Ayrım Əhməd və ya şair Əhməd adı ilə tanınan Nəbiyev Əhməd Abbas oğlu 1905-ci ildə Kəlbəcər rayonunun (Cavanşir qəzasının) Seyidlər kəndində anadan olmuşdur. Nəvələrinin verdiyi məlumata görə Əhmədin Kəlbəcərin Güneypəyə kəndində yaşayan ana babasının və böyük qardaşı Ədilin dini təhsili olmuşdur. Əhməd iki il böyük qardaşı Ədildən oxumaq, yazmaq öyrənmişdir.
1920-ci illərin ortalarından etibarən Azərbaycanda kənd sovetləri (şuraları) yaradılır. Kəlbəcər rayonunun 9 para kəndini əhatə edən kənd şurasının sədri Əhməd Nəbiyev təyin edilir. Həmin ərəfədə Novrəs İman da şuranın katibi işləyir. Bu iki şəxsin bir-birilə yaşdaş olması, hər ikisinin mollaxana təhsili alaraq oxumaq, yazmaq bacarıqlarının olması onların yaxın münasibət saxlamalarına, dostluq etmələrinə səbəb olur. XIX əsrin ortalarından həm Göyçədə, həm də Kəlbəcərdə aşıq şeir şəkillərində klassik ədəbi nümunələrin meydana gəlməsi bu prosesin əsrin sonlarında və XIX əsrin əvvəllərində də inkişafını şərtləndirir. Əslində, həmin mərhələdə bu iki ədəbi mühit bir-biri ilə elə sıx şəkildə bağlı olmuşdur ki, onları bir ədəbi mühit kimi səciyyələndirmək də olar. Bu ədəbi mühitin ən istedadlı nümayəndələrindən olan Novrəs İman qısa ömür sürməsinə baxmayaraq zəngin bir ədəbi irs qoyub getmişdir. Onun Seyidlər kənd şura katibi kimi işləməsi də uzun yox, qısa zaman kəsiyində olmuşdur.
Növrəs İmanla Şair Əhmədin dostluğu haqqında Şair Əhmədin qardaşı oğlu Əlvəndin və nəvəsi Nofəlin yaddaşlarında qalan maraqlı əhvalatlardan bəzilərini qeyd etməyi lazım bildim. Onların bildirdiklərinə görə kənd şuraları (sovetlər) yarandığı zaman ilkin olaraq 9 para kənd mərkəzi Seyidlər kəndi olmaqla bir sovetlikdə birləşdirilmişdir: Seyidlər, Dəmirçidam, Qanlıkənd, Cəmilli, Lev, Çopurlu, Təkəqaya, Susuzluq, Bozdu, Çəpli. Nəbiyev Əhməd bu sovetliyin sədri olmuşdur. Həmin ərəfədə Növrəs İman da kənd sovetinin katibi işləmiş, onların arasında sıx dostluq və şeirləşmə olmuşdur. Hal-hazırda bu iki qüdrətli el şairinin əlimizdə 2 deyişməsi var. N.İmanın qonaq qaldığı ev də Şair Əhmədin atası Abbasın əmisi oğlu Seyid Allahverdinin oğlu İbrahimin evi imiş. İmanın həqiqətən də, vergili bir şəxs olduğunu bütün kənd əhli bilirmiş. O zamanlar ayda bir dəfə hökumət işçiləri gedib maaşlarını (donluqlarını) Kəlbəcərdən – rayon mərkəzindən alıb gəlirmişlər. İman maaşını alıb evə çatana qədər cibində 1 qəpik də pulu qalmırmış. Aldığı pulu tanıdığı imkansız adamlara, ailələrə paylayırmış.
İmanla bağlı şair Əhmədin qardaşı oğlu Əlvəndin danışdığı bir əhvalat da maraqlıdır:
Gəncədə olan vaxt İmanın yeməyinə zəhər qatırlar, İman yeməkdən imtina edir. Yeməyin içində zəhər olduğunu bilən İmana etiraz edirlər, onu yalan danışmaqda ittiham edirlər. İman evə bir pişik gətirilməsini xahiş edir. Pişiyi görən İman deyir:
– Allah sizə nəhlət eləsin, məni bu işə siz vadar etdiniz.
