Yazıçı olmaq istəyənlərə Stefen Kinqdən 22 vacib məsləhət

18:39 / 06.08.2019
Baxılıb: 2130

İndiyəcən yaşamış ən uğurlu və şöhrətli yazıçılardan biri olan Stefen Kinqin məsləhətləri yazmaq istəyənlər üçün böyük ilham mənbəyi ola bilər. Dünyanın ən populyar qorxu kitabları yazarının verdiyi 22 məsləhəti təqdim edirik.

1.Televizora baxmağı dayandır, bunun əvəzinə bacardığın qədər çox oxu. 

Əgər sən yazmağa yenicə başlamısansa, evdən ən birinci çölə atılmalı şey sənin televizorundur. Kinq deyir ki, “o zəhərdir”. Yazıçılar öz daxil aləmlərinə nəzər salmağa və təsəvvür dünyasına yönəlməyə ehtiyac duyurlar. Bunu etmək üçün isə onlar bacardıqları qədər çox oxumalıdırlar. Kinq hara getsə əlində kitab olur, hətta o, yemək yeyəndə də oxuyur. “Əgər sən yazıçı olmaq istəyirsənsə, hər şeydən əvvəl iki şeyi etməlisən: çoxlu oxumalı və yazmalısan”, - o deyir. Çoxlu mütaliə et və daim öz yazılarını emal etməyə və yaxşılaşdırmağa çalış.

2. Öhdəsindən gələ biləcəyini düşündüyündən daha çox tənqidə və uğursuzluğa hazır ol. 

Kinq yazıçılığı Atlantik okeanını vanna ilə keçməyə bənzədir, çünki “özünə şübhə etmək üçün nə qədər desən səbəb var”. Özünə şübhə edən təkcə sən olmayacaqsan, başqaları da sənə şübhəylə yanaşacaq. “Əgər yazırsansa (və ya güman etdiyim kimi rəsm çəkirsənsə, rəqs edirsənsə, heykəltəraşlıq edirsənsə, yaxud ifa edirsənsə) kimsə çalışacaq ki, sən özünü bərbad hiss edəsən, məsələ bu qədər sadədir”, - deyə Kinq yazır.

Xoşlamadığını tez-tez hiss etsən belə, yazmağa davam etməlisən. “Yazı prosesinin emosional, yaxud təsəvvür baxımından çətin getdiyini hiss edəndə, prosesi dayandırmaq yaxşı fikir deyil”, - o yazır. Kinq uğursuzluğa düçar olanda nikbinliyi qorumağı məsləhət görür. “Uğursuzluğa veriləcək ən məntiqli cavab nikbinlikdir”.

3. Vaxtını insanları məmnun etmək üçün xərcləmə

Kinqə görə, qabalıq səni narahat edəcək ən axırıncı şey olmalıdır. “Əgər sən bacardığın qədər dürüst yazmağa niyyətlisənsə, nəzakətlilər cəmiyyətindən qovulmağına az qalıb”, - o yazır. Kinq yazdıqlarına görə, dardüşüncəli, homofob, qanasusamış və hətta psixopat olmasına dair məktublar almağa başlayandan bəri özünü xəcalətli hiss etməyə öyrəşib.

40 yaşına çatanda o, hər bir ləyaqətli yazıçının əclaf olmaqda ittiham edildiyini başa düşüb. Təbii olaraq Kinq bununla bağlı bir qənaətə gəlib. “Əgər sən yazdığımdan narazısansa, mən sadəcə çiyinlərimi çəkəcəm. Mənim eləyə bildiyim ancaq budur”. Sən daima öz oxucularını məmnun edə bilməzsən, ona görə də Kinq sənə nigaran olmamağı məsləhət görür.

4. Əsasən özün üçün yaz

Sən yazmalısan, çünki bu sənə xoşbəxtlik və məmnuniyyət gətirir. Kinqin dediyi kimi: “Mən bunu sadəcə olaraq zövq almaq üçün elədim. Sən də bunu zövq almaq üçün eləsən, hər zaman edə biləcəksən”.

Yazıçı Kurt Vonnequt da oxşar baxış bucağından çıxış edir: “Səni maraqlandıran və ürəyində başqalarını da maraqlandıracağını hiss etdiyin mövzuları tap”, - deyə o yazırdı: “Ən təsirli olan və sənin üslubundakı ən cəlbedici element həqiqi maraqdır, dillə oyunlar oynamaq yox”.

