“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

09:21 / 03.06.2026
Baxılıb: 8

İyunun 2-də “Qayıdış hüququ” mövzusunda dəyirmi masa və sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovun eyniadlı kitabının təqdimatı keçirilib.

Goyce.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov mövzunun aktuallığını vurğulayaraq, dünyada milyonlarla insanın məcburi köçkünlük problemi ilə üzləşdiyini bildirib. Azərbaycan xalqı da ötən əsrdə müxtəlif deportasiya və məcburi köçürülmə siyasətlərinin təsirinə məruz qalıb, nəticədə yüzminlərlə azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur olub. O qeyd edib ki, bu problemlərin həlli beynəlxalq hüququn norma və prinsipləri, eləcə də beynəlxalq ictimaiyyətin birgə səyləri çərçivəsində mümkündür.

Misir Mərdanov Ulu Öndər Heydər Əliyevin indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququ ilə bağlı fikirlərini xatırladaraq, Prezident İlham Əliyevin də bu məsələni daim diqqətdə saxladığını və bunun insanlarda qayıdış perspektivlərinə inam yaratdığını bildirib.

O vurğulayıb ki, tədbirin məqsədi Azərbaycan xalqının müxtəlif dövrlərdə məruz qaldığı zorla yerindən edilmə halları ilə bağlı tarixi və hüquqi həqiqətlərin ictimaiyyətə çatdırılması, qayıdış hüququ və məcburi köçkünlük problemləri ətrafında fikir mübadiləsinin aparılması, habelə ictimai-hüquqi məlumatlılığın artırılmasıdır. Qeyd olunub ki, Qalib Qasımovun “Qayıdış hüququ” kitabı Azərbaycanda bu mövzuya həsr olunmuş ilk nəşrlərdən biridir.

Milli Məclisin deputatı Qaya Məmmədov çıxışında qayıdış hüququ ilə bağlı dəyirmi masanın və kitabın əhəmiyyətindən danışıb. O bildirib ki, Qayıdış Konsepsiyasının əsas prinsipləri Heydər Əliyevin qaçqınlar məsələsinə dair baxışları əsasında formalaşıb və beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Deputat qeyd edib ki, qayıdış hüququ beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində tanınan fundamental hüquqlardandır və Azərbaycanın bu məsələyə yanaşması sülh gündəliyinə, insan hüquqlarının müdafiəsinə əsaslanır.

Hüquq elmləri doktoru, professor Zahid Cəfərov bildirib ki, Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnun tarixi, hüquqi və siyasi aspektləri geniş təhlil edilir. Nəşrdə qayıdış hüququ beynəlxalq humanitar hüquq, qaçqın hüququ və insan hüquqları kontekstində araşdırılır.

Tədbirdə hüquqşünas Rəvan Həsənov, Milli Məclisin deputatı Sahib Alıyev, professor Elxan Hüseynov, tarixçilər Nazim Mustafa və Cəbi Bəhramov, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və sahibkar Fərid Abdullayev də çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Çıxışlarda qayıdış hüququnun beynəlxalq hüquqdakı yeri, bu sahədə mövcud presedentlər, qaçqın və məcburi köçkünlərlə bağlı hüquqi mexanizmlər, həmçinin insan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq təcrübə müzakirə olunub.

Tədbirin sonunda kitabın müəllifi və dəyirmi masanın təşkilatçısı Qalib Qasımov iştirakçılara təşəkkür edib və Prezident İlham Əliyevin siyasəti nəticəsində Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdacağına inamını ifadə edib.

Qeyd edək ki, “Qayıdış hüququ” kitabı “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin maliyyə dəstəyi ilə nəşr olunub. Kitabın siyasi məsləhətçisi professor Misir Mərdanov, elmi məsləhətçisi professor Zahid Cəfərov, rəyçiləri professorlar Ramin Quraqurbanlı və Əfsər Sadıqov, hüquqşünaslar Rəvan Həsənov və Seymur Yusifli, “Ön söz” müəllifi isə Mərmərə Universitetinin professoru Dr. Okan Yeşilotdur.

 


Etiket:
Xəbərlər

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025
Bütün xəbərlər