İman ona çəkilən yeməyi pişiyin qabağına qoyur. Pişiyin yemək yeməyi ilə ölməyi arasında qısa vaxt olur. Pişik ölən kimi İman evi tərk edərək gedir. Əlvəndin söyləməsinə görə, İman özü bu əhvalatı Hüseynə danışıb, şəklinin-portretinin arxasını yazaraq Hüseynə bağışlayıb.
Kim bilir, onları – N.İmanı və A.Əhmədi hansı duyğular öz qoynuna alıb aparırmış. Yeni qurulan və hazırsızlıqlarla dolu olan bir cəmiyyətin, bir sistemin yaratdığı təsir onların könül dünyasını haldan-hala necə, nə şəkildə salırmış?
Əlimizdə olan şeir nümunələrindən başqa söykənəcəyimiz bir mənbə, bir tarixi məlumat yoxdur. Bu iki şairin bir deyişməsi bu günə qədər məlum idi. “Gəl” rədifli bu deyişmə hər iki şairin islam dinini, ərəb əlifbasını, Qurani-Kərimi, peyğəmbərlərin və imamların həyatını mükəmməl bildiyini təsdiq edir. Növrəs İmanın müəyyən qədər klassik poeziyada minacat, nət məzmunlu bu qoşmasına Ayrım Əhməd eyni səpkidə cavab vermişdir.
Ayrım Əhmədlə müqayisədə Novrəs İmanın şeirləri yaxşı qorunduğundan, bir neçə dəfə çap olunduğundan bu deyişmə də həmin nəşrlərdə işıq üzü görmüş, itib-batmamışdır.
Bir xeyli vaxt idi, mən Ayrım Əhmədin şeirlərini toplamaq, bu hikmət dolu, irfan yüklü ədəbi nümunələri bir yerə cəm etmək arzusu ilə çalışırdım. 2024-cü ildə İTV-nin “Ozan” verilişində bu talesiz el şairi haqqında bir az məlumat verəndən sonra onun nəvələri mənimlə görüşdülər. Belə qərara gəldik ki, şair Əhmədin yaddaşlarda, ayrı-ayrı kitablarda olan şeirlərini toplayaq, çap etdirək. Həm xalqımızın aşıq poeziyası xəzinəsinə bir neçə qiymətli ləl daxil edək, həm də ustadın ruhunu sevindirək.
Ötən 5–6 ay ərzində bir sıra işlər görə bildik. Yaddaşlardan, ayrı-ayrı adamların şeir dəftərlərindən bəzi şeirləri tapıb qeydiyyat apara bildik.
Bu şeirlərin içində Ayrım Əhmədin Novrəs İmanla iki deyişməsi də var. Onlardan biri “Gəl” rədifli qoşmasıdır. N.İmanın toplanan şeirlərinin içində çap olunan bu qoşma ilə A.Əhmədin nəvəsi Nofəlin əldə etdiyi qoşma, demək olar ki, eynidir. Buna görə də biz həmin qoşmanı burada bənd-bənd verib müqayisə aparmaq əvəzinə sadəcə olaraq görünən kiçik fərqləri qeyd etməklə kifayətlənirik. Fərqlər aşağıdakılardır:
1. Birinci bənddə Ayrım Əhmədin Novrəs İmana verdiyi cavabda “Mənimtək qulların sən ağası, gəl!” – misrası bizim əldə etdiyimiz əlyazmada “Mənimtək həsrətin sən ağası, gəl!” şəklində yazılıb.
Hesab edirəm ki, I variant daha məqbuldur.
2. N.İmanın dediyi II bənddə 2-ci misra belədir:
“Yunisi bəlada qoymayan zəlil”.
Bizim əldə etdiyimiz əlyazmada isə “Yusifi quyuda qoymayan zəlil” şəklindədir.