5. Yazılması ən çətin məqamların öhdəsindən gəl

“Ən vacib şeylər ifadə edilməsi ən çətin şeylərdir”, - deyə yazır Kinq. “Bunlar səni ən çox sıxan şeylərdir, çünki sənin duyğularını kiçildirlər”. Yazıdakı ən vacib məqamlar saatlar çəkən düşüncələrdən sonra ortaya çıxır. Kinqə görə, “yazı emal olunmuş düşüncədir”.

Çətin məqamlarla üz-üzə gələndə, dərininə qazdığına əmin ol. Kinq deyir: “Hekayələr tapıntıdırlar, torpaqdakı fosillər kimi... Hekayələr qalıqlardır, əvvəlcədən mövcud olan, amma tapılmamış parçalar”. Yazıçılar arxeoloqlar kimi olmalıdırlar, hekayəni tapa biləcəkləri yerə qədər qazmalıdırlar.

6. Yazarkən bütün dünyadan qop

Yazı tamamilə tənha fəaliyyət növü olmalıdır. Masanı otağın bir küncünə yerləşdir, bütün mümkün fikir yayındırıcılarını – telefondan tutmuş açıq pəncərələrədək – aradan qaldır. Kinq belə məsləhət görür: “Bağlı qapılar arxasında yaz: qapılar açılandan sonra redaktə et”.

Özünlə işin arasında tam məxfilik yaratmalısan. Birinci qaralama “tamamilə çılpaq olmalıdır, özünü bağlı qapılar arxasında necə müstəqil hiss edirsənsə elə - bu, çılpaq hekayədir, onun əynində corab və tumandan başqa bir şey yoxdur”.

7. Pritenziyalı olma.

Sənin yazın üçün edəcəyin ən bərbad şey onu sözlərlə boğmaq, qısa cümlələrindən xəcalət çəkə biləcəyinə görə uzun-uzadı cümlələr qurmaqdır,”, - Kinq söyləyir. O, bu xətanı ev heyvanına gecə paltarları geyindirməyə bənzədir – halbuki bu həm ev heyvanını, həm də onun sahibini utandırır, çünki bu artıq ifrata varmaqdır.

Məşhur biznesmen Devid Ogilvi də işçilərinə ofisdaxili verdiyi göstərişlərdə belə qeyd etmişdi: “Yenidən məna verən, demassivikasiya, vəziyyətlə əlaqəli və mühakimə edən jarqonlardan qətiyyən istifadə etmə. Bunlar pritenziyalı xiyarın əlamətləridir”. Bundan başqa, vacib deyilsə, simvollardan yararlanma. “Simvolizm bəzəyib-düzəmək üçündür, dərinliyin süni qatını yaratmaq üçün yox”, - deyə Kinq qeyd edir.

8. Zərfliklərdən və uzun paraqraflardan qaç

Memuarında Kinqin bir neçə dəfə vuğuladığı kimi “zərflik sənin dostun deyil”. Faktiki olaraq o, “cəhənnəmə gedən yolun zərfliklərlə döşəndiyinə” inanır və onları sənin çəmənini korlayan alaq otları ilə müqayisə edir. Zərfliklər xüsusilə “o dedi”, “bu dedi” kimi ifadələrlə işlədiləndə bərbad görünürlər, onları bəzək-düzəksiz vermək ən yaxşı variantdır.

Sən həmçinin öz paraqraflarına diqqət etməlisən, onlar sənin hekayəndə ritmlə axmalıdırlar. “Paraqraflar demək olar ki, hər zaman görünüşləri və nə dedikləri ilə çox vacibdirlər”.

9. Qrammatikaya çox da ilişib qalma

Kinqin fikrincə, yazı əsas etibarilə dəqiqlik yox, cəlbedicilik məsələsidir. “Dil heç də həmişə qalstuk taxıb, parlaq ayaqqabılarda gəzməli deyil”, - Kinq yazır. “Bədiiyyatın məqsədi qramatik qayda-qanun yox, oxucunu salamlamaq və ona hekayə danışmaqdır”. Sən çalışmalısan ki, oxucunun ümumiyyətlə hekayə oxuduğundan xəbəri olmasın.

10. Təsviri sənətdə ustalaş

“Təsvir yazıçının təsəvvüründə başlayır, amma oxucununkunda bitməlidir”, - deyə yazır Kinq. Vacib olan məsələ yetəri qədər yazmaq yox, dediklərinin həcminə limit qoymaqdır. Oxucunun təcrübədən keçirmək istədiyini vizualizasiya et, sonra isə öz ağlında gördüklərini səhifəyə köçür. Sən nəsnələri elə təsvir etməlisən ki, “oxucu onu görən kimi tanısın”.

