Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

19:54 / 04.05.2026
Baxılıb: 290

Salam, çox hörmətli yubiley iştirakçıları, qonaqlar və həmkəndlilərim!

Sizləri növbəti dəfə birlikdə görməkdən çox şadam!
Bu günkü çıxışımda sizlərə 100 yaşlı İkinci Dünya müharibəsi veteranı, Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun həyat və fəaliyyəti haqqında danışmaq istərdim.
Ağababa İsgəndərov 1926-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində Nəsiblilər nəslində anadan olmuşdur. 1941-ci ildə Daşkənd kənd orta məktəbinin yeddinci sinifini bitirmiş və Basarkeçərdə altı aylıq traktor sürücülüyü kursunda oxumuşdur.
1944-cü ildə Daşkənd kəndindən sonuncu müharibəyə səfərbər edilən 1926-cı il təvəllüdlü 18 nəfər çağırışçıdan biri də Ağababa İsgəndərov olmuşdur.

O, 26 noyabr 1944-cü ildə Basarkeçər RHK-ğı tərəfindən Böyük Vətən müharibəsinə səfərbər edilmiş, Gürcüstanın Qori şəhərində üç ay hərbi təlim keçdikdən sonra Leninqrad vilayətinə göndərilmiş, burada artilleriya üzrə qısamüddətli kurs keçərək topçu kimi ön cəbhədə döyüşlərə qatılmışdır. Ukrayna, Estoniya, Polşa və Almaniyada əvvəlcə 1166-cı atıcı alayın, sonralar isə 416-cı Taqanroq diviziyasının tərkibində döyüşlərdə iştirak etmişdir.
2 may 1945-ci ildə Berlin döyüşlərində qolundan və sol ayağından yaralanmışdır. On dörd ay xəstəxanada müalicə olunduqdan sonra ordu sıralarından tərxis edilərək 1946-cı ildə doğulduğu Göyçə mahalının Daşkənd kəndinə qayıtmışdır.
Ağababa İsgəndərov müharibə veteranı kimi otuza qədər orden və medallarla təltif olunmuşdur. Orden və medalların adlarını sadalamaqla vaxtınızı almaq istəməzdim. Əlavə olaraq qeyd edim ki, 2016-cı ildə Ağababa İsgəndərova dövlət tərəfindən mənzil və minik avtomobili hədiyyə edilmişdir.

Hörmətli tədbir iştirakçıları!

1953-cü ildə Göyçə mahalından azərbaycanlılar departasiya olunarkən Ağababa İsgəndərov da öz ailəsi ilə birlikdə Şəmkirin Dağ Tatarı kəndinə köçməli olmuşdur. Lakin, 25 yaşında olan özündən kiçik qardaşı Yaqubu ildırım vurduqdan sonra Şəmkir rayonunda yaşaya bilməmiş və təxminən 1954-cü ildə yenidən doğma Daşkənd kəndinə qayıtmışdır.

Ağababa İsgəndərov Daşkəndin “Qırmızı Rəncbər” kolxozunda müxtəlif işlərdə çalışmış, qoyunçuluq fermasında işləmişdir. O, həm də yaxşı əl qabiliyyəti olan rəngsaz kimi Daşkəndlilərin evlərinin təmir olunub rənglənməsində də usta kimi fəaliyyət göstərmişdir.

Çox hörmətli yubiley iştirakçıları!

Sizlərə bildirmək istərdim ki, Ağababa İsgəndərov “Coşqun” təxəllüsü ilə şeirlər də yazır. O, ilk şeirini Almaniyanın Berlin şəhərində müalicə olunarkən yazmışdır. Yaradıcılığı əsasən aşıq şeirinə xas olan qoşmalar, gəraylılar, dini şeirlər, nohələr və tərənnüm-ithaflardan ibarətdir. Şeirləri təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, daha çox mənim 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan “Dаşkənd aşıqlаrı və şаirləri” kitabında və 2005-ci ildə çap olunan “Şəmkir şairləri və aşıqları” kitabında nəşr edilmişdir. Bundan başqa, 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən Aşıq Ələsgərin 150 illik yubileyi mərasimində onun yazdığı “Ələsgər” rədifli şeir Bərdənin “Kommunizm yolu” qəzetində və 2013-cü ildə “Ozan dünyası” jurnalında çap olunmuşdur.
İti yaddaşı, dərin hafizəsi olan 100 yaşlı Ağababa İsgəndərovu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və ona cansağlığı diləməklə belə uzunömürlü yaşamağın sizlərə də nəsib olmasını Uca Allahdan arzu edirəm.
Diqqətiniz üçün çox sağ olun. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm.

Araz Yaquboğlu
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü


Etiket:
Xəbərlər

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025
Bütün xəbərlər