Hər iki variantda məna yerindədir. Birincidə dəryada balığın (balinanın) qarnında qalan və sonda xilas olan Yunis peyğəmbərdən, ikincidə isə qardaşları tərəfindən quyuya atılan Yusif peyğəmbərdən bəhs olunur. Fikrimizcə, xalq arasında geniş yayıldığını nəzərə alaraq N.İmandan toplanan formanı yox, II variantı qəbul etmək daha dolğun olardı.
Həmin bənddə A.Əhmədin cavabında I variantda 2-ci misra “Hey haray eyləyər, sin səda yetir”, II variantda isə “Hey haray eyləyər, sey səda yetir” şəklindədir.
II variantın düz olmasını 4-cü misraya əsasən deyə bilərik:
“Düşməmiş cismimə sin sədası, gəl”.
Hər iki şairin dediyi üçüncü bənddə 1–2 sözün sinonimi ilə əvəzlənməsi olsa da, ümumi məna, məzmun yerindədir, əsaslı dəyişiklik yoxdur.
“İkinci deyişmə” adlandırdığımız şeirləşmə də əslində “Birinci deyişmə” kimi sırf deyişmə birinin digərini məğlub etmək yarışı deyil. Hər iki deyişmədə bu şairlərin könül dünyasından gələn dini-irfani düşüncələr, mühakimələr, şəxsi həyatı və cəmiyyətdəki fəaliyyətləri, mövqeləri haqqında rəy və mülahizələri əsas yer tutur. Bu deyişmələri daha çox iki şairin dərdləşməsi, könül çırpıntılarını, ürək ağrılarını dilə gətirməsi, öz düşüncə və mühakimələrini bir-biri ilə bölüşməsi kimi qəbul etmək daha doğru olardı.
“Var” rədifli bu deyişmənin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, sanki hər iki şair ömrünün ən gözəl, gənclik illərinin coşqun, dəlisov çağlarında yox, müdriklik, tərki-dünyalıq mərhələsində yaşayır. Hələ 30 yaşları tamam olmamış bu iki şairi hansı duyğular bu dünyadan əl üzməyə, yaşamaq, yaratmaq istəyindən bezməyə, nicatı real həyatda yox, ilahi düşüncələrdə, xəyallar aləmində axtarmağa, gəzməyə vadar edir.
Novrəs İman:
Yaralı gəlmişəm fani dünyaya,
Mənim sağalmağa gümanımmı var?!
Əzrayıl gələcək canın almağa,
Onu verməməyə fərmanımmı var?!
Şair Əhməd:
Əl çəkib dünyadan, küsüb gedirəm.
Bilmirəm xeyirim, ziyanımmı var?!
Kimsəsiz bəşərəm, yoxdu bir kəsim,
Yolumda canını qıyanımmı var?!
Novrəs İmanın bu misralarında ələst aləmindən xəbərdar olan, qarşıdakı zaman kəsiyində həyatının tarimar olduğunu əvvəlcədən bilən bir Haqq aşiqinin harayını eşidirsizmi? Şair əzəl gündən bu cahana yaralı gəldiyini, sağalmağa gümanı olmadığını, tezliklə Əzrayılın canını almağa gələcəyini bildirir və Allahın ona yazdığı bu hökmdən qurtulmaq yolunun olmadığını söyləyir.
Şair Əhmədin cavabında bu dünyadan küsən, əl çəkən bir şairin ritorik sualları oxucudan çox özünə doğru yönəlmişdir: bu tərki-dünyalığın xeyir, yoxsa şər olduğunu bilməsəm də, mənə yazılan bu yoldan, bu taledən əl çəkən deyiləm. Məni bu ilahi məqama gedən yolda qoruyanım, bu işdə öz canına qıyanım yoxdur.
Şair Əhmədin “kimsəsiz bəşər” olması deyimi Novrəs İmanın könül dünyasını qana qərq eyləyir. Qardaşı Qurbanın, əmisi Ələsgərin ölümündən sonra arxasını söykədiyi dağların yoxluğu İmanın yenidən yadına düşür, xısın-xısın yanan könlünə yeni odlu qığılcımlar əlavə olunur.