Yaxşı təsvirin açarı aydınlıqdır, həm yazıda, həm də müşahidə də. Oxucunu yormamaqdan ötrü təravətli təsvirlərdən və sadə sözlərdən istifadə et. “Əksər hallarda oxucu hekayəni “darıxdırıcı olduğuna” görə kənara qoyur, darıxdırıcılıq da ona görə yaranır ki, yazıçı təsvirin gücündən ovsunlanır və nəyin prioritet olduğunu unudur”, - deyə Kinq qeyd edir.

11. Arxa fon üçün hədsiz çox məlumat vermə.

“Sən bir şeyi bildiyinə dair mühazirə oxumaqla ondan hekayəni zənginləşdirmək üçün istifadə etmək arasındakı fərqin nədən ibarət olduğunu yadda saxlamalısan”, - Kinq yazır. “İkincisi yaxşıdır, birincisi isə yox”. Hekayəni irəli aparacaq detalları yazdığına əmin ol və oxucuna davam etməli olduğuna inandır.

Əgər sən araşdırma aparmalısansa, onun hekayəyə çox kölgə salmadığına əmin ol. Araşdırma “mümkün olduğu qədər fonun və hekayənin arxasında olmalıdır”, - Kinq deyir. Sən öyrəndiyin şeydən vəcdə gələ bilərsən, amma oxucularını daha çox sənin qəhrəmanların və danışdığın hekayə maraqlandırır.

12. İnsanların elədikləri şeylər barədə hekayələr yaz

“Pis yazı zəhlətökən sintaksis və xətalı müşahidədən daha artığıdır; pis yazı adətən əslində insanların elədikləri şeyləri hekayə etməyi inadkarıcasına rədd etməkdən yaranır – məsələn, belə bir faktı qeyd etmək olar, qatillər bəzən yaşlı qadınlara yolu keçməyə kömək edirlər”, - Kinq yazır. İnsanları sizin hekayələrinizdə ən çox maraqlandıran qəhrəmanlardır, ona görə də sən qəhrəmanların malik olduqları xüsusiyyətləri bildiyinə əmin olmalısan.

13. Risk elə, təhlükəsiz oyunlar oynama

İlki və ən vacibi, məchul növdən istifadə etməkdən əl çək. Bu, qorxunun bir nömrəli əlamətidir.

Kinq deyir ki, “Mən pis yazının kökündə qorxunun dayandığına əminəm”. Yazıçılar çiyinlərini şax tutmalı, sinələrini qabartmalı və qələmlərini tətikdə saxlamalıdırlar.

“Dəxli yoxdur, etmək istədiyin şey nə qədər normal görünürsə görünsün, nə qədər hiddət doğurursa doğursun, sən bu lənətə gəlmiş şeyi elə. Əgər bu işə yarıyırsa, əladır. Əgər yaramırsa, at getsin”, - Kinq deyir.

14. Başa düş ki, yaxşı yazıçı olmaq üçün narkotiklərə ehtiyac yoxdur.

“Yaradıcılıq ilə düşüncəyə təsir edən maddələrin bir-birinə bağlı olması fikri bizim dövrümüzün ən böyük miflərindən biridir”, - Kinq deyir. Onun fikrincə, narkotik istifadəçisi olan yazarlar elə narkotik istifadəçisidirlər. “Narkotik və alkoqolun hissiyatı gücləndirəcək vasitə olması barədə istənilən iddia sadəcə olaraq özünü aldatmağa istiqamətlənən cəfəngiyyatdır”.

15. Kiminsə səsini oğurlamağa çalışma

Kinqin də dediyi kimi “Sən kruiz raketi kimi bir kitab yaza bilməzsən”. Təcrübədən keçirmək istisna olmaqla, istənilən yazıçının üslubunu təqlid etməyə çalışsan, ortaya “solğun imitasiya”dan başqa bir şey çıxmayacaq. Sən xüsusilə lüğətə və süjetə səthi göz atmaqla, heç vaxt kiminsə duyğularını və həqiqət barədə təcrübələrini yaşaya bilməzsən.

16. Yazının telepatiyanın bir növü olduğunu başa düş.

“Bütün sənətlər hansısa dərəcədə telepatiyadan asılıdırlar, amma mən yazının ən saf distilləmə olduğuna inanıram”, - deyir Kinq. Yazıdakı əsas elementlərdən biri keçiricilikdir. Sənin işin təkcə səhifəyə sözlər yazmaq deyil, bundan daha artığı – ürəyində olan fikirləri oxucuların beyninə ötürməkdir.

