan sərhəd qoşunlarının əsgələrini də çəkilişlərə cəlb etmişdilər. Çəkiliş meydançasında əksərən 4-5 min adam olurdu.
Yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik film üçün 1500 dəstdən artıq paltar hazırlamışdı.
Mənbə Rasim Balayevin müsahibəsindən.
Bir neçə aktyorla birlikdə ippodroma, üzgüçülüyə, qılıncoynatma məşqlərinə gedirdik. Təxminən 2-3 ay məşqlərdə olduq. Əsasən atla bağlı problemlərim olurdu. Bir neçə dəfə atdan yıxılmışdım deyə, zədələnmişdim. Elə indi də onun əziyyətini çəkirəm. Belimdə ağrılar çox olur, həkimə müraciət edəndə deyirlər ki, zərbə almısan. Zərbə almağım da ancaq atdan yıxılanda olub, cavan olanda hiss etməmişəm. Yaş da, zədələr də indi öz sözünü deyir.
Yaralananlar, atdan yıxılıb beli sərpən, qılıncla əlini kəsənlər çox olurdu. Bir dəfə belə halı mən də yaşadım. Az qalmışdı ki, rəhmətlik Şahmarın başını qılıncla yarım. Onda yaxşı qurtardıq.
Nəinki mən, ata minən istənilən aktyorun atdan yıxılmağı bir yana, qılıncdan aldğımız zədələr, isti hava şəraiti dözülməz idi. Hətta bir dəfə atın özü yıxıldı, ayaqları sındı, onu Naxçıvanda sərhədi qoruyan itlərə yedizdirdilər.
Ənvər Həsənovla (Tərxan) mənim əynimdəki geyimlər donuz dərisindən hazırlanmışdı. Əynimizdəkilər qılınc-qalxanla birlikdə 30 kiloqramdan çox idi.
"Babək" filminə görə çox az qonorar almışdım. Sovet vaxtı da, indi də aktyora verilən qonorar azdır. Ən azı, Rusiyaya baxın, orada aktyora verilənlə buradakını müqayisə edin. Bizdə qonorarı "tula payı" kimi aktyorun qabağına atırlar ki, olan budur. O barədə biz həmişə də geridə qalmışıq, hələ də geridəyik. Azərbaycanda aktyora layiq olduğu qiymət verilməyib".
Filimdəki pəhləvanlar Qırğızıstandan gəlmişdi, xüsusi tryukları həyata keçirirdilər.
50 dərəcə istidə atların alnını yaş dəsmalla bağlayırdılar ki, gün vurub öldürməsin.
Naxçıvan rəhbərliyi xüsusi maşınlar ayırmışdı, çəkiliş heyəti üçün yemək, su gətirirdilər.
Hazırladı: Şəfaqət Cavanşir
ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024