Novrəs İman:
Sana qurban olum, a mehribanım,
Bu qəmü-möhnətə necə dayanım?
Kim bilə dərdimi, kim kəsə yanım,
Mənim Ələsgərim, Qurbanımmı var?!!
Şair Əhməd:
Düşmüşəm ataşa, yanıram nara,
Fələk oxun atdı, vurdu dübara.
Talehim də məndən qaçır kənara,
Vurucu ilanım, çayanımmı var?!!
Biçarə Əhməd də İman kimi arxasız, köməksiz olduğunu bildirir. Əmi, dayı, ata itkisi, ən vacibi isə fələyin bəla oxlarının üzərinə tuşlanması şairi müdafiəsiz qoyur. “Vurucu ilanım, çayanımmı var” deməklə, bəlkə də, Sovet hökumətinin insanların nəinki mal qarasını, qılıncını, xəncərini, tüfəngini belə almasına da işarə edirdi.
Bir məsələni də qeyd etmək lazımdır ki, bu deyişmədə biz iki şairin könül duyğularının təzahürünü görsək də, əslində burada o dövrün düşünən, haqsızlıqlarla barışmayan insanlarının çəkdikləri mənəvi ağrıların, acıların izləri də əks olunmuşdu. Müəyyən qədər ictimai məzmun və siyasi mahiyyət bu fərdi könül duyğularının içində gizli şəkildə öz əksini tapmışdır.
Deyişmənin sonuncu bəndində “ahı ərzi-səmanı tutan” İmanın öncəgörənliyinin, başına gələn hadisələrin “Şeyx Sənanın başına gələnlərdən betər olacağını” açıq-aydın hiss etdiyinin şahidi oluruq.
Novrəs İman:
Mənim ahım ərzi-səmanı tutar,
Sən məni eylədin Sənandan betar.
Bu hicran odundan İmanı qurtar,
Yolunda sadağa bir canımmı var?!!
Şair Əhməd:
Kimdi söz danışan Əhməd əvəzdən,
Fələk qurğu qurub, pozarmı təzdən.
Çıxmışam yadlardan, düşmüşəm gözdən,
Məni cərgələrdə sayanımmı var?!!
Hər iki şairin öz əhval-ruhiyyələri haqda söylədikləri doğru çıxır. İman öz canını sadağa verdi. Əbədi olaraq özündən sonra bir qeyri-müəyyənlik qoydu. Aşıq Şəmşirin Şahmalıya yazdığı bir qoşmada dediyi kimi “itkin qardaşının” taleyi bu günə qədər də müəmma olaraq qaldı.
Şair Əhməd isə “fələyin qurğusu ilə yadlardan çıxıb, gözdən düşdüyünü” söyləmişdi. Elə də oldu. 78 il ömür sürsə də, yaşadığı mühit onu yada salmadı, onu söz xiridarlarının cərgəsində saymadı. Mənasız bəhanələrlə həbs olundu, həbsdən sonrakı həyatını da yarı dərviş, yarı ruhani, yarı şair kimi yaşadı. Yazdıqları, söylədikləri talan oldu, erməni əsarətində qaldı. Bu gün Kəlbəcər işğalçılardan azad olunsa da, Seyidlər kəndində Əhmədin evinin çardağındakı yeşiyə yığılan o saralmış dəftərlər yox oldu, tapılmadı. Ancaq inanırıq ki, o ilahi nurdan süzülən misralar o torpağa, o bulağa, o dağa hopub yaşayır, dərinliklərə sızır. Nə vaxtsa, hardasa Şair Əhmədin nəsil şəcərəsindən yeni bir bulaq qaynayıb insanların söz təşnəsini söndürəcəkdir.
Ruhun şad olsun Novrəs İman!
Məkanın abad olsun, Şair Əhməd!
Salman Qaralar Şair, tədqiqatçı
İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025