“Sözlər sadəcə olaraq keçidi yaradan vasitədirlər”, - deyə Kinq söyləyir. Vonnequt da özünün yazmaqla bağlı tövsiyyələrində bildirir ki, yazıçılar “zamandan elə istifadə edirlər ki, oxucu zaman itkisinə məruz qaldığını hiss etmir”.

17. Yazına ciddi yanaş

“Sən yazı fəaliyyətinə əsəblə, həyəcanla, ümidlə və çarəsizcə yanaşa bilərsən”, - Kinq deyir. “Hər bir halda sən onu şikayət etmədən elə”. Əgər sən öz yazına ciddi yanaşmaq istəmirsənsə, o məsləhət görür ki, kitabı bağlayasan və nəsə başqa bir iş görəsən.

Yazıçı Susan Sontaqın yazdığı kimi “Yazı məndə əsəb doğurmalıdır. Beynimdə ilk sətiri eşidəndə ürəyim möhkəm döyünməyə başlamalıdır. Risk edərkən, titrəməyə başlamalıyam”.

18. Hər gün yaz

“Mən bir işi görməyə başlayanda, dayanmıram və yalnız məcbur qalanda, yavaşlayıram”, - Kinq deyir. “Hər gün yazmayanda, qəhrəmanlar yavaş-yavaş beynimdə solmağa başlayırlar... Hekayənin süjeti və ardıcıllığı üzərindəki hakimliyimi itirməyə başlayıram”.

Əgər daim yazmağa müvəffəq olmasan, sənin fikrindəki həyəcan solmağa başlaya bilər. İşin iş kimi hiss edilməyə başladığı anı Kinq “ölümlə öpüşmək” kimi təsvir edir.

19. 3 ay ərzində ilk qaralamanı yazıb bitir

Kinq günə 10 səhifə yazmağı sevir. 3 ay ərzində bu təqribən 180,000 söz edir. “Kitabın ilk qaralaması – hətta daha böyüyü – bir fəslin uzunluğu olan 3 aydan o tərəfə keçməməlidir”, - o deyir. Əgər sən yazdığın üzərində hədsiz çox zaman xərcləsən, Kinq inanır ki, hekayə sənə yad gəlməyə başlayır.

20. Hekayəni yazıb bitirəndə, qələminə bir müddət istirahət ver

Kinq yazını bitirəndən sonra “özünə gəlmək üçün” 6 həftə istirahət etməyi məsləhət görür, belə olanda düşüncən aydınlaşır və sən süjetdəki boşluqları və qəhrəmanların inkişafını görə bilirsən. O vurğulayır ki, yazıçının qəhrəman barədəki ilkin dərketməsi oxucununku qədər qüsurlu ola bilər.

Kinq yazmaq və nəzərdən keçirmək prosesini təbiətə bənzədir. “Sən kitab yazanda, günlərini ağacları tədqiq etmək və müəyyənləşdirməklə keçirirsən”, o yazır. “İşini görəndən sonra aralanmalı və meşəyə göz gəzdirməlisən”. Öz səhvlərini tapanda, o deyir ki, “onlara görə depressiyaya düşməyi və özünü yamanlamağı qadağan etməlisən. Axmaq səhvlər hətta bizlərdən ən yaxşılarına belə xasdır”.

21. Kəsib-doğrayacaq qədər qəddar olmalısan

Redaktə prosesi zamanı yazıçılar uzun zaman xərclədikləri cümlələri doğramaqda çətinlik çəkirlər. Amma Kinqin məsləhət gördüyü kimi “Əzizlərini öldür, əzizlərini öldür, bu sənin kiçik eqoist ürəyini parçalasa belə, əzizlərini öldür”.

Redaktə yazıda ən çətin hissələrdən biri olsa da, hekayənin irəliləməsi üçün sən sıxıcı hissələri kəsib doğramalısan. Yazı barədəki tövsiyyələrində Vonnequt da belə tösviyyə verirdi: “Cümlə nə qədər gözəl olursa olsun, sənin mövzunu yeni faydalı yolla əks etdirmirsə, at getsin”.

22. Evli qal, sağlam ol və dolğun həyat sür

Kinq öz uğurunda iki səbəb görür: özünün fiziki sağlamlığını və evliliyini.

“Sağlam bədənimin mənə və başqalarına baş qoşmayan özünəinamlı qadınla bağlılığı, iş həyatımın davam etməsinə töhvə verdi”, - deyə o yazıb.(bilge.az)


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər